Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   2   3   4   5   6   7   8   9   ...   14

Peyqəmbər və hədis 
 
 
Necə oldu ki, heç başqa bir dil bilməyən və  həyatında çox az səfər 
etmiş olan bir ərəb verdiyi mesajı ilə bütün dünyanı öz etkisi altına aldı? 
Çindən (20 milyon Çinin Kansu və Hunan əyalətlərində müsəlman var) 
Senqala və  Mərkəzi Asiyadan Hindistana, Orta Doğudan Afrikaya qədər 
Abdulla oğlu Məhəmmədin mesajları ilə alt-üst oldu. Hələ  də bu bu geniş 
coğrafiyada Abdulla oğlu Məhəmmədin mesajları öz canlılığını 
qorumaqdadır. Bu qədər böyük hadisəni bir hekayədən, bir rəvayətdən daha 
üstün görmək doğru olmazmı? Qəbul etmək məcburiyətindəyik ki, bu insan 
həm fərdi və həm də toplumsal həyatında müvəffəq olmuşdur.  
Islam hekayəsi gəncliyində  fərqli dünya təsəvvür edən bir ərəb 
gəncinin qəhrəmanlığıdır. Olqun yaşlarında öz təsəvvürünü gerçəkləşdirən 
bir insanın həyat öyküsüdür. Məhəmməd hərbi qələbələrinin zirvəsində ikən, 
ən sərt düşmənləri ona təslim oldular. Mənim din öyrətmənim  İsa 
peyqəmbər haqqında danışarkən, “İsanın nə  qədər də acı  və  qəmli həyatı 
olmuşdur. Gerçəkdən də elə olmuş. Bir halda ki, Məhəmməd peyqəmbər ən 
son qələbəsinə qədər savaşdan əl çəkmədi,”- deyirdi. Peyqəmbər 570-ci ildə 
Məkkədə dünyaya gəldi. Roma və Sasani imperatorluqları ilə qiyasda ərəblər 
daha geriyə qalmış durumdaydılar. Ərəblər işğal altında olmadıqları zaman 
belə, iki imperatorluqdan birisinə bağlı idilər.  Ərəb qəbilələri bu bu 
imperatorluqlardan birinə tabe olmadıqlarında Ərəbistanın qumsal çöllərində 
unudulmuş olurdular. Sasani və Roma imperatorluqları ticarət yollarının 
kəsişdiyi  Ərəbistan yarımadasını kontrol etmək uğruna bir-birləri ilə 
savaşırdılar.  Ərəbistan yarımadasında hər bir imperatorluğun mənafeyini 
qoruyan əlaltıları mövcud idi. Ərbabları istədiyində ərəb qəbilələri bir-birləri 
ilə savaşmaqdan çəkinmirdilər. 580-ci ildə Abdulla oğlu Məhəmmədin 10 
 
29

yaşı olduğunda Roma imperatorluğunun  əlaltısı olan Qəsaniyan qəbiləsi, 
Sasani imperatorluğunun  əlaltısı olan Ləxmiyan qəbiləsinə hücum etdi və 
İraq çöllüyündə onların başkəndi olan Hirə şəhrini atəşə verdilər.  
48 il sonra 628-ci ildə Məhəmməd 58 yaşındadır və onun dininə iman 
gətirən ərəblərə Sasani və Roma imperatorluqlarını fəth edəcəkləri xəbərini 
vermişdi. Roma imperatoru Herakliusa və Sasani padşahı Xosrov Pərvizə 
məktub yazaraq onları islama dəvət etdi. Ərəbləri daima aşağılayan Sasani 
padşahı Xosrov Pərviz Məhəmmədin bu əməlindən heyrətləndi. Onun 
məktubunu yırtdı  və  Yəməndəki valisinə bu məzmunda bir məktub yazdı: 
“Hicazda anidən ortaya çıxmış olan bir ərəb utanmazcasına mənə bir məktub 
yazmışdır. Iki nəfər  əmin adam göndər ki, onun qollarını bağlayıb mənim 
hüzuruma gətirsinlər. Görüm onunla necə davranacağam, onunla bağlı necə 
qərar verəcəyəm.  Əgər o asi ərəb bu əmrə tabe olmazsa, onun üzərinə bir 
ordu göndər ki, başını  bədənindən ayırıb mənə göndərsinlər.”
1
 15 il sonra  
Sasani imperatorluğunu  ərəblər fəth etdilər və Sasani təbəələri bütünü ilə 
müsəlmanlaşdılar.  İslam dininin mənəvi tərəfindən başqa  ən önəmli yönü, 
ərəbləri tabe olma statusundan qurtarıb, qəbilələri birəşdirib onların 
qarşılarına böyük hədəflər qoymasıdır. 40 yaşında peyqəmbərliyə yüksələn 
bu gənc  ərəb çağdaşlarınıa görə qeyri-mümkün görünən röyalarını öz 
yaşayışı boyunca həyata keçirdi.  Məhəmməd peyqəmbər gah vaizlikl və 
öyüdlə gah da silahlı  dəstələr istənilən yerlərə göndərərək öz amacını 
gerçəkləşdirirdi.  Ərəblər arasındakı birliyi qan bağı ilə deyil, bir inanc 
ətrafında sağlamaq və onları tarix səhnəsinə  çıxarmaq yalnız Məhəmməd 
peyqəmbər aracılığı ilə mümkün olmuşdur.  
Lakin Məkkə peyqəmbərinin görəvləri hələ bitməmişdir. 
Müsəlmanlara vacib olan və hər zaman vacib olacaq dinin 5 əsası hər kəsi 
ortaq inanışa və ortaq imana sövq edirdi. Gündəlik davranışlarda ciddi bir 
düzənə tabe olmaq islamın əsas mesajlarından biri idi. Islam hər şeydən öncə 
səmavi din olmaqdan daha və daha çox yer üzünün dinidir. Çünkü yer 
üzündə yaşayan insanların yemək-içmək, yuyunma və bu kimi gündəlik 
həyatlarına qədər onun qanunları mövcuddur. Ayrıca fərdlərə də seçim haqqı 
tanıyır. Tanrının birliyini qəbul etmək (tövhid) və  Məhəmmədi onun 
peyqəmbəri saymaq (nübüvvət), islama inanışın ilkin əsasıdır. İkinci əsas isə 
gündə 5 kərə namaz qılmaqdır. Hər yerdə olsan işdən  əl çəkib və 
mərkəzləşmiş bir diqqət və ruhi enerji ilə namaz qılmaq zorundasan. Üçüncü 
əsas- oruç, dördüncü -zəkat və beşinci isə  həccdir. Həcc, yalnız imkanı 
olanlar üçün vacib sayılmışdır.  
                                                 
1
 Al- Täbäri, Mohämmäd, Sceau des prophetes, trans. By Herman Zotenberg, Paris, Sindbad, 1980, p. 251. 
 
30

Peyqəmbərin həyatı boyunca Məkkə,  Ərəbistanın  ən önəmli 
şəhərlərindən biri idi. Məhəmməd peyqəmbər öz həyatını ticarətlə  təmin 
edirdi. Gəncliyində evləndikdən sonra Qüreyşin  ən məşhur qəbilələrindən 
biri olan Bənihaşim qəbiləsi içində yaşayırdı. Bənihaşim  ərəb dilində kiçik 
akula anlamındadır. Dünyanın bu bölgəsində Məkkə şəhərinin ticarət yolları 
güvənlik baxımından tacirləri arxayın edirdi. Məkkə  şəhəri iki ana karvan 
yolunun kəsişdiyi mərkəzdə yerləşirdi. Birinci yol Doğudan Batıya 
(Asiyadan Afrıkaya), ikinci yol isə Güneydən Quzeyə (Bəsrə körfəzindən 
Avropaya) uzanırdı. Xədicə də Məhəmməd kimi Qüreyş qəbiləsindən idi və 
son  ərindən böyük zənginlik miras qalmışdı. Məhəmməd sədaqəti və 
dürüstlüyünə görə Məkkə əhalisi arasında çox sayqınlıq qazanmışdı. Xədicə, 
Suriyə ilə ticarət işində  Məhəmmədlə  əməkdaşlıq edir və onun dürüstlüyü, 
sədaqəti qarşısında heyrətlənirdi. Məhəmməddəki bu xüsusiyət o zaman 
örnəyinə çox az rastlanan özəllik idi. Xədicənin evlənmə  təklifini 
Məhəmməd qəbul etdi. Bu zaman Məhəmməd 25 yaşındadır. Ancaq 
Xədicənin yaşı qırxın üstündədir. Bu, Məhəmmədin ilk evlənməsi idi. Ancaq 
Xədicə daha öncə bir neçə dəfə evlənmiş və bu evliliklərdən 2 qız və 2 oğlan 
dünyaya gətirmişdi. Oğlanlar uşaqlıqlarında ölmüşdülər. Xədicə evləndiyi 
kişinin 15 il sonra peyqəmbər olacağını bilməməsinə baxmayaraq, onun adi 
bir insan olmadığına da inanırdı və ona tam olaraq güvənirdi.  
Öz toplumunun kültür səviyəsindən razı olmayan Məhəmməd digər 
hörmətli insanlar kimi, düşünmək üçün hər il Hera mağarasına uğrayırdı. O, 
Məkkə  əhalisi arasında çox sayqın və hörmətli insan kimi tanınırdı. 
“Məkkənin bütün əhalisi Məhəmmədin sadiqliyi, dürüstlüyü haqda eyni 
fikirdəydilər.  İnsanlar öz mallarını  ona əmanət olaraq tapşırır və ortaya 
çıxmış  hər hansı anlaşılmazlığın həlli üçün ona müraciət edirdilər.”
23
 Bu 
vəziyət onun peyqəmbərliyə yüksəldiyi ana qədər davam etdi.  “Məhəmməd 
40 yaşına çatdığında Tanrı, Cəbrail aracılığı ilə ona açınım (vəhy)
*
 
göndərdi.”
24
  
Tanrının Məhəmmədə göndərdiyi ilk açınım (vəhy)  Ələq surəsinin 
birinci ayəsidir ki, “iqrə”, yəni “oxu” sözü ilə başlayır. Beləliklə, islam 
oxumağa və bilməyə çağrı ilə başlamışdır.  İlk açınımın gəlişi 610-cu ildə 
olmuşdur. Məhəmmədə endirilmiş olan ilk açınım çox iztirablı olmuşdur. O, 
eşitdiyi  əsrarəngiz səsdən qorxmuşdu. Xədicənin yanına gedib başına 
gələnləri ona danışdı. Bədənini sarmış bir şübhə  və titrətmə ilə “Xədicə, 
                                                 
23
 Eyni qaynaq. 
*
 10 il Türk Dil Kurumunun başqanlığını etmiş Macit Gökberk, vəhy sözünə qarşılıq olaraq “açınım” 
sözünü düzəltmişdir. Ərəb dilini bilənlər yaxşı anlayacaqlar ki, “açınım” sözü “vəhy” sözü üçün çox uyğun 
qarşılıqdır. Çünkü vəhy də əslində Tanrı bilgilərinin açılması deməkdir. (G.G)  
24
 Eyni qaynaq, s. 65. 
 
31

canımdan qorxuram, mənə bir şeylər olur. Dəli olacağımdan qorxuram”- 
dedi. Xədicə Onu sakitləşdirməyə çalışırkən, baş vermiş hadisənin çox 
olağanüstü (fövqəladə) olduğunu söylədi. O, Tanrının seçdiyi insan idi. 
Ərəblərin məhrum olduğu hər  şeyi onlara bağışlayacaq insan idi. Yəni 
yəhudilərin və xristianların sahib olduqları kimi, Məhəmməd peyqəmbər də 
ərəblərə Tanrısal inanc gətirəcəkdi. Xədicə yeni dinə inanaraq bu olayı xoş 
qarşıladı. Beləliklə o, ilk müsəlman olaraq tarixə keçdi. Məkkədə 300 büt 
olmasına baxmayaraq, yeni inanc böyük dəyişikliklərə yol açmağa 
başlamışdı. Ancaq Məhəmməd peyqəmbərin üç il gizlincə  təbliğ etdiyi 
tövhid (Tanrının birliyi) inancı  Məkkəlilər üçün çətin anlaşılırdı. Lakin 
Məhəmməd peyqəmbər Ərəbistanın ən önəmli mərkəzi olan Məkkədə islam 
dininin yayqınlaşması üçün mübarizə edirdi. Çünkü hər il Məkkəyə çoxlu 
ziyarətçilər uğrayırdılar. Bu baxımdan islamın Məkkədə yayılması 
Məhəmməd peyqəmbər üçün çox önəmli idi.  
Məhəmməd peyqəmbər ilk vəhyin (açınımın)  şaşqınlığından 
çıxdıqdan sonra artıq gözlənilmədən gələn açınımlara alışmağa başlamışdı. 
O, 22 il boyunca Tanrı ilə olağanüstü (fövqəladə) ilişkini səbirsizliklə 
bəkləyirdi. Devinimli (hərəkətli) bilgi dalğası anlamında olan vəhy (açınım) 
Tanrı qatından cərəyan edir və Onun peyqəmbəri tərəfindən yer üzünü 
işiqlandırırdı. Tanrının Məhəmmədlə yerəl dildə, yəni ərəb dilində danışması 
bir möcüzə idi. Yəhudilər və xristianlar açınımın onların dillərində 
olmasından qürur duyurdular. Məhəmməd ən son vəhyi (açınımı) vəfatından 
doqquz gün öncə hicrət ilinin onunda, yəni 632-ci ildə Tanrı qatından 
almışdır.  
Tanrının sözlərini peyqəmbər  şifahi olaraq alır və  şifahi olaraq da 
topluma duyururdu. Ayələrin zamanını və uzunluğunu Məhəmməd müəyyən 
etmirdi. “Məhəmməd yalnız bunu bilirdi ki, yeni bismillah-irahman 
irrahimin söylənilməsi daha öncəki surənin bitişi anlamındadır.”
25
   Vəhyin 
endiriliş  tərtibi bu gün Quranda olduğundan fərqli olmuşdur. Peyqəmbərin 
zamanında vəhyin endiriliş səbəbi o zamankı ehtiyaclara görə idi. Məkkədə 
endirilmiş olan surələr islamın vəzifələrini, üsulunu, və hökmlərini təyin 
edirdilər. Mədinədə endirilmiş olan surələr peyqəmbərin rastlandığı 
hadisələrlə bağlı olmuşdur. O cümlədən Mədinədə bir çox ayələr islama yeni 
iman gətirənlərin suallarına cavab xarakteri daşıyırdı. Ancaq indiki mövcud 
Quranda surələrin düzülüşü, alimlərin dediyinə görə, təlim-tərbiyə 
ehtiyacları  əsasında gerçəkləşmişdir. Tanrısal (ilahi) vəhydən qaynaqlanan 
islam şəriəti və din mərkəzli ictimai qanunlar Mədinədə şəkillənmişdir.  
                                                 
25
 
 توﺮﻴﺑ ،ﻪﻟﺎﺳﺮﻟا ﮥﺴﺴﺳﻮﻣ ،خﻮﺴﻨﻤﻟاو ﺦﺳﺎﻨﻟا بﺎﺘﮐ ، ﯼزاواﺪﻟا ﺎﻣﺎﺳ ﻦﺑ ﻩدﺎﻨﻗ
1984
 ص ،
52
 
 
32

Peyqəmbər 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdi (ayrıldı). Bu il 
müsəlmanların tarixlərinin mənşəyi olması baxımından çox önəmlidir. 
Peyqəmbər Məkkədən gedərkən, onunla bərabər Mədinəyə varanlara 
“Mühacirlər” deyilir. Peyqəmbərə iman gətirən mədinəlilər isə  “Ənsar” 
olaraq bilinməkdədir. Ənsar sözü yardım edənlər anlamındadır. Ənsar, yəni 
peyqəmbərə yardım edənlər. Peyqəmbər gizlincə  Mədinəyə daxil oldu. 
Məkkə qəbilələri onu öldürmək üçün axtarırdılar. Çünkü Məhəmməd onların 
tanrılarını, xüsusən onların  ən  əziz tanrıları  olan  Lat,  Mənat və  Əzzanı 
aşağılamışdı.  
Əbutalib və  Xədicənin ölümündən sonra Məhəmmədlə  məkkəlilərin 
münasibəti gərginləşmişdi. Bənihaşim qəbiləsinin rəisi olan Əbutalib, 
Qüreyş  qəbiləsi arasında böyük nüfuza sahib idi. On il boyunca Məkkə 
əhalisi Məhəmmədin onların inancına olan həmlələrinə dözmüşdü. Ancaq 
619-cu ildə Əbutalib öldükdən sonra Məhəmməd ən böyük hamisini itirmiş 
oldu. Öz yaxınlarını itirdiyindən dolayı  kədərli olan Məhəmməd, Məkkəni 
tərk etmək qərarına gəlmişdi. Çünkü artıq onun həyatı bu şəhərdə  təhdid 
altında idi. Ancaq hara getməli idi? O zaman Məkkədə yayqın olan qəbilələr 
arası münasibətlərə görə güclü bir hamisi olmayan Məhəmməd kimi bir 
şəxsin səfərə çıxması çətin məsələ idi. Məhəmməd bu işi öz dinini müxtəlif 
qəbilələrə  təbliğ etməklə başladı. “Hər il Kəbəni ziyarət fəslində müxtəlif 
yerlərdən Kəbəyə ziyarətə  gələn qəbilə üzvləri ilə irtibat qurmağa çalışdı, 
islam dinini onlara anlatdı. O, qəbilələrdən birisi ona iman gətirib onu 
himayə edəcəyinə ümidvar idi. Bu şəkildə o, məkkəlilərin  əlindən 
qurtulmağı planlamışdı.”
26
 Ancaq Məkkə  əhalisini narahat etmiş olan 
Məhəmmədə heç bir qəbilə yaxın düşmürdü. O, bu məntəqədə qala bilmək 
üçün Taifə getdi. Taif, Məkkədən çox da uzaq olmayan bir şəhər idi. Ancaq 
Taifin də əhalisi Məhəmmədə sığınacaq vermədi. 
27
 Bu səbəbdən Məkkəyə 
geri döndü və gedəcəyi  şəhər haqqında düşünməyə başladı. Bu sırada altı 
mədinəli ziyarətçi ilə irtibat qura bildi. Onlara bir neçə surə oxudu. 
Məhəmməd, islama iman gətirən yeni müsəlmanlardan Mədinəyə getmək 
üçün yardım istədi.
28
 “Bu altı kişi tanınmış olmalarına baxmayaraq, orta 
təbəqəyə  mənsub idilər.”
29
 Onlar Məhəmmədə dedilər ki, bu kimi mühüm 
mövzuda qərar vermə yetkisinə sahib deyillər və öz qəbilə  rəislərinin 
görüşlərini almalıdırlar. Onlar eləcə  də  Mədinənin vəziyətinin necə 
olduğunu açıqlayaraq, “Mədinə  qəbilələrin ixtilafı  və toqquşmaları 
nəticəsində dağılmışdır... döndüyümüzdə Sizin istəyinizi qəbilələrimizin 
                                                 
26
 Tabari, Mohammed, Sceau des prophetes; Tabari, Tarikh, vol. 2, P. 231. 
27
 
ج  ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
2
 ص ،
60
 
 
28
 
ﺎﺸه ﻦﺑ
ج ،م
2
 ص ،
70
 
29
 Tabari, Mohammed, Sceau des prophetes; s. 104. 
 
33

başçılarına çatdıracağıq,”
30
- dedilər. Sonrakı ildə 12 mədinəli Məhəmmədlə 
görüşüb, Us qəbiləsi ilə  Xəzrəc qəbiləsinin durumunu Ona anlatdılar.
31
 
Beləliklə, Mədinə əhalisi bu böyük işdə Məhəmmədə yardım etməkdə öncül 
oldular.  
İlk islam topluluğu Mədinədə  şəkilləndi. Daha sonrakı  nəsllər bu 
şəhərdə baş verən hadisələri özlərinə örnək olaraq seçib ilk islam 
toplumunun təcrübələrindən yararlanmağa çalışacaqdılar. Çünkü bu şəhər 
siyasi, hərbi, hüquqi rəhbər olan Tanrının elçisi tərəfindən idarə edilirdi. 
Mədinədə yeni iman gətirənlərin sualları  əsasında Məhəmməd peyqəmbərə 
endirilmiş olan ayələr bu şəhərin islami bir toplum olmasına imkan 
yaradırdı. Hədis haqqındakı problemlər Məhəmməd peyqəmbərin 
ölümündən sonra ortaya çıxdı. Islamın Mədinə dönəmində  cəmiyət islam 
idealları əsasında yaşayır və Məhəmməd vasitəsiylə tanrı ilə bir növ irtibat 
qurmuş olurdular. Bu dönəm iqtisadi və ictimai model olaraq modern 
müsəlman toplumları üçün də örnək oluşdurmaqdadır. Hicrətin 10-da 
Məhəmməd peyqəmbərin vəfatından sonra canişinlik məsələsi ortaya çıxdı. 
Peyqəmbərdən sonra da islami toplumları idarə edəcək  şəxs və ya şəxslər 
lazım idi. Siyasi bir çıxış yolu olaraq din alimləri xəlifəliyi politik bir teori 
kimi gəlişdirdilər. Peyqəmbərin canişini olacaq və yeni islami cəmiyəti idarə 
edəcək xəlifədə hansı özəlliklər olmalıdır? Xəlifə öz toplumu tərəfindən 
necə seçilməlidir? Bir çox kitablar və risalələr bu haqda yazıldı və bir çox 
cərəyanlar və nəzəriyəçilər ortaya çıxdı. İslamın siyasi teorisi çox mürəkkəb 
özəlliklərə sahibdir. Əlbəttə, bu gün islam ölkələrində yayqın olan islam və 
xilafət anlayışı o zamankı anlayışın tam tərsinədir.  İkinci məsələni, yəni 
Tanrının iradəsinin göstərgəsi olan şəriət məsələsini həll etmək üçün din 
alimləri fiqh (islam hüquq sistemi) elmini gəlişdirdilər. Bu dəstə, bir 
tərəfdən, Quranın yenidən açıqlanmasını  nəzərə aldılar, digər tərəfdən, 
peyqəmbərin sünnətini hədisləri yazmaqla həyata keçirməyə çalışdılar. 
Beləliklə, islamın doğru yolunu təsbit etmək üçün peyqəmbərin bütün 
sözlərini qələmə aldılar. Quran və sünnətdən çıxarılan şəriət əsasında uyğun 
və münasib siyasi rəhbər seçmək islam tarixində  hər zaman fəal və 
gündəmdə olan bir mövzu olmuşdur. Bu durum hərb və sülhü də təfsir etmiş, 
yüksəliş  və düşüşlərə anlam qazandırmışdır. Eləcə  də bu mövzu çağdaş 
dünyada islama dönüşü, islami dəyərləri siyasi, iqtisadi problemlərin həlli 
üçün yeganə qurtuluş yolu kimi görənlərin də əsas istəyi və amacı olmuşdur. 
Ruhullah Xomeyni bu şüarlarla ortaya çıxaraq  şahlıq rejimini devirib 
iqtidara gəldi.  
                                                 
30
   
 
ج  ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
2
ص ،
71
  
31
 Eyni qaynaq, s 83. 
 
34

Məzhəbi mətnlərin əhəmiyətini anlamaq və keçmişin, indiki zamanın 
siyasət şahmat taxtasında bəd niyətlə davranmaq istəyənləri tanımaq, bilmək 
üçün peyqəmbərin vəfatından sonra baş verən macəraları incələmək 
məcburiyətindəyik. Xüsusən bir çoxlarının  əsl müsəlman və dindar olaraq 
tanıyıb, tanımladıqları ilk 4 xəlifənin həyatlarını, necə seçildiklərini 
bilməkdə fayda var. Bugünkü dünyamızda islama dönüş təbliğatını anlamaq 
üçün islamın ilk çağlarındakı hadisələri ayrıntıları ilə bilmək zorundayıq. Bu 
gün islami hərəkətlərin demokrasi ilə bağlı  təhlilləri bu 4 şəxsin 
dönəmindəki hadisələrə dayanmaqdadır. O zaman bu suala cavab verməyə 
çalışalım ki: ilk xəlifə necə seçilmişdir? 
 
Peyqəmbərin vəfatı  
 
Peyqəmbər vəfat etdikdən sonra onun oğlan varisi olmamışdır. 
Məhəmmədin Mariyə adlı bir qadından olan İbrahim adında oğlu Xədicənin 
oğlanları kimi ölmüşdür. Məhəmmədin soyu qızı Fatimə  tərəfindən davam 
etmişdir. Ancaq bu duruma baxmayaraq, peyqəmbərin yanında olan 4 kişi 
ayrıca önəmə sahib olmuşlar. Birincisi, əmisi oğlu və kürəkəni olan Əbutalib 
oğlu  Əli idi. Əlinin atası yoxsul olduğu üçün Məhəmməd onu himayəsinə 
almış  və  tərbiyəsi ilə özü məşğul olmuşdur. Məhəmməd Məkkədən 
Mədinəyə hicrət etdikdən sonra Əli, Onun  böyük qızı Fatimə ilə evləndi və 
ümumi işlərin idarəsində peyqəmbərə  ən yaxın  şəxs oldu. Peyqəmbərin 
vəfatından sonra Onun soyu Əlinin eşi Fatimə tərəfindən davam etmişdir.  
Məhəmmədə yaxın olan bir başqa kişi Osman ibni-Əffan idi. Osman 
da Məhəmmədə ilk iman gətirənlər cərgəsində idi. O da Əli kimi 
Məhəmmədin Rüqəyyə adında qızı ilə evlənmişdi.  Əffan oğlu Osman, 
Bəniüməyyə  qəbiləsinin  Əbdi-Mənaf soyundan idi. Bu qəbilə  Bənihaşim 
qəbiləsinin rəqibi sayılırdı. Digər iki önəmli  şəxslərdən  Əbubəkir və Ömər 
idi. Hər ikisi Peyqəmbərə xüsusi yaxınlıqları ilə bilinirdilər. Hər ikisi də 
Qüreyş  qəbiləsindən idilər. Hər ikisi də  Məhəmmədin qaynatası idilər. 
Əbubəkir Ayişənin, Ömər isə Hafisənin atası idi. Məhəmməd vəfat etdiyində 
9 qadını olmuşdur. Ancaq bu iki şəxs Məhəmmədin qaynatası olduqları üçün 
deyil, peyqəmbərə olan dərin bağlılıqlarından dolayı səciyələnirdilər.  
O zamankı ərəb qəbilələrində belə bir ənənə var idi ki, qəbilə başçısı 
öldüyü zaman özünə varis təyin etməli idi. Əgər peyqəmbər də belə bir iş 
görüb yerinə varis təyin etsə idi, o zaman O, artıq peyqəmbər deyil, bir 
qəbilə başçısı kimi davranmış olardı. Bu şəkildə davranacaq olsaydı, islam 
cahanşümul bir din olmaqdan çıxıb bir sülalə inancına dönüşərdi. 
Peyqəmbər qəbilə kültürünə qarşı mübarizə apardığı üçün vəfat etdiyi zaman 
 
35

yerinə varis təyin etmədi. Çünkü peyqəmbərlik Tanrı qatından təyin edilir. O 
zaman peyqəmbərin varisinin təyin olunmasında Tanrının iradəsi açıqca 
ortada olmalı idi. Lakin Məhəmməd israrla peyqəmbərliyin onunla sona 
çatdığını söylədiyi üçün öz yerinə varis təyin etmə  səlahiyəti ona 
verilməmişdi. Peyqəmbər öz yerinə varis təyin etsə idi və bu varis də kiçik 
bir xəta yapsa idi, o zaman islam çökərdi. Xəlifələrin xətaları ona görə, 
islamı çökərtmədi ki, onlar peyqəmbər tərəfindən təyin edilməmişdilər. 
Məhəmməd çox heysiyətli bir şəkildə vəfat etdi. Bəzi tarixi sənədlərə görə 
peyqəmbər öz vəfatından sonra müsəlmanların işləri ilə  məşğul olmağı 
Əbubəkirlə Ömərə tapşırıbmış, lakin bu, varis anlamında olmamışdır. Onlar 
da sırasıyla xəlifə olmuşlar.  Əbubəkir 2 il, Ömər də 10 il xilafətdə 
bulundular. Üçüncü xəlifə Osmanın terror edilməsi islam ümmətini iç savaşa 
sövq etdi. İç savaşın getdiyi bir ortamda Əbutalib oğlu Əli dördüncü xəlifə 
olaraq seçildi. Əli öz iqtidarını xilafəti boyunca islam ölkələrinə tam olaraq 
tətbiq edə bilmədi. Bu iğtişaş dönəmində Məhəmməd peyqəmbərin eşi Ayişə 
də Əli ilə savaşmaq üçün düzənlədiyi ordusunu Cəmələ sövq etdi. Sonunda 
Əli də bir siyasi müxalifi tərəfindən qətl edildi. İğtişaş dönəminin psixoloji 
təsiri Əli xilafəti dönəmində öz basqısını ciddi şəkildə göstərmiş və bu günə 
qədər də davam etməkdədir.  
Müsəlmanlar siyasi terroru önləmək üçün hədisləri toplamağa 
başladılar. Hədisləri toplamaqdan əsas məqsəd ilk olaraq bu suala cavab 
verməkdə idi: Peyqəmbər iç savaş haqqında nə demiş? Elə bir durum ortaya 
çıxarsa, müsəlmanların nə etmələri gərəkir? Ən çox hansı özəlliklər daşıyan 
müsəlman xəlifə olmalıdır? Adil olmayan, ancaq güvənliyi sağlayan bir 
xəlifəni seçmək doğrudurmu? Toplum iğtişaşa sürüklənsə  də  ədalətli 
olmayan xəlifə ilə savaşmaq gərəkirmi? Hətta Misirin cümhurbaşqanı Ənvər 
Sadatı da bu dönəmdə toplanmış  hədislərdən təsirlənərək terror etdilər. 
Adətən islami toplumların böhranlı dönəmlərində hədislər güclü siyasi silah 
kimi ortaya çıxmışdır. Bu səbəbdən də  hədisi bu şəkildə tanımlamaq, tərif 
etmək olar: hansısa siyasi bir hədəfə  bəraət qazandırmaq üçün 
peyqəmbərdən qaldığı söylənən sözlərin hamısı, peyqəmbərin söylədikləri 
və etdiyi əməllər, hətta necə qüsl etmək gərəkir, toy gecəsi gəlinlə necə 
davranmaq lazımmış” kimi qonularda da peyqəmbərdən hədis uydurub 
söyləmişlər.  Əslində bütün bu hədislər XII əsrdəki  ərəblərin ailə 
sosiologiyası, ictimai münasibətləri haqqında aydınca bir təsəvvür yaradır.   
“Hədis” sözü “rəvayət etmək”, “söyləmək” anlamındadır. Hədisi 
rəvayət edən  şəxs bu gün “müsahibə metodu” olaraq adlanan elmi metodu 
yaxşı bilməlidir. Hədis alimləri, hədisi bir başa peyqəmbərdən eşidən 
səhabilər və  səhabilərdən eşidən  şəxslər (tabeun), tabeundan eşidən  şəxslər 
və digər bu silsilə haqqında dəqiq bilgiyə sahib olmalıdırlar. Şifahi hədisləri 
 
36

yazan  şəxs müxtəlif metodlardan faydalanmalıdır. Yəni hədisi söyləyən 
silsilənin ardıcıllığını  dəqiqləşdirməlidir. Hədisin  ən  əsas qaynağı onu 
peyqəmbərdən bir başa eşidən səhabidir. Hədisi bir başa peyqəmbərdən 
eşidən  şəxsin kişi, qadın və kölə olub-olmaması önəmli deyil, önəmli olan 
birinci rəvayətçi şəxsin peyqəmbərə yaxınlığı və bu səhabinin fərdi özəlliyi, 
xüsusən hafizəsinin güclü olub-olmaması  məsələsidir. Bu səbəbdən də 
peyqəmbərə ən yaxın olan müsəlmanlar, peyqəmbərin qadınları, peyqəmbər 
üçün çalışanlar və onun ən yaxın qohumları hədisin ilk və güvənilir qaynağı 
olaraq bilinməkdədir. Hədis yazmaq, sadəcə onun məzmununu yaddaş 
etməkdən ibarət deyildir. Hədisi rəvayət edənlərin ruh halları haqqında da 
bilgi olmalıdır. Hədis araşdırmaları “rical elmi-şəxsiyətşünaslıq” adında bir 
elmi sahə ortaya qoymuşdur. Rical elmi hədisi rəvayət edən bütün şəxslərin 
özəl həyatlarını  və ruh hallarını da araşdırmış  və  rəvayətçilər zənciri 
haqqında ayrıntılı bilgi vermişdir.  İslam  ən azından ilk çağlarında məntiqli 
bir din olmuşdur. Bu üzdən də məsul şəxslər kifayət qədər bilgiyə və sezgi 
qüdrətinə sahib olsaydılar doğrunu yanlışdan ayırd etmək bir o qədər də 
çətin iş olmazdı. Ancaq zaman keçdikcə  nəzər  əhli insanların, alimlərin 
yerini müt´i və senzuraçı  şəxslər almışdır. Yalnız bu hadisə islam dininin 
meyarlarını sual altına apara bilməmişdir. 
Məhəmməd  Əbuzöhrə “Peyqəmbər haqqında yalanların uydurulması 
və  fəqihlər arasında dərin görüş ayrılıqlarının ortaya çıxması” adlı 
məqaləsində yazır ki, peyqəmbərin vəfatından sonra saxta hədislərin təzahür 
etməsinin amillərindən birisi də bu idi ki, islam dünyası nifaq və iç savaş 
nəticəsində ikiyə bölünmüşdü. “Məzhəbi duyğuların və həyəcanların altında 
iqtidar hərisliyi yatmışd. Elə bir hərislik ki, islam ümmətini uzun sürən 
savaşlara sövq etmiş  və sonunda böyük bölünməyə  səbəb olmuşdur.”
32
 
Əbuzöhrənin böyük bölünmədən məqsədi beş il davam edən iç savaş 
nəticəsində  Əbutaliboğlu  Əlinin qətl edilməsi və sünni-şiə anlayışlarının 
doğuşudur.  
Bu bölünmənin amillərindən birisi xəlifənin iş başına gəlməsi ilə bağlı 
alınan qərar idi. Sünnət əhli Müaviyəni Əlinin canişini kimi seçdilər. Çünkü 
onlar belə hesab etmişdilər ki, Müaviyəni seçməklə iç savaşı durdura 
biləcəklər. Ancaq Əlinin tərədarları etiraz etdilər və Müaviyənin seçilməsi 
ilə iç savaşın bitməyəcəyini, davam edəcəyini söylədilər. Onlar belə hesab 
edirdilər ki, Müaviyənin seçilməsində saxtakarlığa yol verilmişdir.  Şiəyə 
görə, yalnız Əli və onun törəmələri xilafətə layiqmiş. Bu bölünmə müsəlman 
arasında dərin uçurum yaratdı. Hər iki qarşı  dəstə öz siyasi nəzəriyələrini, 
fiqh qanunlarını oluşdurmağa başladılar. Ayrıca bu iki əsas dəstə  də öz 
                                                 
32
 
 ص ،ﺎﺗ ﯽﺑ ،ﻩﺮهﺎﻗ ،ﯽﺑﺮﻋ ﺮﮑﻔﻟاراد ،ﮏﻟﺎﻣ ،ﻩﺮهزﻮﺑا ﺪﻤﺤﻣ
126
 
 
37

içlərində zaman axışı içində bir neçə təriqətlərə, dəstəlrə bölündülər. Bütün 
bu bölünmələr eyni zamanda mürəkkəblik və anlaşılmazlıqlar doğururdu. 
Zaman keçdikcə bu dəstələrin arasındakı nifrət dalğaları  bə´zən fəlakətlərə 
yol açırdı. Hər bir dəstə digərini dindən çıxmış, kafir kimi tanımlayırdılar. 
Ancaq ilk çağlarda islam ümməti  Əli və  Bəniüməyyə olmaq üzrə ikiyə 
bölünmüşdü. Bu üzdən də bir çoxları  məzhəbi təmayüllərini buraxdılar. 
Məzhəbi meyllər get-gedə zəifləməyə və çökməyə başladı. Saxta hədislərin 
miqdarı zaman keçdikcə artırdı ki, bu da möminlərin ciddi rahatsızlıqlarına 
səbəb olurdu. Onlar fənn (metod, teknik) alimləri məşvərət etdilər. Belə 
qərara gəldilər ki, ən mötəbər hədisləri məktub hala gətirməklə bu 
saxtakarlığın qarşısını alsınlar.  
İlk müsəlmanlar arasındakı siyasi keşməkeşləri anlaya bilmək üçün 
yaxşı olar ki, peyqəmbərin dəfn törəninə bir nəzər salaq.  
Peyqəmbər həftənin birinci günü vəfat etdi. Ancaq cənazəsi üçüncü 
günədək dəfn olunmamışdı. “Peyqəmbərin cənazəsi bir örtük altında evinin 
küncündə idi. Hər kəs peyqəmbərin canişini haqqında düşünürdü və kimsə 
cənazənin dəfni ilə  uğraşmırdı.”
33
  Əslində o zaman siyasi iqtidara gəlmək 
uğruna başlayan mübarizə heç bir zaman bitmək bilmədi.  Əbubəkir istisna 
olmaqla daha sonrakı üç xəlifə terror edilərək öldürüldülər. Onların 
yaşamlarını incələmək,  əski və indiki durumları anlaya bilmək üçün bizə 
yardımçı olacaqdır. Eləcə  də saxta hədislərlə mötəbər hədisləri ayırd 
etməmiz üçün o zamankı obyektiv durumları dərk edə biləcəyik. 
 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin