Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə1/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
  1   2   3   4   5   6   7   8   9   ...   147


 

1

 



 

 

Seçilmiş  

  

əsərləri   

 

 

 


 

2

 

 

 

Redaktor: 



Dilsuz 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

           ELÇIN     



 

E46    «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü  cild.  

          «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, –626 səh. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



E 4702060200      

               

                 

            

     

         122 



 

 

  



 

 

©  «ÇINAR-ÇAP», 2005 



 


 

3

HAKIM OXUCUDUR 



 

Bu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt 

yazmışam? 

Nə vaxt? 

Doğrusu, bu suala heç cürə cavab verə bilmirəm, çünki o ilk yazının nə adını, nə 

də vaxtını xatırlayıram. 

Mən əlifbanı çox erkən öyrənmişdim və Azərbaycan nağıllarını, eləcə də başqa 

xalqların, Andersenin, Qaufun, Pyerronun, Qrimm qardaşlarının, Yerşovun, Pavel 

Bajovun, Abdulla Şaiqin nağıllarını, başqa kitabları hələ birinci sinifə gedənə qədər 

özüm oxumuşdum. O kitabların, misal üçün «Saman dana», «Slavyan nağılları», 

«Tık-tık xanım» kimi kitabların çoxdan itib-batmış mən oxuduğum nəşrlərinin rəngi 

də, şəkilləri də, hətta adlarının yazılışları da mənim yaddaşımdadı, amma ilk yazımı 

nə vaxt yazmışam?– heç vəchlə yadıma sala bilmirəm. 

Orası yaxşı yadımdadı ki, 5-6 yaşımda həmişə atamın yazı mizinin üstündə olan 

ağ kağızlardan götürüb ortadan ikiyə bölürdüm və evdə heç kim olmayanda nağıllar 

(!), hekayələr (!!) yazırdım. 

O ağ kağızları ona görə ikiyə bölürdüm ki, yazıb qurtarandan sonra onları, 

görünməsin deyə, jurnal vərəqlərinin arasına qoyub – guya ki, jurnalda çap 

olunmuş hansısa yazıçıların əsərləridir – nənəmə – Ilyas Əfəndiyevin anası Bilqeyis 

xanıma oxuyurdum. 

Mən oxuyurdum, nənəm də, qəribəydi, nədənsə, eynəyini taxıb «Kazbek» 

papirosunu çəkə-çəkə diqqətlə mənə qulaq asırdı. Nənəm, adətən, eynəyi özü kitab 

oxuyanda taxırdı (kitab oxumağı çox sevirdi və hər üç əlifbada – ərəb, latın, kiril – 

çox da oxuyurdu və sevimli yazıçıları Viktor Hüqo və Rəşad Nuri Güntəkin idi). 

Yazdığımı oxuyub qurtarandan sonra soruşurdum: 

– Necədi? 

– Yaxşıdı,– deyirdi. 

Və nənəmin o «yaxşı»sı hər dəfə də, elə bil, bir işığa çönürdü, o işıq mənim içimə 

dolurdu və o işığın sevinci çox doğma, əziz bir hiss kimi indiyə qədər mənimlədir. 

Həmişə o gözəl çağları xatırlayanda, nənəmin dodaqlarındakı təbəssüm mənim 

gözlərimin qabağına gəlir. Aydın məsələdir ki, nənəm jurnalların arasında gizlədib 

oxuduğum o kağızları heç görməsə  də, başa düşürdü ki, mən öz yazılarımı 

oxuyuram, amma o zaman mən bunu bilmirdim və içimdəki o işığın sevinci ilə 

küçəyə  çıxıb (Mirzə  Fətəli küçəsində yaşayırdıq) çox-çox yuxarılardan – göyün 

yeddinci qatından məhəllə  uşaqlarına baxırdım və elə bil, o işıq elə bizim 

məhəllənin də üstünə düşürdü: evimizdən bir az yuxarıdakı köhnə Sarı hamamın 

rəngi gözgörəti təzələnirdi, Dar dalanın həmişəki kölgəsi açılırdı, küçəyə döşənmiş 

qənbər daşlar işım-işım işıldayırdı. 

Elə o vaxtlar idi, bir səhər qəribə bir söhbətin şahidi oldum. 

Səhər yuxudan oyanmışdım, amma hələ yerimdən durmamışdım, açıq qapıdan o 

biri otaqda nənəmin dediyi sözləri eşitdim: 

– Deyəsən, bu da yazıçı olacaq...  

Ilyas Əfəndiyev: 

– Bilirəm,– dedi. 


 

4

Şəkk-şübhə yox idi ki, söhbət məndən gedirdi və atamın o «bilirəm» xatircəmliyi, 



o sözü o cür arxayın və qəti deməsi o zaman mənə qətiyyən qəribə görünmədi, amma 

sonralar, xüsusən Ilyas Əfəndiyevin vəfatından sonrakı bu səkkiz ildə  hərdən o 

«bilirəm»i yadıma salanda, doğrusu, çox qəribə (və təsirli!) bir hiss keçirirəm... 

Ilk romanımın süjeti (!) də, adı da – «Sənubərin göz yaşları» – yaxşı yadımdadı 

və o romanı mən Şuşada, 2-ci sinifdən 3-cü sinifə keçəndə yay tətilində yazmışdım. 

Çox təəssüf ki, o gözəl dəftər (romanı dama-dama qalın dəftərdə yazmışdım) 

arxivimdə qalmayıb, amma sonralar yazdığım «Bəşər övladı  Həsən» (Andersen-

Nyeksenin «Bəşər övladı Ditte» əsərinin təsirilə belə bir ad qoymuşdum) romanı 

indiyə qədər mənim arxivimdədir. 

O da yaxşı yadımdadır ki, 7-ci sinfi qurtarandan sonra yazılarımı oxumaq üçün 

atama verirdim ki, fikrini desin və elə atamın da məsləhətilə yazdığım hekayələri Isa 

Hüseynova göstərməyə başladım. Isa Hüseynov Hüsü Hacıyev küçəsindəki məşhur 

Yazıçılar binasının 3-cü blokunda, 5-ci mərtəbədə yaşayırdı (elə indi də o binada, 

amma 1-ci blokda yaşayır) və axşamlar onun evində, onun yazı masasının 

qarşısında oturub hekayələrim haqqında dediyi fikirlərə, qeydlərə, iradlara və 

təriflərə qulaq asırdım. 

Uzun illər boyu, aydın məsələdir ki, mən çox-çox yaradıcılıq söhbətlərinin şahidi 

və iştirakçısı olmuşam, amma tam bir səmimiyyətlə deyirəm ki, Isa Hüseynovun yazı 

mizinin qarşısında oturub o hekayələr haqqında onun fikirlərinə qulaq asdığım o 

çağlar mənim həyatımdakı yaradıcılıq söhbətlərinin  ən ucalarından biridir və o 

ovqat da həmişəlik olaraq mənimlədir. 

Ilyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın dost idilər və təbii ki, Mehdi əmi (onu 

belə çağırırdım) mənim yazmağımdan yaxşı  xəbərdar idi və yazdıqlarımı oxumaq 

istəyirdi, amma mən o hekayələri ona 15 yaşımdan sonra verməyə başladım. Mehdi 

Hüseyn o yazıları çox diqqətlə  və  mənim açıq-aşkar hiss etdiyim bir maraqla 

oxuyurdu, amma fikirlərini söyləyəndə heç bir güzəştə getmirdi, iradlarını deyirdi, 

mən də qızışıb onunla mübahisə edirdim, axırda Mehdi Hüseyn tab gətirməyib gülə-

gülə:  

– Ə, bu Elçin məni yordu!– deyirdi.  

Çox istəyirdim ki, mətbuatda çap olunum.  

Nəhayət, bir gün Isa Hüseynov oxuduğu yeni hekayələrimin arasında birini çapa 

layiq bildi və  mənim o hekayəm 1959-cu il iyulun 5-də «Azərbaycan gəncləri» 

qəzetində dərc olundu. Hekayənin adı «O inanırdı» idi və bu mənim mətbuatda dərc 

olunan ilk yazım idi. 

O zaman 16 yaşım var idi. 

Ilk kitabım – «Min gecədən biri» adlı hekayələr toplusu 1966-cı ildə nəşr olundu. 

Sonra «Açıq pəncərə» və «Sos» povestlərim nəşr edildi.  

O yazıların hamısı mənim üçün, əlbəttə, əzizdir, amma bu gün mən əlyazmalarını 

oxuduğum cavanlara həmişə  məsləhət görürəm ki, çap olunmağa tələsməsinlər və 

özümü misal gətirirəm, yəni bu mənada misal gətirirəm ki, 1967-68-ci illərə qədər 

yazdığım hekayə və povestləri bu gün mən heç bir kitabıma daxil etmirəm. 

Bəli, onlar mənim üçün əzizdir, hətta çox əzizdir, mən qəti surətdə onlardan 

imtina etmək fikrində deyiləm (onsuz da, yazıya pozu yoxdur!), amma əvvəllər də bir 

neçə dəfə söylədiyim bir fikri yenə təkrar etmək istəyirəm: mətbuat həvəskarın yox, 

professionalın əsərini çap etməlidir və mətbuat yazıçı olmaq istəyən adamın yazıçı 

olmasına qədər keçdiyi yolu öz səhifələrində əks etdirməyə borclu deyil. 


 

5

«Yaradıcılıq» sözü ilə «sənətkar» sözü eyni mahiyyətlidir, əslində, sinonimdirlər 



(«gizli» sinonim!), həvəskarın yaradıcılığı olmaz, sənətkarın yaradıcılığı olar. 

Mən bu 10 cildliyə  də 1968-ci ilə  qədər yazdığım hekayə  və povestləri daxil 

etməmişəm. 

Indicə bu «10 cildlik» sözlərini yazanda yenə uşaqlıq illərimi xatırladım. 

Ilyas  Əfəndiyev çox oxuyan, klassik və müasir dünya ədəbiyyatına yaxından 

bələd olan bir yazıçı idi və onun yaxşı kitabxanası var idi və o kitabxanadakı 

kitablarla mənim aramda qəribə bir ünsiyyət, hətta mən deyərdim ki, bir münasibət 

var idi. 

O kitablar mənim üçün, əslində, canlı məxluqlar kimi bir şey idi. 

Mən rəflərə düzülmüş o kitablarla, xüsusən çoxcildliklərlə – Şekspir, Molyer, 

Tolstoy, Balzak, Stendal, Dikkens, Dostoyevski... – fəxr edirdim və ona görə yox ki, 

baxın, bizdə belə kitablar var, ona görə ki, öz-özlüyündə belə kitablar var, necə ki, 

qardaşla fəxr edirsən, atayla, oğulla fəxr edirsən. 

Mən məhz kitab olduğu üçün kitabla fəxr edirdim. 

Və o gözəl xəyallar aləmi də yaxşı yadımdadır ki, indi fikir məni tez-tez keçmişə 

apardığı kimi, o zaman da fikir məni tez-tez gələcəyə aparanda gözlərimin qabağına 

mənim öz gələcək cildlərim gəlirdi: 50 cild... 60 cild... 100 cild... 

... Mənim 2 cildlik ilk «Seçilmiş  əsərlər»im 1987-ci ildə  nəşr olunub. Sonralar 

xeyli kitabım çıxsa da, bu 10 cildlik mənim ikinci «Seçilmiş əsərlər»imdir. 

Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam. 

Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə  qədərki yazı-pozu işlərimin, bir növ, 

yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir 

sual peyda olur: nə yazmısan? necə yazmısan? niyə yazmısan?.. 

Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?). 

Çünki o cavabın sahibi oxucudur. 

Mən isə, yalnız onu deyə bilərəm ki, olanı budur. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin