Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Azərbaycan dili təliminin təşkilinə verilən əsas tələblər



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə35/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   31   32   33   34   35   36   37   38   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
2.1. Azərbaycan dili təliminin təşkilinə verilən əsas tələblər 
Azərbaycan dili təlimini səmərəli qurmaq, ümumi məqsədə çatmaq üçün 
mühüm vəzifələrin həyata keçirilməsinə nail olmaq həm də aşağıdakı tələblərin 
nəzərə alınmasından asılıdır:

Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasının 
dərk edilməsi; 

nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafının təmin 
olunması; 

davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik 
və bacarıqların mənimsənilməsi. 


1. Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olması 
onun təlimində mühüm tələblərdən biri hesab edilir. Təlim prosesində müəllim 
və şagirdlərin fəaliyyəti ona istiqamətləndirilir. 
«Müasir psixologiya dərsliklərində qavrayışın mənalılığı belə izah edilir: 
insanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla bağlıdır. Əşyanı 
şüurlu surətdə qavramaq, onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən 
cisimlər qrupuna, siniflərə aid etmək, onu sözlə ümumiləşdirmək deməkdir» 
(Ə.Ə.Əlizadə. İdrak prosesləri və hislər. Psixopedaqoji məsələlər. Bakı, 2006, 
səh.27). 
Söz dilin əsas vahidlərindən biridir. Nitq prosesi üçün zəruri hesab edilən 
söz birləşməsi, cümlə, mətn kimi nitq vahidlərinin mənimsənilməsində kifayət 
qədər söz bilmək, lüğət ehtiyatına malik olmaq vacib hesab edilir. Düşünmə 
prosesinin həyata keçirilməsində sözlərdən istifadə olunur.
Azərbaycan dilinin düşünmə vasitəsinə çevrilməsi prosesi nitq fəaliyyətinin 
əsasını təşkil edən sözlərin, eləcə də digər nitq vahidlərinin öyrənilməsindən 
başlayır. Danışıq səsləri, heca, söz, söz birləşməsi, cümlə, nəhayət, mətn üzrə bilik, 
bacarıq və vərdişlər mənimsənilir. Onlar qeyri-iradi keyfiyyətlər kimi təfəkkür 
tərzinə, düşüncə vahidlərinə çevrilir. İdraki fəaliyyətin bütün mərhələlərində 
fəaliyyətlər mənimsənilmiş dil vahidlərinə, nitq modellərinə əsasən qurulur. 
Azərbaycan dilinin öyrənmə vasitəsi kimi dərk olunması onun ən mühüm 
ünsiyyət vasitəsi kimi zəruriliyini şərtləndirir, yazılı və şifahi dil formalarına 
yiyələnməyin vacibliyini meydana çıxarır. Şagirdlər öz fəaliyyətlərində 
Azərbaycan dilinə yeni bilik və bacarıqlara yiyələnmə vasitəsi kimi yanaşır, onun 
funksional imkanlarından istifadə edirlər. 
Düşünmə və öyrənmə proseslərində əldə olunmuş biliklər danışma 
vasitəsilə reallaşdırılır. Beləliklə, ünsiyyət prosesi formalaşır. Bütün dillərdən, o 
cümlədən də ana dilindən ünsiyyət prosesində mühüm vasitə kimi istifadə olunur. 
Ona görə də ana dili təlimi prosesində, ilk növbədə, onun düşünmə, öyrənmə və 
danışma vasitəsi kimi dərk olunması tələb edilir. 



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin