Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   ...   6   7   8   9   10   11   12   13   14

 
VII 
                                                 
31
 İbini Hişam, Səyərə, II kitab, s. 302. 
32
 Eyni qaynaq.  
33
 Eyni qaynaq IV kitab, s. 302.  
34
 Eyni qaynaq.  
35
 Təbəri, Tarix, III kitab, s. 195 və İbni Hişam, Səyərə, IV kitab, s. 304.  
 
87

 
Peyqəmbər və qadınlar 
 
 
İslamın  əsasını tövhid təşkil edir. Tövhid Tanrının birliyinə olan 
mütləq inancdır. Bu mütləq inancın toplumsal biçimdə xatırlanma və 
anımsayış yeri camidir. Onun peyqəmbəri də bir kişi olaraq öz məsələlərini 
gizlin saxlamamış, tam tərsinə olaraq insanın cismi və ruhi ehtiyacları ilə 
bağlı fikirlərini söyləmişdir.  Şübhəsiz ki, bir çox din adamları dini 
mətnlərdən bizim xəbərsiz qalmağımızdan sui-istifadə etmiş, caminin 
quruluşunu ortadan qaldırmaq amacı ilə bizim üçün hicab düzəltmişlər. 
Ancaq hər kəs bilir və Quran da söyləyir ki, “Öyüdün faydası və keçərliliyi 
varsa, öyüd ver.”
1
 Biz Ayişənin gülüşlərini, Ümm-Səlmənin atəşin 
mübarizəsini tariximizə daşıyaraq, ölgün və ruhsuz tarixə yeni heyəcan və 
ruh bağışlaya bilərik. Bu vəsilə ilə onların siyasi istəklərini islamın əfsanəvi 
şəhəri Mədinədən eşidə bilərik.  
 
 
Peyqəmbərin qadınları 
Mutlu illər 
 
 
626-ci ildə Məhəmməd peyqəmbər Ümm-Səlmə ilə evlənmək istərkən 
Ayişənin içində böyük həsəd baş qaldırmışdı. Çünkü Ümm-Səlmənin 
gözəlliyi haqqında çox eşitmişdi, ancaq onu ilk dəfə yaxından gördüyündə 
dedi: “O, söyləniləndən və  mənim təsəvvür etdiyimdən də gözəlmiş.”
2
 
Əsqəlani öz ünlü “Əl-isabət” adlı  əsərində Ümm-Səlməni bu şəkildə  təsvir 
edir: “Gözəlliyi adi deyildi. Ayrıca, güclü mühakimə yetənəyi, dəqiq 
dəyərləndirmə qabiliyəti var idi.”
3
 Ümm-Səlmə  də  Məhəmməd kimi 
Qüreyşin aristokratlarından idi. Ümm-Səlmənin ilk evliliyindən dörd evladı 
var idi. Peyqəmbər onunla evlənmə istəyində bulunduğunda öncə  qəbul 
etməyib dedi: “Mən çox yaşlıyam, dörd çocuğum var. Ayrıca, məndə çox 
həsəd duyğusu var.”
4
 Peyqəmbər onu razı salmaq üçün dedi: “Tanrıya dua 
edəcək ki, içindən həsəd duyğusunu çıxarsın.” Ümm-Səlmənin yaşı ilə bağlı 
                                                 
1
 Quran, 87-ci surə, 9-cu ayə. 
2
 Əsqəlani, Əl-isabət, VIII kitab, s. 224. 
3
 Eyni qaynaq.  
4
 Eyni qaynaq, s. 223. 
 
88

olaraq da “hər halda mən də çox gənc deyiləm, səndən daha yaşlıyam,”
5

dedi. Ümm-Səlmənin oğlu anasını peyqəmbərlə evllənməyə razı etdi. Ümm-
Səlmə öz son beşiyi olan Zeynəbə süd verməkdə ikən, peyqəmbərin evinə 
gəlin köçdü. Peyqəmbər hər dəfə Ümm-Səlmənin evinə getdiyində onun son 
beşik yavrusunu nəvaziş edirdi.
6
Ümm-Səlmə Qüreyşin aristokrat qadınlarından idi. O zaman yayqın 
olan bir gələnək var idi. Ümm-Səlmə kimi gözəl və istedadlı qadınlar 
yaşlandıqdan sonra öz çevrələrini təsirləndirəcək özəl imkana sahib 
olurdular. Daha doğrusu gözəlliklə istedadın özünəməxsus hakimiyəti və 
təsiri ortaya çıxırdı. Bu üzdən də bu kimi qadınlarla bir çox mövzular 
üzərinə  məsələhətləşərdilər. Peyqəmbərin ilk qadını olan Xədicədə  də bu 
özəllik var idi. Yəni onlar sosial və özəl həyatlarında yaradıcılıq və 
yenilikçilik enerjisi ilə dolu idilər. Xədicə daha öncə iki dəfə evlənmiş və hər 
evlilikdən də bir evladı olmuşdu. Xədicə özü peyqəmbərlə evlənmə 
istəyində bulunmuşdu. Çünkü peyqəmbər onun idealındakı kişi timsalı idi. 
Xədicəyə daha öncəki  ərlərindən böyük zənginlik miras qalmışdı. Bu 
zənginlikləri Xədicə öz ticari təşəbbüskarlıqları ilə daha da artırmışdı. 
Hədislərdə evlilik zamanı Xədicənin 40 və Məhəmmədin 25 yaşda olduqları 
söylənilir, lakin Xədicə, Məhəmməd peyqəmbərdən yeddi evlad dünyaya 
gətirdiyi üçün böyük ehtimala görə bu söylənən doğru deyildir.  
Güclü və özünə güvənən digər bir qadın örnəyi də Hinddir. Hind, 
Məkkədə peyqəmbərə qarşı  çıxan dəstənin içində idi və peyqəmbərə qarşı 
olan müxalifəti gücləndirirdi. Hind o qadındır ki, peyqəmbərin əmisi Həmzə 
savaşda öldüyündə Hind onun ciyərini çıxarıb yemişdi. Ona görə  də onun 
adı “Ciyər yeyən Hind” olaraq qalmışdı. Peyqəmbər Məkkəni fəth etdikdən 
sonra onun da haqqında ölüm hökmü çıxarmışdı. Peyqəmbərin ordusu Ühüd 
savaşında məğlub edildiyində Müsəlman cənazələrinin düşdüyü yerdə Hind 
rəqs etmişdi. Bu əməlinə görə peyqəmbər heç vaxt onu bağışlamadı. Hind 
ölülərin və yaralıların arasında dans edərkən bu şərqini söyləyirdi: 
 
Biz dan ulduzunun gözəl qızları, 
Boynumuzda parlar altun, mirvarı. 
Uzun saçlarımız ətir saçmaqda, 
Savaş meydanından düşmən qaçmaqda. 
Bilmiş ol, bizimlə savaşsan əgər, 
Səni ummadığın yenilgə bəklər. 
Geriyə çəkilsən, izn var, get-get, 
                                                 
5
 Eyni qaynaq.  
6
 Eyni qaynaq.  
 
89

Əlvida, ey sevgi, sən bizi tərk et.
8
O zaman Ərəbistan qadınlarının görəvlərindən biri də savaş 
meydanlarında kişiləri savaşa təşviq etmək, onlara əhval-ruhiyə vermək idi.  
Hind və onun söylədiyi  şərqi ölüm planları hazırlayan bir qadını 
təsəvvürlərdə canlandırır. "O, islam tarixində ciyər yeyən Hind olaraq 
tanınmaqdadır. Çünkü peyqəmbərin  əmisi Həmzə savaşda öldükdən sonra 
ind onun ciyərini çıxarıb yemişdi."
9
 Hindin ifrat nifrət və kinini Əsqəlani 
belə anladır: "Ühüd savaşında Hindin əmisi  Şüəbəni Həmzə öldürmüşdü. 
Eləcə  də Hindin atası Atabe´nin də ölümündə  Həmzənin  əli var idi."
10
 
Əslində  Əsqəlani Hindin islama olan nifrətini etiraf etmir. İslam onun 
ailəsini məhv etdiyi üçün bir şəkildə Hindin nifrətinə bəraət qazandırır.  
Hicrətin 8-ci ilində peyqəmbər Məkkəni fəth etdiyində Hindin 
haqqında ölüm hökmü çıxarmışdı. Ancaq Hindin əri  Əbusüfyan 
peyqəmbərdən xahiş etdi ki, Hindi bağışlasın. Məhəmməd  Əbusüfyanın bu 
xahişini qəbul etdikdən sonra Hind, Məkkə qadınlarının biri ilə peyqəmbərin 
hüzuruna gəlib iman gətirib, vəfadarlıq andı içdi. Tarixçilər tərəfindən bütün 
kəlmələri ilə nəql edilən Hindin andiçməsi, məcburən təslim olan bir qadının 
gülünc durumunu, həm də siyasi cəsarətini anladan bir mətndir. Hind 
peyqəmbərə iman gətirsə  də, heç zaman öz görüşlərini açıqca bəyan 
etməkdən çəkinmədi. Peyqəmbər ona “And iç ki, bir daha zina 
etməyəcəksən” söylədiyində Hind cavab verdi: “Azad bir qadın heç zaman 
zina etməz.” Bu zaman Məhəmməd peyqəmbər diqqətlə Ömərə baxdı, çünkü 
peyqəmbər Ömərin islama tapınmadan öncə Hindlə olan ilişkisindən 
xəbərdar idi. 
11
 Bir çox islam tarixçisi Hindin xüsusiyətlərinin heyranı olmuş 
və bir neçə tarix kitablarının səhifələrini onun həyataına həsr etmişlər.
12
 
İslamı ikrahla və məcburən qəbul edən qadın haqqında bu sözləri necə yaza 
bilirlər? Hətta bu gün də bir çox islam mütəxəssisləri onun böyük 
qabiliyətləri haqda kitablar yazırlar. “Məkkə  fəth edildiyi gün Hind islamı 
qəbul etdi. O qəzavət və doğru qərar verməkdə ən istedadlı qadınlardan biri 
idi.”
13
  
Bu üzdən də peyqəmbər sadəcə olduqca gənc və bir çox mövzularla 
maraqlanan Ayişənin sorduğu soruları deyil, bütün qadınların sorduğu 
sorları  təbii və normal qarşılayırdı. Bir gün Ümm-Səlmə peyqəmbərdən 
sordu: “Nədən Quranda yalnız kişilərə xitab edilir, qadınlara xitab 
                                                 
8
 Tabari, Mohammed, Sceau des prophetes, P. 198. (Mətnin şeir olaraq tərcümə edilişi G.G-yə aiddir.) 
9
 İbni Hişam, Səyərə, III kitab, s. 96. 
10
 Əsqəlani, Fəth-ül Bari, VIII kitab, s. 141.  
11
 Tabari, Mohammed, Sceau des prophetes, p. 286. 
12
 İbni Hişam, Səyərə, IV kitab, S. 47 və Təbəri, Tarix, III kitab, s. 121. 
13
 Əsqəlani, Fəth-ül Bari, VIII kitab, s. 141.  
 
90

edilmir?”
14
 Peyqəmbər susub Tanrının cavabını gözlədi.  O zaman sorusu 
olan hər bir qadın və kişi peyqəmbərə uğrayır, ondan istəyirdi ki, Tanrı onun 
sorusunu cavablandırsın. Bir gün Ümm-Səlmə saçlarını darayıb və cavabsız 
qalan sualı haqda düşünərkən, bu sorusu ilə ilgili peyqəmbərin bir ayə 
zümzümə etdiyini eşitdi. 
“Peyqəmbərdən sordum ki, nədən Quran bizimlə də danışmır, daima 
kişilərə xitab edir? Bir gün axşam çağı saçlarımı darayarkən onun səsini 
eşitdim. Saçlarımı sürətlə darayıb peyqəmbərin səsini daha yaxşı eşidəcəyim 
otaqların birinə girdim. Diqqətlə qulaq asmağa başladım. Peyqəmbərdən bu 
sözləri eşitdim: “Ey insanlar Tanrı deyir: “Qadın və kişi müsəlmanlar və 
Tanrı buyruğuna tabe olan qadın və kişilər.” Bu tərtiblə davam etdi və 
sonunda söylədi: “Tanrı hamısına bağış və ödül hazırlamışdır.”
15
Tanrının Ümm-Səlməyə olan cavabı aydın idi. Tanrı toplumun bütün 
üzvlərinə cinsi ayrım yapmadan xitab etmişdir. Tanrı lütflərini  əldə etmək 
üçün cinsiyət bir imtiyaz deyildir. Tanrı qatında bireylərin (fərdlərin) qadın-
kişi ayrımı olmadan inanışlarına, Tanrı qatındakı sayqınlıqlarına görə 
fərqlənirlər. Ümm-Səlmənin eşitdiyi çox inqilabi bir ayədir: 
“Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin 
qadınlar, itaət edən kişilər və itaət edən qadınlar, doğru danışan kişilər və 
doğru danışan qadınlar, Səbirli kişilər və  səbirli qadınlar, Tanrıdan qorxan 
kişilər və Tanrıdan qorxan qadınlar, sədəqə verən kişilər və  sədəqə verən 
qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, alətlərini örtən kişilər və 
alətlərini örtən qadınlar, Tanrını çox xatırlayan kişilər və Tanrını çox 
xatırlayan qadınlar üçün Tanrı böyük ödül hazırlamışdır.
16
  
Digər qadınlar da Ümm-Səlmənin bu həssasiyətini paylaşmışlarmı, 
yoxsa bir aristokratın fərdi yeniliyi və bir növ üsyanımı olmuşdur? Bu, 
sadəcə Ümm-Səlmənin nəfsi istəklərini yansıdan (əks etdirən) bir istək 
olmuş, yoxsa Mədinənin bütün qadınları bu şəkildə düşünmüşdür? 
Tarixi bəlgələr göstərir ki, Mədinədə bir çox qadınlar bu kişi 
mərkəzliliyə etiraz etmişdir. Ümm-Səlmənin sual və etirazı onun nəfs 
istəkləri olmamışdır, o zamanın Mədinəsindəki siyasi həyəcanlar və siyasi 
problemlər Ümm-Səlmənin dilinə yansımışdır. Bəzi rəvayətlərə görə, 
şəhərin bir çox qadınları ortaya çıxmışlar: “Mədinənin tanınmış 
qadınlarından bir dəstə peyqəmbərin qadınlarına uğrayıb dedilər: “Tanrı 
sizin adlarınızı Quranda çəkmiş, ancaq bizlərdən heç bir əsər-əlamət yoxdur. 
Bizim haqqımızda söylənəcək heç bir xoş söz yoxdurmu?”
17
                                                 
14
 Təbəri, Təfsir, XXII kitab, s. 10. 
15
 Eyni qaynaq.  
16
 Quran, Əl-əhzab, 35. 
17
 Təbəri, Təfsir, XXII kitab, s. 10. 
 
91

Ümm-Səlmə ilə həmfikir olan qadınlar Tanrı qatından öz cavablarını 
aldılar. Tanrının verdiyi cavab islamöncəsi gələnəklə tam qarşı-qarşıya idi. 
Bu cavab islam öncəsi qadın-kişi münasibətlərini qəbul etmirdi. Qadınlar bu 
istəklərində başarılı oldular. Çünkü onların bu istəkləri üzərinə Quranda 
qadınların adına Tanrı qatından bir surə  gəldi. Bu surə “Nisa” (Qadınlar) 
olaraq bilinir. Bu surədə qadınların irs haqqındakı statusları müəyyənləşir ki, 
islamdan öncə qadınlar bu haqqa sahib deyildilər. “Nisa” surəsindəki 
qadınlarla bağlı söylənənlər tam yeni qanunlar idi və kişiləri bəzi 
üstünlüklərdən məhrum edirdi. Bu ayədə deyilir ki, qadın, dəvə  və xurma 
ağacı kimi bir miras deyildir. Tam tərsinə, qadınlar özləri dəvə  və xurma 
ağaclarına sahib ola bilər, sahib olduqlarını da miras olaraq buraxa bilərlər. 
Qadın kişi ilə bir yerdə mövcud zənginliyə  şərik ola bilər, ayrıca, bu 
doğrultuda kişi ilə  rəqabətə  də girə bilər. “Kişilərin öz çalışmalarından 
qadınların da öz çalışmalarından  əldə etdikləri fayda var. Nə istəsəniz, 
Tanrının rəhmətindən diləyin. Tanrı hər şeyi biləndir.”
18
 Bu kiçik ayə kişilər 
arasında əndişə yaratdı. Çünkü ilk dəfə olaraq onlar islamın tanrısı ilə qarşı-
qarşıya gəlirdilər. Bu ayədən öncə ancaq kişilər irs haqqına sahib idilər. 
Qadınların nəinki irs aparma haqları yox idi, həm də özləri mövcud irsin bir 
parçası sayılırdılar. “Bir kişi öldüyündə onun böyük oğlu dul qalmış qadının 
varisi sayılırdı. Əgər bu dul qadın onun anası deyildisə, o, bu qadınla evlənə 
bilər və ya onu öz qardaşı ilə, qardaşı oğlu ilə evləndirə bilərdi.”
19
Hətta bir çox səhabilər bu ayənin qadınlara tanıdığı statusu anlamaqda 
zorluq çəkirdilər. Bu ayə iki baxımdan kişilərin üstün məziyətlərini azaltmış 
oldu: bir tərəfdən, mövcud irsin bir parçası olmaqdan qadını  çıxarmaqla 
kişilərin irs malları azaldı. Digər tərəfdən isə, qadınlara mövcud irsə varis 
olma haqqı tanımaqla yenə  də kişilərin mal varlığını qadınlara da mənsub 
etmiş oldu. Yəni qadınlar mirasa şərik oldular. İslam öncəsi ərəb kültüründə 
qadınların varislik haqqı yox idi. Qadının haqqı  ərinin və qadının erkək 
əqrəbaları arasında bölüşdürülürdü.  
İslamöncəsində bir kişinin öz atası, qardaşı, ya da oğlu ölsə idi və bu 
ölənin dul qadını qalsa idi, əgər bu ölən öz vəsiyətində dul qalan qadınına bir 
miras buraxsa idi, bu mirasa sahib çıxmaq üçün dul qadını bir çarşabla 
bükürdülər. Bu, o qadınla evlilik anlamında idi. Bu qadınla evlənən ona irs 
olaraq vəsiyət  əsasında qalmış mirasa sahib olurdu. Bu dul qadınla 
evlənildikdən sonra artıq o qadın ona miras olaraq qalmış var-dövlətdən 
istifadə edə bilmirdi. Bu haqqı itirirdi. Ona miras qalan nə varsa, hamısı 
avtomatik onunla evlənənə aid olurdu. Ancaq əgər qadın onunla evlənmək 
                                                 
18
 Quran, 4-cü surə, 32. 
19
 Təbəri, Təfsir, VIII, S. 107. 
 
92

istəyənlərdən qurtulub öz nəslinə müraciət etsə idi, o miras qadının özünə 
qalırdı.”
20
 Göründüyü kimi, islamöncəsi yayqın olan gələnəkdə qadın 
kişilərin  əlində oyuncaqdan başqa bir şey deyildi. Yəni qadın həm öz 
soyundan olan kişilərin (qardaşının, atasının,  əmisinin) həm də  ərinin 
soyundan olan (qaynatasının, qayınlarının) əlində oyuncaq idi.  
Yeni islami qanun bütün bunların hamısını sorğulamağa başladı. 
Çünkü islam insana (qadın və kişi olaraq) bilincli bir varlıq kimi ehtiram 
göstərir. Bilinc (şüur) və seçim daima dünyada olmuşdur. Bilinc elə bir 
özəllikdir ki, insan dünyada yaşadıqca, o da var olacaqdır. Kişilər bilirdilər 
ki,  əgər islamın qadınlarla bağlı qanunları  həyata keçərsə, peyqəmbər və 
onun Tanrısı qadınların digər istəkləri ilə  də hesablaşmalı olacaqlar. 
Özəlliklə qadınların savaşlara qatılma və savaşlardan  əldə edilən 
qənimətlərdən faydalanma haqlarından Tanrı və onun elçisinin hesablaşması 
gərəkəcəkdi. Savaş zamanı qadınlar kənarda qalır, məğlubiyətlərdə kişilər 
qətl edilir və qadınlar əsir alınırdılar. Ərəbistan quldarlıq toplumu idi, yəni 
insanlar iki sinifdən birinə  mənsub idi. Bu mövzu həm qadınlar, həm də 
kişilər üçün keçərli idi. Savaş zamanı  əsir alınan azad qadınlarla da kölə 
kimi davranılırdı.
21
 Quran 87-ci surənin 9-cu ayəsində deyir: “Yararlı 
olacağı təqdirdə öyüd ver.” Peyqəmbərin səhabiləri qadınlarla bağlı islamın 
bu yeni qanunlarını  qəbul etmirdilər. Hətta belə hesab edirdilər ki, islamla 
bir yerdə  əski kültürün davam etməsi daha yaxşıdır, kişilərin mənafeinə 
uyğun olur. Səhabilər bu qanunun dəyişdirilməsi üçün Tanrı elçisinə təzyiq 
göstərdilər. Sonda bu kişi mərkəzli kültürü qoruyub saxlamaq üçün Quranın 
açıq-aydın ayələrini təfsir etməyə başladılar. Bütün bunların hamısı 
peyqəmbərin həyatında baş verdi. Lakin qadınlar kişilərin bu davranışlarına 
seyrçi olaraq qalmadılar. Onlar kişilərin  əski törələri qoruyub saxlamaqda 
israrlı olduqlarını gördüklərində, dərhal peyqəmbərə  uğrayıb və fikirlərini 
bildirdilər.  
Bu mövzu ilə bağlı  ərinin durumundan peyqəmbərə  şikayət edən 
qadınlardan biri Ümməkcə idi. O, peyqəmbərə dedi: “Mənim  ərim ölmüş, 
ondan mənə qalan irsi isə vermirlər.” Ümməkcənin qaynı bu şikayətə bəraət 
qazandırmaq və əski törələri davam etdirmək üçün dedi: “Qadınlar at minmir 
və savaşa qatılmırlar.”
22
 Bu üzdən də onlara irs çatmaz. Çünkü irs yalnız 
savaşa qatılanlar və bu yolda qılınc çalanlar üçün çatmalıdır. Ümməkcənin 5 
qızı var idi ki, hamısı irsdən məhrum edildilər. O zaman yalnız kişilərə irs 
çatırdı. Qadınlar və çocuqlar irsdən məhrum idilər.
23
 Onlar ikinci dərəcəli 
                                                 
20
 Eyni qaynaq.  
21
 Enskilopediya, Qahirə, Bita, VIII kitab, s. 151. 
22
 Əsqəlani, Əl-isbət, VIII kitab, s. 258. 
23
 Təbəri, Təfsir, IX kitab, 255.  
 
93

insan sayılırdılar, çünkü savaşa qatılmırdılar.  İnsan olmanın meyarı savaş 
idi. Bu kimi yoxsul toplumlarda savaş haq yolunda olmaqdan çıxmış  və 
zənginlik qazanmaq uğrunda gedirdi. Bu üzdən də bir çox yoxsul səhabilər 
savaşlardan  əldə etdikləri qənimətlər nəticəsində  Ərəbistanın  ən zəngin və 
seçkin insanlarına dönüşmüşdülər.  İslamın sürətlə yayılmasının 
səbəblərindən biri də bu amil idi. Bir çox insan Tanrıya inandığı üçün deyil, 
zəngin olmaq üçün müsəlman oldu, daha sonra islamı bir erkək dini olaraq 
tarixə soxanlar da bu müsəlmanlar oldu. Ərəbistanda  İslam yayqınlaşmağa 
başladıqdan sonra zəngin olmanın yollarından biri də islam yolunda 
savaşmaq və qəniymət əldə etmək idi.  
Bu durumdan şikayətçi olan yalnız Ümməkcə deyildi. Bir çox 
qadınlar Tanrı elçisinə müraciət edərək, yeni qanunun ciddi şəkildə  tətbiq 
edilməsini istəyirdilər. Kəbəşə adında bir qadının şikayəti böyük bir hadisə 
yaratdı. Çünkü vəhy vasitəsi ilə onun sorunu çözülmuş oldu. Kəbəşənin 
ögey oğlu Əbuqeys ibni Vəslət əski törələr əsasında ögey anasını irs olaraq 
özünə  mənsub  əşya kimi görürdü. Kəbəşə, Tanrı elçisinə dedi: “Ey Tanrı 
elçisi, mənə nə ərimdən irs buraxıldı, nə də azad şəkildə başqası ilə evlənmə 
haqqım var.”
24
  Əbuqeys ibni Vəslət yeni qanunun uyqulanmasını  qəbul 
etmirdi və atası öldükdən sonra ögey anasını özünə irs olaraq görürdü. 
Ancaq zahirən Kəbəşənin başqa planları da var imiş. Qadınların kişilərə 
qarşı üsyan etməsinə  səbəb olan ixtilaf, cəmiyyətin gələnəksəl (ənənəvi) 
təməllərini titrətmişdi. Ancaq qadınlar bir daha uğur qazandılar çünkü bir 
ipdəki düyünü bıçaqla kəsərcəsinə, Nisa surəsinin 19-cu ayəsində Tanrı 
onların problemini çözdü: “Ey möminlər, qadınlar özləri istəməsə, onları irs 
olaraq öz əşyanız kimi görə bilməzsiniz. Onlarla zorla evlənə bilməzsiniz.”
25
 
Mədinə erkəkləri, özəlliklə  Ənsar, bu ayədən dolayı çox üzgün oldular. 
Kəbəşə gerçəkdən də mövcud törələrin ortadan qaldırılmasından yana idi. 
“Yəsribdə (Mədinənin  əski adı) irs məsələsi bu şəkildə idi: bir kişi 
öldüyündə onun oğlu anasının sahibi olurdu. O qadının etiraz etmək haqqı 
yox idi. Əgər oğul istəsə idi, atasının qadını ilə evlənə bilərdi, ancaq 
evlənmək istəməsə idi, özündən daha kiçik qardaşı onunla evlənə bilərdi. 
Əgər kiçik oğul az yaşlı idisə, qadın gözləməli idi ki, uşaq böyüyüb, onun 
haqqında qərar vermə yaşına çatsın.”
26
Kişi, varis qadının gözəlliyindən daha çox onun mirası ilə 
maraqlanırdı. Çünkü varis olan kişi, dul qadınla evlənmək istəməsəydi, onun 
mirasını qadının kişi  əqrəbalarına qaytarmalı idi. Əslində kişilər maddi 
mənafelərini evlənməklə ört-basdır edirdilər.  
                                                 
24
 Eyni qaynaq, VIII kitab, s. 105. 
25
 Quran, Nisa, 19. 
26
 Təbəri, Təfsir, VIII kitab, s.107. 
 
94

Mədinəlilər kimi, qadınlarla bağlı oturuşmuş kültürə sahib olmayan 
məkkəlilər, Ənsarın ənənəsinə etinasız idilər. Örnəyin, Məkkədə əzol adında 
bir yöntəmdən istifadə edilirdi ki, bu da qadınlar üçün tam əsarət demək idi. 
Qüreyş arasında əzol yayğın idi. Əzol nə demək idi? Bir kişi aristokrat 
qadınla evlənsə idi, qadınla belə bir müqavilə bağlayırdı ki, boşansa da, 
onun izni olmadan kimsə ilə evlənə bilməzdi. Bir neçə şahidin hüzurunda bu 
müqaviləni hazırlayırdı. Əgər biri o qadınla evlənmək istəsəydi, anlaşmaya 
görə, qadının birinci ərindən izin alması gərəkirdi. Boşanmış qadın yenidən 
evlənmək üçün boşanmış  ərinə pul verib onun razılığını almalı idi. Belə 
olmasaydı, birinci əri qadının evlənməsinə izin vermirdi.
27
Bütün bu adət-ənənələr Quranda bir çox ayənin mövzusu olaraq 
məhkum edilmişdir. Yalnız evli qadınlar bu çirkin gələnəyin (ənənənin) 
qurbanı deyildirlər. Ailənin başçısı öldükdən sonra da evin gənc qızlarının 
həyatı bu gələnək tərəfindən təhlükəyə girirdi. Sığınacaqları olmayan bu 
qızların durumları çox çətin olurdu. Quranda yetim və bu kimi gənc qızlarla 
bağlı ayələr mövcuddur. Bu ayələr onların haqlarını açıqca qorumaqdadır. 
“Nisa” surəsinin 2, 3, 6, 10, 36, 127 və  Bəqərə surəsinin 177 və 215-ci 
ayələri qadınlarla bağlı Tanrı elçisinə göndərilmişdir.  Ərəblərin çoxu bu 
ayələri qəbul etmir, onları yersiz və anlamsız sayırdı.  Ərəblərə görə, gənc 
qızın irs aparması ağılsızlıqdan başqa bir şey deyildir. “Nisa” surəsinin 2-ci 
ayəsində həm gənc qız, həm də gənc oğlanlara irs mövzusundan belə deyilir: 
“Və yetimlərin mallarını özlərinə qaytarın. Çirkini təmizin yerinə 
oturtmayın. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünkü bu, Tanrı 
qatında böyük suç sayılır.”
28
İslamöncəsi dönəmdə gənc qızlar nəinki irsdən məhrum idilər, həm də 
müxtəlif  şəkildə cinsi sui-istifadəyə  məruz qalırdılar. Qızların qəyyumu 
(yetim qızların məsulu) onların ən gözəl olanları ilə zorla evlənirdi. Beləliklə 
də  qızların irslərinin nəzarətini öz əlinə alır və  qıza başlıq da vermirdi. 
Qızlardan biri çirkin idisə, bu çirkinlik onun qüsuru sayılırdı  və onunla 
evlənməməyə  bəraət qazandırılırdı. Ayrıca bu çirkin qızın irs payını 
ödəməyə də məcbur olmurdu. “Çirkin bir qızın atası ölsəydi, onun qəyyumu 
bu qızın irsini ödəmirdi. Onun başqası ilə evlənməsinə  də izin vermirdi. 
Qızın qocalıb ölməsini bəkləyirdi ki, irsinə sahib çıxsin.”
29
 İslamın gətirdiyi 
irsiyət qanununa qarşı ciddi etirazlar oldu. Bu üzdən də Tanrı böyük qətiətlə 
yetim qızların haqqını ödəməməyi böyük suç adlandırdı.
30
 Çirkin qızın irs 
haqqı bir çoxları üçün diksindirici idi. Cabir ibni Həyyanın çox çirkin və kor 
                                                 
27
 Eyni qaynaq, s. 113. 
28
 Quran, Nisa, 2. 
29
 Təbəri, Təfsir, VIII kitab, s. 255. 
30
 Eyni qaynaq, s. 235. 
 
95

əmisi qızı var idi. Bu kor və çirkin qızın atası öldükdən sonra ona çoxlu var-
dövlət irs qalmışdı. Cabir bu kor və çirkin qızla evlənmək istəmirdi. 
Əmisinin mirası özünə qalsın deyə, qızın başqası ilə evlənməsinə  də izin 
vermirdi. Cabir bir çoxları kimi bu haqda peyqəmbərə sual verdi. Cabir kimi 
əski törələrə bağlı ərəblər anlamırdılar, niyə peyqəmbər bu gələnəyi ortadan 
qaldırmaq istəyir. Cabir əsəbi tərzdə peyqəmbərdən sordu: “Kor və çirkin 
qız ata irsindən faydalanma haqqına sahibdirmi?” Peyqəmbər cavab verdi: 
“Bəli, sahibdir” və sonra da Cabirə bu ayəni söylədi: “Qadınlarla bağlı 
səndən soru sorsalar, söylə ki, Tanrı qadınlar haqqında öz qərarını vermişdir. 
Onlara de ki, yetim qızların haqqını yemək, Tanrı qatında böyük suçdur.”
31
Tanrı israrla insanlara bildirir ki, peyqəmbər və onun Tanrısı öz 
mənafeləri üçün bu şəkildə davranmırlar. Bu, arxasında böyük ədalət və 
fədakarlıq dayanan Tanrının təqdim etdiyi yeni əxlaq nizamıdır. Tanrı 
əmrləri ilə  səhabilərin görüşləri arasında ixtilaf ortaya çıxdı: kişilər 
qadınların da insan kimi irsdən faydalanma qanununu anlaya bilmirdilər. 
Onlar bu mövzuyla ilgili Tanrı  qərarını  bəkləyirdilər. Bir-birlərinə dedilər: 
“Bu məsələnin aydınlığa qovuşması üçün peyqəmbərin hüzuruna 
varmalıyıq. Onlar peyqəmbərin hüzuruna gəlib bu haqda sorularını 
sordular.”
32
 Peyqəmbər onlara söylədi: “böyük Tanrı bu mövzuyla bağlı öz 
qərarını insanlara duyurmuşdur. İnsanlar itaət etməlidirlər.” Ancaq Tanrının 
əmrləri kişilərin mənafeyinə uyğun gəlmədiyi üçün yanlış  təfsirlərlə 
Tanrının buyruğunu təhrif etdilər. Daha doğrusu, erkəkmərkəzli 
hakimiyətlərini sürdürmək üçün məzhəbi mətnlərdən sui-istifadə etdilər.  
 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin