V
45
Əbuzöhrə, Malik, s. 145.
46
Əsqəlani, Əl-isabət, VII kitab, s 432.
47
Buxari, Səhih, I kitab, s. 34.
48
Eyni qaynaq.
49
Eyni qaynaq.
50
Eyni qaynaq.
66
Hicab
“Hicab”ın lüğət mənası “pərdə” deməkdir. İki kişini (erkəyi) bir-
birindən ayıran pərdə deməkdir. Qadınla kişini bir-birindən ayıran pərdə
anlamında deyildir. Hicabın ortaya çıxışı 627-ci ilə aiddir. Bu ildə hicaba
işarə edən Əhzab surəsinin 53-cu ayəsi peyqəmbərə Tanrı tərəfindən
gəlmişdir.
1
"Ey möminlər sizə yemək izni verilmədən, dəvət edilmədən
peyqəmbərin otağına girməyin. Peyqəmbərlə görüşməyi səbirsizliklə
bəkləsəniz də, giriş üçün veriləcək izni gözləməlisiniz. Yemək yediyinizdən
sonra oranı tərk edin. Peyqəmbərlə söhbət etməyə başlamayın. Çünkü bu
davranışınız peyqəmbəri incidir. Yalnız peyqəmbər bunu söyləməyə utanır.
Tanrı isə doğru olanı bir başa söyləməkdən çəkinməz. Eləcə də peyqəmbərin
qadınlarından bir şey istəyəcək olsanız, onu bir pərdənin, ya da bir ayrıcın
arxasından istəyin. Bu şəkildə davranışınız həm sizin üçün həm də
peyqəmbərin qadınları üçün ən doğru olandır. Peyqəmbərdən sonra onun
qadınları ilə evlənməyi ağlınızdan keçirməyin. Belə bir istəyi ağlınızdan
keçirmək Tanrı qatında ən böyük suç sayılmaqdadır."
2
Fəqihlər (islam bilimciləri) “Hicab ayəsinin endiriliş səbəbi” ibarəsini
yazırlar. Bu ibarədən məqsəd, əslində eyni zamanda baş vermiş iki ayrı
içərikli hadisə olmuşdur. Bir tərəfdən, bu ayənin peyqəmbərə gəlişi, fikir
məzmunu olan Tanrının açınımıdır (vəhyidir) digər tərəfdən, “hicab”
ayəsinin nüzulu obyektiv bir olaydır. Peyqəmbər özü ilə evdəki kişi arasına
bir pərdə çəkmişdir. “Hicab” ayəsi peyqəmbər üçün sakitliyi təmin etmək
amacı ilə toy gecəsi endirilmişdir. Yəni toy gecəsi üçüncü şəxsin
peyqəmbərin otağına gəlişini və girişini əngəlləmək hədəfi ilə bu ayə
gəlmişdir. Bu şəxs peyqəmbərin səhabilərindən biri olan Üns ibni Malik idi.
Şahidi olduğu macəranı Üns ətraflı şərh etmişdir. Bu hadisə müsəlman
qadınların həyatını dərindən etkilədiyi üçün Malikoğlu Ünsün söylədikləri
çox önəmlidir. O zaman peyqəmbər yenicə evlənmişdi və səbirsizliklə yeni
qadını Zeynəblə birlikdə olmaq istəyirdi. Nə zaman gəlib nə zaman
gedəcəklərini bilməyən kiçik bir qrup adam gecənin yarısına baxmayaraq,
hələ də peyqəmbərin evində oturub söhbətləşirdilər. Söhbətlərin gedişi də
onların bu tezliklə peyqəmbərin evini tərk etməyəcəklərini göstərirdi.
Təbərinin yazdığına görə, “hicab” ayəsi nəzakətsiz davranışları ilə
1
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 174.
2
Quran, Əhzab surəsi, 53-cü ayə.
67
peyqəmbəri incidən bu kiçik qrupa Tanrının verdiyi cavab olmuşdur. Ünsün
izahlarını Təbəri bu şəkildə anladır:
“Peyqəmbər Cehşin qızı Zeynəblə evlənmişdi. Bəzi səhabiləri şama
dəvət etmək üçün mən görəvlənmişdim. Çox adam gəlmişdi. Onlar şam
yedikdən sonra peyqəmbərin evini tərk etdilər. Mən peyqəmbərə dedim: Ey
Tanrının elçisi bir çoxlarını dəvət etdim, artıq çağrılası kimsə qalmadı. Qısa
bir sürədən sonra peyqəmbər dedi: Qonaqlığa artıq son ver. Qonaqlar
getsinlər artıq. Zeynəb otağın küncündə oturmuşdu. O çox gözəl bir qadın
idi. Gecə yarı olmuşdu. Üç nəfərdən başqa bütün qonaqlar peyqəmbərin
evini tərk etmişdi. Bu üç nəfər öz söhbətlərinə davam edirdilər. Çox üzgün
görünən peyqəmbər otağı tərk edib Ayişənin otağına gedib onunla
salamlaşdı. Ayişə peyqəmbərə dedi: "Yeni qadınınız necədir, gözəlmi?”
Peyqəmbər bütün qadınlarının otaqlarına baş çəkib yenə də Zeynəbin
otağına gəldi. Peyqəmbər gördü ki, o üç kişi hələ də getməmiş, söhbətlərinə
davam edirlər. Peyqəmbər çox ədəbli və səbirli idi. O, bir daha oranı tərk
edib Ayişənin otağına girdi. Daha sonra, tam olaraq xatırlaya bilmirəm, mən
və ya bir başqası o üç kişinin getdiklərini peyqəmbərə bildirdik. O, Zeynəbin
otağına geri döndü. Bir ayağını otağa qoyub digər ayağını qapının arxasında
saxlayaraq özü ilə mənim arama bir pərdə çəkdi. Tam bu zaman “hicab”
ayəsi peyqəmbərə Tanrı qatından endirildi.”
3
Təbəri bu rəvayətdə sanki bir-birinə qarışdırılmış “hicab” və “pərdə”
qavramlarını gətirmişdir. Gəlin bu rəvayətin incə yerlərinə bir daha nəzər
salalım:
1. Üns´ün dediyinə görə, peyqəmbər pərdəni çəkərkən, elə sözlər
tələffüz etmiş ki, daha sonra Əhzab surəsinin 53-cü ayəsi kimi şəkillənmişdir
və alimlər ona “Hicab” ayəsi adını vermişlər. Bu sözləri peyqəmbər pərdəni
asarkən, zümzümə etmiş və Üns də onu eşitmişdir. Tanrının peyqəmbərə
göndərdiyi bu vəhy elə bir zamanda Məhəmmədə gəlmiş ki, o, evdə ona
mane olanlarla necə davranacağını bilmir. Quranın, peyqəmbərin gündəlik
həyatı və toplumun gündəlik ehtiyacları ilə sıx əlaqədə olan bir kitab
olduğunu unutmamalıyıq. Bu ayə xüsusi bir şəraitdə bəlli bir problemə görə
gəlmişdir.
2. Peyqəmbər Cehş qızı Zeynəblə evliliyini bir şölən şəklində
keçirirdi.
3. Demək olar ki, Mədinənin bütün müsəlmanlarını peyqəmbər öz toy
şöləninə çağırmışdı.
3
Təbəri, Təfsir, Dar-ül Mərifət, XXII kitab, s. 26.
68
4. Üç kişi istisna olmaqla bütün qonaqlar getmişlər. Üç nəfər
peyqəmbərin öz yeni xanımı ilə bərabər olmasını düşünmür və söhbətlərini
uzatmaqla peyqəmbərə mane olmaqdadırlar.
5. Peyqəmbər əsəbləşib həyətə çıxır. Odaya döndüyündə yenə də
onların getmədiklərini görür və yenə oranı tərk edib onların getmələrini
bəkləyir.
6. Bir daha geri döndüyündə Tanrı “hicab” ayəsini nazil edir.
7. Peyqəmbər Tanrının göndərdiyi ayəni tələffüz edə-edə özü ilə Üns
arasına pərdə çəkir.
Təbəri “Hicab ayəsinin nüzulu” ilə bağlı peyqəmbərin o andakı əsəbi
durumuna işarə etməmişdir. Peyqəmbərin gərgin və sinirli ruh halı bu ayənin
gəlişini sürətləndirmişdir. Başqa bir deyişlə, bu silsilə hadisələrin sürəti, yəni
peyqəmbərin əsəbiliyi və Tanrının peyqəmbərin ruh halına olan təpkisi bu
ayənin nüzulu ilə tamamlanmışdır. Bir çox hallarda peyqəmbərin bir
vəziyətlə məşğul olması və eyni vəziyətlə bağlı ayənin gəlişi arasında qısa
zaman ara olmuşdur. Ancaq hicab mövzusunda istisna bir durum ortaya
çıxmışdır. Peyqəmbərin ağlında dolaşan mövzu ilə vəhy arasındakı zaman
arasız olmuşdur. Peyqəmbər çox dözümlü idi və heç bir zaman hadisələrə
dərhal təpki göstərmirdi. Bir çətinliklə rastlandığında bütün gün fikirləşirdi.
Bu üzdən də müsəlmanlar peyqəmbərdən dərhal cavab eşitməməyə
alışmışdılar. Çox sərt ənənələri olan ərəb qəbilələri arasında doğru qərar verə
bilmək üçün bu xüsusiyət peyqəmbəri daha da gücləndirirdi. Peyqəmbərin
vəziyətini anladan tarixi kitablar onun çox vüqarlı və təmkinli olduğunda
həmfikirdilər:
"Peyqəmbər orta boylu idi. Nə çox uzun, nə də çox qısa boylu idi.
Qalın saçlı, qara gözlü, gülgün və gözəl görünümlü idi. Qalın saqqalı bütün
sifətini örtmüşdü. Uzun qara saçları çiyinlərinə tökülürdü. Peyqəmbərin
sifətində elə bir məlahət, cazibə və gözəllik var idi ki, bir dəfə baxmaqla
doymaq olmurdu. Onu görən və eşidən hər kəs etiraf edir ki, bu günə qədər
onun kimi cazibəli və natiq birisinə rast gəlməyibdir.
4
"
Ən kiçik problemlərin həlli üçün dərhal qılınca əl atmağı çözüm kimi
görən bir toplumda peyqəmbərin səbri və təmkini bir istisna təşkil edirdi. O,
insanları cəlb etmək, onları səbrlə dinləmək üçün özəl metod gəlişdirmişdi.
Hətta əsəbi və nəzakətsiz insanları da səbrlə dinləyirdi. Əgər bütün bu
özəllikləri öz şəxsiyətində birləşdirməsə idi, o zamankı ərəb toplumu
gerçəkliyində qalib gələ bilməzdi. Hələ gənc yaşlarında ikən onun bu
özəlləilkəri qəbilələrin ona güvənməsinə səbəb olmuşdu. Qəbilələr
arasındakı ixtilafların çözülməsi üçün ona müraciət edirdilər. İndi belə bir
4
Tabari, Mohammed, Sceau des prophetes, s. 337.
