IV
Qadına inamsızlıq gələnəyi
2
Orta məktəbdə məzhəb tarixi dərsliyi hədislərin tədrisi ilə başlayırdı.
Bu hədislərin bir çoxu məni həddindən artıq rahatsız edirdi. Örnəyin,
28
Əsqəlani, Fəth-ül Bari, XIII kitab, s. 47.
54
peyqəmbərə aid olduğu söylənən bu cümlə məni çox üzürdü: “Peyqəmbər
dedi: Əgər köpək, eşşək və qadın namaz qılmaqda olan bir müsəlmanın
önündən keçərsə, onun namazı batil olur.”
1
Bunları oxuduğum zaman bir
qadın olaraq özümü aşağılanmış və itin, eşşəyin səviyəsinə endirildiyimi hiss
edirdim. O zaman 16 yaşım var idi. Öz-özümə fikirləşirdim: “Nədən
peyqəmbər qadınları bu qədər aşağılamış, qadını it və eşşək səviyəsinə
edirmişdir?” Digər tərəfdən də düşünürdüm ki, bu söylənənin peyqəmbərin
özəl həyatı ilə, qadınları ilə olan irtibat şəkli ilə heç bir əlaqəsi yoxdur.Özəl
həyatında qadınlarla bərabər hüquqlu şəxs kimi davranan peyqəmbər nədən
bu sözləri söyləməyə ehtiyac duymuşdur? 16 yaşımda ikən peyqəmbərə bu
qədər içdən bağlı olan bir qadın olaraq nədən onun tərəfindən bu qədər sərt
şəkildə təhqir olmalıyam?
Peyqəmbər yalnız bir dövlət başçısı deyildi. O, həm də aşiq bir kişi
idi, sevirdi. Bir gün Əmro İbni As peyqəmbərdən soruşdu: dünyada ən çox
sevdiyin insan kimdir? Peyqəmbər dedi: “Dünyada Ayişəni hər kəsdən daha
çox sevirəm.”
2
Peyqəmbərin qəlbindəki sevimli insanın kişi olmadığını
eşidən Əmro İbni As heyrətləndi. Peyqəmbərin ən yaxın səhabəsi və böyük
hərbi istedada sahib olan Əmro As, peyqəmbərin könlündəki kişinin bir
hərbçi olmadığına şaşırmışdı. O üzdən peyqəmbərdən sordu: “Kişilərin
içində ən çox sevdiyiniz kimdir?” Peyqəmbər iqrar etdi ki: “Ən çox
sevdiyim kişi Ayişənin atası Əbubəkirdi.”
3
Əbubəkir çox həssas birisi idi,
hətta Quran oxurkən göz yaşlarını saxlaya bilmirmiş.
Gücün hakim və qılıncın sultan olduğu Ərəbistanda peyqəmbər qadını
kişiyə açıqca tərcih etmişdir. Peyqəmbərə istinad edərək qadını it və eşşəklə
eyni səviyədə görən Əbuhərirə nə kimi xəta etdiyinin fərqində deyildir. Bu
kimi hədislərdən qaynaqlanan təhdid və təhlükənin miqyasını anlaya bilmək
üçün öncə “qiblə” sözünün mənasını anlamalıyıq.
Qiblənin sözlük mənası “yön” deməkdir. İslamda isə qiblə, Kəbəyə
tərəf bir yön deməkdir. 630-ci ildə Məkkə fəth edildikdən sonra qiblə sözü
müsəlmanlar arasında fərqli bir anlam qazanmışdır. Kəbə ilk başdan
müsəlmanların qibləsi olmamışdır. Peyqəmbərin istəyi üzərinə müsəlmanlar
bir neçə ay Beyt-ül Müqəddəsə tərəf namaz qılmışlar. Yəni islamda ilk qiblə
Beyt-ül Müqəddəs olmuşdur. Peyqəmbərin çocuqluq dönəmində Kəbə
bütpərəst qrupların mərkəzi idi. Ancaq Məhəmməd, Cəbraildən ilk vəhyi
(açınımı) aldığı zaman Xədicə ilə birlikdə Kəbəyə tərəf namaz qılmışdır.
Məkkə əhalisi peyqəmbəri incidib onu təhqir etdiklərində O da Büyt-ül
Müqəddəsə tərəf üz tutaraq namaz qılmışdı. Peyqəmbər, Mədinəyə
1
Buxari, Səhih, I kitab, s.99.
2
İmam Zərkeşi,
ﻻ ﻪﺑﺎﺟﻻا
،ﯽﻣﻼﺳﻻا ﺐﺘﮑﻤﻟا ،توﺮﻴﺑ ،ﯽﻧﺎﻐﻓا ﺪﻴﻌﺳ ،ﻪﺑﺎﺤﺼﻟا ﯽﻠﻋ ﻪﺸﺋﺎﻋ ﻪﺘﮐرﺪﺘﺳا ﺎﻣ داﺮﻳ
1980
ص ،
.
52
3
Eyni qaynaq
55
çatdıqdan sonra Beyt-ül Müqəddəsə tərəf namaz qılınmasını istəmişdi. Bu iş
16 ay davam etdi. Bir gün Ənsar içindən bir nəfər dedi: “Mən şəhadət
verirəm ki, peyqəmbər üzü Kəbəyə tərəf durduğu zaman dedi: “Siz də
yönünüzü Kəbəyə tərəf dəyişdirin.”
4
Bu yön nədən dəyişdi? Dəyişikliyin
fəlsəfəsi nə idi və hansi tarixi-ictimai şərtlər bu dəyişikliyi doğurdu? Bu
dəyişikliyin təməlində özəlliklə ərəb milli kimliyi durmaqda idi. XII əsrdə
Tanrı birliyinin (tövhidin) muşduluqçusu olan islam yəhudiyətin və
xristianlığın bir parçası kimi anlaşılırdı. Ayrıca, məntəqənin məzhəbi
coğrafiyasının strukturundan qaynaqlanan bir özəllik islamı da bütpərəstlik
ənənəsinin davamı olaraq təlqin edirdi. Belə bir şəraitdə ərəblərə xas olan
yeni bir dinin peyqəmbəri olduğunu savunan Məhəmməd hansı yönü seçməli
idi? Onun qarşısında bir çox alternativ mövcud deyildi. 622-ci ildə Onu
Məkkədən uzaqlaşdırmışdılar. Beyt-ül Müqəddəsə tərəf yön bəlli etmək də
yəhudi və xristian gələnəyi sayılırdı. Məkkəlilərin düşmənçilikləri səbəbi ilə
əhli-kitab olaraq bilinən yəhudilər və xristianlar müsəlman üçün müttəfiq
kimi görünürdülər. Məkkənin köçkünlərini qəbul edən Həbəşənin əfsanəvi
padşahı Nəcaşi´nin davranışı müsəlmanların nəzərində xristianlığa olumlu
bir surət bağışlamışdı. Ancaq həm sayca çox olan, həm də Mədinənin
zənginliklərini əllərində tutan yəhudilər peyqəmbərə qarşı çox şiddətli tutum
içində idilər.
5
Mədinə yəhudiləri peyqəmbərə hörmətsizlik edir və onun dininin
Tanrısal (ilahi) olmadığını söyləyirdilər. Ərəb mənbələrində peyqəmbərlə
yəhudilər arasındakı elmi mübahisələr haqqında geniş bilgi var.
Yəhudilərdən ümidini kəsən peyqəmbər qibləni Beyt-ül Müqəddəsdən
Kəbəyə tərəf çevirdi.
Peyqəmbər Mədinəyə gəldiyində şəhərin əhalisinin çoxu yəhudi və
xristianlardan ibarət idi. Tanrı onların kinlərini önləmək üçün peyqəmbərə
Beyt-ül Müqəddəsə tərəf namaz qılınmasını əmr etmişdi. Lakin Məhəmməd
İbrahimin və İsmayılın da qiblələri olan Kəbənin qiblə olaraq müəyyən
edilməsini Tanrıdan istəyirdi. Bu istəyinin Tanrı qatında qəbul edilməsi üçün
Peyqəmbər hər gün dua edirdi.
6
Şərqşünaslar da bu mövzunu araşdırmışlar. Onlar peyqəmbərin
missionunu uluslararası çərçivədə təhlil etmişlər. Bir ərəbin Tanrı qatından
insanlara xəbər gətirdiyini yəhudilər qəbul edə bilmədikləri üçün
peyqəmbəri dəlilikdə suçlayırdılar.
7
Yəhudilərin islamı xristianlıqdan daha
4
İmam Nəsai, Əl-süənən, I kitab
5
İbni Hişam, Səyərə, I kitab, s. 344.
6
Tabari, Mohemmed, Sceau des profetes, p. 135.
7
William Montgomery Watt, “Criticisms of the Claim to Prophethood”, in Bell`s İntroduction to the
Koran, revised and enlarged by William Montgomery Watt, Edinburgh University Press, Edinburgh, 1970,
pp.17ff.
56
çox təhlükə qaynağı kimi görmələrinin səbəbi coğrafi iç-içəlikləri idi.
Coğrafi iç-içəlik yəhudilərin mənafeyini dərindən təhdid edirdi. Mədinədə
iqtidar əsas iki qrupun əlində idi. Birinci qrup Məhəmmədi Mədinəyə dəvət
edən bütpərəst Us və Xəzrəc qəbilələri, ikinci qrup isə yəhudilər idi. Ərəb
milli ideologiyasını şəkilləndirməkdə olan Məhəmmədin qarşısında iki
alternativ var idi: ya yəhudilər tərəfindən himayət ediləcək, ya da
yəhudilərin Ona qarşı çıxmaları durumunda onlarla savaşacaqdı.
Peyqəmbərin “milliləşdirmə” yolunda gördüyü ilk iş yəhudi və
xristian miraslarını ərəbləşdirmək idi. Yəhudilər bir olan Tanrının ərəb dilinə
bu qədər əhəmiyət verə biləcəyini qəbul edə bilmirdilər. Bu səbəbdən də
yəhudilər belə hesab edirdilər ki, Məhəmməd onların kitablarının mətnini
oğurlayıb ərəbləşdirmişdir. Yəhudilərin peyqəmbərə qarşı şiddətli
təxribatları davam edirdi. Bu üzdən də peyqəmbər onlarla savaşaq qərarına
gəldi. Belə bir sual ortaya çıxır: əgər yəhudilər peyqəmbəri himayət
etsəydilər, islamın aqibəti necə olardı? Bu suala dəqiq cavab vermək
mümkün deyil, lakin bəlkə də islam yəhudiliyin bir təriqətinə dönüşərdi.
Bütün olanları göz önündə bulunduraraq unutmamalıyıq ki,
Məhəmmədin qələbəsinin səbəbi Ərəbistanın və ərəblərin böyük ideoloji bir
dəyişikliyə hazır olmaları idi. Ərəblər toplumsal və iqtisadi böhranla yanaşı
ideoloji böhranı da yaşayırdılar. Bu böhran yəhudiləri və xristianları da
etkiləyirdi. Ərəblər yəhudiləri ərəblərin içində milli kimliklərini əsaslı
şəkildə qazanmış azınlıq olaraq görürdülər. Elə bir kimlik ki, çoğunluqda
olan ərəblər ondan məhrum idilər, lakin onu təmin etməyə dərin ictimai bir
ehtiyac ortaya çıxmışdı. Ərəblərin bu mənəvi ehtiyacına Quranda israrla
təkid edilmiş, “Quranın ərəbcə olması” vurğulanmışdır. Ərəblər elə mənəvi
bir bunalım (böhran) içində idilər ki, Tanrının onların dilində danışacağına,
ərəb dilinin bu qədər sayqın olacağına inanmırdılar. Belə bir durumda
ərəblərin kimlik bunalımını ortadan qaldıran bir inanc kimi, islam ortaya
çıxırdı. Yeni iqtisadi və ticari bağlılıqlar əski qəbilələrin bir araya
gəlmələrini, anlaşmalarını əngəlləyirdi. Lakin islam bütün bu əngəlləri aşıb
vahid bir ərəb milləti, ərəb kimliyi yaratmanın sistemini ortaya qoyurdu.
Belə bir şəraitdə peyqəmbər qiblə haqqında öz qərarını dəyişdirdi və Beyt-ül
Müqəddəsin yerinə Məkkəni seçdi. Məkkə ilə müqayisədə Beyt-ül
Müqəddəs islam üçün daha təhlükəli idi. Məkkənin qiblə olaraq seçilməsi ilə
peyqəmbər iki hədəfinə çatırdı: 1. Kökü yəhudilikdə və xristiamlıqda olan
bir inanc gətirirdi. 2. İslam tam bağımsız və heç bir inanışa bağlı olmayan
inanc kimi təzahür edir və dünyada yayılmaq üçün öz rəqiblərini
kənarlaşdırırdı. İslam ərəb dilində hər kəsə xitab edir. Digər məzhəblərdə
olduğu kimi peyqəmbərin nəzərdə tutduğu cami ev deyil, bir görünümdür.
57
Cami hər yerdə var. “Bütün yer kürəsi camidir.”
9
Müsəlman isə yalnız
Kəbəyə yönələrək namaz qılmalıdır. Bu baxımdan Kəbə dünyanın
mərkəzində yerləşmiş olur.
İslamda birey (fərd) hər yerdə (küçədə, keçidlərdə, bağda, ormanda,
tarlada və savaş meydanında) namaz qıla bilər. “Peyqəmbər qılıncını yerə
taxıb və bu şəkildə rəmzi bir qiblə düzəldərək savaşda və səfərdə namazını
qılırdı.”
10
Lakin özünə rəmzi bir qiblə təyin edən şəxs diqqətli olmalıdır ki,
özü ilə rəmzi qiblə arasında diqqəti yayındıracaq başqa bir şey olmasın.
Bütün yer kürəsinin məscid olduğunu düşündüyümüz zaman, qadını itə və
eşşəyə bərabər tutmaq bu anlama gəlir ki, namaz qılanın təbiəti ilə qadının
təbiəti arasında böyük bir ziddiyət varmış. Bu hədisin rəvayətçisi qadını bu
iki heyvanla bərabər tutmaqla qadını insan olma özəlliyindən məhrum edib
onu heyvan təbiətində görmüşdür. Ayrıca, bu, o deməkdir ki, namaz qılmaq
erkəklərə məxsus olan Tanrı ismarışıdır və qadınların namaz qılmaq və Tanrı
ilə üz-üzə durmaq haqları yoxmuş. Yəni qadın namaz qılırkən onun önündən
bir qadın keçərsə nə olur sualı da bu saxta hədisdə cavabsız qalır. Digər bir
sual da bu şəkildə sorula bilər: nədən heyvanlardan yalnız it və eşşək namazı
batil edir? Namaz qılarkən qarşıdan at, dəvə, dovşan, tülkü, qurd və ya aslan
keçərsə, namaz batil olur, ya yox?
Ərəb mədəniyəti yazılı bir mədəniyətdir və yalnız bu vəsilə ilə
Əbuhərirənin söylədiklərinin kökünə çata bilərik. Abdulla Məsruq´un
dediyinə görə, bir gün birisi “qadının itə və eşşəyə bərabər olma” hədisi
haqda Ayişədən sual sormuş. Ayişə demiş: “İndi bizi itlə və eşşəklə mi
müqayisə edirsiniz? And olsun Tanrının birliyinə ki, bir gün peyqəmbər
namaz qıldığında onun qarşısında uzanmışdım. Sadəcə mane olmamaq üçün
yerimdən tərpənmirdim.”
11
Möminlər peyqəmbərlə bağlı eşitdiklərini
təsdiqləmək üçün Ayişənin yanına gəlib ondan soru sorurdular. Möminlərin
Ayişəyə olan güvənləri sadəcə onun peyqəmbərin qadını olması üzündən
deyildi, Ayişə diqqətli, dürüst, iqtidarlı bir qadın olması səbəbi ilə bütün
möminlərin hörmətini qazanmışdı.
“Peyqəmbərin ən seçkin arxadaşlarının dini məsələlərlə bağlı
problemləri ortaya çıxdığında gəlib Ayişədən sorduqlarını bir neçə dəfə
gördüm. İbni-Əta, Ayişə haqqında belə dedi: “Fiqh elmində Ayişə ən çox
bilgiyə sahib idi. Bir çox hadisələrlə bağlı peyqəmbərin ən yaxın silahdaşları
onun fikirləri ilə hesablaşırdılar.”
12
9
İmam Nəsai, Əl-sünən, I kitab, S.211.
10
Eyni qaynaq, II kitab, s. 62.
11
Buxari, Səhih, I kitab, s. 199.
12
Əsqəlani.
ج ،ﺎﺗ ﯽﺑ ،ﻩﺮهﺎﻗ ،ﻪﻀﻬﻨﻟاراد ﻪﻴﻣﻼﺳﻻا ﻪﺳارﺪﻟا ﻪﺒﺘﮑﻣ ،ﻪﺑﺎﺼﻟا ﺰﻴﻤﺗ ﯽﻓ ﻪﺑﺎﺻﻻا ،ﯽﻧﻼﻘﺴﻋ
8
ص ،
18
.
58
Ayişənin xəbərdarlıqlarına baxmayaraq, Əbuhərirə “Səhih” kimi
mötəbər qaynaqlara nüfuz etməyi başarmışdır. Belə nəzərə gəlir ki, Buxari
Ayişənin yalanladığı (təkzib etdiyi) hədisləri daha da hərtərəfli araşdırmağa
ehtiyac duymamışdır. Bu hədisin qadınla bağlı təlqin etdiyi ən önəmli
mövzu onun “pak olmaması”dır.
Bu hədis qadının ləyaqətini təhqir etdiyi üçün yaxşı olar Əbuhərirənin
şəxsiyətini qısaca araşdıralım. Bu mövzunun dərinliyinə girmədən öncə
bunu söyləməm gərəkir ki, Əbuhərirənin qadınla bağlı bu şəkildə
davranmasının səbəbi onun adının etimolojisi ilə ilgilidir. “Əbuhərirə”
sözünün lüğət mənası “dişi pişiyin atası” deməkdir. O, daha öncə “Əbdül-
şəms”, yəni günəşin köləsi adlanırdı.
13
Peyqəmbər onun adını dəyişdirmək
qərarına gəldi, çünkü bu ad bir növ bütpərəstliyi çağrışdırırdı. “Günəşin
köləsi” kimi adlar Yəmən kültürünün özəlliyindən qaynaqlanırdı.Yəməndə
sadəcə günəş deyil, qadın olduğu sanılan bir ulduz da pərəstiş edilirdi.
Ayrıca o zamankı Yəməm ölkəsində sosial münasibətlərdə qadınların üstün
məqamları var idi. Yəmənin Səba ölkəsində Belqıs adında bir kraliçə olmuş
və Süleyman peyqəmbəri özünə heyran etmişdi. Yəməndə sultanlıq etmiş bu
qadının əfsanələşmiş xatirələri nəsildən-nəsilə dolaşmış və VII əsr
Ərəbistanına da gəlib çatmışdır. Quranda Belqıs´la bağlı deyilir:
“Süleman peyqəmbər quşlara nəzər saldı, hüdhüdü görə bilmədi və
dedi: Hardadır hüdhüd? Onu cəzalandıracağam. Əgər hüdhüdün yox olması,
harda olması ilə bağlı tutarlı bir dəlili olmasa, onun başını kəsəcəyəm.
Hüdhüdün gəlməsi uzun çəkmədi. Hüdhüd gəlib dedi: Elə bir şey bulmuşam
ki, sən onu daha öncə bilmirdin. Səba şəhrindən sənə xəbər gətirmişəm.
Səbaya hökm sürən bir qadın var. Bütün nemətlərə sahibdir və böyük taxtı
var. Ancaq onun əmrində olanlar bir olan Tanrının yerinə günəşə səcdə
edirlər. Onların xəyallarında şeytan bu əməli bər-bəzəkli göstərib Tanrının
yolundan onları azdırmışdır.”
*
Əbuhərirə Yəmənin Dus qəbiləsindən idi.
14
30 yaşında “Abd-ül Şəms-günəşin köləsi” adı ilə çağrıldığı zaman islamı
qəbul etmişdir. Peyqəmbər onun adını Abdulla (Tanrının köləsi) olaraq
dəyişdirdi və ləqəbi də Əbuhərirə oldu. Çünkü o daima yanında dişi bir pişik
balası gəzdirirdi.
15
Əbuhərirə bu ləqəbdən xoşlanmırdı. Çünkü onun bu
ləqəbində qadına xas olan xüsusiyət var idi. Əbuhərirə dedi: “Məni
Əbuhərirə olaraq çağırmayın, peyqəmbər mənə Əbuhərir (Erkək pişiyin
atası) ləqəbini taxmışdır. Çünkü erkək dişidən daha üstündür.”
16
Onun bir
13
Eyni qaynaq, VII kitab, s. 427.
*
Quran, Nəməl surəsi, 20, 21, 22, 23, 24-cü ayələr.
14
ﻦﻋ عﺎﻓد ،ﯼﺰﻌﻟا ﯽﻠﻋ ﺢﻟﺎﺻ ﻢﻌﻨﻤﻟاﺪﺒﻋ
داﺪﻐﺑ و توﺮﻴﺑ ،ﻪﻀﻬﻨﻟا ﻪﺒﺘﮑﻣ و ﻢﻠﻘﻟاراد ،ﻩﺮﻳﺮه ﯽﺑا
1981
ص ؟
13
15
ج ،ﻪﺑﺎﺻﻻا ،ﯽﻧﻼﻘﺴﻋ
7
ص ،
426
.
16
Eyni qaynaq, s. 434.
59
başqa problemi də erkək olmasına baxmayaraq, qadınlara xas peşəyə sahib
olması idi. O zaman yəhudilərin tarım və ticarətlə uğraşmaları, Məkkə ilə
Mədinə arasındakı ümumi ticarət ilişkiləri Mədinəni zəngin bir şəhərə
çevirmişdi. Ancaq Əbuhərirə özünün etirafına görə peyqəmbərə xidmət
etməyi tərcih etmiş hərdən də “peyqəmbərin qadınlarının evlərinə uğrayır və
onların ev işlərini görürdü. ”
17
Bu gerçəkliklər onun dişilərə olan nifrətinin
səbəbini açıqlaya bilər.Yəni iki hadisə onun zehnində sirli şəkildə bir-birinə
düyünlənmişdir: dişi pişik balasının atası olma ləqəbi ilə peyqəmbərin
qadınlarına qulluq etməsi.
O, dişi pişiklər və qadınlar haqqında o qədər kompleksə girir ki, bu
kompleksdən qurtulmanın yolunu peyqəmbərin adından dişilər haqqında bir
hədis rəvayət etməkdə görür. O, həm də “dişi bir pişik, qadın cinsindən daha
üstündür” hədisini də rəvayət edir ki, Ayişə bu hədisi ciddi şəkildə rədd edir.
Səhabilərdən biri belə rəvayət edir: Biz Ayişənin yanında idik. Əbuhərirə də
orda idi. Ayişə Əbuhərirəyə dedi: Ey dişi pişiyin atası, sənmi bu hədisi
peyqəmbərdən duydun ki, “Pişiyin yavrusunu ac və susuz saxlayan qadın
cəhənnəmlik olacaqdır?” Əbuhərirə cavab verdi: Bəli, mən eşitdim
peyqəmbərin bu söylədiyini. Ayişə rişxəndlə dedi: Tanrı qarşısında mömin
çox dəyərlidir. Tanrının mömini yalnız pişik balasına görə cəzalandırması
inanılacaq bir şey deyil. Ey dişi pişiyin atası Əbuhərirə, bundan sonra
peyqəmbərdən rəvayət edəcəklərinə diqqət et!”
18
Bu üzdən heç də təəccüblü
deyil ki, Əbuhərirə Ayişəyə qarşı səsini ucaltmış: “Ola bilər ki, siz
möminlərin anasısınız, Tanrını sevən peyqəmbər sizi, siz də onu
sevmişsiniz. Ancaq bu söylədiyimi peyqəmbərdən öz qulaqlarımla
eşitmişəm.” Bir gün Ayişənin “Ey Əbuhərirə, sən peyqəmbərdən elə bir
hədis rəvayət edirsən ki, heç vaxt onu eşitməmisən” deməsinə qarşı
Əbuhərirə “Ey möminlərin anası, siz güzgü önündə qaş-gözünüzə sürmə
çəkib, özünüzü bəzədiyiniz zaman mən hədisləri toplayırdı”
19
-dedi.
İslamın doğuşundan bəri qadınların aybaşı xəstəlikləri və qadınlarla
cinsi münasibət ciddi bir problem kimi təzahür etmişdir. Aybaşı xəstəlikləri
zamanı qadın murdar və bulanıq sayıla bilərmi? Ayişə və peyqəmbərin digər
qadınları israrla söyləyirdilər ki, peyqəmbər bu haqda cahil ərəblər kimi
düşünmürdü. Peyqəmbər ramazan ayında daima qüsl edirmişmi? Əbuhərirə
peyqəmbərdən başqa bir hədis də bu məzmunda rəvayət edir ki, “Qadınla
cinsi irtibatda olmuş kişi oruc tuta bilməz.”
20
Bu sözdən sonra səhabilər
peyqəmbərin qadınlarının yanına gedib bu haqda bilgilənmək istəmişlər.
17
Eyni qaynaq, s. 441.
18
ص ،ﻪﺒﺟﻻا ،ﯽﺸﮐرز مﺎﻣا
.
112
.
19
Əsqəlani, Əl-isabət, VII kitab, s. 440.
20
İmam Zərkeşi, Əl-icabət, s. 112.
60
“Ümmi-Səlmə və Ayişədən bu haqda soru sormuşlar... onlar demişlər:
“Peyqəmbər qadınları ilə bərabər olduğu gecələr ... qüsl etmirdi, gündüz də
oruc tuturdu.”
21
Səhabilər nə edəcəklərini bilmirdilər. Bir daha Əbuhərirənin
yanına gedib bu haqda dəqiq bilgi istədilər. “O dedi: Peyqəmbərin
qadınlarımı bunu söylədi? Səhabilər dedilər: Bəli. O zaman Əbuhərirə etiraf
etdi ki, bu sözü bir başa deyil, dolayısıyla peyqəmbərdən eşitmişdir. Daha
sonra Əbuhərirə ölümündən az öncə söylədiklərinin tamamilə yalan
olduğunu etiraf etdi.”
22
Qüsl haqqında hədis rəvayət edən yalnız Əbuhərirə olmamışdır. Bu
haqda Ayişə və səhabilər arasında çoxlu mübahisələr baş vermişdi. “Ömər
qadınlara əmr etmişdi ki, qüsl etdikləri zaman saçlarının hörükləri açıq
olmalıdır.” Bu sözü eşitdiyi adama Ayişə dedi: “Qəribə işdir... əgər bu
məsələ Ömər üçün o qədər önəmlidirsə, niyə əmr etmir ki, qadınlar saçlarını
bir dəfəlik dibdən qırxdırsınlar? Heç vaxt unutmaram ki, mən və peyqəmbər
doldakı su ilə qüsl edirdik. Mən yalnız üç dəfə yaş əllərimi saçlarıma
çəkirdim və heç vaxt saçlarımı qüsl etmək amacı ilə açmırdım.”
23
Ayişə bu
rəvayətin düzəldilməsinə israr edirdi, çünkü o, bu kimi yanlış anlamaların
uzun tarixi zaman axışı içində ortaya çıxaracağı çətinliklərin bilincində idi.
Bu kimi xətaların islam tarixinə sızmasını istəmirdi. Ərəb cahiliyət və qəbilə
kültüründə qadınlar aybaşı xəstəliyinə tutulduqları zaman murdar
sayılırdılar. Xəstəlik zamanı qadının murdar olaraq görülməsi o zamankı
ərəb kültüründəki qadının dəyərsizliyini göstərir. Məhəmməd bu kültürü
ortadan qaldırmaq, qadınlara heysiyət qazandırmaq istəyirdi. Peyqəmbərə
görə, qadınlara olan bu münasibət iki mənbədən qaynaqlanırdı: 1. Ərəb
qəbilələri kültüründən. 2. Yəhudi inancından.
Bu mövzu üzərinə araşdırma aparan fəqihlər ən çox Ayişəni qəbul
etmişlər. Bu alimlər inanırlar ki, Ayişənin söylədikləri “bütün xürafatlara
qarşı mübarizə aparan peyqəmbərin söylədikləri ilə daha çox örtüşməkdədir.
Bu mövzu sadəcə alimlərin diqqətini cəlb etməmiş, xəlifələr üçün də maraqlı
olmuşdur: “Əbusüfyanoğlu Müaviyə peyqəmbərin qadını olan Ümmi-
Həbibədən sordu: Peyqəmbər qadınları ilə yatdığı paltarları dəyişmədən
namaz qılırdımı?” Ümmi-Həbibə dedi: Bəli, paltarını dəyişdirmədən namaz
qılırdı. Çünkü peyqəmbər cinsi münasibəti pis bir şey saymırdı.”
24
Yəhudilər
qadını aybaşı xəstəliyi zamanı murdar sayırdılar. Ancaq bunun tam tərsinə
olaraq peyqəmbər deyirdi: "qadınlarınız aybaşı xəstəliyinə tutulduqları
21
Eyni qaynaq.
22
Eyni qaynaq, s. 112 və 113.
23
Eyni qaynaq, s. 111.
24
Nəsai, Əl-sünən, I kitab, s. 155.
61
zaman murdar olmurlar, onlara toxuna bilərsiniz, xəstəlik zamanı cinsi
ilişkidən başqa istədiyiniz kimi qadınlarınıza toxuna bilərsiniz."
25
Fiqh (islam qaynaqlı hüquq elmi) kitablarında qüsl və dəstəmaz
haqqında çox danışılır. Şübhəsiz ki, islam bədənin təmiz olması üçün çox
diqqətlidir. Hər dəfə seks ilişkilərindən sonra qadın və kişinin yuyunmalarını
tələb edir. Xüsusən qadının aybaşı xəstəliyi bitdiyində yuyunması gərəkir.
Qadının orqanizminin bu şəkildə yaradılışı onun aşağı irfanlı, aşağı elmli bir
varlıq olması anlamında deyildir. Ancaq çağımızdakı gerçəkliyin də
göstərdiyi kimi, islam toplumları 1500 ildən sonra hələ də peyqəmbərin
mesajını anlamış deyillər.
İmam Nəsai peyqəmbərin qadınlarının biri olan Meymunə´dən rəvayət
edir: “Bir neçə dəfə peyqəmbər Quran oxuduğu zaman başı qadınlarının
birinin dizi üstündəyəkən yuxuya dalardı. Bir halda ki, eyni qadın aybaşı
xəstəliyini keçirmək üzrə idi. Eləcə də aybaşı xəstəsi olan peyqəmbərin
qadınları namaz qılmaq üçün onun səccadəsini yerə sərərdilər.”
26
Nəsai XI
əsrdə yaşamışdır. Ərəblərin qadını təhqiretmə kültüründən yararlanaraq,
peyqəmbər adına saxta rəvayətlərin düzəldildiyini Nəsaidən öncə də bir çox
alimlər anlamışdılar. Bu üzdən də peyqəmbərin qadınlar haqqındakı
davranışlarını bilmək üçün çox geniş bir araşdırma başlatdılar. Bu haqda
birinci və güvənilir qaynaq kimi peyqəmbərin qadınlarının həyatlarını
incələdilər, onların söylədiklərini əsas olaraq qəbul etdilər.
İbni Sə´d böyük əsərinin bir bölümünü peyqəmbərin özəl həyatına
həsr etmişdir. İndi görəcəyimiz kimi, bu bölüm islamın təməl istəklərini
ortaya qoymaqdadır. İslamın qadına yanaşması burada açıqca
görünməkdədir. Yəhudiliyin, xristianlığın və ərəb qəbilələri kültürünün
qadınları aşağıladığı bir ortamda islamın qadını necə dəyərləndirdiyini və
yüksəltdiyini görəcəyik. Ancaq çox keçmədən fəqihlər arasında qadın
mövzusu ilə bağlı ziddiyətli görüşlər ortaya çıxdı. Görəcəyimiz kimi,
peyqəmbərin ortadan qaldırmaq istədiyi qadın düşmənliyi, hətta hədislərə də
girə bilmişdir. Buxarinin “mötəbər” hədisləri arasında bu kimi rəvayətlərə
çox rastlanılır. “Üç şey uğursuzluq gətirər: ev, qadın və at.”
27
Buxari bu
hədisin fərqli rəvayətlərini zikr etməmiş, bir halda ki, hədisin elmi şəkildə
araşdırılması bir neçə variantı müxtəlif qaynaqlara dayanaraq rəvayət
etməkdən ibarət idi ki, oxucuların soruları qaynaqbilim (mənbəşünaslıq)
baxımından cavabsız qalmasın. Buxari bu mövzu ilə bağlı Ayişənin rədd
etdiklərini öz əsərinə yerləşdirməmişdir. “Səhabilər Ayişəyə dedilər:
Əbuhərirə iddia edir ki, peyqəmbər üç şeyin şanssızlıq gətirdiyini söyləmiş:
25
Eyni qaynaq, s 152.
26
Eyni qaynaq, s. 147.
27
Buxari, Səhih, III kitab, s. 243.
62
ev, qadın və at. Ayişə səhabilərə dedi: Əbuhərirə dərslərini çox pis
öyrənmiş. Əbuhərirə bizə gəldiyində peyqəmbər söylədiyi cümlənin ikinci
yarısını bitirmək üzrə idi. Peyqəmbər deyirdi: Tanrı, yəhudilərin “ev, qadın
və at” şanssızlıq gətirər inanclarını qəbul etmir. Əbuhərirə peyqəmbərin
söylədiyini tam olaraq eşitməmiş.”
28
Buxari Ayişənin bu rəddiyəsini nəinki yazmamış, tam tərsinə, bu
hədisi elə yazmış ki, heç bir şübhəyə də yer buraxmamış. Buxarinin bu
metodu adətən, hədis doğru olmasa da, onun doğruluğu fikrini
qüvvətləndirir. Buxari Ayişə ilə Əbuhərirə arasındakı mübahisələri də
yazmamışdır. Daha da kötüsü Buxarinin, bu hədisi qadınları sərt şəkildə
aşağılayan digər bir hədislə bir yerdə verməsidir: “Peyqəmbər söylədi: Mən
özümdən sonra kişi üçün qadın adlı ciddi bir problemi miras olaraq
buraxmayacağam.”
29
Bu hədisin qaynağı Öməroğlu Abdulladır. Abdulla,
ikinci xəlifə Xəttaboğlu Ömərin ikinci oğlu idi. Öməroğlu Abdulla zühd,
təqva, gecə namazları və qüslləri ilə tanınmış birisi idi.
30
Buxari üçün
Abdulla çox dəyərli bir qaynaq olmuş. Abdullanın rəvayət etdiyi bir başqa
hədisə görə, qadınlar bir başa cəhənnəmə gedəcəkmişlər. “Öməroğlu
Abdulla dedi ki, peyqəmbər söylədi: Mən cənnətə bir baxdım, gördüm ki,
ordakıların çoxu yoxsullardır. Cəhənnəmə baxdım, gördüm ki,
cəhənnəmdəkilərin çoxu qadınlardır.”
31
Bu hədisdən necə nəticə çıxarmaq
olar? Bu hədis doğru olsa belə, onun üzərinə ehtiyatla yanaşmaq lazımdır.
Buxari də digər fəqihlər kimi yalnız Tanrının məsum və xətasız olduğuna
inanırdı və hədislərin toplanmasında da Tanrıya təvəkkül edirdi. Bizim
kültür və gələnəyimizdə hər şey və hər kəs, xüsusən alimlər və fəqihlər sual
altına alına bilər.
İmam Zərkeşi Ayişənin rəvayətlər üzərinə bütün etirazlarını
toplamışdır. Zərkeşi XVI əsrin ortalarında Misirdə dünyaya gəlmişdir.
Ancaq onun əcdadı türk olmuşdur. O da bir çox alimlər kimi elm öyrənmək
üçün çoxlu ölkələrə səfər etmişdir. 30 önəmli əsər yazmışdır ki, onlardan
çoxu itmiş və yalnız adları qalmışdır. Zərkeşinin əsərlərindən biri Ayişənin
təkliflərinə və artırmalarına həsr olunmuşdur. Bu əsər belə başlayır:
“Ayişə möminlərin anasıdır... O, Tanrı elçisinin aşiqidir. Ayişə 8 il 5
ay peyqəmbərlə bir yerdə yaşamışdır. Peyqəmbər vəfat etdiyi zaman onun
18 yaşı var idi. Ayişə 65 il yaşadı... 1210 hədisin bizə çatmasını ona
borcluyuq.”
32
Bu şəkildə davam edir:
28
İmam Zərkeşi, Əl-icabət, s. 113.
29
Buxari, Səhih, III kitab, s. 243.
30
Əsqəlani, Əl-əsabət, 4-cü kitab, s. 182.
31
Buxari, Səhih, III kitab, s. 137.
32
İmam Zərkeşi, Əl-icabət, s. 37 və 38.
63
“Bu kitab Ayişənin rolunu araşdırmağa həsr edilmişdir. Elə mövzular
olmuşdur ki, o haqda Ayişə digər səhabilərlə kəsinliklə razılaşmamışdır.
Mən bu əsərimi “Ayişənin səhabilərin izharları üzərinə tənqidi”
*
adlandırdım.”
33
Bu kitab 1939-cu ilə qədər yalnız əlyazma şəklində
qalmışdır. Ayişə haqqında araşdırma apararkən, Əfqani bu kitabı Dəmeşqin
Zahiriyə kitabxanasından tapmışdır. Nədən Şafei məzhəbinin ən böyük
alimlərindən biri olan Zərkeşi əsərini Ayişənin həyatına həsr etmişdir?
Ayrıca, Zərkeşi bu kitabı çox önəmsəmiş və onu şəhərin baş qazisinə təqdim
etmişdir. Baş qazi indiki ədliyə nazirliyi kimi bir vəzifə olmuşdur.
Peyqəmbərin “Dininizin bir qismini Ayişədən öyrənin”
34
hədisini Zərkeşi
önə çıxarır. "Hümeyra, Məhəmmədin Ayişəyə verdiyi ləqəb idi. Ərəb dilində
“Hümeyra”nın mənası parlaq qızıl saç deməkdir. Ərəbistanda belə bir
gözəllik nadir hallarda bulunurdu."
35
Ayişə Əbuhərirənin söylədiyi bir çox hədislərə qarşı idi və bunu
açıqca bütün səhabilərə söyləyirdi. Ayişə belə hesab edirdi ki, "Əbuhərirə
yaxşı dinləyici olmamış və bütün sorulara cavab olaraq yanlış hədislər
söyləmişdir.”
36
Ayişənin çox güclü hafizəsi olduğu üçün cəsarətli bir şəkildə
Əbuhərirəni tənqid edirdi. Əsqəlaninin dediyinə görə, “Şeir sənətində, din
elmində və tibbdə Ayişə qədər bilgili birisinə həyatım boyunca rast
gəlmədim.”
37
Əbuhərirə Ayişəni necə əsəbləşdirib, incitdiyini yaxşı bilirdi.
Bir gün bir səhabi qadınlarla necə cinsi ilişkidə olmaqla bağlı Əbuhərirədən
eşitdiyi hədisi Ayişəyə söylədi. Ayişə elə əsəbləşdi ki, səsini yüksəldib dedi:
“Kim bunu peyqəmbərdən eşitmişdir?”
38
Anlaşıldığı kimi, Əbuhərirənin
peyqəmbərdən nəqlən söylədiyi hədislərin güvənirliyi yoxdur. Abdulmünim
Saleh adında bir yazar Əbuhərirə haqqında bir kitab yazmışdır. Bu kitab
1983-cü ildə İraqda yayılmışdır. Abdulmünim Əbuhərirəni savunmuş və
kitabının da adını “Əbuhərirəni müdafiə”
*
qoymuşdur. Onun əsəri bu cümlə
ilə başlayır: “Sionistlər və onların hamiləri islama qarşı yeni silah kəşf
etmişlər. O da hədis rəvayətçilərinin kimliklərini və şəxsiyətlərini şübhə
altına aparmaqdan ibarətdir. Xüsusən o rəvayətçilər ki, onlar bir çox hədis
rəvayət etmişlər.”
39
Bütün bunlar göstərir ki, Əbuhərirə ilə bağlı alimlər
arasında böyük ixtilaf mövcuddur. Dəqiq olan budur ki, sionizm ortaya
*
ﻪﺑﺎﺤﺼﻟا ﻦﻋ ﻪﺸﻳﺎﻋ ﻪﺘﮐرﺪﺘﺳا ﺎﻤﻴﻓ داﺮﻳﻻا
33
Eyni qaynaq, s. 32.
34
Eyni qaynaq, s. 31.
35
اراد ،ﻦﻴﻨﻣﻮﻤﻟا ما ،ﻪﺸﺋﺎﻋ ،ﻩروﺪﻗ ﻪﻴهاز
،توﺮﻴﺑ ،ﻪﻴﻧﺎﻨﺒﻠﻟا بﺎﺘﮑﻟ
1976
.
36
İmam Zərkeşi, Əl-icabət, s. 116.
37
Əsqəlani, Əl-isabət, VIII kitab, s. 17.
38
İmam Zərkeşi, Əl-icabət, s. 120.
*
ﻩﺮﻳﺮه ﯽﺑا ﻦﻋ عﺎﻓد
39
Əbuhərirəni müdafiə, s. 7.
64
çıxmadan yüz illər öncə Əbuhərirənin yaşadığı vaxtda da bir çox
müsəlmanlar tərəfindən, özəlliklə möminlərin anası Ayişə tərəfindən
Əbuhərirə qəbul edilməmişdir. İlk başlanqıcdan etibarən, o şübhəli şəxs
olmuşdur. Buxari də bu haqda bilgi verməkdədir. Buxari yazır: “Alimlər
deyirlər ki, Əbuhərirənin rəvayət etdiyi hədislər həddindən artıq çoxdur.”
40
Abdulmünim Əbuhərirəyə qarşı Ayişənin etirazlarını etiraf edir, ancaq ikinci
xəlifə Xəttaboğlu Ömərin Əbuhərirə haqqında dediyi “Hədis rəvayətçiləri
arasında ən pis yalanları Əbuhərirə demişdir”
41
sözünü qəbul etmir. Ona
görə, Ömər belə bir söz deməyibdir. Ömərin Əbuhərirəyə “Bu yalanlarını
davam etsən səni Yəmənə sürgün edəcəyəm”
42
dediyi sözü də Abdulmünim
qəbul etmir.
Ömər əski islam toplumunda və elə bu gün də ayrıca nüfuza sahib
olan bir şəxs olmuşdur. Çünkü onun ciddi xarakteri, hərbi qətiəti, güclü
şəxsiyəti və hər növ yalandan uzaq olması daima çevrəsini və islam tarixini
dərindən etkiləmişdir. O, hətta səhv etməkdən qorxurdu. Ömər belə hesab
edirdi ki, hafizənin səhv etmə və bir hadisəni tam olaraq yadda saxlaya
bilməmə imkanı var. Bu üzdən də xəta etməsini önləyə bilmək üçün
hafizəsindən daha çox fərdi sezgisinə güvənirdi. Çünkü fərdi sezgi baş verən
hadisə ilə qarşı-qarşıya gələrək ortaya çıxırdı. Ayrıca fərdi sezgidəki xəta
islam və peyqəmbər adına deyil, onun öz adına yazılacaqdı. Bu da islamın
və onun elçisi olan Məhəmmədin yanlışlıqlardan daima uzaq olacaqlarına
xidmət edirdi.
43
Bu səbəbdən də Əbuhərirənin bu qədər bolluca hədis
rəvayət etməsindən Ömər çox narahat idi. Əsqəlani əsərinin Ömərə aid olan
bölümündə yazır: “Ömər, Əbuhərirə ilə ilgili bu şəkildə düşünür:
Peyqəmbərlə olan münasibətlərimizdən daha çox söyləyəcək hədislərimiz
var. Lakin bunları söyləməkdən çəkinirik. Bir hafizə xətasına yol verməkdən
qorxuruq. Ancaq Əbuhərirə məsuliyətsiz bir tərzdə çox şeylər söyləyir.”
44
Hafizənin xətaetmə imkanı məsuliyətli səhabiləri düşündürürdü.
Çünkü zamanın axışı sadəcə səhabilərin gəncliklərini ortadan qaldırmır, həm
də onların hafizələrinə də zərər verirdi. Məsuliyətli səhabilər bunun
bilincində olduqları üçün, qonuşmaqdan daha çox susmağı tərcih edirdilər.
Ömər ibni Hassan adlı səhabi hafizənin güvənilir olmaması ilə bağlı bu
şəkildə söyləmiş: “Əgər istəsəm, iki gün ardıcıl olaraq peyqəmbərdən hədis
rəvayət edə bilərəm. Ancaq məni bu əməldən saxlayan önəmli bir şey var
ortada. Bir neçə dəfə şahid olmuşam ki, mənim eşitdiklərim və gördüklərimi
40
Buxari, Səhih, I kitab, s. 34.
41
Əbuhərirəni müdafiə, s. 122.
42
Eyni qaynaq.
43
Əbuzöhrə, Malik, s. 146.
44
Əsqəlani, Əl-isabət, VII kitab, s. 440.
65
başqa səhabilərin də eşidib gördüklərini görmüşəm. Lakin onların hər biri
hadisəni tam fərqli şəkildə anlatmışlar. Mən də onlar kimi xəta etməkdən
qorxuram. Bu səbəbdən də susmağı tərcih edirəm.”
45
Bu xətaları ən çox Əbuhərirə etmişdir. Yalnız üç il peyqəmbərlə bir
yerdə olan Əbuhərirə 5300 hədis rəvayət etmişdir.
46
Buxari, rəvayətlərinin
qaynağını Əbuhərirə olaraq göstərən 800 kişinin adını çəkir.
47
Əbuhərirə öz
“parlaq” hafizəsi haqqında bu sözləri deyir: “Peyqəmbərə dedim: Mən çox
diqqətlə dinləyib, Sizin söylədiklərinizi anlayıram. Ancaq bir çox
söylədiklərinizi unuduram.”
48
Peyqəmbər dedi ki, üstündəki əbanı yerə sər
və məni dinlərkən onun üstündə otur. Dinlədikdən sonra əbanı yerdən
yığışdırarsan. “Bu səbəb oldu ki, mənim unutqanlıq problemim tamamı ilə
ortadan qalxsın.”
49
Hər növ cadu və sehirbazlıqdan uzaq olan və onlarala
mübarizə aparan islama qarşı bu şəkildə davranmaq, islamı anlamamaqdan
başqa bir şey deyildir. Yəni səhabi olmaq islamı olduğu kimi anlamaq
mənasında deyildir. İslam heç bir problemi möcüzələr yolu ilə həll etmək
istəməmişdir.
Böyük cüssəsi ilə səciyyələnən Xəttaboğlu Ömər çox erkən yuxudan
qalxar və tənbəllərə nifrət edərdi. Səhər erkəndən qalxıb hər kəsi namaza
çağırardı. Bir gün Əbuhərirəni çağırıb ona bir iş təklif etdi. Ancaq Əbuhərirə
Ömərin təklifini qəbul etmədi. Əbuhərirənin bu əməlindən heyrətlənən Ömər
dedi: “Sən nədən çalışmağı qəbul etmirsən? Səndən daha üstün olan
səhabilər çalışmaq üçün mənə müraciət edirlər.”
Əbuhərirə dedi: “Məndən daha üstün olanlar kimlərdir?”
Mövzudan uzaqlaşmaq istəməyən Ömər dedi: “Məsələn, Yəquboğlu
Yusif.”
Əbuhərirə dedi: “O, peyqəmbər oğlu peyqəmbər idi. Mən isə anamın
oğlu olan Əbuhərirəyəm.”
50
Bununla da mübahisənin əvvəlinə dönüb və bu soruları soruşuruq:
İslamın ilk çağlarında hicab nəyin göstərgəsi olmuşdur? Bu sözün
mənası nədir? Onun məntiqi nədən ibarətdir? Necə, kimlər üçün və nədən
başladı?
Dostları ilə paylaş: |