Qadınlara qarşı şiddət
Ilk
müsəlmanlar indiki maddi həyatın nemətlərinə sahib deyildilər.
Onlar elə bir əsrdə yaşayırdılar ki, ruhani aləmlə maddi aləm insanın
axtarışlarını bütövləşdirirdi. Bu dönəmdə peyqəmbərin vəfatına qədər
insanların ilahi aləmlə irtibatları mövcud idi. Daima sual sormaq üçün
peyqəmbərə uğrayırdılar. Bir gün bir dəstə kişi elm öyrənmək üçün
peyqəmbrin arxasınca yürüyür və israrla sual sorurdular. Yorqun peyqəmbər
çox nəzakətlə onu rahat buraxmalarını istədi. “Ömər dedi: Müxtəlif sorular
həddini aşdığında peyqəmbər, “gedin və məni rahat buraxın”
31
- dedi. İbni
Sə´d deyir: "Peyqəmbər qalxıb evə getdiyində əhalı onu çevrələyib,
arxasınca yürüyürdü."
32
Tanrı peyqəmbərin rahatlığını qorumaq üçün
müdaxilə etdi, çünkü bir qrup müsəlmanlar onu rahat buraxmırdı. “Şübhəsiz
ki, səni arxadan çağıranlar ağılsız adamlardı. Səni yüksək səslə çağırmadan,
evdən dışarıya çıxmanı bəkləyib səninlə danışsalar daha yaxşı olar.”
33
İnsanlar peyqəmbər vasitəsiylə Tanrı ilə təmasa girib soru sora bilirdilər.
Mədinədə qadın məsələsi ilə bağlı iki fərqli baxış mövcud idi: şiddəti
qəbul etməyən peyqəmbərin görüşü və şiddəti məqbul sayan Ömərin görüşü.
Peyqəmbərin görüşü nədən uzun müddətdə islam qanunlarının ruhunu təşkil
etmədi? Peyqəmbərin sünnətini əsas alan fiqh elmi nədən peyqəmbərlə
Ömər arasındakı ziddiyəti ortaya qoymamışdır? Bu suallara cavab bulmaq
31
Buxari, Səhih, IV kitab, s. 271.
32
İnbi Səd, Təbəqat, VIII kitab, s. 174.
33
Pickthall, The meaning of the Glorious Koran, Sura 49, verses 4 and 5.
120
üçün məzhəbi mətnləri diqqətlə oxumamız gərəkir. Bu günə qədər bu
mətnlər üzərində düşünmək yalnız fəqihlər (din bilginləri) adlanan bir qrupa
tapşırılmışdır. Bu araşdırmalarda islamın bərabərlik və cinsi eşitlik mesajı
üzərinə söz açmamışlar. Məlum olan odur ki, peyqəmbər qadınlara zor
qullanmağı qəbul etməmiş, hətta buna nifrət etmişdir.
“Peyqəmbər, qadınlarınızı döyməyin dedi, ancaq əhali onu dinləmədi.
Ömər peyqəmbərə uğrayıb dedi: “Ey Tanrı elçisi, qadınlar ərlərinə qarşı
üsyan etmişlər.” Bu hadisədən sonra peyqəmbər qadınların döyülməsinə izin
verdi. Ömər peyqəmbərə dedi: 70 nəfərdən ibarət qadın bu gecə ərlərindən
şikayət etmək üçün sizin hüzurunuza gələcək.”
34
Nisa surəsinin 34-cü ayəsində keçən noşuz sözündən nə anlaşılır?
“Noşuz” sözünün anlamı budur ki, qadınlar kişilərinə qarşı üsyan
etdiklərində onlara zor işlətmək olar. Möminlərə zor qullanmaq haram
sayıldığı bir halda bu söz Quranda keçmişdir. Şərhçilər belə hesab edirlər ki,
“noşuz” sözü qadınlar ərlərinin cinsi ehtiyacları qarşısında təslim olmamaları,
etiraz etmələri anlamındadır. Burada məqsəd yalnız xəyanət deyil. Şərhçilər
hesab edirlər ki, qadınlar tərəfindən ən ciddi xilaf iş ərlərinin seksual
istəklərinə qarşı çıxmaları və təslim olmamalarıdır. Təbəri bu ayə ilə bağlı öz
izahlarında yazır: "Noşuz, qadının öz əri ilə təkəbbürlü davranması və onun
seksual ehtiyaclarını məsxərə etməsi anlamındadır. Bunun yanı sıra öz əri ilə
bir yerdə yatmaqdan, seks yapmaqdan imtina etməsi anlamındadır. Bu da
qadının öz ərinin doğal istəklərinə qarşı üsyan və nifrət etməsi deməkdir."
35
Bu gün bir çox fəqihlərin qadına qarşı zor qullanmaq üçün istifadə etdikləri
bu ayə Təbəri üçün daha ciddi və həyati anlam daşımışdır. Müsəlmanlar
arasında fitnəni əngəlləmək üçün Təbəri bu ayənin gəliş səbəbini anlatma
zərurətini hiss etmiş. O, bu ayəni 27 səhifədə şərh etmiş, bu ayə ilə bağlı 200
müxtəlif görüşləri də vermişdir. İbni Sə´ddən bir əsr sonra yaşayan Təbəri
onun əsərlərindən faydalanırdı. “Peyqəmbər həyatı boyunca bir kərə də
olsun nə bir qadına, nə də bir köləyə əl qaldırmadı.”
36
Yalnız bir kərə öz
qadınlarının üsyanı ilə qarşılaşdığında bir ay müddətincə onlardan ayrılıb
caminin yanında yerləşən başqa otağa daşındı. Şəhər sakinləri peyqəmbərin
bu davranışlarına şaşırmışdılar: “Peyqəmbər 29 gün öz qadınlarından ayrı
yaşadı. O, qadınlarından çox incimişdi. Onlara dedi ki, bir ay sizi
danışdırmayacağam. Bir ay sizdən ayrı yaşayacağam. Tanrı bu işə görə
peyqəmbəri tənqid etdi.”
37
Peyqəmbərin qadınları ilə olan münasibəti yayqın
və hakim kültürə dönüşmədi. Bu üzdən də öz qadınlarını döyən səhabilərlə
34
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 205.
35
Təbəri, Təfsir, VIII kitab, s. 299.
36
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 204.
37
Buxari, Səhih, III kitab, s. 259.
121
peyqəmbər arasında ixtilaf çıxdı: “Peyqəmbər hər zaman qadının
döyülməsinə qarşı idi. Əhali ona deyirdi: Ey Tanrı elçisi, qadınlar iğtişaş
toxumu əkirlər.”
38
Səhabilər peyqəmbərin qadınlarla bu qədər nəzakətli
davranmasını anlaya bilmirdilər. Onlar bilirdilər ki, peyqəmbərin qadınlar
qarşısında nəfsən zəif tərəfi yoxdur. Peyqəmbər onlara dedi: “Çox yaxşı,
qadınlarınızı döyün. Ancaq ən pisiniz bu kimi davranışda bulunanlar
olacaqdır.”
39
Ömər fürsəti qaçırmadı. Ömərin qadınları döyməsi ilə bağlı
tarixdə ən az iki örnək qalıbdır. “O, bir dəfə öz bacısı Fatiməni çox sərt
şəkildə döydü. Vurduğu zərbələrin yeri Fatimənin bədənində qalmışdı."
40
Səbəbi də bu idi ki, "Fatimə islamı qəbul etdikdən sonra öz evində Quran
oxuma kursları düzənləyirdi. Bu yığıncağa qatılanlar islamda qeyd olan
müxtəlif mövzularla bağlı fikir alış-verişində bulundular.”
41
İkinci dəfə isə
“öz qadını Cəmiləni döydü. Qadınını döydüyünü Ömər özü peyqəmbərə
dedi.”
42
“Cəmilə, Ənsarın Us qəbiləsindən idi.”
43
Təbəridən dörd nəsl daha
öncə yaşayan İnbi Sə´d də peyqəmbərin qadınlara qarşı zor işlətmənin
əleyhinə olduğunu yazır: “Qadınlara qarşı zor işlətmək doğru deyil. Kişilər
peyqəmbərin yanına gəlib öz qadınlarından şıkayət etdilər. Peyqəmbər
onlara qadınlarını döymə izni verdi və artırdı: Qadınlarını döyən kişiləri
görmək istəmirəm.”
44
Peyqəmbərin qadınlara qarşı zor işlətmənin əleyhinə
olduğunu bilən Təbəri Nisa surəsinin mübahisəli 34-cü ayəsini necə
açıqlamışdır? O, müxtəlif əqidələri və görüşləri ortaya qoyur və nəticə alır
ki, “bu ifadənin məqsədi sorumlu (məsul) olan kişilər”dir. Bu kişilər öz
qadınlarını tərbiyə etmək və Tanrı buyuruqlarını qadınlarına çatdırmaqla
görəvlidirlər. Çünkü Tanrı sizlərdən bəzilərini digərlərinin sahibi təyin
etmişdir.”
45
O artırır ki, bu sahib olmanın səbəbi evlənərkən qadına verilən
başlıq parasıdır. Alimlərin bir çoxu kişilərin qadınlardan daha üstün
olmalarında həmfikirdilər. Ancaq noşuz mövzusunda tam olaraq eyni
görüşdə deyillər.
Əgər bir qadın öz ərinin seksual istəklərinə təslim olmursa, əri onu bu
ilişkiyə zorlamalımı, yoxsa onunla soyuq davranmalıdır? Qadını ilə yatarkən
soyuq davranmalı və yatağını ondan ayırmalımı? Və ya tərsinə, onunla
küsmədən bir yataqda yatmağa davam etməlidirmi? Və ya qadının
istəməməsinə rəğmən, onunla həm küsüb, həm də zorla ilişkiyə
38
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 204.
39
Eyni qaynaq.
40
İbni Hişam, Səyərə, I kitab, s. 369.
41
Eyni qaynaq.
42
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 179.
43
Təbəri, Təfsir, V kitab, s. 16.
44
İbni Sə`d, Təbəqat, VIII kitab, s. 204.
45
Təbəri, Təfsir, VIII kitab, s. 209.
122
girməlidirmi? Göründüyü kimi, çox başgicəldici bir mövzudur. Fəqihlər və
din alimləri də bu haqda anlaşılmaz və şübhəli olmuşlar.
Ayəni kəlmə-kəlmə
təfsir edən Təbəriyə dönəlim.
“Üsyankarlıqlarından narahat olduğunuz qadınlardan... yataqda uzaq olun.”
Bu ifadənin anlamı nədir? Bəziləri hesab edirlər ki, “kişi qadını ilə
danışdıqdan və ondan rəftarını dəyişməsini istədikdən sonra onunla bir yerdə
yatmalıdır, ancaq arxasını qadınına çevirib yatmalıdır. Əgər qadını ilə
seksual ilişkiyə girərsə, bu işi onunla söhbət etmədən yapmalıdır.”
46
Bəziləri
isə bu açıqlamanı tamam yanlış sayır və hesab edir ki, bu ayə cinsi irtibatdan
uzaq olmağı açıqca önərir, danışıb-danışmamaq bir o qədər də önəmli deyil.
Bu anda kişi qadınla bir yerdə yatmaq ləzzətindən məhrum olmalıdır.
“Qadın ilk normal durumuna dönənə
qədər onun yatağına
yaxınlaşmamalısınız.”
47
Qətadə adında bir alim isə hesab edir ki, bu
mərhələni yaşamaq lazımdır. “Öncə danışmaqla qadınınıza anladın..., əgər
qadın anlamaq istəmirsə, onunla bir yerdə yatmayın.”
48
Təbəri son sözünü deyir: “Peyqəmbər bizə dedi: bir müsəlman üç
gündən artıq kimsə ilə küsülü qalmamalıdır.” Bu üzdən də tarixçi belə
nəticəyə gəlir ki, uzaqlaşmağın məqsədi danışıq yolu ilə irtibat qurmaq
deyildir. Sonra artırır: “əgər qadın açıqca üsyan edib ərinin istəklərini inkar
etsə, onunla danışmamaq və onu görməmək daha ləzzətli olar.”
49
Təbəri belə
ərə necə təklifdə bulunur? Peyqəmbərin hədəflərinə sadiq olan Təbəri elə bir
şey təklif edir ki, bir çox islam alimi onun təklifini yanlış sayır. Mömin
kişiyə Təbəri, üsyankar qadının əl-ayağını bağlamağı önərir: “Onların
yatağını ayırın və bağlayın.” Sonra da Təbəri mövzunu dilçilik elmi üzrə
şərh edib yazır: “Əl-həcər, yəni ərəblərin dəvəni bağladıqları ip. Qadını bu
iplə bağlayın.”
50
Böyük bilim adamı olan Məhhəmməd Şakir, Təbərinin əsərlərini
yenidən işləmiş, ona bir müqəddimə də yazmışdır. Şakir bu işi dargörüşlü
adamların yanlışlıqlarını önləmək amacı ilə etmişdir. O, Təbərinin
görüşlərini bu şəkildə rədd edir: “Təbərinin bu təfsiri doğru deyil və
şaşırdıcıdır.” Və bir neçə din aliminə dayanaraq rəvayət edir: “Quran və
sünnət üzrə böyük alim olan Təbəri bu mövzuda ciddi xətaya yol vermişdir.”
Və belə nəticə alır: “Ərəb dili və məzhəb elmi ilə bağlı mütəxəssis olan
Təbəri necə də böyük səhvə yol vermişdir.”
51
46
Eyni qaynaq, s. 302.
47
Eyni qaynaq, s. 304.
48
Eyni qaynaq.
49
Eyni qaynaq, s. 308.
50
Eyni qaynaq, s. 309.
51
Eyni qaynaq, s. 313.
123
Çağımızdakı duruma baxdığımızda görürük ki, demokrasini dərk
etmək istəməyən siyasi iqtidarlar, öz yanlışlıqlarına, zorakılıqlarına bəraət
qazandırmaq üçün necə də bu ayədən sui-istifadə edirlər. Onlar bu ayəni kişi
mərkəzliliyi isbat etmək üçün qullanırlar. Sanki bu ayə ilə bağlı bu qədər
müxtəlif açıqlamalar olmamış və yalnız qafaları demokrasiyə qapalı olan
siyasilər bu ayənin gerçək izahını bilir və tətbiq edirlər.
Göründüyü kimi peyqəmbər öz qadın və kişi tərəfdarlarına eşit
davranmışdır. Lakin islam öncəsi törələrin təmsilçisi olan Ömərin görüşü
islam tarixində hakim cərəyan olmuşdur.
Hərbi rəhbər olaraq peyqəmbər
Hicrətin III ilindən, yəni Ühüd savaşındakı məğlubiyətdən Məkkənin
fəthinə, hicrətin VIII ilinə qədər peyqəmbərin qadın-kişi bərabərliyi planı
yenildi. Çünkü o, özəl və sosial həyatı bir-birindən ayırmırdı, bu iki sahənin
sıx əlaqəli olduğunu düşünürdü. Peyqəmbər Ayişənin otağının kiçik
qapısından camiyə girib namaz qılırdı. O, Ömərin bütün etirazlarına
baxmayaraq, bir və ya iki qadınını özü ilə bərabər savaş meydanına aparırdı.
Siyasi işlərlə uğraşan peyqəmbərin qadınları sərbəst davranır və müxtəlif
məsələlərlə maraqlanırdılar. Bu mövzu ilə bağlı Təbərinin yazdıqlarından
örnək gətirəsək yaxşı olar: “Bir gün Ömər gördü ki, Ayişə də savaş
meydanındadır. Ona dedi: Nədən buraya gəlmişsən? Ayişə yüksək səslə
cavab verdi: And olsun Tanrının birliyinə, artıq sənin cəsarətin qabalığa
dönüşmüş.
1
”
Peyqəmbərin qadınları siyasi və hərbi hadisələrə laqeyd deyildilər.
Onlar üçün məhbusların azadlığı ailə məsələsi kimi çox önəmli idi. Örnəyin,
“Hicab” ayəsinin gəlişindən öncə hicrətin V ilində yəhudilərin Bəniqurizə
qəbiləsinə qarşı savaşında Əbulübabə adında bir yəhudi əsir tutulmuşdu.
Caminin həyətində əl-ayağı bağlı bu əsirin azad edilməsində Ümm-Səlmə də
iştirak etdi. O, bu sürəcdə qərarverici şəxs olmasa da, öz görüşünü ortaya
qoyub cavab gözlədi. Peyqəmbər Əbulübabəni sərbəst buraxmaqla bağlı
qərar verdikdən sonra Ümm-Səlmə özü bu xəbəri Əbulübabəyə çatdırdı.
2
Ümm-Səlmə bu davranışı ilə qadınların da belə hadisələrə qatılma haqlarının
olduğunu isbatladı. Sadəcə, ev mühiti qadınların qanuni məkanı deyildi.
1
Təbəri, Tarix, III kitab, s. 49.
2
Eyni qaynaq, s. 54.
124
Belə anlaşılır ki, “Hicab” ayəsi qadınları kişilərdən və toplumdan ayırıb evə
qapatmadan öncə qadınların siyasi olaylara qatılma haqları daha çox imiş.
Əgər “Hicab” ayəsindən öncə qadınlar siyasətə qatılmasaydılar, sadəcə ev
işləri ilə məşğul olsaydılar o zaman hicab ayəsinə də gərək qalmazdı.
Anlaşılan budur ki, hicab ayəsi qadınların mövcud durumu ilə ilgili gəlmiş
və mövcud durumu məhdudlaşdırmışdır. Hicab ayəsi peyqəmbərlə Zeynəbin
toy gecəsi gəlir və bu zaman peyqəmbərin qadınları daha sonra yasaqlanan
bir çox azadlıqlara sahib idi, siyasətə müdaxilə edirdilər. Ərləri tərəfindən
təşviq edilən, camini və savaş meydanlarını öz fəaliyət sahələri görən
qadınlarla özünü evə qapamış qadınlar arasında, əlbəttə ki, böyük fərq
olacaqdı. Ordunun belə bir gələnəyi var idi. Gecələr savaşçı kişilər bir araya
gəlib planları haqqında danışırdılar. Belə durumlarda peyqəmbər öz
qadınlarına baş çəkərdi. Bu da bir çox müsəlmanların xoşuna gəlməzdi.
Peyqəmbərin siyasi düşmənləri onun qadınları ilə olan belə sıx əlaqəsini
məsxərə edərdilər. Bu siyasi düşmənlər onun özəl həyatını silah olaraq ona
qarşı qullanırdılar. Sonunda peyqəmbəri qadın-kişi bərabərliyi kimi
hədəfindən vaz keçməyə zorladılar. Bütün bunlar elə bir zamanda baş verir
ki, hərbi baxımdan intizamsızlıq və xaos mövcuddur. Yaşlanmış
peyqəmbərin də artıq əski enerjisi qalmamışdı. Peyqəmbər 60 yaşında ikən,
Ümm-Səlmə, Ayişə və Zeynəb kimi qadınlarları ilə bir yerdə yaşayırdı. Bu
qadınlar peyqəmbərdən daha gənc idilər. Ən önəmli isə onların siyasi
fəaliyətlərdə aktiv olmaları idi. Peyqəmbərin qadınları bütün qadınların
durumlarının daha da yaxşılaşdırılmasını, onların sosiallaşmalarını
istəyirdilər. Peyqəmbərin düşmənləri onu incitmək üçün Ayişəyə zina
böhtanı atdılar. Peyqəmbər çox yorğun halda Ömərin qarşısında dirənməyi
məsələhət bilməyib qadınların siyasi-toplumsal həyatdan
uzaqlaşdırılmalarına razılıq verdi. Erkəkmərkəzli yapılanmış olan yeni
müsəlman toplum da peyqəmbərin azadlıq anlayışına dözə bilmədi.
627-ci il islam tarixi baxımından diqqət edilməsi gərəkən bir
dönəmdir. Bu tarixə aid olan macəralar Nisa və Əhzab surələrində öz əksini
tapmişdır. Bu ayələrdə peyqəmbərin problemləri açıqca dilə gətirilmişdir.
Bu problemlərdən biri savaşla ilgili, digəri isə peyqəmbərin qadınlarına
atılan böhtanlarla bağlıdır. Ayələrdə Mədinədə davam edən qadın-kişi
bərabərliyi mövzusuna da işarə edilmişdir. Özəlliklə qadınların və gənc
qızların irs məsələsi, Ayişəyə atılan böhtan, hicabın gəlişi və ilk dəfə olaraq
peyqəmbərin Zat-ül Rəqa´ qəzəvəsində qıldığı “Qorxu namazı” və
Mədinənin mühasirəsi zamanı baş verən Xəndək savaşı haqqında bilgi
mövcuddur.
Burada xatırlamaq gərəkir ki, Quranda surələr tarixi ardıcıllıq əsasında
toplanmamışdır. Hətta bir surədə həm Məkkədə, həm də Mədinədə
125
peyqəmbərə gələn ayələr yerləşdirilmişdir. Regis Blanchere Quranı fransız
dilinə tərcümə etmişdir. Mən onun görüşünə qatılıram. O deyir: “Demək olar
ki, bu gün biz Quranı surələrin gəlmə zamazı baxımından tam tərsinə
oxuyuruq. Çünkü uzun həcmli surələr peyqəmbərin həyatının sonlarında
Tanrı qatından göndərilmişdir.”
3
İndi əlimizdə mövcud olan Quranın
mətnləri Osmanın xilafəti dönəmində tərtib edilmişdir. Quran üzərinə nüsxə
yazmaq peyqəmbərin zamanında başlamışdır.
4
Ancaq Quran mətnləşərkən
surələr tarixi ardıcıllıq, yəni surələrin gəliş tarixləri əsasında
düzənlənməmişdir. Alimlərin təsbitinə görə, Quranın mətn olaraq
düzənlənməsinin və surələrin tarixi ardıcıllıq əsasında olmamasının bir
səbəbi var: Quran təlim-tərbiyə ehtiyacları əsasında mətnləşdirilmişdir.
Seyvətinin “Quranın tərtibinin sirləri” adlı kitabında dediyi kimi, Məkki
(Məkkədə gələn) surələr bütpərəst toplumda, Mədəni (Mədinədə gələn)
surələr isə islami toplumda gəlmişdir. Mədəni surələr müsəlmanların
gündəlik yaşamları ilə bağlı soruları cavablandırmışdır. Bu üzdən Mədəni
surələrin çoxu Quranın tərtibində daha öncə yerləşmişdir.
*
“Çünkü bu
surələr bütpərəstlərə deyil, müsəlmanlara xitab etmişdir”
5
Lakin tarixçilərin
də əsas problemi surələrdə tarixi ardıcıllığın olmamasıdır. Yəni Quranın
mətnləşdirilməsində, məsələn daha sonra gələn bir surə daha öncəyə
yerləşdirilmişdir. Durum belə olduğunda ayələrlə ilgili tarixi hadisələri
bulmaq üçün nə etmək gərəkir? Ayələrin nasix və mənsux olmalarını bəlli
etmək tarixi baxımdan çox önəmlidir. Nasix və mənsux nədir? Bir mövzuya
aid Tanrı qatından iki təzadlı ayə endirilmişdir. Eyni mövzu ilə bağlı daha
sonra gələn ayə, birinci ayənin keçərliliyini ortadan qaldırmışdır. Keçərliliyi
ortadan qalxan ayəyə mənsux və keçərliliyi ortadan qaldıran yeni ayəyə
nasix deyilir. Məsələn, Quranda müsəlman olmayanlarla, özəlliklə yəhudi və
xristianlarla bağlı iki yanaşma mövcuddur. Yəhudiliyə və xristianlığa
mənsub olanlarla həm təmkinli yanaşmaq, həm də onlara qarşı cəhad hökmü
verilmişdir. Alimlər bu ziddiyətli ayələrin ayrıntılarını araşdırırlar. Daha
sonra gələn ayəni dəqiqləşdirib və ona çox diqqət etmişlər. Bu üzdən də
ayələri öz zaman şərtlərinə görə, tarixi ardıcıllıqları əsasında
dəyərləndirməliyik.
6
Nəzərdə tutduğumuz Nisa və Əhzab surələri Mədinədə
3
Regis Blanchere, Le Coran, Maisonneuve et Larose, Paris, 1980, p. 180.
4
ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
2
ص ،
355
.
*
Bu haqda fərqli düşünmək də mümkündür. Peyqəmbərin vəfatından sonra islam geniş coğrafiyaya
yayılmağa başlamışdır. Bu yayılım isə savaş yolu ilə gerçəkləşirdi. Məkkədə gələn surələrdə savaş və cəhad
yoxdur. Savaşa əmr edən ayələr daha çox Mədinədə gəlmişdir. Savaş yolu ilə yayılmağı uyğun görən o
zamankı islam böyükləri ən son gələn surələri Quranın əvvəllərinə və ilk başlanqıcda gələn surələri isə
Quranın sonlarıana yerləşdirmişlər. Quranın bu şəkildə mətnləşməsinin fəlsəfəsini anlamaq üçün o zamankı
sosial duruma nəzər salmaq lazımdır.
5
ﻩﺮهﺎﻗ ،مﺎﺼﺘﻋﻻا راد ،نﺁﺮﻗ راﺮﺳا ﺐﻴﺗﺮﺗ ،ﯽﻃﻮﻴﺳ
1978
.
6
مﺰﺣ ﻦﺑ
،توﺮﻴﺑ ،ﻪﻴﻤﻠﻌﻟا ﺐﺘﮑﻟاراد ،خﻮﺴﻨﻣاو ﺦﺳﺎﻨﻟا ،
1986
.
126
nazil olmuşdur. Quranın mətni bu iki ayənin sadəcə Mədinədə gəldiyini
söyləməz, bütün alimlər də eyni görüşdədirlər. Mən burada surələrin tərtibi
ilə bağlı Seyvəti və İbni Həzm´in verdiyi bilgilərdən yararlanmışam.
7
Quranın 114 surəsinin tarixi ardıcıllığı içində Əhzab surəsi 90-cı və Nisa
surəsi 92-ci yerdədi. Hicrətdən sonra Mədinədə nazil olan ilk surə Bəqərə
surəsidir. Tarixi ardıcıllıq baxımından 87-ci yerdə olan Bəqərə surəsi
Quranda ikinci yerdə mətnləşdirilmişdir. Nəzərdə tutduğumuz Nisa və
Əhzab surələri demək olar ki, bu surədən bir neçə il sonra nazil olmuşdur.
Bu üzdən surənin tarixi zamanını nəzərə aldığımızda hər üç surə (Nisa,
Əhzab, Bəqərə) hicrətin beşinci ilində nazil olmuşdur. Bu il çox gərgin
keçmiş, ayrıca, eyni ildə peyqəmbər “Qorxu namazı” da qılmışdır. İbni
Hişamın yazdığına görə, birinci “Qorxu namazı” hicrətin 6-cı ilində beşinci
ayda Zat-ül Rəqa´ qəzəvəsində qılınmışdır. Hərbi durumu yaxşılaşdırmaq və
Ühüd savaşı məğlubiyətinin təsirini xatirələrdən silmək üçün peyqəmbər bu
savaşı başlamaq istəmişdi. Ancaq düşmənlə qarşılaşdığında birbaşa
savaşmaqdan vaz keçməyi tərcih etdi. “Onun qarşısında Qətfan qəbiləsindən
böyük savaşçı grup durmuşdu. Qarşı tərəflər bir-birinə yaxınlaşdılar, ancaq
savaş olmadı. Müsəlmanları və qarşı tərəfi qorxu duyğusu tam olaraq
sarmışdı. Bu zaman peyqəmbər “Qorxu namazı” qılıb geri çəkildi.”
8
Müsəlmanlardakı qorxunun əsas səbəbi bu idi ki, onlar məğlub olacaqları
savaşa qatılmaq istəmirdilər. Eyni zamanda passiv də qalmaq istəmirdilər.
Müsəlmanlar bilirdilər ki, Ühüd savaşındakı məğlubiyətdən sonra çox
zəifləmişlər və qalib gələ biləcək imkandan məhrumdurlar. Bu üzdən də
peyqəmbər bir stratejist kimi bütün mövcud durumları yaxşıca dəyərləndirir
və böyük ehtiyatla davranırdı. “Qorxu namazı” bu vəziyəti açıqca
göstərməkdədir. Burada xatırlatmaq gərəkir ki, peyqəmbərin izlədiyi
stratejinin başında əsgərlərini boşuna qurban verməmək dururdu. Çünkü
peyqəmbər hər bir müsəlman əsgərə çox dəyər verirdi. Peyqəmbər düşmənlə
üz-üzə gəldiyi zaman üç gün boyunca nə edəcəyi haqda düşünüb durdu.
Ühüd savaşının xatirəsi zehnində canlanırdı. “Mədinə əhalisi ağlaya-ağlaya
cənazələri bulmaq üçün şəhərdən savaş meydanına tərəf qaçırdı. Onlar
meyitləri şəhərə gətirmək istəyirdilər, ancaq peyqəmbər “onları öldükləri
yerdə dəfn edin.”- dedi.”
9
Ühüd savaşının məğlubiyətindən sonra
peyqəmbərin ordusu özünə olan güvənini itirmişdi. Qarşı cəbhə də çox
zəifləmişdi. Onların da savaşmağa cürəti çatmırdı. Hər iki tərəfdə savaşmaq
niyəti olsa da, savaşı gerçəkləşdirəsi imkan mövcud deyildi.
7
ص ،مﺰﺣ ﻦﺑ
69
.
8
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
3
ص ،
220
.
9
Tabari, Mohammed, Sceau des prophetes; p 205.
127
Düşmən, peyqəmbərin ordusuna yaxın bir yerdə yerləşmişdi. Tanrı
düşmən ordusunda hər kəsin qəlbini qorxu ilə doldurmuşdu. Onlar
çadırlarını tərk edə bilmirdilər. Bir-birindən qorxan iki ordu iki gün qarşı-
qarşıya durdu. Sonra da düşmən ordusu savaşmadan fərar etməyə başladı.
"Üç gün boyunca peyqəmbər “Qorxu namazı” qıldı. Nisa surəsinin 102-ci
ayəsi belə bir durumda nazil olmuşdur."
10
Nisa surəsinin 102-ci ayəsində
düşmənlə qarşı-qarşıya gələrkən namazın qısa şəkildə qılınması təklif
olunur. “Qorxu namazı”nda ordunun düzəni ilə bağlı da danışılır. Məsələn,
savaş meydanında hər kəsin eyni zamanda namaz qılması vacib sayılsa da,
hər kəsin eyni zamanda rüku və səcdəyə getməməsi təklif olunur. “Qorxu
namazı” islamın əməli fəlsəfəsini göstərməkdədir. Mömin, durumu
dəyərləndirmədən məzhəbi şüarları həyata keçirmək zorunda deyil. O, daima
öz ağlını istifadə etməyi başarmalıdır. Təhlükəli durum varsa, mömin ya
namazı ya da öz cangüvənliyini seçməlidir. Belə durumda tərəddüd etmədən
öz cangüvənliyini öncə düşünməlidir. “...Tanrını durduğunuz, oturduğunuz
və böyrü üstə uzandığınız yerdə xatırlayın. Güvənlikdən əmin olduğunuzda
namazı tam olaraq qılın.”
11
İnsan təhlükə ilə qarşılaşmadığında Tanrı
haqqında düşünməyə zaman bula bilər. Ühüd savaşına qədər peyqəmbər
hücum taktikasını tətbiq edirdi, ancaq Ühüd məğlubiyətindən sonra savunma
taktikasını tətbiq etməyə başladı. O, düşmən qarşısında öz etibarını qorumaq
üçün çox düşünüb daşınırdı. Düşmənlə üz-üzə döyüşməkdən çəkinirdi.
Bütün Məkkə qəbilələri peyqəmbərə qarşı birləşmişdilər. Peyqəmbər onlara
cavab vermək zorunda idi. Ayrıca, hərbi əməliyata keçmədən öncə,
ordusunu nizam-intizam, savaş hazırlığı və silah baxımından təkrar-təkrar
gözdən keçirirdi. Zat-ül Rəqa qəzəvəsi peyqəmbərin istədiyi kimi sona çatdı.
O
zaman
Mədinə mühasirədə idi. Peyqəmbərin düşmənləri və məhəlli
müxaliflər gündən-günə artırdı. Şəhərdə güvənlik yox idi. Güvənsizlik elə
səviyəyə çatmışdı ki, azad və seçkin qadınlar sayılan peyqəmbərin də
qadınları evdən dışarı çıxa bilmirdilər. İlk dəfə idi ki, peyqəmbər
müsəlmanların və məkkəlilərin qarşılaşacaqları yer haqqında qərar vermirdi.
"627-ci ilin yazında Qüreyş qəbiləsinin hərbi rəhbəri Əbusüfyan 10 000
nəfərlə peyqəmbəri Mədinədə mühasirə etdi. Peyqəmbər xeyli təlaşdan sonra
yalnız 3000 nəfər müdafiə üçün səfərbər etdi."
12
Mühasirə çox çətin və uzun
oldu. Çünkü bütün Məkkə qəbilələri bu mühasirədə iştirak edirdi.
13
Düşmən
imkanlarının üstün olduğu halda peyqəmbər özünəməxsus taktika həyata
keçirdi: qarşıdurmanı əngəlləmək istəyirdi. Ancaq düşmənin Mədinə
10
Eyni qaynaq.
11
Nisa surəsi, 103-cü ayə.
12
231
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
3
ص ،
13
Eyni qaynaq, s. 46.
128
darvazalarına yaxınlaşdığı vaxt bunu necə başaracaqdı? O, ərəblərə tanış
olmayan bir yöntəmdən faydalanmaq istədi. Şəhəri qorumaq üçün
Mədinənin çevrəsinə xəndək qazılmasına əmr verdi. Xəndək qazılmağa
başlandığında Mədinə əhalisi şaşırmışdı. Peyqəmbərin bütün siyasi
qərarlarını məsxərə edən münafiqlər yenə də aşağılayıcı şayiələr yaymağa
başladılar. Ancaq nə əhalinin heyrəti, nə də münafiqlərin məsxərəsi
peyqəmbəri öz qərarından vaz keçirə bilmədi. Peyqəmbər öz əsgərlərinə
silah yerinə bel-külüng götürmələrinə əmr verdi.
Peyqəmbər öz əsgərlərinə Mədinənin çevrəsinə 20 zira´
14
dərinliyi və
eni olan xəndəyin qazılmasına əmr verdi. Hər 40 zira´ üçün 10 əsgər təyin
etdi. Münafiqlər peyqəmbəri məsxərə edirdilər ki, o, özünü şəhərdə həbs
edir. Bütün bunlara baxmayaraq, peyqəmbər işin necə getdiyinə ciddi
nəzarət edirdi.
15
Bu iş bir ay içində sona çatdı. Düşmən ordusu xəndəyi
gördüyündə geri çəkildi: “Düşmən ordusu Mədinənin çevrəsinə qazılmış
xəndəyi gördüyündə şaşırdı. Onlar bu günə qədər belə bir hadisə ilə
rastlanmamışdılar. Peyqəmbər, hətta gecələr də xəndəyin qazılmasına
nəzarət edirdi. Münafiqlər isə “peyqəmbər üçün bir hadisə baş versə də
önəmli deyil, əsas odur ki, biz güvəndə olacağıq,”-deyirdilər.”
16
Münafiqlərə görə, peyqəmbər onları azdırmışdı. Peyqəmbər onlara
zəfər və´d etdiyi halda düşmən Mədinənin darvazalarına dayanmışdı və
şəhər düşmək üzrə idi. Əhzab surəsinin 12-ci ayəsi onların qorxu və
ümidlərini göstərir: “Və o zaman qəlbi təmiz olmayan münafiqlər dedilər ki,
Tanrı və onun elçisi Məhəmməd bizə yalan və´dlər verir.”
17
Ancaq sadəcə onlar qorxmamışdılar. Surənin 9 və 10-cu ayələrinin də
bəlirtdiyi üzrə, möminlər də qorxmuşdular: “Ey möminlər, ordular sizə
hücüm edəndə Tanrı nemətlərini özünüz xatırlayın. Düşmənə külək fırtınası
göndərdik. Tanrı etdiyi bütün işlər haqqında bilgi sahibidir. Düşmən hər
tərəfdən sizə basqın edəndə Tanrı haqqında sevimsiz şeylər düşündünüz.”
18
Mədinə 27 gün mühasirədə qaldı. Düşmənin üç savaşçısı ölmüşdü,
çünkü “ara-sıra qarşı tərəflər bir-birinə ox atırdılar.”
19
Ancaq davam edən
mühasirə şəhərin güvənliyini təhlükəyə soxmuşdu və təcili əməliyat lazım
idi. Peyqəmbər düşmən ordusu içində şayiələr yaymaqla psikoloji bir savaş
başlamaq istədi. Bu iş üçün düşmən ordusunda vəzifəli olan islama yeni
tapınmış şəxslərdən faydalandı. Onlarla gizlin irtibat quruldu. Bu yalanlar və
şayiələr yəhudi ordu başçıları və Məkkə qəbilələri arasında güvənsizlik
14
zira´, dirsəkdən əl barmaqlarına qədər olan uzunluqdan ibarətdir. O zamankı ölçü vahidi olmuşdur.
15
Tabari, Mohammed, Sceau des prophetes; p. 224.
16
Eyni qaynaq, s. 225.
17
Pickthall, The meaning of the Glorious Koran.
18
Eyni qaynaq.
19
Tabari, Mohammed, Sceau des prophetes; p. 225.
129
yaradırdı.”
20
Güclü tufanın başlaması mühasirəyə son verdi. “Gecənin
qaranlığında birdən qorxunc bir tufan başladı və düşmənin bütün alaçıqlarını
yerindən qoparıb sökdü. Düşmən ordusuna qorxu düşmüşdü.”
21
Bir gün
sonra Əbusüfyan mühasirədən əl çəkib geri döndü. Peyqəmbər yeni savaşın
başlanacağını sezmişdi. O, fəlakət doğuracaq iç savaşın başlanacağını daha
öncədən sezə bilmişdi. Mədinənin mühasirəsi zamanı peyqəmbərin hərbi
çətinliklərini Quran çox dəqiq olaraq göstərmişdir. Quran, peyqəmbərin
müxaliflərinin onun özəl həyatına olan tənqidi münasibətlərinə də
toxunmuşdur. Bu tənqidlər get-gedə düşmənliyə dönürdü. Peyqəmbər
müsəlmanların qətlamının qarşısını alsa da, əhalinin də fədakarlığı bu arada
denənmiş oldu. Çünkü Mədinə əhalisi mühasirəyə görə qida qıtlığı ilə qarşı-
qarşıya gəlmişdi.
22
Mədinənin içində də düşmən mövcud idi. Bir qrup
əhalinin düşmənliyi şəhəri iç savaşa sürəkləyirdi. Ümumi yerlərdə görünən
hər qadın qaba sözlərə və təcavüzə məruz qalırdı. Bu hadisə peyqəmbərin
qadınları ilə ilgili olaraq da gerçəkləşdi. Onlar ümumi yerlərdə, hətta evdə
belə, peyqəmbərin gözləri önündə təhqirə məruz qalırdılar. Bu şəraiti göz
önündə tutaraq “Hicab” ayəsinə və Təbərinin təhlillərinə yenidən baxmaq
gərəkir. Hicab ayəsinin ikinci bölümü belədir: “Peyqəmbəri incitmək sizə
yaraşmaz. Onun vəfatından sonra qadınları ilə evlənmək tanrı qatında böyük
suçdur.” Təbəriyə görə, bu ayə “bir müsəlmanın peyqəmbərin yanına gəlib
və sənin ölümündən sonra gənc xanımlarının biri ilə evlənmək istəyirəm.
Adını daha sonra söyləyəcəyəm,” deməsindən sonra gəlmişdir. Bu rəvayətə
görə, bu söz ancaq peyqəmbərin özünə söylənməmişdir. Bütün şəhərdə
ağızdan-ağıza dolaşırdı. Nişaburinin təfsirində peyqəmbərin bu qadınının adı
da yazılmışdır. Bu müsəlman o qədər ədəbsizmiş ki, öz istəyini peyqəmbərin
və onun qadının önündə dilə gətirmişdir. Uyəynət ibni Hesan adlı bu adam
adı tərbiyəsizlikdə məşhur olan bir qəbilənin başçısı idi. O, müsəlman
olduqdan sonra bir gün peyqəmbərlə görüşərkən Ayişəni gördü. “Bir gün
Uyəynət ibni Hesan peyqəmbərin görüşünə gəldi. Qapını döymədən açıb
izinsiz olaraq içəri keçdi. Peyqəmbər ona dedi: “Bilirsənmi ki, birinin evinə
girmək istərkən, ədəb icabı izin almaq lazımdır?” O adam peyqəmbərə dedi:
“Həyatım boyunca bir kərə də olsun birindən izin alıb onun evinə
getməmişəm.” Sonra da peyqəmbərə dedi: “Sənin yanında oturan o gözəl
qadın kimdir?”
23
Peyqəmbər ona “Bu Ayişədir, ləqəbi də Ümm-ül
Möminindir (möminlərin anası), yəni heç bir kişinin onunla evlənmək haqqı
yoxdur” dediyində adam peyqəmbərə dedi: “Mənim də qadınım çox
20
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
3
ص ،
243
.
21
Tabari, Mohammed, Sceau des prophetes; p. 228.
22
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
3
ص ،
243
.
23
نﺁﺮﻘﻟا ﺐﺋاﺮﻏ ﺮﻴﺴﻔﺗ ،ﯼرﻮﺑﺎﺸﻴﻧ نﺁﺮﻗ ﺮﻴﺴﻔﺗ
1972
ج ،
22
،
27
.
130
gözəldir, istərsənsə, gəl qadınlarımızı dəyişək.” Peyqəmbər ona çox soyuq
bir tərzlə dedi: “Tanrı belə işləri yasaq etmişdir.”
24
Başqa bir rəvayətə görə, "Ayişə bu adamın “gəl qadınlarımızı
dəyişək” sözünü eşitdiyində sinirlənmiş və “bu kimdir?” deyə yüksək səslə
soruşmuş."
25
Peyqəmbər hər zamankı kimi öz təmkinini qoruyaraq cavab
verdi: “Gördüyün bu adamı onun qəbiləsi özünə başçı seçmişdir.”
26
Bəzi tarixçilərin yazdığına görə, peyqəmbərin vəfatından sonra onun
yalnız bir qadını başqası ilə evlənmişdir. Bu qadının adı Zibyan qızı Aliyə
idi. O, qısa sürəliyinə peyqəmbərlə yaşamış və daha sonra peyqəmbər onu
buraxmışdı. Ancaq tarixçilər bu qadının adı ilə bağlı eyni fikirdə deyillər.
Bəzi tarixçilər isə yazırlar ki, bu qadının adı Kilə olmuşdur. Təbərinin
yazdığına görə, bu qadının adı Əşəs qızı Kilə imiş. Peyqəmbərin vəfatından
sonra Əbubəkirin xilafəti dönəmində bu qadın Əkrəmət ibni Əbucəhllə
evləndi. Evləndikdən sonra isə vicdan əzabına düçar oldu. Ömər onun
evlənməsinə bu şəkildə bəraət qazandırdı ki, o, peyqəmbərin gerçək qadını
olmamışdı. Çünkü Tanrı qatından peyqəmbərə seçim ayəsi gəldiyində o
qadın peyqəmbərdən artıq ayrılmışdı. Peyqəmbər qadınları arasındakı
ixtilafları azaltmaq üçün onlara “Nə zaman istəsəniz məni tərk edə
bilərsiniz,”- demişdi.
27
Peyqəmbər müsəlmanların rəhbəri kimi, hər tərəfdən
gələn nümayəndələri qəbul etmək məcburiyətində idi. Bu nümayəndələr
Uyəynət ibni Hesan örnəyində olduğu kimi, fərqli kültürlərə, törələrə
mənsub idilər. Peyqəmbər bu təmsilçiləri adətən öz evində, qadınlarının
yanında qəbul edirdi.
28
Təbərinin yazdığına görə, "peyqəmbərin bu şəkildə
təmsilçiləri öz qadınlarının bulunduğu ortamda qəbul etməsi “Hicab”
ayəsinin gəlişindən öncə idi."
29
Özəl və ümumi yaşam arasında sınırın olmamasına peyqəmbərin israr
məsi öz zərərinə oldu. Yayqın törələrin basqısına baxmayaraq, qadınlara
geniş haq tanıması, hər tərəfdən ona həmlə edilməsinə, böhtan atılmasına
səbəb oldu. Cəmiyət bir çox hallarda ona mane olur, izin almadan evinə
girirdilər. “Bir gün bir müsəlman izinsiz olaraq peyqəmbərin evinə girib
soruşdu: İçəri gələ bilərəmmi?” Peyqəmbər öz kənizinə dedi: “Onu dışarı
çıxar və evəgəlmə mədəniyətini ona öyrət. Ona de ki, öncə salam versin,
daha sonra evə girmək üçün izin istəsin.”
30
Elə vaxt olurdu ki, bəzi
müsəlmanlar peyqəmbərlə bir yerdə onun evinə gəlib, onunla bərabər yemək
24
Eyni qaynaq.
25
ج ،ﻪﺑﺎﺻﻻﺁ ،ﯽﻧﻼﻘﺴﻋ
4
ص ،
27
.
26
ﺴﻔﺗ ،ﯼرﻮﺑﺎﺸﻴﻧ نﺁﺮﻗ ﺮﻴﺴﻔﺗ
نﺁﺮﻘﻟا ﺐﺋاﺮﻏ ﺮﻴ
1972
ج ،
22
،
27
.
27
ج ،ﺮﻴﺴﻔﺗ ،ﯼﺮﺒﻃ
22
ص ،
41
.
28
Əsqəlani, Əl-isabət.
29
Təbəri, Təfsir, XXII kitab, s. 27.
30
Əsqəlani, Əl-isabət, VII kitab, s. 258.
131
yeyirdi. Bə´zən elə qarışıq vəziyət yaranırdı ki, yemək yemək mümkün
olmurdu.
31
Belə nəticəyə gəlmək mümkündür ki, münafiqlərin və mövcud
törələrin peyqəmbərin özəl həyatına müdaxilə etmələri səbəb olmuşdur ki,
Tanrı elçisi özəl həyatı ilə toplumsal həyatı arasında bir sınır bəlli etsin.
Tanrı elçisinin bu istəyi “Hicab” ayəsinin gəlməsi ilə tamamilə təsdiqlənmiş
olur. Qurandan və tarixi verilərdən bəlli olduğu üzrə, daha öncə qadınlar
evlərdə məhbus kimi yaşamağa məhkum deyildilər. Haqqında danışdığımız
əziyətlər və maneələr ortaya çıxmadan öncə onlar öz şəxsi işlərini görmək
üçün gecələr belə, sərbəst dolaşırdılar. Qadınların gecələr sərbəst dolaşa
bilmələrinin səbəbi iqlim şərtlərindən asılı idi. Ərəbistanın qorxunc isti
günlərində insanlar kölgələrdə və evlərdə yatıb, əsas işlərini və əmək
fəaliyətlərini gecənin sərinliyində edirdilər. “Peyqəmbərin də qadınları öz
şəxsi işlərini gecələr evdən dışarıya çıxıb gecənin sərinliyində edirdilər. Bu
zaman bəzi münafiqlər onlara söz atmaq üçün yol kənarında durub
gözləyirdilər.”
32
Əhzab surəsinin 60-ci ayəsində deyildiyi kimi,
peyqəmbərin qadınlarına qarşı bu əziyət və maneələr elə bir həddə çatdı ki,
Tanrı bu mane olanları açıqca təhdid etməyə məcbur oldu. “Əgər
münafiqlər, xəstə ruhlular və şayiə yayanlar öz çirkin əməllərindən əl
çəkməsələr, səni onlara hakim edəcəyik. Qısa sürədən sonra onlar artıq
Mədinədə sənin kənarında olmayacaqlar.”
33
Təbərinin yazdığına görə, birinci qrup xəstə ruhlular aşırı dərəcədə
seksual ehtiyacları olanlar imiş. O, 60-ci ayəyə müraciət edərək belə qərara
gəlir ki, bu ayədə qeyd olunan xəstə ruhlular “aşırı seksual istəkləri olan”
dəstələrdir. “Seksual basqıların altında psikoloji bunalım (böhran) içinə
girən dəstələr.”
34
İkinci qrup isə şəhərdə iğtişaş yaratmaq istəyənlər
olmuşlar. Bunlar Ayişəyə də böhtan atmışdılar.
Anlaşıldığı kimi, iki növ əziyət mövcud olmuşdur: 1. Küçələrdə
peyqəmbərin qadınlarına qarşı fiziki əziyətlər. 2. Peyqəmbərin qadınlarına
və özünə qarşı böhtan atmalar. Təbəri, Əhzab surəsinin 69-cu ayəsinə şərh
vermişdir. Bu ayədə deyilir: “Ey möminlər, Musanı əziyət edənlər kimi
davranmayın. Musaya atılan bütün böhtanların qarşısında Tanrı onu
qorumuşdur. O, Tanrı yanında heysiyətli idi.”
35
Təbəriyə görə, "burada
peyqəmbərə atılan xəstəlik bötanından məqsəd onun fətq
*
xəstəliyinə düçar
olması imiş. Fətq xəstəliyi peyqəmbərdə irsi imiş."
36
31
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 174.
32
Eyni qaynaq, s. 176.
33
Pickthall, The meaning of the Glorious Koran.
34
Təbəri, Təfsir, XXII kitab, s. 47.
35
Pickthall, The meaning of the Glorious Koran.
*
İngilis dilində bu xəstəliyə hernia və rupture deyilir. Kişinin xayasının şişməsi kimi bir xəstəlik.. (G.G.)
36
Təbəri, Təfsir, XXII kitab, s. 50.
132
Əlbəttə, bu böhtanların ortaya çıxmasına şərait yaradan hadisələr də
baş vermişdir. Peyqəmbərin evində ailə münasibətlərində anlaşılmazlıq
olmuşdu. Peyqəmbər də məsələni çözmək üçün öz qadınlarından küsüb qısa
sürəliyinə tək yaşamağı tərcih etmişdi. Bu da şayiə yayanlar üçün uyğun
şantaj vasitəsinə çevrilmişdi. Peyqəmbərin özəl həyatında baş verən bu
hadisə bir ayənin gəlişinə səbəb olmuşdur ki, alimlər onu “İxtiyar ayəsi”
adlandırmışlar. Bir çox şərhçiyə görə, peyqəmbərin qadınlarının yarısının
narazılığı iqtisadi məsələyə görə idi. Digər yarısının problemləri isə seksual
ilişkilərlə bağlı idi. Əhzab surəsinin 28-ci ayəsinin iqtisadi anlamı varkən,
51-ci ayə isə seksual narazılıqlara düzən vermək amacı daşımaqdadır. İslam
qanunlarına görə, bir neçə qadını olan kişi gecələrini bərabər şəkildə
qadınlarının arasında bölüşdürməli, bütün qadınlarını razı salamağı
başarmalıdır. Əks təqdirdə qadınlarından biri və ya bir neçəsi öz seksual
ehtiyaclarını bərtərəf etməkdə çətinlik çəkəcəkdir. Bu da qadının və ya
qadınların başqa yollara sövq edilməsinə şərait yarada bilər. Təbəri belə izah
edir ki, Əhzab surəsinin 51-ci ayəsi peyqəmbəri bu durumdan istisna edir.
Tanrı əmr edir ki, peyqəmbər xoşlanmadığı qadınla bir yerdə olmağa məcbur
deyil. Seçim ayəsinin müəyyən etdiyinə görə, peyqəmbərlə bir yerdə
yaşamaq istəməyən qadınlara boşanmaq haqqı tanınmışdır. Təbəri və İbni
Sə´d kimi mötəbər qaynaqların verdiyi bilgiyə görə, bu durum peyqəmbərin
beş qadınına şamil imiş. Peyqəmbərin digər dörd qadını daha çox onun
diqqət və təqdirini cəlb edirmiş. Ayişə və Ümm-Səlmə də bunların arasında
olmuşdur.
37
60 yaşlı peyqəmbər o qədər də yaşlı görünmürdü, saçları tam
ağarmamışdı. Sağlıq durumu yerində idi və çox çəkici görünüşü var idi.
Ərəb tarixçiləri siyasi şəxsiyətlərin zahirinə və bədən quruluşuna çox önəm
vermişlər.
“Peyqəmbər qısa sürəli küsülülükdən sonra “Seçim” ayəsini tək-tək
qadınlarına oxudu ixtiyar sahibi olduqlarını onlara dedi. İstəsəniz boşana da
bilərsiniz, mənimlə yaşamağa davam edə də bilərsiniz. Qərar vermək sizin
iradənizə, istəyinizə bağlıdır. Ancaq qalmaq istəyənlər bilməlidirlər ki,
peyqəmbər onları iqtisadi və seksual baxımdan təmin etmək zorunda
deyildir. Peyqəmbər Ayişədən qərar vermədən öncə ata-anasıyla
məsələhətləşməsini istədi. Ayişə peyqəmbərin bu sözündən inciyib dedi: Bu
mövzu ilə ilgili heç bir zaman ata-anamla danışmağı ağlıma gətirmirəm.
Özüm qərar verə bilərəm.”
38
Peyqəmbərin səs-küy yaradan ilk evliliyi əmisi qızı Zeynəblə
olmuşdur. Zeyd ibni Hars köləlikdən azad edildikdən sonra müsəlman
37
ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
8
ص ،
196
.
ج ،ﺮﻴﺴﻔﺗ ،ﯼﺮﺒﻃ و
21
ص ،
155
.
38
Təbəri, Təfsir, XXI kitab, s. 157.
133
olmuşdu. Peyqəmbərin israrı üzərinə Zeynəb onunla evləndi. Peyqəmbəri
çox sevən Zeynəb onun bu təklifinə qızmışdı. Peyqəmbər Zeydi evladlığa
qəbul etmişdi və onu o qədər sevirdi ki, əhali Zeydi peyqəmbərin evladı kimi
sanırdı. O zamankı ərəb törəsində evladlıq, ata ilə evlad edilən adam
arasında həm də qan bağı oluşdururdu. Zeyd Zeynəbi boşadıqdan sonra
peyqəmbər Zeynəblə evləndi. Peyqəmbərin rəqib və müxalifləri
“Məhəmməd öz gəlini ilə evləndi” deyə şayiə yaymağa başladılar. Bu üzdən
də peyqəmbər bütün müsəlmanların bu toya dəvət edilməsini istədi. Bu
hadisə bütün təfərrüatı ilə bir yerdə “Hicab” ayəsinin gəlişinə şahid olan Ünd
ibni Malik tərəfindən rəvayət edilmişdir. Zeynəbin Zeyddən boşanıb
peyqəmbərlə evlənməsiylə bağlı gələn ayələr Mədinədə yayılmış bütün
şayiələrə cavab idi. Bu əsasa görə, evladlığa götürülmüş şəxs ailənin tam və
gerçək üzvü deyil. Əhzab surəsinin 37-ci ayəsi bu mövzu ilə bağlıdır.
39
Evlad edilmiş şəxs gerçək evlad kimi irs apara bilməz. Tunisdə qanuniləşən
evladlıq, islami toplumlara görə, islam kültürü dışında gəlişən bir olaydır və
Batıdan etkilənmənin nəticəsidir. İslam qanunlarına görə, evladlıqla gerçək
evlad arasında əsas fərq bundan ibarətdir ki, həqiqi atalıq duyğusu birini
evladlığa götürməklə atanın fitrətində yaranmır.
Reaksion doğuran peyqəmbərin digər evliliyi isə Səfiyə adında yəhudi
qadınla olmuşdur. Xeybər qalası fəth edildikdən sonra peyqəmbər Səfiyə ilə
evlənmişdi.
40
Xeybər yəhudilərin əlində idi. Bu qala yəhudilər üçün olduqca
önəmli idi, çünkü çox güclü müdafiə sisteminə sahib idi.”
41
Səfiyə yəhudi
qəbilələrindən birinin başçısı olan Kənanənin qadını idi. Səfiyənin
qohumları məkkəlilərlə bir yerdə Xəndək savaşında peyqəmbərə qarşı
savaşırdılar.
42
Peyqəmbər Səfiyənin gözəlliyinə heyran olmuşdu, bu üzdən
də ona “müsəlman olmağı təklif etdi.” Müsəlman olduqdan sonra əsirlikdən
qurtaracağını və onunla evlənəcəyini söylədi. Əlbəttə, bütün bunlar
Səfiyənin razılaşacağı təqdirdə gerçəkləşəcəkdi.
43
Təbərinin və İbni Sə´din
yazdıqlarına görə, peyqəmbər öz əbasını bir əsir qadının üzərinə atması
peyqəmbərin o qadınla evlənəcəyinə işarə idi. Ancaq İbni Sə´d artırır: “Əhali
soruşdu ki, peyqəmbər bu qadınla evlənəcək, yoxsa onu ümm-vəlid kimi
saxlayacaqdır? Ümm-vəlid nə demək idi? Ümm-vəlid kölə qadın anlamında
idi, yalnız onun doğurduğu çocuq azad insan sayılır, özləri isə kölə
qalırdılar. Ümm-vəlid qadınlarla öz ağaları seksual ilişkidə bulunurdular. Bu
növ kölə satılmırdı. Onun doğurduğu çocuqlar atalarından irs aparma
39
Təbəri, Təfsir, XXII kitab, s. 45.
40
Eyni qaynaq, s. 45.
41
Tabari, Mohammed, Sceau des prophetes; p. 253.
42
Eyni qaynaq, s. 255.
43
Təbəri, Təfsir, III kitab, s 92.
134
hüququna sahib olurdular."
44
Anlaşılan budur ki, Səfiyə bu qaydadan istisna
imiş, çünkü o, yəhudi idi. Yəhudilər zəngin olduqları üçün kölə olmurdular.
Peyqəmbərin evləndiyi digər iki qadın Mariyə və Reyhanə idi. Xristian olan
Mariyəni İskəndəriyənin hakimi peyqəmbərə hədiyə göndərmişdi. Reyhanə
isə yəhudilərin Bəniqüreyzə qəbiləsindən idi. Mariyənin peyqəmbərə daha
çocuq yaşda ölən İbrahim adlı oğlan doğurmasına baxmayaraq, yenə də
peyqəmbərin ailəsində onun statusu savaşda əsir alınan kölə səviyəsində
idi.
45
Peyqəmbərin Səfiyə ilə bu şəkildə davranacağını kimsə bəkləmirdi.
“Müsəlmanlar deyirdilər ki, peyqəmbər onu ümm-vəlid olaraq almışdır.”
46
Ümm-vəlidlik islamın gətirdiyi bir qanun idi. Zaman axışı içində köləliyi
ortadan qaldırmaq üçün islam ümm-vəlidlik anlayışını ortaya qoydu. Bu
qanuna görə, kölə qadından dünyaya gələn qız və ya oğlan artıq azad insan
sayılır və köləliyi öz anasından irs olaraq daşımırdı. Kişilərin kölə qadınları
fahişəliyə zorlamalarının böyük iqtisadi səbəbi var idi. Kölə fahişədən
dünyaya gələn çocuqlar satılırdılar. Ümm-vəlidlik isə kölə qadına kölə
olmayacaq çocuq sahibi olma haqqını tanıdı. Ayrıca kölə qadından dünyaya
gələn uşaq atasından irs də apara bilirdi. Bu qaydaya görə, bir çox kölə qadın
evladlarının gələcəyi ilə bağlı ümidləndilər. Onların çocuqları dövlətin ən
üst düzeyində vəzifə sahibi oldular.
47
Səfiyə mövzusuna dönəlim. Unutmayalım ki, o dönəmdəki kültürəl
inqilab zamanında peyqəmbərin bütün davranışları çox önəmli idi və yeni
islam toplumu üçün örnək oluşdururdu. Topluma yön verən və onu əski
törələrdən ayıran peyqəmbər idi. Peyqəmbər Səfiyənin başına hicab atıb
onun ata minməsinə yardım etdiyində hər kəs bildi ki, peyqəmbər onunla
evlənəcəkdır. Bir yəhudi əsiri öncə azad edib sonra onunla evlənən
peyqəmbər çoxlarını, özəlliklə Məhəmmədin bütün davranışlarını təqib edən
münafiqləri şaşırtdı. Zeynəbdən sonrakı evliliyi Səfiyə ilə gerçəkləşdi. Bu iki
evlilik arasındakı zamanda elə bir hadisə baş verdi ki, münafiqlər ondan
peyqəmbərə qarşı sui-istifadə etməyə başladılar. Hicrətin 6-cı ilində
münafiqlər Ayişəyə zina (xəyanət) böhtanı atdılar. Fəqihlər və alimlər bu
hadisəni böhtan adlandırmışlar. Səsli-küylü mövzular axtaran şərqşünaslar
isə bunu “boyunbağı macərası” adlandırmışlar.
Mövzu bundan ibarət idi: Bənimüstələq qəzəvəsində peyqəmbərin
yanında olan Ayişə çox xoşlandığı sədəf boyunbağını itirdi. Karvanın bir
neçə dəqiqədən sonra hərəkət edəcəyini öyrəndiyində sürətlə boyunbağını
44
İbni Sə´d, Təbəqat, II kitab, s. 117.
45
Təbəri, Tarix, III kitab, s. 180.
46
İbni Sə´d, Təbəqat, II kitab, s. 116.
47
ﻩﺮهﺎﻗ ،ﻩﺎﺒﻄﻠﻟ ﻪﻣﻮﻴﻘﻟا راد ،مﻼﺳﻻا ﯽﻓ ﺪﻟو ما مﺎﮑﺣا ،ﯼﺮﺒﻟا ﺪﻤﺣا
1964
.
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
3
ص ،
309
.
ج ،ﺢﻴﺤﺻ ،ﯼرﺎﺨﺑ
4
ص ،
174
.
ا
ج ،ﯽﻧﺎﻏﻻا ،ﯽﻧﺎﻬﻔﺻ
4
ص ،
157
.
135
axtarmağa başladı. Boyunbağını bulduğunda artıq karvan yola düşmüşdü.
Ayişənin kəcavəsini (kəcavə-dəvənin üstündə qadınların rahat oturmaları
üçün qurulan oturacaq) dəvənin üstünə qoyan qulluqçular da onun kəcavə
içində olub-olmadığının fərqinə varmamışlar. Çünkü Ayişə şişman deyildi,
incə bir qadın idi. Ayişənin kəcavənin içində olmadığı bəlli olduqdan sonra
peyqəmbər karvanın dayanmasına əmr verdi. Ayişəni gözləməyə başladılar.
Peyqəmbər yavaş-yavaş əndişələnməyə başlamışdı ki, Ayişənin uzaqdan
gəldiyi görüldü. Səffan adında gənc bir səhabi ilə bərabər gəlirdilər. Bu
hadisə münafiqlərin Ayişəyə böhtan atmalarına səbəb oldu. Mövzu o qədər
ciddiləşdi ki, peyqəmbər onu ümumi toplantıda müzakirəyə çıxarmağa
məcbur oldu. Peyqəmbər minbərə çıxıb müsəlmanlara xitab edərək dedi:
“Tanrı elçisinin ailə üzvlərindən kim cəsarət edib şübhələnmişdir?”
48
İslam
tarixində adətən bir siyasətçi öz qadınının paklığını savunmaq yerinə şər
atanları savunmuş və qadınını ölümlə cəzalandırmışdı. Çünkü iqtidarda
qalmaq ehtiraslarına günahsız qadınları qurban etmişlər. Lakin peyqəmbər
şər atanları məhkum edib Ayişəni savundu. Peyqəmbərin bu davranışı Us və
Xəzrəc qəbilələrini məcbur etdi ki, böhtan atdıqlarını boyunlarına alsınlar.
Bu qəbilələr şər atan üzvlərini cəzalandırmalı idi. Şər atanın adı Abdulla ibni
Əbi idi. Nəhayət, Tanrı da bu işə qarışdı və Ayişənin suçsuz olması ilə bağlı
17 ayə gəldi. Ayişənin suçsuzluğu və təmizliyi beləcə qəti olaraq
isbatlandıqdan sonra yeni islami qanuna görə, böhtan atanlara şallaq
vurdular.
49
Təməli yeni atılmış olan islam toplumundan qadının dışlanması üçün
bütün bu hadisələr şərait yaradırdı.
48
Tabari, Mohammed, Sceau des prophetes; p. 239.
49
Eyni qaynaq, s. 240.
136
|