69
soru ortaya çıxır: bu qədər səbrli və təmkinli insanın kiçik bir əsəbiliyi nədən
islam məkanını ikiyə bölən bir qərarın ortaya çıxmasına səbəb olur? Tarixi
şərait bu müəmmanı kəşf etmək üçün bizə kömək edir. Hicrətin 5-ci ili
keçən illərdən fərqli idi. Peyqəmbər üçün o il ən faciəvi il idi. Gəlin bir neçə
il daha geri dönəlim. Peyqəmbər öz şəhrində əziyət edilir. Məkkəni tərk edib
Mədinənin qəbilələrindən birinə sığınmaq istəyir. Şəhərli ilə kəndlinin bir-
birinə qarışdığı Mədinə bütün ərəblərin inancına, xüsusən zəngin
məkkəlilərin inancına meydan oxuyan Məhəmmədə sığınacaq verə bilməzdi.
Olaylara gerçəkçi bir məntiqlə baxalım. Peyqəmbərin böyük uğurlarının
təməlində onun iradəsi və səbri dururdu. Kəbəni fəth etmək istərkən, məğlub
olub Məkkədən gedərkən bilirdi ki, bir daha Məkkəyə dönməli və oranı fəth
etməlidir. Məkkə əhalisi də bunun bilincində idi, bu üzdən də Məhəmmədin
Məkkəyə dönüşünü əngəlləməyə çalışırdılar. Bu səbəbdən də Məhəmmədə
sığınacaq verən hər kəs Məkkənin ən iqtidarlı qəbilələri ilə qarşı-qarşıya
gəlməyi göz önündə bulundurmalı idi. Peyqəmbər özü Qüreyş qəbiləsindən
idi. Ancaq Məhəmmədin davranışları Qüreyşin mənafeyini təhlükəyə
soxmuşdur.
Peyqəmbər bilirdi ki, Mədinə əhalisi ondan hərbi qələbə
bəkləməkdədir. Savaşlardakı qələbə çox lazım və önəmli idi, çünkü
mühacirlərdə özünə güvən duyğusunu gücləndirə bilərdi. Həm də bu qələbə
“mədinəlilərə islama qatılmaqda yanılmırsınız” mesajını verə bilərdi.
Hicrətin üçüncü ilində müsəlmanlar Ühüd savaşında məğlub olmuşdular. Bu
məğlubiyət böyük bir durğunluq yaratmışdı ki, onun əsəri hicrətin 5-ci ilində
də görünməkdədir. Hicrətin ikinci ilində Bədr savaşındakı qələbənin dadını
dadan Məhəmmədin ordusu üçün Ühüd məğlubiyəti çox dərin mənfi təsir
buraxmışdı. "Bədr savaşında müsəlman ordusunun miqdarı düşməninki ilə
qiyasda çox az idi. Müsəlmanların sayı bu savaşda 314 nəfər idi. 83 nəfər
məkkəli və 231 nəfər də mədinəli idi. Bu 231 nəfərin 61 nəfəri Us və 170
nəfəri isə Xəzrəc qəbiləsindən idi."
5
"Qarşı tərəfin ordusu, yəni məkkəlilərin
sayı 950 nəfər idi. 100 nəfər atlı və qalanları isə dəvəli idilər."
6
Bədr
təpəsinin ətrafında savaş başladığında:
Peyqəmbər və Əbubəkir xeyməyə (savaş meydanında qurulan alaçıq)
daxil oldular. Bir daha diz çöküb ağlayaraq Tanrının qarşısında bu şəkildə
dua etdilər: “Ey böyük Tanrı, əgər bizimlə olan bu az sayıda müsəlmanlar
məğlub olub qətl edilsələr, artıq sənin əmrlərini yerinə yetirəcək müsəlman
qalmayacaqdır. Bütün möminlər gerçək dini unudacaqlar.”
7
"Bu duadan
sonra Tanrı 5000 gözə görünməz savaşçı mələk müsəlmanların yardımına
5
İbni Hişam, Səyərə, IX kitab, s. 364.
6
Tabari, Mohammed, Sceau des prophetes, s. 150.
7
Eyni qaynaq, s. 156.
70
göndərdi."
8
Ancaq peyqəmbər, sadəcə dua ilə yetinmədi. Bütün savaş
taktikalarını həyata keçirdi: düşmənin imkanları haqqında bilgi toplama,
savaş gedən məntəqənin özəlliyini yaxşı tanıma, düşmən ordusundakı
nüfuzlu şəxslərlə gizlin təmas kimi bütün metodlardan faydalanırdı.
"Peyqəmbər uzunca dua etdikdən sonra xeymədən çıxdı. Müsəlman
peyqəmbərin ətrafına toplaşdılar. Peyqəmbər əlində bir qılıncla öz
ordusunun önündən keçir və onların hazırlıqlarını yoxlayırdı. Yoxlama
zamanı Ənsara mənsub olan Süveyd ibni Qəziyə adında bir əsgər bir azcıq
sıradan çıxmış və düzən pozuq görünürdü. Peyqəmbər əlindəki oxun çubuğu
ilə onun qarnına vuraraq düzənə diqqət etməsini istədi."
9
"Düşmən böyük
itki verdi. 72 nəfər öldü və bir o qədər də əsir düşdü. Müsəlmanlardan isə,
yalnız 14 nəfər ölmüşdü."
10
Əsir düşənlərin çoxu aristokratlardan olduqları
üçün onların qohumları əsirlərin azadlıqları qarşısında çoxlu para və
qiymətli əşya ödəməli idilər. Beləliklə, müsəlmanlar bolluca savaş qəniməti
əldə etdilər.
Bədr savaşındakı bu qələbə 13 ay sonra baş verən Ühüd savaşında
təkrarlanmadı. Ühüd savaşında müsəlmanlar böyük düzənli bir ordu ilə
qarşılaşdılar.
*
Müsəlmanların qarşısında məkkəlilərin 3000 silahlı əsgərləri var idi.
200 nəfər süvari, qalanları da dəvə minmişdilər. Ayrıca 700 nəfər də dəmir
geyimli əsgər var idi. Onlar Mədinəyə tərəf hərəkət edib, şəhərin darvazasına
çatdılar. Şəhərdən bir az kənarda dağın başında yerləşdilər.
11
Peyqəmbər çox sürətli bir şəkildə 1000 nəfər silahlı əsgərlə düşmənin
önünü kəsməyə getdi ki, şəhərə girə bilməsinlər. Peyqəmbərin atından
başqa, bu 1000 nəfərlik orduda sadəcə bircə at var idi. Düşmənin silah
imkanları və hərtərəfli geniş hazırlığı qalib gələcəyini göstərirdi.
Məkkəlilərin müsəlmanlar üzərinə belə sürətlə qalib gəlmələrinin səbəbləri
bəlli idi: piyada olaraq savaşa qatılmış peyqəmbər müsəlmanların Mədinəyə
tərəf fərar etdiklərini gördü. O, yanında bulunan nəfərlərini qum təpələrinin
arxasında mərkəzləşdirib fərar edənlərin arxasınca səsləndi: “Ey mənim
savaşçı səhabilərim, mən burdayam, Tanrı elçisi burdadır, hara qaçırsınız?”
Fərar edənlər peyqəmbərin səsini eşitsələr də geri dönmədilər.
12
8
İbni Hişam, Səyərə, II kitab, s. 285.
9
Tabari, Mohammed, Sceau des prophetes, s. 154.
10
İbni Hişam, Səyərə, II kitab, s. 372.
*
Nədən Tanrı yenə də gözə görünməz savaşçı mələkləri müsəlmanların yardımına göndərməmiş?
Müsəlmanların doğru taktik və savaş stratejisi uyqulayaraq qalib gəlmələrini gözə görünməz savaşçı
mələklərin qələbəsi kimi sunmaq batil inanışdan və cəhalətdən başqa bir şey ola bilməz. (tərcüməçi).
11
Tabari, Mohammed, Sceau des prophetes, s. 191.
12
Eyni qaynaq, s. 201.
71
İslam tarixini araşdıran bir çox kitablarda bu savaşın ayrıntıları ilə
ilgili geniş bilgi mövcuddur. O cümlədən bu kitablarda bu mövzu israrla
vurğulanır ki, Ühüd savaşında müsəlmanların yağmalama duyğuları cihad
duyğularını üstələmişdi.
13
Müsəlmanların Mədinəyə dönüşü savaşın ən çətin
evrəsi oldu. Bu savaşda 70 müsəlman öldürüldü. “Mədinədə elə bir ev yox
idi ki, orada yas törəni olmasın. Peyqəmbər şəhərə döndüyündə camidən
ağlaşma səsləri yüksəlirdi. Peyqəmbər sordu: “Kimdir bu ağlayanlar?”
Dedilər: Ağlaşanlar Ühüd savaşında ölən savaşçıların qadınları, bacıları və
analarıdır.”
14
Anlaşıldığı kimi, “Hicab” ayəsinin nazil olduğu hicrətin 5-ci ili
müsəlmanlar açısından gerçəkdən faciəvi il idi. Ühüd məğlubiyətindən sonra
peyqəmbər Bədr savaşının uğurunu xatirələrdə canlı tutmaq üçün ardıcıl
olaraq hərbi heyyətlər oluşdururdu. Ancaq bütün çabalara rəğmən bu
doğrultuda irəliləyiş əldə edə bilmədi. Ən kötüsü isə bu idi ki, o il ərəblər
məkkəlilərin başçılığıyla Mədinəni mühasirə etməyə gəlmişdilər. Əhzab
surəsində işarə edilən hadisələrdən biri Mədinənin mühasirəsi məsələsidir.
Bu savaş Xəndək savaşı olaraq anılır. Savaşın belə adlanmasının səbəbi,
düşmənin şəhərə girişini əngəlləmək üçün müsəlmanlar tərəfindən
Mədinənin çevrəsinə xəndək qazılması idi. İslami toplum hərbi baxımdan
ciddi bunalımla qarşı-qarşıya idi. 630-cu ilin (Hicrətin 8-ci ili) baharına
qədər bu durum davam etdi. Eyni ilin baharında müsəlmanlar düşmən
üzərinə mütləq qələbəni qazanmış oldular. Bu zəfərdən sonra Məkkə və
Ərəbistan yarımadasının digər yerləri müsəlmanların əlinə keçdi.
Peyqəmbərin Zeynəblə evləndiyi gecədə baş verən hadisəyə bu çərçivədə
baxılmalıdır. Yəni hərbi məğlubiyətlər və şübhə mərhələsi Mədinə
sakinlərinin əxlaqını zəiflətmişdi. İslamı araşdıranlar üçün Əhzab
surəsindəki 53-cü ayə hicab məsələsinin təməlini təşkil etməkdədir. Daima
da fiqh kitablarının bir bölümü “Hicab ayəsinin nüzuluna” həsr olunur.
Hicab haqqında yalnız bu ayə mövcud deyil, digər ayələr də var, ancaq
hicabla bağlı ilk olaraq Əhzab surəsinin 53-cü surəsi bilinməkdədir. Bu ayə
üzərində dərin və hərtərəfli düşünürkən, belə nəticəyə varmaq olur ki, hələ
ictimai münasibətlərdə heç bir təcrübəsi olmayan səhabilərə Tanrı etikanı
öyrətmək istəmiş və onlara izinsiz bir yerə girməyi yasaqlamışdır. Bu ayə
müsəlmanları sosial ilişkilər baxımından eyitmək amacına xidmət etmişdir.
Bu ayədən və toy gecəsi peyqəmbərin özəl həyatına mane olan səhabilərin
davranışlarından da anlaşıldığı kimi, səhabilər etik münasibətlər haqqında
heç bir təcrübəyə və bilgiyə sahib olmamışlar. Bir evə uğramanın və bir
13
İbni Hişam, Səyərə, III kitab, s. 64 və 112.
14
Tabari, Mohammed, Sceau des prophetes, s. 209.
72
şöləni tərk etmənin zamanlanması haqqında səhabilərin bilgiləri yoxmuş.
Toplumsal ilişkilərin ötəsində ayənin son bölümü başqa önəmli bir mövzu
üzərinə israr etməkdədir. Tanrı, peyqəmbərin vəfatından sonra onun eşləri
ilə evlənməyi yasaqlamaışdır. “Hicab” ayəsi bu sözlərlə sona çatır:
“Sizlərdən Kimsə peyqəmbərin vəfatından sonra onun qadınları ilə
evlənməyi ağlından belə keçirməsin. Şübhəsiz ki, belə bir fikrə düşməniz
Tanrı qatında çox qorxunc sonuclar doğura bilər.”
Təbəri bu mövzuyla ilgili daha ayrıntılı araşdırma aparmışdır.
Peyqəmbər bir neçə dəfə bəzi kişilər tərəfindən təhdid edilmişdi ki, onun
ölümündən sonra qadınları ilə evlənəcəklər. Bu münasibətlər toplum içində
mövcud olan köklü problemlərin göstərgəsi idi. Belə anlaşılır ki, “Hicab”
ayəsi səhabilərə etik davranışı öyrətməkdən başqa, toplumda yayqın olan
bəzi böhranları da tərtibə salmaq istəmişdir. Burada belə bir sual ortaya
çıxır: Bu ayənin nüzul
*
səbəbini Zeynəbin toy gecəsi ilə məhdudlaşdırmaq
olarmı? Ya da tərsinə, ayənin endirilişi üçün başqa dəlillər də ﻪﺋaramalıyıq?
Örnəyin, tarixi şəraiti incələməliyikmi? Başlanqıcda din alimləri (fəqihlər)
öz elmi gələnəklərində araşdırmanın miqyasının genişləməsinə təşviq və
təkid etmişlər. Örnəyin, “Əsbab-ül nüzul” (endiriliş səbəbləri) kitabının
müəllifi Seyvəti deyir: “Bir ayənin endirilişinə səbəb olan macəra və
hadisələri bilmədən onu anlamaq mümkün deyildir.”
15
O, davam edir:
“Şərhçilər adətən bir neçə etkəni (faktoru) ayələrin endiriliş səbəb kimi zikr
edirlər.”
16
Quranın təfsir və açıqlaması ilə bağlı mövcud olan təkliflərin,
nəzərlərin, təfsirlərin çoxluğuna baxmayraq, mənim bildiyim qədəriylə,
ayənin endiriliş şərtlərini zaman, psixoloji analiz, sosial faktorlar
məntiqindən yola çıxaraq incələyən dəyərləndirmələrə çox nadir hallarda
rastlanmaq olur. Həm ayənin endiriliş şərtini zikr edən Seyvəti, həm də
ayəni təfsir edib və etdiyi araşdırmasının geniş miqyaslı olduğunu iddia edən
Təbəri, yalnız tarixi hadisələri nəql etməklə yetinmilər. 30 cilddən ibarət
olan “Təfsiri Təbəri” kitabı ayənin nüzulunun şəraitini ələ almaqdan əlavə,
həm də sözlər üzərinə dilçilik təhlildən, elmi təfsirlərdən, bir də özünün
aldığı sonuçlardan ibarətdir. Neçə yüz səhifədən oluşan Seyvəti´nin kitabı,
əslində “Təfsiri Təbəri”nin özətindən ibarətdir. Ancaq olayları sosioloji,
psixoloji, tarixi açıdan baxaraq incələyən bir yazılı əsər mövcud deyildir. Bir
halda ki, çağımızda baş vermiş hadisələrin tərkibini bir bütün olaraq
incələmədən, bu qarışıq ortamda doğru olanı kəşf edə bilməyəcəyik. Bu
üzdən də mövzu ilə bağlı əlimizdə mövcud olan bütün bilgiləri
*
Nüzul, ayələrin Tanrı qatından peyqımbərə endirilişi anlamındadır. Nüzul və nazil sözlərini olduğu kimi
vermişəm, çünkü dini bir termin olaraq bilinməsində fayda var. (G.G)
15
،توﺮﻴﺑ ،ﻢﻠﻌﻟا ءﺎﻴﺣﻻاراد ،لوﺰﻨﻟا بﺎﺒﺳا ﯽﻓ لﻮﻘﻌﻟا بﺎﺒﻟ
1984
ص ،
13
.
16
Eyni qaynaq, s. 15.
73
dəyərləndirməli və özəlliklə “hicab” sözünü dilçilik açısından incələmək
zorundayıq.
“Hicab” sözü üç boyutlu bir qavramdır, ümumən də bu üç boyut bir-
biri ilə qarışmışdır. Bu qavramın birinci boyutu görmə içəriklidir, yəni
görünən bir əşyanı görünür mühitdən uzaqlaşdırmaq və görünməz duruma
gətirmək deməkdir. “Hücb” feli “gizlətmək” anlamındadır. İkinci boyutu
uzay (fəza) və ya məkan anlamındadır, yəni ayırmaq və ayırdıqdan sonra da
sınırı bəlli etmək. Hicab qavramının üçüncü boyutu əxlaqi anlam daşıyır və
məhrəmlər sahəsini ehtiva etməkdədir. Ərəb lüğətnaməsində yazılır: “Hücb”
pərdə ilə gizlənmək deməkdir. Yəni bir məkanı ikiyə bölüb və ikiyə
bölünmüş bu məkanın bir qisminin görünməsini başqaları üçün görünməz
duruma gətirmək. Əgər hicab qavramının leksik mənasını diqqətlə incələsək,
o zaman mövzu ilə bağlı geniş və aydın görüşə sahib olacağıq.
Kəbə bəkçisinin də “hicab” ləqəbi var idi. Lüğətnamədə yazılır ki,
Bəniqəsa dedi: “Onlar Kəbənin hicabıdırlar, yəni Kəbənin qapısının açarı
onlardadır və onlar məsuliyət daşıyırlar.” Hicab və ya pərdə arxasında
oturmaq daha sonra xəlifələrin və şahların kültürləri halına gəlmişdir.
Xəlifələr və şahlar saray işçilərinə görünməmək üçün pərdənin arxasında
oturur və pərdə arxasından insanlarla irtibat qururdular. Daha sonra da
sarayda “pərdəçi” peşəsi gəlişdi. Pərdəçilər pərdə işləri ilə məşğul olur və
şahla görüşmək istəyəni pərdənin arxasına qədər gətirib, aparırdılar.
Görüşlər zamanı isə arada bir pərdə olurdu. Görüşçü, yalnız xəlifənin və ya
padşahın səsini eşidirdi. İslami ensiklopediyada bu şəkildə yazılır: “Zahirən
Hicazın ilk sakinləri üçün tanınmaz olan bu ənənəni Bəniüməyyə
Sasanilərdən etkilənərək, islam kültürünə gətirmişlər.”
17
İndi bizim üçün qəribə görünən bu gələnək ilk dəfə Əbusüfyanoğlu
Müaviyə tərəfindən tətbiq edilmişdir. Daha sonra Əndlüsdə, Afrikanın
quzeyində və Misirdə Fatimi sülaləsinin də uyquladığı (tətbiq etdiyi) bir
gələnək oldu. Bu zaman artıq islamın ilk çağlarında bənzərinə heç
rastlanmadığımız bir tərzdə xəlifəliyə müqəddəslik də artırılmışdır: “Xəlifə
varlığın canlı ruhu olaraq sayılırdı. Hətta xəlifəyə səcdə də edilirdi. Bu
səbəbdən də onun gözlərdən və görünürlükdən uzaq olması gərəkirdi.”
18
Əgər irfan elmindəki hicabın semantikası olmasaydı, o yalnız
əngəlləyici bir şey kimi görünərdi. İrfan elminə görə, insan mənəviyatın
sonsuz üfüqlərinə vara bilər. Bu baxımdan irfan elmində hicab, yalnız əngəl
olaraq görülür. “İrfan elmində öz nəfsinə hakim ola bilməyənlər hicablı
sayılırlar. İrfanda hicablı insanın ruhu Tanrı işığından məhrum edilmiş,
17
İslam Ensiklopediyası, ikinci nəşr, “Hicab” məqaləsi.
18
Eyni qaynaq.
74
qaranlıqlara batmışdır. İrfan elmində hicablı insanın çevrəsini saran Tanrı
işığı deyil, hicabdır.”
19
İrfan terminologiyasında hicablı fərd maddiyatın içinə qərq olmuş
şəxsdir və irfan aşamalarını təcrübə edəcək istedaddan məhrumdur. Hicablı
şəxs öz mənəvi imkanlarını realizə edəcək yetənəkdə deyildir və həyatın,
varlığın sirlərini idrak edə bilməyəcəkdir. Çünkü hicabları ortadan
qaldırmaqla Tanrıya tərəf irəliləmək mümkün olur. Mənsur Həllac, hicabın
insan irfanını məhdudlaşdırdığına, insan mənəviyatını həbs etdiyinə inanırdı.
Həllaca görə, Tanrı, hicabın çevrələdiyi dar mühitdə deyil, hicabın
ötəsindəki sonsuz uzaydadır. Tanrıya tərəf hərəkət etmək üçün hicabı
sökəcək cəsarətimiz olmalıdır. “Gecənin qaranlığında yolunu azanın
könlündə, yalnız səni (Tanrını) axtarmaq duyğusu olursa, işarələrdən başqa
bəşər bir şey alqılamaz.”
20
Arif üçün “kəşf” sözü “hicab” sözünün tam qarşı
tərəfidir.
21
Anlaşıldığı üzrə, Amerikanın burjua toplumundakı “etibar” və “suç”
kimi qavramlar önəmli olduğu kimi, islam mədəniyətində də hicab əsas
qavramlardan biridir. Bu qavramı, sadəcə qadınların baş örtüsü səviyəsinə
endirgəmək onun iç mənasını tamamı ilə boşaltmaq anlamında olmasa da,
hər halda bu qavramı zəiflətməyə xidmət etməkdədir. Xüsusən Quranda da
israrla söylənildiyi və Təbərinin də şərh etdiyi kimi, “Hicab” ayəsi iki kişini
(iki erkəyi) bir-birindən ayırmaq amacı ilə endirilmişdir. Bu haqda macəranı
təfərrüatı ilə keçən səhifələrdə tarixi qaynaqlara dayanaraq anlatdıq.
“Hicab” qavramının linqvistik təhlilindən sonra Quranın mətninə
döndüyümüzdə, hicabın mənfi məfhumunu kəşf etmiş oluruq. İrfandakı
anlamına bənzər bir məfhumla qarşılaşırıq. Yəni hicab insanın Tanrıya
qovuşmasını önləyən əngəl kimi ortaya çıxır.
...Quranda yeddi dəfə hicaba işarə edilməsinə baxmayaraq, onun əsas
anlamı və gəlişmə sürəci ilə bağlı dəyərli bilgilər mövcuddur: Ümumiyətlə,
Quranda hicab “ayıran” mənasındadır: “Həzrəti Məryəm hicab və ya
pərdənin arxasında gizlənmişdi.”
22
Eləcə də başlanqıcda peyqəmbərin və
möminlərin qadınlarına məxsus olan hicabdan (ayıran) söz edilmişdir.
*
Cəza
günündə möminlər günahkarlardan hicabla ayrılacaqlar.
**
Şərhçilər Ə´nam
surəsinin 13-cü ayəsinə dayanaraq “Hicab” sözünü "divar" olaraq təfsir
etmişlər. Eləcə də hicab, seçkin bir insanın Tanrı işığının şüalarından
19
Titus Burckhardt, introduction aux doctrines esoteriques de I` islam, Derry-livres, Paris, 1969.
20
Al- Hallaj, Diwan, Trans, Massignon, Le Seuil, Paris, 1981.
21
Al-Darqawi, letters d` un maitre sufi, trans. Titus Burckhardt, Arche, Milan, 1978.
22
Məryəm surəsi, 17-ci ayə.
*
Əhzab Surəsi, 32, 53.
**
Ə´raf surəsi, 46-ci ayə.
75
qorunması anlamındadır.
23
Bə´zən Quranda hicab qavramı Tanrının
bəşərdən gizlənməsi və bəşərin Tanrını dərk etməkdə zəif olduğu anlamını
içərir ki, bu da mənfi bir boyuta yüksəlmiş olur. Məsələn Fossələt surəsinin
5-ci ayəsində Təbərinin dediyinə görə, bütpərəst Qüreyş qəbiləsinin
Məhəmmədin tövhid görüşünü anlamaları üçün hicab əngəl oluşdurmuşdu.
“Və dedilər: bizi dəvət etdiyin şeylərə bizim qəlbimiz örtülüdür.
Qulaqlarımız onları duymaz olmuş. Və səninlə bizim aramızda bir hicab var.
Nə etsən də biz duymaz, eşitməz olmuşuq.” Bu ayədə hicab insanın şüurunu
kütləşdirən bir şeydir. Ayrıca bu surənin adı Fossələt´dir. Yəni “təfsir
edilərək aydınlanmış ayələr.”
24
Təbəri deyir ki, bu ayədə hicabdan məqsəd
“İxtilaf törədən məzhəbi fərqliliklərdir.”
25
Peyqəmbərlə ixtilafı olan Qüreyş
qəbiləsi bütpərəst idi. Peyqəmbər onları bir olan Tanrını pərəstiş etməyə
çağırdığında “bütpərəstlərin peyqəmbərlə ixtilafları var idi. Bütpərəstlərin
hicaba olan inancları əslində onların məzhəblə bağlı fərqli görüşləri idi.”
26
Hər kəsi hicab həddindən artıq kor etmişsə, bütpərəst olmuşdur. Neyşaburi
kimi, bəzi din bilicilərinə görə, hicab bir növ tənbeh və cəzadır.
Anlaşıldığı kimi, başlanqıcda da olumsuz anlamı olan hicab
məsələsindən çağımızdakı yanlış anlamalar da heyrət doğurucudur.
Çağımızda islami kimliyin rəmzi kimi görünən və müsəlman qadının vaz
keçilməz kimliyi olaraq anlaşılan hicab bir zamanlar qarğanmış və mənəvi
dəyərlərdən, ruhi yüksəklikdən məhrum edilmişliyin göstərgəsi olmuşdur.
İşin çox ilginç yanı da budur ki, islam dünyası heç bir sahədə hicab
mövzusunda olduğu qədər duyarlı deyildir. Quran, müsəlmanları oxumağa
səslərkən, islam dünyasında oxumanın, elmlə uğraşmanın çox düşük
səviyədə olduğunu görürük, ancaq hər kəs qadının hicaba bürünməsini
islami əmr kimi bilir. İslamın digər əmrlərinə bir o qədər də diqqət edən
yoxdur. Son zamanlar islam dünyası dərin iqtisadi böhran içində
çabalamaqda ikən, xüsusən Livanda türlü-türlü luks kitablar islami
dəyərlərlə bağlı yayınlanır və çox da ucuz satışa buraxılır. Islamın
gələcəyindən narahat olan bir sürü “din alimi” bütün diqqətlərini qadının
necə örtünməsinə yönəltmişlər. Bu kitablardan ən önəmlisi olan XI əsrdə
yaşamış sərt mühafizəkarlığı ilə tanınan İbni Cüzi´nin “Ehkam-ül Nisa”
(Qadınlarla bağlı hökmlər) əsəridir. Bu kitablarda israrla deyilir ki,
“Qadınlarınıza nəsihət edin evdən dışarı çıxmasınlar.”, “Evdarlığın qadınlar
üçün faydaları”, “Kişilərin qadınları görməməsinin müsbət tərəflərini
doğrulayan tarixi sənədlər.” Belə nəzərə gəlir ki, o zaman qadınların camaat
23
İslam Ensiklopediyası, ikinci nəşr, “Hicab” məqaləsi.
24
Pickthall, The meaning of the Glorious Koran, P. 340.
25
Təbəri, XXIV kitab, s. 92.
26
Eyni qaynaq.
76
namazına qatılmaları məxfi hərəkət imiş. İbni Cüzi bu haqda çox qəribə bir
hədis rəvayət edir: “Peyqəmbərin qadınları gecə yarısı gizlincə camiyə girib
özlərini təpədən dırnağa qədər örtərək, namazlarını qılırmışlar. Dan yeri
sökülmədən də camini tərk edirmişlər"
27
Yazar rəvayət etdiyi bu hədisin
silsilə qaynaqlarını göstərməmişdir. Ən mühafizəkar və quru məzhəb yanlısı
olan İbni Cuzi bu kitabında “Qadınların sünnəti”
28
(qadınların da kişilər kimi
cinsi alətlərinin kəsilməsi) başlıqlı bir məqaləsi var. İslamla heç bir əlaqəsi
olmayan bu törə qadınlara zorla sırınmış və VII əsrin Ərəbistanında da belə
bir törə olmamışdır. Yazar öz kitabının 67-ci bölümündə “ərin öz arvadını
döyməsini məsələhət bilir.”
29
Bütün bu kimi kitabların ard-arda
yayınlanmasının “qadın azadlığından danışanlarla necə mübarizə aparmaq
olar?” sualına verilən cavabdır.
Bu kitablarda “Əgər qadının saçlarından yalnızca bir tel hicabın
dışında qalsa, onun namazı batil olarmı?” kimi suallar sorulur və sərt
cavablar verilir. Bunların qadın anlayışları budur və islam adı altında
qadınları əsarətdə saxlamağa çalışırlar. Bu kitablarda qadınlar doğuşdan
günahkar və günah qaynaqları olaraq göstərilir. Qadınların hədsiz şəhvət və
seks ehtiyacları haqqında bolluca danışılır.
Hicab məsələsinin doğuşunu tarixi bir şəraitdə və zamanın axışı
içərisində təhlil etdiyimizdə məntiqi sonuçlara çatmaq mümkündür. Nədən
XX əsrin sonlarında müsəlmanlar Qərb mədəniyətinin qarşısında qadını
aydınlatmaq, ona insani haq tanımaq yerinə onu bütün ictimai həyatdan
məhrum etmənin fəlsəfəsini yazırlar və bu mövzuda da islamdan sui-istifadə
edir, saxta hədisləri qaynaq olaraq göstərirlər.
“Hicabın nüzulu” başlanqıcdan ikimənalı olmuşdur. Onun obyektiv
tərəfi bu idi ki, peyqəmbər özü ilə Üns ibni Malik arasına pərdə çəkir.
Mənəvi boyutu isə bundan ibarətdir ki, bu ayə Tanrı tərəfindən peyqəmbərə
göndərilir. Peyqəmbər özü ilə evində olan bircə kişi arasına pərdə çəkərkən
bu ayə endirilir. Buxarinin rəvayətlərinin birində Üns macəranı bu şəkildə
şərh edir: “Qonaqlar oranı tərk etdikdən sonra peyqəmbər gedib bir daha
otağa geri döndü və bir pərdə çəkdi” sonra artırır: “Mən onunla eyni otaqda
olanda O, hicab ayəsini zümzümə etməyə başladı.”
30
Buxari də bu rəvayətdə
Təbəri kimi hicab qavramını bir məkanın iki qismə bölünməsi kimi anlayır.
Pərdə ilə bölünmüş məkanın bir tərəfində peyqəmbər, digər tərəfində Üns
mövcuddur. Beləliklə, peyqəmbərin çəkdiyi pərdə bir məkanı iki qismə
ayırır: Pərdənin iç tərəfi və ya peyqəmbərə xas olan dünya və özəl yaşayış,
27
İbni Cüzi, Ehkam-ül Nisa, Əlməktəb-ül Əsriyət, Beyrut, 1980, s. 200.
28
Eyni qaynaq, s. 144.
29
Eyni qaynaq, s. 330.
30
Buxari, Səhih, III kitab, s. 254.
77
pərdənin dış tərəfi, yəni ictimai həyat. Bu hadisəyə göstərilən təpki
heyrətamizdir. Çünkü peyqəmbər çox rahatlıqla xalqdan onun evinə vaxtsiz
gəlməməyi istəyə bilərdi və hər kəs tərəfindən sevildiyi üçün peyqəmbərin
bu istəyinə bütün müsəlmanlar uyardılar. Həm ayə, həm də ayə üzərinə olan
təfsirlər göstərir ki, müsəlmanlar heç bir təşrifat ortada olmadan
peyqəmbərin görüşünə gedirmişlər. Peyqəmbərin evinə get-gəl etmək üçün
heç bir maneə yox imiş. Ayrıca peyqəmbərin özəl həyatı ilə sosial həyatı
arasında bir sınır da mövcud deyilmiş. Daha doğrusu, xüsusi məkanla
(peyqəmbərin evi və qadınlarının otaqları) ümumi məkan (müsəlmanların
toplandığı və namaz qıldıqları cami) arasında fərq yox imiş. Tanrı bu iki
məkanın ayrı olmasına iradə etdiyi üçün “Hicab” ayəsini göndərir.
Hicab məsələsinin sosial, dilçilik, tarixi və məzhəbi gerçəkliyini
aydınlığa qovuşdurmağa çalışdıq. İndi belə bir sual sormanın zamanıdır:
özəl həyata bu qədər dəyər verən peyqəmbər necə yaşamışdır? Şəhər əhalisi
ilə, dostları ilə və qadınları ilə necə ilişkidə olmuşdur? Bütün bu
münasibətlər hansı mənəvi bir fəzada gerçəkləşirmiş?
Dostları ilə paylaş: |