Seçilmiş əsərləri


E l ç i n  2 oktyabr 2004.   Zuğulba



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   2   3   4   5   6   7   8   9   ...   147
E l ç i n 

2 oktyabr 2004.  

Zuğulba. 

 

 




 

6

 



 

 

 

 

 

 

HEKAYƏLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

7

MƏNLƏ MƏN ARASINDA 



 

Mən bu kitaba

1

  son 32 ildə yazdığım hekayələri daxil etmişəm.  

32 il – bir igidin ömrü... 

Aradan 32 il keçib, amma bu hekayələrdən hər birini yazdıran ovqat bütün bu 

illər boyu mənim yaddaşıma hopub qalıb və indi – bu sətirləri yazdığım 2000-ci ilin 

küləkli payız gecəsi o ovqatı mən həmin uzun (və bir göz qırpımlıq!) illərin ağrısı-

acısı və sevinci ilə, itkiləri və qazancları ilə 32 il bundan əvvəlkindən çox fərqlənən 

hissiyyatımda yenidən yaşayıram.  

Və bu dəm mən sidq-ürəkdən Allaha şükür edirəm ki, 32 ildən sonra bu 

hekayələri bir yerə toplamağı mənə qismət etdi.  

Bir də mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə 

sözə belə toxunmadan onları vaxtilə necə yazılmış və necə çap olunmuşdusa, eləcə 

də yenidən nəşr etdirirəm. 

Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və  mən – oxucudan 

gizlətmirəm – daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim 

gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də 

yoxdur. 

Bu hekayələrin bir qismi olsun ki, yaxşı hekayələrdir, başqa bir qismi bəlkə də 

nisbətən alınmayıb, amma onlarda bir zərrəcik də desən, yalan yoxdur. 

Və bu hekayələr – mövzusundan, yaxşılığından-pisliyindən, yaxınlığından-

uzaqlığından asılı olmayaraq, bir yerdə, bir küll halında – mənəm! 

32 il bundan əvvəl XXI əsr və üçüncü minillik mənim üçün çox uzaq bir 

gələcəyin qeyri-real rəqəmləri idi, amma bu gün onlar real həyatımızın 

göstəriciləridir. 

Bu hekayələr bugünkü Elçinlə  əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 32 il 

bundan əvvəlki o Elçin arasında, bəlkə də, ən doğma bir bağlılıqdır, həmin doğma 

xətdir ki, o cavan yazıçı ilə, o cavan yazıçının hiss-həyəcanı, qara saçları və məchul 

bir gələcəyə (bu günə!) tuşlanmış baxışları ilə məni birləşdirir. 

Mən bu kitabın adını, şirini və acısı ilə bərabər, yaşanmış o illərin ancaq mənə 

məxsus hiss-həyəcanı şərəfinə «32» qoymaq istəyirdim. 

Amma, bax, indicə  qələmi götürdüm və bu hekayələr toplanmış qovluğun 

üstündə həmin hekayələrdən birinin adını yazdım: «Baladadaşın ilk məhəbbəti». 

Ona görə yox ki, 1972-ci ildə yazılmış bu hekayə  məşhur oldu, əsasında film 

çəkildi, bir çox dillərə tərcümə edildi, mənim Moskvada rus dilində nəşr olunmuş ilk 

kitabımın adını daşıdı vəs. 

Ona görə  də yox ki, bu hekayəyə  qədər «aerodrom» papaqlı baladadaşlar 

sənətdə ancaq satiranın hədəfi olurdu, az qala, mənəvi məhdudluq meyarına (!) 

çevrilirdi və birdən-birə bu «aerodrom» papaqlı şumaqədər ustasının lirik-romantik 

(yəni insani!) aləmi peyda oldu. 

Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizliyi, iddiasızlığı, 

səmimiliyi mənim üçün bu 32 ilin daşınan yükü müqabilində çox əhəmiyyətli bir 

şeydir. 

 

__________________  

1”Baladadaşın ilk məhəbbəti”kitabına (“Qapp-Poliqraf” nəşriyyatı,Bakı, 2000) yazılmış ön söz




 

8

Orası da yaxşı xatirimdədir ki, 1972-ci ilin yayında bu hekayənin son nöqtəsini 



qoyub, həmişə olduğu kimi, bu dəfə  də oxuyub fikir söyləməsi üçün, onu atama 

vermişdim və isti bir iyun gecəsi yazı makinasından yenicə  çıxmış o vərəqləri 

oxuyandan sonra, mənim yazılarıma çox tələbkarlıqla yanaşan və buna görə  də 

tərifli söz deməyi bir o qədər də xoşlamayan Ilyas Əfəndiyev «Baladadaş»ı əməllicə 

bəyənmişdi... 

... Deyəsən, bu küləkli payız gecəsi də fikir məni, istər-istəməz, xatirələr aləminə 

aparmaq istəyir, amma bu 32 ilin xatirələri də, əlbəttə, bitib-qurtaran bir şey deyil 

və o aləmin içinə girəsi olsam, o zaman bu kiçik ön sözün son nöqtəsini qoymaq 

mənim üçün dünyanın müşkül bir işinə çevriləcək. 

Son nöqtəni isə, qoymağı bacarmaq lazımdı. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin