Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə1/14
tarix14.01.2017
ölçüsü4.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

Fatimə Mernisi 
 
Pərdələr arxasında  
gizlədilən tarix 
 
Çevirən: Güntay Gəncalp  
Redaktor: Ilahə Cəfərova 
 
 
Kitabın orijinal adı: 
Harem politique= The veil and the male elite: a Feminist 
 
 
 
 
 
 
 
1

 
 
 
İçindəkilər 
 
 
- Tərcüməçidən önsöz. 
- Kitabın ingilis dilində nəşrinə müəllifin giriş sözü. 
- Ön söz. 
- Müsəlman və zaman. 
- Peyqəmbər və hədis. 
- Peyqəmbərin vəfatı. 
- Siyasi konfliktlər. 
- Hədisin ortaya çıxışı 
- Qadına inamsızlıq gələnəyi (ənənəsi). 
- Qadına inamsızlıq gələnəyi. 
- Hicab. 
- Peyqəmbər və onun sosial mühiti. 
- Peyqəmbər və qadınlar. 
- Peyqəmbərin qadınları 
  Mutlu illər. 
- Qadınlar və səfihlər. 
- Qadınlar və savaş qənimətləri. 
- Ömər və Mədinə kişiləri. 
- Seksual ilişkilərlə bağlı dialoq. 
- Köləlik. 
- Qadınlara qarşı şiddət. 
- Hərbi rəhbər olaraq peyqəmbər. 
- Hicab Mədinədə nazil olur. 
- Sonuc 
- Tarixi olayların özəti 
 
 
 
 
 
2

 
 
 
 
 
Tərcüməçinin  
 önsözü 
Əlinizdə bulunan bu kitabı oxumaqla eyni mövzuyla bağlı sanki yüzlərcə 
kitab oxumuş olacaqsınız. Mətnşünaslıq, tarix metodologiyası  və dinşünaslıq 
baxımından yeni bilgilər əldə edəcək, özəlliklə islam tarixi üzərinə dərin bilgi və 
fikir sahibi olacaqsınız. Ancaq bunlar olayın hamısı deyildir. VII əsrdə tək başına 
meydana çıxıb və ictimai ədalətdən danışan, qumsal çöllərin ərəblərini bir hədəf 
istiqamətində birləşdirib onları millət olaraq tarixə soxan, insanlıq tarixini 
etkiləyən bir insanın mübarizəsi ilə tanış olacaqsınız. Hz. Məhəmmədin özəl və  
sosial həyatı ilə elmi şəkildə tanış olmaq kimi bir fürsəti yaxalayacaqsınız. Bu 
günə qədər peyqəmbərin ictimai-siyasi şəxsiyəti və ədalət anlayışı islam tarixində 
olduğu kimi göstərilməmiş,  ərəb milliyətçiliyi mərkəzli islam qavrayışını ortaya 
qoyan Əməvilərdən başlayaraq günümüzə qədər Hz. Məhəmməd adına yüzlərcə 
saxta hədislər uydurularaq, onun gerçək missionunu ört-basdır etmişlər. Kitabı 
oxuduqca siyasi islamla, peyqəmbər islamının fərqinə varacaqsınız. Kiminsə 
inanıb inanmaması önəmli deyil. Əsas odur ki, Hz. Məhəmmədi tanıyacaqsınız, 
gerçək kimliyi ilə tanıyacaqsınız.  İnanmasanız belə, onun mübarizəsinə, siyasi 
davranışlarına, hərbi, ictimai-siyasi  münasibətlərinə heyrət edəcək, sayqı ilə 
yanaşacaqsınız.  Əgər Hz. Məhəmmədə inanırsanız, o zaman öz peyqəmbərinizi 
yenidən tanıyıb kəşf edəcəksiniz. Görəcəksiniz ki, bu günə qədər islamı siyasətə 
alət edən dargörüşlü insanlar, siyasi təşkilatlar necə də Hz. Məhəmmədin idealına 
ihanət etmiş, onun böyük və Tanrısal idealını  qısıtlamağa, göylərin qutsallığını 
yerdəkilərin mənafeyinə fəda etməyə çalışmışlar.  
Vətənimiz böyük bir sınaqdan keçmək üzrədir. Türk tarixində heç bir 
zaman öz ana dilimizdə islami dəyərləri öyrənmək üçün bir proje ortaya 
qoyulmadığı üçün əli qılınclı türklər  ərəb- fars mərkəzli siyasi islama yem 
edilmişlər. Hz. Məhəmmədin həyatını araşdıran Buxari kimi böyük bilim 
adamlarının türk olmasına baxmayaraq, türk ulusuna bu araşdırmalar 
anlayacaqları dildə  çatdırılmamışdır. Beləliklə  də  Səlcuqlu, Osmanlı, Səfəvi 
dönəmlərində türklər,  ərəb-fars milliyətçiliyi mərkəzli sapdırılmış islamın 
“fədai”ləri olmuşlar. Oysa bu kitabı oxuduğunuzda peyqəmbərin özəl və 
 
3

ictimai-siyasi həyatından zövq alacaqsınız. Onu yenidən sevmək istəyəcəksiniz. 
Onun kimi səbirli, uzaqgörən və təmkinli olmaq istəyəcəksiniz.  
Hz. Məhəmmədin dönəmindən uzaqlaşdıqca saysız təriqətlərin, 
məzhəblərin ortaya çıxışına  şahid oluruq. Qardaşlığın carçısı olan Hz. 
Məhəmməddən sonra bu məzhəblər öz çıxarları adına nə  qədər qan tökdülər. 
Xüsusən ərəb və fars irqçilərinin ortaya qoyduqları məzhəblər islamdan irqçi bir 
din görüntüsü ortaya qoymaq istəmiş, qanlar axıtmışlar. Müaviyənin 
öndərliyində qurulan Əməvi dövləti, islamı bir sülalə dini, qəbilə  məzhəbinə 
dönüşdürmək istədi.  Əməvilərin islamı bu şəkildə sapdırmalarına ilk etiraz 
Əlioğlu Hüseyn tərəfindən edilmişdir.  Əlioğlu Hüseyn bu yolda böyük 
fədakarlıq göstərdi və öz çevrəsi ilə bir yerdə  Kərbəlada  şəhid oldu. Əməvi 
dövləti böyüdükcə islamı sapdırmağa çalışmışdır. Qənimətlər yolu ilə yalnız 
zəngimləşməyi hədəfləyən  Əməvilər vardığı ölkələrdə ancaq və ancaq 
yağmaçılıqla məşğul olurdular. Əməvilərin islamı sapdırmalarına etiraz daha 
sonra alimlər tərəfindən edilmişdir. Siyasətin dışında Quranı  və  hədisləri 
öyrənmə  zərurəti bu şəkildə yaranmışdır.  İlk dörd xəlifə zamanında xəlifə 
müsəlmanların həm siyasi, həm də dini rəhbəri idi. Lakin daha sonrakı 
dönmlərdə xilafət öz mənəvi dəyərini itirdi, sadəcə siyasi bir instituta dönüşdü. 
Bu siyasi institut, ancaq sülalənin mənafeyini qorumaqla məşğul olurdu. Həm 
Əməvilər, həm Abbasilər, həm Osmanlılar, həm də Səfəvilər dönəmində islam 
zahirdə var idi, batində isə  nəfslərini kontrol edə bilməyən qəddar sultanlar, 
şahlar, xəlifələr islam adına olmazın cinayət törədirdilər. Bu üzdən də islama 
içdən və könüldən bağlı olan alimlər siyasətin dışında Quranın və peyqəmbərin 
təlimlərini elmi şəkildə araşdırmağa başladılar. Bu baxımdan islam tarixində üç 
növ islam anlayışının orataya çıxdığına tanıq oluruq: 1. Dövlət islamı. Bu növ 
islam anlayışı islamı dövlətin mənafeyi yolunda kullanmışdır. Buna siyasi islam 
da demək mümkündür. 2. Mədrəsə islamı. Fiqh elmi mədrəsələrdə  gəlişdi. 
Mədrəsə islamı Quran və hədislər üzərinə elmi təfsirlər yapırdı. Zaman zaman 
siyasət mədrəsə islamının da araşdırmalarına müdaxilə etmişdir. 3. Təsəvvüf 
islamı. Sufilər siyasətdən uzaq dinin təməl təlimləri  əsasında yaşamağa özən 
göstərirdilər. Bir çox hallarda da siyasi və mədrəsə islamı tərəfindən təzyiqlərə 
məruz qalıb Mənsur Həllac kimi dəriləri soyulurdu. Təsəvvüf, siyasət və 
mədrəsə islamına antitez olaraq orataya çıxdı. Onlar Tanrını yoxluqda deyil, 
varlıqda axtarırdılar. “Tanrı var” önərməsini “Tanrı yoxdur” önərməsinə qarşı 
qoyurdular. Təsəvvüfə görə Mədrəsə və siyasət islamı “Tanrı yoxdur” önərməsi 
əsasında düşündüyü üçün yoxluğu axtarmış, yoxluqda qərq olmuşlar, oysa 
Tanrı insana şahdamardan da yaxındır. O zaman “Tanrı var” önərməsi üzərində 
düşünmək gərəkir. “Tanrı var” önərməsi Tanrını qeyblərdə axtarmamış, varlığın 
içində axtarmışdır. Bu üzdən də elmlə  məşğul olmaq ibadət sayılır. Nədən? 
 
4

Çünkü elm varlığı araşdırır. Varlıq nə qədər araşdırılsa, bir o qədər də Tanrıya 
olan ehtiyac insanın ağlını və qəlbini daha da dərindən saracaqdır. “Tanrı var” 
önərməsi insanın ağlını, diqqətini, fikrini varlığa sövq edir. Yəni Tanrıya inanc 
yetərli deyil, Tanrının  əsəri olan varlıq didik-didik araşdırılmalıdır. Fəlsəfə  də 
bu görüşdən doğmuşdur. Çünkü fəlsəfənin doğuşu üçün üç tür varlıq bir yerdə 
bütünləşməlidir. Bu varlıqlar bunlardır: 1. Dil varlığı. Haydeger kimi bir çox 
filosoflar dili varlığın evi sanmışlar. Varlıq özünü dil aracılığı ilə tanımlayır, 
tanıdır. Varlıq sözlərə daşınır, söz varlığın əsrarəngiz təzahür şəklinə dönüşür. 
Füzulinin də “söz” rədifli qəzəlində dediyi kimi varlığı öyrənmək, dilin özünü, 
cövhərini öyrənmək kimi ortaya çıxır. Dil, yalnızca varlığın simgələrlə 
(rəmzlərlə) göstərgəsi deyildir. Dil, varlığın tanımlandığı  mənəvi məkandır. 
Şərq aləmində  fəlsəfənin doğmamasının səbəbi varlığı araşdıran dil etkəninin 
olmamasıdır. Fəlsəfənin doğuşu üçün öncə dil, daha sonra özgürlüyün olması 
şərtdir.  İslam  şərqində, xüsusən islam siyasətə alət edildikdən sonra varlıq 
araşdırılmamış, varlığı araşdıra biləcək dil gəlişdirilməmişdir. Özgürlük də 
olmamışdır. Hətta varlığın araşdırılmasına yasaq da qoyulmuşdur. Bir halda ki 
Quranda israrla söylənilir ki, varlığa baxın və düşünün. 2. Düşüncə. Düşünmək 
var oluşun səbəbidir. Düşüncədə geniş  dış varlıq öz-özü ilə qarşılaşır. 
Düşünmək, varın varla örtüşməsidir. Hər bir varlıq türü mücərrəd və 
tanımlanmaz  şəkildə ideyaların içində  məxfidir. Tanımlanmazlığın tanımlanır 
olması düşüncə yolu ilə sağlanır. Bu bağlamda düşüncənin də birimi dil olaraq 
bəlirlənir. 3. Varlıq.  İnsan, həyat və uzay (fəza). Bunlar da bağımsız varlıq. 
Ancaq bu bağımsız varlıq türləri, yəni dil, düşüncə  və varlıq birləşdiyində 
fəlsəfə yaranmış olur.  
Təsəvvüf də basqı altında olduğu üçün başarılı ola bilməmişdir. VIII 
əsrin ikinci yarısından başlayaraq IX əsrin birinci yarısına qədər iqtidarın rəsmi 
ideolojisi olan Mötəzilə  məzhəbi zamanında cüzi bir gəlişmə oldu. Mötəzilə 
rasionalist bir axım olduğu üçün Yunan fəlsəfəsini, riyaziyatını, bir sözlə yunan 
zəkasını  ərəb dilinə  tərcümə etdi. Bu tərcümə geniş miqyaslı oyanışa səbəb 
oldu. Farabi, İbni- Rüşd,  İbni-Sina kimi böyük mütəfəkkirlər bu oyanış 
dalğasının uzantısı kimi ortaya çıxdılar. Bu dönəmdə dinin fəlsəfi dərki üçün 
nisbi imkan yarandı. Daha sonra Qəzzalizm islam dünyasına hakim oldu. İmam 
Məhəmməd Qəzzali Tanrını riyazi yolla isbat etmənin küfr olduğunu yazdı. 
Filosofları xülyalı insanlar olaraq tanımladı. Səlcuq imperatorluğuna hakim 
olan Qəzzalizm  Şərqin zehinini qaranlıqlara gömdü. Hələ  də o qaranlıqdan 
çıxmaq mümkün olmamışdır.  
İslamı bir irq dini kimi inhisarlaşdırmaq istəyən başqa bir hərəkət də fars 
cəbhəsində olmuşdur. II xəlifə Ömər, Sasani dövlətini devirdikdən sonra islam 
 
5

daha geniş coğrafiyalara yayılmağa başladı. Farslar Öməri sevməzlər. Ancaq 
onların Ömərə qarşı sayqısızlıqları şiə olduqları üçün deyildir. Sasani dövlətini 
Əbutaliboğlu  Əli də devirsə idi, farslar bu dəfə ona qarşı ideoloji 
gəlişdirəcəkdilər. Sasani dövlətini yenidən diriltmək istəyən farslar “milli 
islam” oluşdurmaq çabası içinə girdilər. Farsların islamı bir irq dini etmə 
çabaları ən bariz şəkildə “Şüubiyə” örgütü timsalında ortaya çıxmışdır. “Şüub” 
sözü Quranda “Hücərat” surəsinin 13-cü ayəsində keçməkdədir. Bu ayədə Tanrı 
çağımızda millət olaraq dediyimiz olqunu qəbul edir və deyir: “Ey insanlar biz 
sizi erkək və dişi  şəklində yaratdıq. Sizi qəbilələr və  şöbələr çəklində  qərar 
verdik ki, bir-birinizi tanıyasınız. Tanrı qatında  ən  əziz olan isə  təqvalılardır. 
Tanrı hər şeyi biləndir.”
*
 Samanilər zamanında yaranan “Şüubiyə” bu ayədəki 
“şüub” sözü əsasında milli-siyasi məzhəb oluşdurmaq istər. Bu təşkilat belə 
hesab edirdi ki, Tanrı millətləri şöbə-şöbə yaratmışsa, bu şöbənin ən üstünü və 
ən mötəbəri fars qövmüdür. Bu məntiqlə Sasanilər zamanında yayqın olan 
əfsanələri mətnləşdirirlər. Yüksək məbləğ qarşısında  Əbulqasim Firdovsi 
şüubiyənin bu mətnini mənzumlaşdırır.  Əsər bitdikdən sonra isə, Qəznəvilər 
iqtidara gəlir, Firdovsi də və`d edilən məbləği ala bilmir və bu dəfə Qəznəvilərə 
yaltaqlanmağa başlayır.  
Şüubiyə örgüt olaraq dağılsa da məzhəbi bir cərəyan kimi davam edir və 
daha sonra İsmaililər şəklində örgütlənir. İsmailiyə bir teror örgütü idi. Onların 
hədəfi fars irqini daha üstün və hakim statusa qovuşdurmaq idi. İsmailiyənin ən 
tanınmış simasi Həsən Səbbahdır. Çingizxanın orduları Bağdadı  fəth etdiyi 
zaman  İsmaililərin də siyasi həyatına son verdi. İsmaili vəziri olan Nəsrəddin 
Tusi qaçıb moğullara sığındı. Bu gün də  Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” 
kitabının iki müqəddiməsi var. Birinci müqəddiməsini terroristlərlə  işbirliyi 
içində olduğu zaman Qəhistan qalasında yazmış, ikinci müqəddiməni isə moğul 
sarayında yazmışdır.  
İsmaililərin örgütsəl fəaliyətləri bitdi, lakin düşünsəl çalışmaları davam 
edirdi. Gilan ormanlarında  İsmaililərin məxfi həyatı davam edirdi. İsmayıl 
Səfəvi 4 yaşından 14 yaşına qədər bu ortamda yetişdi. İsmailiyə zehniyəti Şah 
İsmayılı hazırlayıb iqtidara gətirdi. Şah İsmayılın iqtidara gəlişi ilə həm islam 
dünyasının, həm də Türk dünyasının bütünlüyü parçalandı. Bu gün də fars 
milliyətçiliyi Səfəvi dövləti ilə Sasani dövləti arasındakı doqquz yüzillik zaman 
məsafəsini fətrət olaraq dəyərləndirir. “Fətrət”, yəni iki zaman arasındakı 
boşluq. Farslara görə Sasanilik Şah İsmayıl Səfəvi timsalında yenidən dirilmiş, 
fars milliyətçiliyi mərkəzli məzhəb  əsasında bugünkü İranın bütünlüyü Şah 
                                                 
*
 

 ﻢﮐﺎﻨﻠﻌﺟ و ﯽﺜﻧا و ﺮِﮐَذ ﻦﻣ ﻢﮐﺎﻨﻘﻠﺧ ﺎﻧا سﺎﻨﻟا ﺎﻬﻳا ﺎ
ﺎﺑﻮﻌﺷ
ﺮﻴﺒﺧ ﻢﻴﻠﻋ َ ﷲا نا ﻢُﮑﻘﺗا َﷲاَﺪﻨَﻋ ﻢُﮑَﻣَﺮﮐا َنا ﺁﻮﻓَرﺎﻌﺘِﻟ َﻞﺋﺎﺒﻗ و 
.
 
 
6

İsmayıl tərəfindən ortaya qoyulmuşdur. Daha sonra Nadir Şah Səfəviyəti 
oratadan qaldırmaq istəmiş, ancaq başara bilməmişdir. Səfəvilərdən öncə  və 
sonra bütün ləqəblər isimdən sonra gəlımişdir. Ancaq Səfəvilərlə eyni zamanda 
ləqəblər isimdən öncə  gəlməyə başlamışdır. Məsələn Səfəvilərdən öncə  və 
sonra “Cahan şah”, “Nadir şah” kimi sözlər Səfəvilər zamanında “Şah İsmayıl”, 
“Şah Abbas” şəklinə dönüşmüşdür. Bunların fərqi nədir?  İsimdən sonra glən 
“şah” türk dlinin quruluşu və isimdən öncə  gələn “şah” isə fars dilinin 
özəlliyidir. Bu da göstərir ki, Səfəvilik tam bir fars irqçiliyi projesi olmuş  və 
Şüubiyə, Səfəvilik timsalında imperatorluğa dönüşmüşdür. Bu gün də  İran 
məkanında hakim olan dini anlayış  Şüubiyənin,  İsmailiyənin və  Səfəviyənin 
planlarından başqa bir şey deyildir. Bu dini anlayışın isə Hz. Məhəmmədin 
qardaşlıq çağrıları ilə heç bir bağlantısı yoxdur.  
Bu tarixi sürəc içində qadın məsələsinə  də islamla əlaqəsi olmayan bir 
metodla yanaşmışlar. Tərcümə etdiyim kitabın mövzusu da bundan ibarətdir. 
Peyqəmbər öz qadınları ilə necə davranmış?  Əxlaqsızlığın, fahişəliyin yayqın 
olduğu ərəb qəbilələrində peyqəbər ailə qüdsiyətinə necə önəm vermiş və ailə 
sisteminin gəlişməsi üçün nələr etmiş? Ailədə  və ictimai həyatda qadının yeri 
necə olmuşdur? Bu baxımdan peyqəmbərin öz qadınları ilə davranışı necə 
olmuşdur? Gerçəkdən peyqəmbər öz qadınları ilə tarix boyu islamı təmsil edən 
xəlifələr,  şahlar kimimi davranmış? Qadınların siyasi olaylara müdaxilə etmə 
haqları olmuşmu? Hicab hansı şərtlərdə, hansı siyasi-ictimai vəziyətdə meydana 
gəlmişdir? Digər bu kimi sullara tarixi qaynaqlar araşdırılaraq cavab 
verilmişdir. İlk dəfə olaraq Fatimə Mernissi adında müsəlman bir qadın bütün 
islam qaynaqlarını, islam tarixini araşdıraraq bu suallara cavab axtarmışdır. 
Kitabı oxurkən ləzzət alacaqsınız. Peyqəmbərin həm özəl, həm də ictimai 
həyatda necə başarılı olduğuna  şahid olacaqsınız. Həm də  Ərəbistanın geri 
qalmış, ailə məfhumunun olmadığı bir ortamda peyqəmbərin başarılarına tanıq 
olacaqsınız. Ayrıca, peyqəmbərdən sonra qadınlar üzərinə  tətbiq edilən qeyri-
insani basqılarla da tanış olacaqsınız. Ağlınızda belə bir sual yaranacaq: Nədən 
islam tarixində peyqəmbərin öz qadınları ilə davranış şəkli örnək alınmamışdır? 
Bu suala cavab bulmanız üçün kitabı diqqətlə və həvəslə oxumanız gərəkəcək.  
Güntay Gəncalp 
 
 
 
 
 
 
7

 
 
 
 
 
 
 
 
 
 
Kitabın ingilis dilində nəşrinə müəllifin giriş sözü 
 
 
 XX 
əsrin son onilliyi başa çatarkən qadın, kişi, yaşlı  və  gənc, 
dünyanın müxtəlif yerlərində  məzhəbi, ideoloji, irq və dil fərqliliklərindən 
asılı olmayaraq, insan haqlarını müdafiə edərkən, demokrasinin, qadın 
haqlarının önündə  əngəl kimi ancaq islam görünməkdədir. Gerçəkdən də, 
maraqlı deyilmi? Yəhudilik və xristianlığın qadın və kişi haqları uğrunda elə 
də önəmli tarixi təsiri olmasa da, bu gün milyonlarca yəhudi və xristian 
qadın, məzhəb və 
vətəndaşlıq kimi insan haqlarından tam 
faydalanmaqdadırlar. Modern dünya – tanınmış Amerika Birləşik Dövlətləri 
və Avropaya hər dəfə getdiyimdə o yerlərin məzhəbi atmosferindən heyrətə 
gəlirəm. Keçmişin və modern dünyanın ehtiyaclarının tərkibi kimi 
şəkillənmiş onların həyat tərzləri bir ərəb qadını olaraq mənim üçün çox 
cazibəli görünür. Əslində bir xaricinin gözü ilə baxıldığında Amerika və 
Avropa toplumları daha çox miflərin, məzhəblərin, gələnəklərin təsiri 
altındadır. 
 
Qərb insanları gündəlik çalışmaların, yaradıcı  təfəkkürün, dünyada 
baş verən hadisələrlə bağlı  təhlillərin fövqündə  məzhəbə  də  işarə edirlər. 
Neil Armstrong 1969-cu il 20 iyunda yoldaşları ilə birlikdə Ay kürəsinə 
ayaq basdığında bütün dünya, o cümlədən biz, müsəlmanlar da, onları seyr 
edirdik.  Onların Aydakı ilk söylədikləri bu idi: “Başlanqıcda Tanrı göyləri 
və yeri yaratdı...”  Əslində modern kosmos elminin bütün gəlişmələrinə 
baxmayaraq, onlar bu ifadələri ilə inanclı olduqlarını göstərdilər.  
 1986-ci 
ildə Amerikaya səfər edərkən xristian təbliğatçılarının 
televizionlardakı dini propaqandalarının çoxluğundan heyrətə  gəlmişdim. 
Bir çox banklar, böyük şirkətlər də bu proqrama maddi dəstək verməyi 
xeyirxah iş olaraq dəyərləndirir və bu vasitə ilə Amerika millətinin əxlaqının 
dayanaqlı olacağına inanırlar. Bu özü-özlüyündə islamın modern 
 
8

mədəniyətlə ayaqlaşa bilməyəcəyini iddia edənlər üçün açıqca bir mesajdır. 
Ancaq belə bir sual ortaya çıxır: “Nədən yəhudiliyin və xristianlığın qalib 
olduğu bir ortamda islam heç bir irəliləyiş əldə edə bilməmişdir?”  
 Biz 
qadınlar Amerika və Avropanın bugünkü durumundan nə kimi 
nəticələr çıxara bilərik?  İlk öncə görürük ki, modern dünyada din müxtəlif 
quruluş və təşkilatlar vasitəsi ilə faydalı planları təşviq edə bilmişdir. Digər 
tərəfdən, gerçək islamın yəhudilik və xristianlıq qədər daşlaşmadığını bilirik. 
O zaman nədən islam ölkələrində qadınların durumu bərbad görünümdədir? 
Belə anlaşılır ki, islami toplumlarda mənfəət sahibləri öz qeyri-qanuni 
mənafeləri istiqamətində qadın haqlarının gerçəkləşməsinə  əngəl 
törətməkdədirlər. 
 Belə bir sual ortaya çıxır: “Öz mənafeyi uğrunda qadınları istismar 
edən sərmayədarlar  bu əməllərinə necə bəraət qazandırırlar?” Şübhəsiz ki, 
bu işi keçmişə güvənərək etməkdədirlər. Müsəlman qadınların haqqını inkar 
edənlər “Ya islam, ya demokrasi, ikisi bir yerdə olmaz” şüarı ilə həqiqəti ört-
basdır edərək ancaq öz mənafelərini təqib edirlər. Bu səbəbdən də qadınların 
haqlarını müdafiə etmək üçün keçmişi və islamı incələmə  zərurəti ortaya 
çıxır.  
 
Gəlin uluslararası səhnəni tərk edib 1400 il bundan öncəki Mədinənin 
küçələrinə varalım! Nədən bəzi müsəlman kişilər iddia edirlər ki, qadınlar 
islami ölkələrdə insani haqdan yararlana bilməzlər? Onların iddiaları  nəyə 
əsaslanır? Fikirləşmirsinizmi ki, onlar bizim keçmişlə bağlı 
bilgisizliyimizdən, cəhalətimizdən sui-istifadə etməkdədirlər? Çünkü onların 
bütün iddiaları islam tarixi haqqında bir az bilgili olanlar qarşısında 
keçərliliyini itirir. Öz vətəndaşlıq haqqını istəyən qadınları  qərbçi və  Qərb 
əxlaqının təsirinə düşmüş olaraq adlandıranlar, onları toplumdan ayırıb 
bədbəxtliyə sürükləyənlər əslində özləri islamın mahiyətindən və tarixindən 
xəbərsiz qalmışlar.  İbni-Hişam,  İbni-Həcər,  İbni-Sə´d və  Təbəri kimi 
alimlərin islam tarixi ilə bağlı araşdırmaları erkəkmərkəzli islam anlayışının 
tam tərsinədir. Biz, müsəlman qadınlar, böyük qürurla modern dünyaya 
uyum sağlaya bilərik. Yalnız qadın olaraq bunu anlamalıyıq ki, qadın haqları 
məsələsini sadəcə modernitə gətirməyibdir. İslam tarixinin din xadimlərinin 
təfsirlərinə tam əks olaraq islamda da qadına hörmət və ehtiram vardır. Adını 
çəkdiyim araşdırmaçıların və bu sahədə araşdırma aparmış digər alimlərin 
əsərlərini oxuduqdan sonra mən buna tam olaraq inandım. Bu mütaliələrim 
modern dünya dəyərlərini qəbul etməkdə islamdan da qüvvət almağıma 
səbəb oldu. Bir çox tarixi sənədlər isbat edir ki, peyqəmbərin Mədinəsində 
qadınlar köləlikdən və  şiddətdən  qurtulmuş  və yeni islami toplumun 
quruluşunda könüllü olaraq öz üzərlərinə  məsuliyət almışdılar. Minlərcə 
qadın Məkkənin qəbilə aristokrasisindən qaçıb Mədinəyə sığınmışdır. Çünkü 
 
9

islam bərabərlik anlayışını hər kəsə (qadın və kişi olaraq) sayqı bağlamında 
gəlişdirirdi. Siyasi toplumunun başında peyqəmbər duran Mədinəyə daxil 
olan hər bir qadın bərabər vətəndaşlıq hüququndan faydalanırdı. Bu, 
müsəlmanların fəxr edəcəyi hadisədir ki, ərəb dilində “səhabi”
*
  kəlməsiylə 
yanaşı “səhabiyə”
**
  kəlməsi də mövcud idi. Bu da o deməkdir ki, islami 
toplumun  şəkillənməsində qadınların xüsusi rolu olmuşdur. Onlar sərbəst 
şəkildə islami toplumun rəhbəri, peyqəmbərlə, söhbət edir, fikir və 
görüşlərini söyləyərmişlər, kişilərlə çeşidli mövzularda mübahisə edərmişlər. 
Peyqəmbərin səhabiyələri ilə bağlı mövcud tarixi sənədlər göstərir ki, 
qadınlar da kişilərlə bir yerdə islami toplumun biçimlənməsində qatqıda 
bulunmuşlar.  
 
Bu kitabda birinci islami şəhərin bəzi gözəl və heyrətamiz məqamları 
hicrətin birinci  ilində araşdırılmışdır. Kölə və aristokrat qadınların kişilərlə 
bərabər yeni toplumun inşasına qatılmaları  Məkkənin aristokrat kəsimini 
qorxuya salmışdı. Çünkü peyqəmbər elə  məsələlərdən danışırdı ki, 
Məkkənin qüdrətli təbəqəsi üçün xətər oluşdururdu. Peyqəmbərin 
“İnsanların bərabərliyi və bir-birlərinə hörmətlə davranmaları” kimi 
mesajları Məkkənin zənginləri tərəfindən qəbul ediləcək bir mövzu deyildi. 
Peyqəmbərin bərabərliyə dair verdiyi mesaj hətta bu gün də islam 
ölkələrində  qəbul edilməməkdədir. Bu səbəbdən də bir çox müsəlman 
ölkələrində  hesab edirlər ki, “insan haqları” kimi qavramlar Qərbdən islamı 
yıpratmaq, yırtmaq amacı ilə idxal edilmişdir və bu qavramlar islami 
dəyərlərə zidd olduğu üçün onun qarşısında durmaq lazımmış!  Əsil 
müsəlman olaraq bizim vəzifəmiz tarixi hafizəni canlandırmaqdan ibarətdir. 
Quranda da deyildiyi kimi, 
ِا ﺮِّﮐَﺬَﻓ
ﯼﺮﮐِّﺬﻟا ِﺖَﻌَﻔَﻧ ن
 
***
   
Bu kitabı bitirdikdən sonra çox önəmli bir mövzunu anladım. Anladım 
ki, çağımızda kişilərin qadın haqlarına qarşı bu qədər yasaqlar gətirmələrinin 
Quran və peyqəmbər sünnəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, qadın 
haqlarının gerçəkləşməsinə, qadınların ictimai, siyasi və mədəni həyatda rol 
almalarına qarşı  çıxan kişilər isbat etməyə çalışırlar ki, onların bu bəsit, 
gerici dünyagörüşləri islami fikirlərdən qaynaqlanmaqdadır.  Ancaq 
teknoloji imkanlarla təchiz edilmiş  və müxtəlif yollarla tarixi bilgiləri  əldə 
edən  əsrimizin modern insanı belə hesab edir ki, islam —  xudbinliklərin, 
gerici görüşlərin ictimai münasibətlərdə hakim olmasına  şərait yaratmaq 
üçün gəlməmişdir. Ərəbistan qumsallıqlarında zənginlərlə yoxsullar arasında 
dərin uçurum varkən, bərabərlik və ədalətdən yalnız islam söz açmışdır. İlk 
müsəlmanlar üçün azadlıq — yemək-içmək və yatmaq kimi zəruri bir 
                                                 
*
 Peyqəmbərlə həmsöhbət olmuş kişilər. 
**
 Peyqəmbərlə həmsöhbət olmuş qadınlar.  
***
  Əgər nəsihət verməkdə fayda varsa, nəsihət eylə.   (Ə´la surəsi, 9-cu ayə). 
 
10

ehtiyac idi. Mən bu kitabda qadın və kişini bərabər olaraq anlayan və 
anladan o azadlıq ideyası haqqında danışacağam. Bu kitabı oxuyarkən, bir 
çox tarixi gerçəklər haqqında bilgilənib  ləzzət alacaqsınızsa, demək bu əsər 
öz qarşısına qoyduğu hədəfə çatmışdır.  
 
 
 
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə