Qadınlar və səfihlər
Qadınların irs haqqı ilə bağlı göndərilən ayələr səbəb oldu ki, Tanrı bu
mövzunu aydınlığa qovuşdurmaq üçün təkrar öz elçisi Məhəmmədə ayələr
göndərsin. Nisa surəsində irsin cüziyatını, müxtəlif şəraitləri və durumları
anladan ayələr var. Burada ana, qadın, qız və bir neçə qardaşı olan qızlar
haqqında irslə ilgili bilgi verilmişdir. Anlaşılmazlıq ortaya çıxmasın deyə,
hər kəsin irs payı haqqında geniş açıqlamalar verilmişdir:
“Əgər qadınınızın uşağı yoxdursa, öldüyünüzdə sizin var-dövlətinizin
yarısı qadının olur. Bir qadından evladınız varsa, var-dövlətinizin dörddə biri
qadının olur. Əgər bir kişinin və ya bir qadının evladı, ata-anası yoxdur,
31
Eyni qaynaq.
32
Eyni qaynaq, IX kitab, s. 255.
96
yalnız bacı-qardaşları vardırsa, onların hər birinə irsin altıda biri yetişir.”
33
Bu qədər açıqlamalara və öngörülərə baxmayaraq, kişi mərkəzli islam
anlayışı islamın bərabərlik və ədalət fəlsəfəsini daima ortadan qaldərmağa
çalışdı. Bu qism kişilər varlanmaq amacı ilə islamı qəbul etmişdilər. Ancaq
islam onların istəklərinin tərsinə olaraq cinsi və sinfi imtiyazları erkəklərin
əlindən almağa çalışmışdır. Kişilər də islamın yeni hökmlərini
neytrallaşdırmaq üçün “əl-süfəha” (səfihlər) kimi anlaşılmayan sözün bir
ayədə keçməsindən istifadə etdilər. Bu ayədə deyilir: “Tanrının sizə verdiyi
zənginlikləri irs olaraq səfihlərə (ağılsızlara) buraxmayın.” O zənginliyin
gəlirindən onlara yemək və geyim alın və onlarla xoş davranın”
34
Bu,
kişilərin səbirsizliklə bəklədiyi ayə idi: səfihlər irs məsələsində istisna təşkil
etdikləri üçün qadınları səfih (ağılsız) olaraq qəbul etdilər, bu qədər sadə. Bir
çox müsəlman, çocuqları və qadınları səfih kimi qəbul etdi. Bu üzdən də
onların isrdən məhrum qalmalarını savundular.
35
Şübhəsizi ki, bu növ
yanaşma cahillik dönəmi kültürünün islam dəyərləri ilə qarışmasından başqa
bir şey deyildir. Müsəlmanlar tərəfindən şüurlu şəkildə islam kültürünə
sızdırılan bu tərz yanaşma günümüzə qədər öz varlığını sürdürmüş,
qadınların insan kimi yaşamalarını, düşünmələrini əngəlləmişdir. Belə bir
sual ortaya çıxır: peyqəmbərin və səhabilərin zamanında həyata keçə
bilməyən qadın haqları məsələsi islamın ilk çağlarından uzaqlaşdıqca necə
öz həlli yolunu tapacaqdır? İslam dinini kişi mərkəzli anlayan müsəlmanlar
belə hesab edirdilər ki, qadınların səfih olması üzərinə israr etsələr, bütün
kişilər mutlu olacaq və peyqəmbər də irslə bağlı bu “anlamsız hökmünü”
geri çəkmək zorunda qalacaqdır. Mühafizəkar kişilər bu məsələyə görə
sevinirdilər. "Onlar belə hesab edirdilər ki, “səfihlər” kəlməsindən məqsəd
“qadınlar və çocuqlar”dır, səfihlərin səfihi də qadınlardır."
36
İndi neçə əsr sonra Quranın savunucusu olan Təbərinin bu mövzuyla
ilgili görüşlərini bilməkdə fayda var. O, bu məsələni diqqətlə araşdırır. Bu
ayə ilə bağlı bir çox açıqlamaları toplayan Təbəri xatırladır ki, “səfih” sözü
daha öncə digər ayələrdə də keçmişdir. O bütün bu açıqlamalara öz əsərində
yer vermişdir.
37
Ancaq əgər uzman olmayan bizlər bu mövzunu sadəcə
Quranda oxusaq doğru nəticə çıxara bilməyəcəyik. Çünkü “səfihlər”
deyildiyində bir yerdə əqli xəstələr, digər yerdə isə çocuqlar nəzərdə tutulur.
"Bə´zən də Quran, yəhudiləri və bütpərəstləri səfih olaraq adlandırır."
38
“Ümumiyətlə yaxşını pisdən seçə bilməyən, idrak və bəsirətdən yoxsun
33
Quran, 6-cı surə, 12-ci ayə.
34
Quran, 4-cü surə, 5-ci ayə.
35
Təbəri, Təfsir, VII kitab, s. 56.
36
Eyni qaynaq, s.562-563.
37
Eyni qaynaq I kitab, s. 293-295.
38
Eyni qaynaq, III kitab, s. 90 və 129.
97
olanlara səfih deyilir.”
39
Bu üzdən sözün tam gerçək anlamını bilmək bizim
özümüzə buraxılmışdır. Bu sözü iki cür açıqlamaq mümkündür: 1.
“Səfihlər” sözünün cinsiyətlə heç bir əlaqəsi yoxdur. Burada səfih, idrak və
uzaqgörənlikdən məhrum olaraq parasını boş yerə xərcləyən adamdır. 2.
Nadanlar və cahillər anlamında olan “səfihlər” öz davranışları ilə irs
haqlarını dəyərsizləşdirən qadınlara şamil olur.
Təbərinin bu sözlə olaraq dəqiq bir açıqlama yapmaq və gələcək
nəsillərə Quran mətnindəki bu sözün “gerçək” mənasını anlatmaq istəməsinə
baxmayaraq, bu ayə peyqəmbərin zamanında da tam olaraq aydınlığa
qovuşmamışdır. O zamanın da müsəlmanları bu ayəni birmənalı və açıqca
anlaya bilməmişdilər. Əsas problem isə fiqh kitablarının metodundadır.
Səthi izahlarla dolu olan bu mətnlər ifrat təcrübəçiliyi ehtiva edir və
uyumluluqdan, ahəngdarlıqdan yoxsundur. Din alimləri mətnləri incə bir
şəkildə oxucuya təqdim etməyə çalışmırlar. Tam tərəfsiz və gerçəkçi olmağa
çalışdıqları üçün müxtəlif əqidələrdən ensiklopedik bir əsər hazırlayır və
sonunda da öz fikirlərini artırırlar. Subyektivliyə qapılmamaq üçün bir
dəyərləndirmədə və toparlamada da bulunmurlar. Bu üzdən də oxucu
müxtəlif görüşlərlə rastlanır. Ancaq oxucu bu müxtəlif görüşləri sezə biləcək
metodu oxuma sürəsincə əldə edə bilmir. Təbəri başqalarının nəzərlərini
yazdıqdan sonra öz nəzərini də artırır. O, bütün bu verilərdən yola çıxaraq
cinsiyət məsələsi ilə bağlı (yəni bərabərlik əsası ilə ilgili) bir nəticəyə
varmaq istəmir:
Bizim fikrimizə görə “və Tanrının sizə tapşırdığı var-dövləti ağlı az
olanlara verməyin” ayəsində Tanrı “səfihlər” sözünü külli anlamda
işlətmişdir. Burada “səfihlər” sözü bəlli bir qrupa xitab etməz. Bu üzdən də
bu ayənin anlamı belədir ki, var-dövləti səfih birinə miras olaraq buraxmaq
doğru deyl. Bu səfih (ağlı az) müxtəlif yaşlarda həm qadın, həm də kişi ola
bilər. Səfihlər iqtisadi durumlarını kontrol edə bilməyən qadınlar və
kişilərdir. Onlar miras qalan sərmayəni bərbad edə bilərlər.
40
Təbərinin fikir
istiqaməti yoxdur. Təbəri bu mübahisə ilə məşğul olmaq üçün hansı
metoddan istifadə etmişdir? Təbəri mətnə bağlı və sadiq qalmaq üçün bu
dartışmada dilçilik məntiqindən faydalanmış və bu qavramın (səfih)
bütüncül olduğu üzərində durmuşdur: səfihlər düşüncə yetişkinliyi, sezgi
qabiliyəti və uzaqgörənliyi olmayanlardır. Təbəri davam edir: Qadınları
irsdən məhrum etmək “səfih” qavramına cinsiyət tanımaq anlamına gələr ki,
Quranda belə bir anlam söz qonusu olmamışdır: “Səfihlərin qadınlar
olduğuna inananlar ərəb dilini açıqca təhrif edirlər. Çoxluğu bildirən bu kimi
39
Eyni qaynaq, VI kitab, s. 57.
40
Eyni qaynaq, s. 565.
98
isimlər erkəkləri cəm (çoxluq) və ya yenə də qadın və kişini bir yerdə çoxluq
şəklində ifadə edər. Bu qavramın ifadə etdiyi çoxluqda cinsiyət bəlli
deyildir. “Süfəha”-səfihlər qavramı cəm şəklindədir. Lakin ərəb dilində
erkəklərin topluluğunu bildirən ismin cəm şəkli ilə dişilərin çoxluğunu
bildirən ismin cəm şəkli fərqlidir. Bəzi isimlərdə isə cinsiyət yoxdur və cəm
bağlanarkən həm erkək, həm də dişi nəzərdə tutulur. Cinsiyəti bəlli olmayan
isimlərdən biri də “səfih” sözüsür.” Təbəri bu mövzunun sonunda ərəbcədə
ismin çoxluq bildirən şəklinin müxtəlif növlərini izah edir. Əgər Tanrının bu
sözdəki məqsədi qadınlar olsaydı, o zaman bu ismin cəm şəklini müvənnəs
(dişi) variantında qullanmalı idi.
41
Çağımızda islam ölkələrinin qadın-kişi bərabərliyinə olan
laqeydliklərini dərinliyi ilə anlamamız üçün Mədinəyə dönməmiz gərəkəcək.
Mədinənin dar küçələrində ilk dəfə qadınların öz haqları ilə ilgili
mübahisələrə, kişilərlə dartışmalara girdikləri dönəmə geri dönməliyik.
Kişilərin islamı qəbul etmələrinə baxmayaraq, çağımızda olduğu kimi, islam
qadın-kişi bərabərliyi ilə ilgili öz sistemini ortaya qoyduğunda erkəklərin
etiraz səsləri yüksəlirdi.
Qadınlar və savaş qənimətləri
Ümm-Səlmənin müvəffəqiyəti və qadınların hüquqları,
özəlliklə irs məsələsi ilə ilgili ayələrin gəlişi bunalımlı(böhranlı) bir dönəm
oluşdurmuşdu. Daha sonra gələn ayələrdə qadın-kişi eşitliyinin rəngi azalır
və kişimərkəzliliyə təkid edilir. Ancaq kişimərkəzliliyə təkid edilərkən də
qadınların haqqını savunan daha öncəki ayələr ləğv edilmir. Quranda elə
mövzular var ki, onunla bağlı iki dəfə ayə gəlmiş və ikinci ayə birincinin
keçərliliyini ortadan qaldırmışdır. Daha sonra gələn ayələrdə kişimərkəzlilik
güclənsə də, ilk ayələrdəki qadın haqlarına aid olan ayələr ləğv edilməmişdir.
Bu məsələ daima Quranla bağlı ziddiyətli anlamalara səbəb olmuşdur.
Çağımızda da, özəlliklə siyasi çevrələr tərəfindən bu ziddiyətli anlamalar
davam etməkdədir. Əslində qadınların qələbəsi və sevinci çox qısa müddətli
oldu. Tanrı qadınların “Yardım et!” çağrılarına cavab verməz oldu.
Qadınların ictimai statuslarını gəlişdirəcək ayələr gəlməz oldu.
Qadınlara Tanrı qatından kişilərlə bərabər hüquqlu insanlar olaraq
xitab edildikdən sonra onlar da savaşa qatılmaq və savaşlarda əldə edilən
41
Eyni qaynaq, s. 567.
99
qənimətlərdən bərxurdar olmaq istədilər. Ayrıca, yataqda da kişilərlə özgür
seksual ilşkidən bərxurdar oldular. Kişi nə zaman istəsə, onu yatağa çağıra
bilməyəcəkdi. Seks məsələsində qadının da iradəsi və istəyi üzərində
durulurdu. Cinsi ilişkilərdə qadınların əşya olmaqdan çıxıb tərəf müqabil
kimi sayılması da ortaya çıxdı. O zamanın müsəlmanlarına görə, qadınlara
verilən bu azadlıq erkəkmərkəzli tarixi kökündən uçurmağa xidmət edirdi.
Erkəklər qadınların istəklərini həddindən artıq siyasi olaraq dəyərləndirdilər.
Qadınların bu istəklərinə qarşı seçkin bir rəhbərin öncülüyündə birləşdilər.
Bu seçkin rəhbər Ömər ibni Xəttab idi.
Ömərin bənzərsiz hərbi qabiliyəti var idi. Onun cəsarəti daima islam
ordusuna ruh verirdi. Peyqəmbər hesab edirdi ki, “Ömərin müsəlman olması
böyük bir qələbədir.”
42
Toplumda köklü dəyişikliklər yaratmaq üçün Ömər
hər zaman peyqəmbərin yanında olmuşdu. Ancaq qadın-kişi bərabərliyini
islam ortaya qoyduğu zaman artıq Ömər əvvəlki kimi peyqəmbərin yanında
olmağa həvəs göstərmədi. İslamın qadınlarla bağlı bütün əski gələnəkləri alt-
üst edəcəyini Ömər qəbul edə bilmirdi. Qadınların əllərində qılınc savaşa
qatılmaları və qənimətlərdən pay almaları Ömərə görə anlamsız bir hərəkət
idi. O, atalarının pərəstiş etdiyi Məkkə tanrılarını ortadan qaldırmağa hazır
idi, ancaq qadın-kişi bərabərliyini qəbul edə bilmirdi. Beləliklə, qadınlar
fatehcəsinə hərəkətə keçdilər. Bir gün aktiv qadınlardan biri yüksək səslə
dedi: “Qadın-kişi bərabərliyini savunan bu ayə yalnız irs məsələsinə aid
deyildir. Günah mövzusunu da içinə alır. Qiyamətdə kişilər öz günahlarının
iki qat artdığını gördüklərində şaşıracaqlar. Onların irslə bağlı payları iki qat
olduğu üçün, buraxın suçları da iki qat hesablansın.”
43
Oradakılar
həyəcanlandılar. Ancaq Tanrı bu dəfə erkəklərin tərəfini tutub,
erkəkmərkəzli din anlayışını üstün bildiyi üçün qadınlar şaşırdılar.
Qadınların iki istəyinə cavab verən “Nisa” surəsinin 32-ci ayəsi iki qismə
bölünür. Bu iki mövzunu çox diqqətlə bir-birindən ayırd etmək gərəkir:
qadınlar qadın-kişi bərabərliyini israrla istəyir və var-dövlətin bərabər
şəkildə paylaşmasını tələb edirdilər. Qadınlar belə hesab edirdilər ki,
kişilərlə eyni toplumsal statusa və hüquqa sahib olmaq üçün onlar da savaşa
qatılmalı və əldə edilən qənimətlərdən pay almalıdırlar. Tanrı açıqca onlara
cavab verir: Hər kəsin haqqı etdiyi işə görədir. Qadınlar savaşa qatılmaqdan
məhrum edildikləri üçün bərabər hüquqa sahib ola bilməzlər. “Tanrının
birini digərinə üstün saymasını yarqılamayın. Kişilərin yapdıqları işlərdə bir
fayda və qadınların yapdığı işlərdə isə başqa fayda var.”
44
Təbərinin
dediyinə görə, ayənin bu bölümü qadınların silah qullanma istəkləri ilə
42
Əsqəlani, Əl-isabət, IV kitab, s. 588.
43
Təbəri, Təfsir, VIII kitab, s. 266.
44
Quran, IV surə, 32-ci ayə.
100
bağlıdır. Bu ayədən sonra öz istəklərini daha da məntiqli irəli sürməyə
çalışan qadınlar savaşlara qatılma istəklərini bu şəkildə bəyan etdilər: hər
kəsin payı əldə etdiyinə görə nəzərdə tutulur. Kişilər isə ancaq savaş yolu ilə
zənginləşirlər. O zaman biz də zənginləşmək üçün kişilərin metodunu tərcih
etməliyik.
Qadınların savaşa qatılma israrlarını anlaya bilmək üçün savaş
alətlərinin və savaş qənimətlərinin Mədinənin iqtisadiyatındakı təsirini
dəyərləndirmək lazımdır. Ərəb dili sözlüyündə “qəzəvə” sözü “düşmənə
hücum və onun var-dövlətini ələ keçirmək” anlamındadır. Sözün izahında
artırılır ki, “savaşda yenilmək qənimət əldə etməmək” kimi anlaşılır. Əslində
“qəzəvə” savaş yolu ilə zənginləşmənin ən yayqın şəkli olmuşdur. Qəbilələr
arasında yayqın olan bu savaş növü məğlub qəbilənin zənginliklərini ələ
keçirmənin ərəb variantı idi. Ən çox da dəvə zənginlik aracı olaraq sayılırdır.
Bu savaşlarda adətən qan tökülməməsi üçün çalışardılar. Qan tökülməsi çox
təhlükəli olur və qətl edilən adamın qəbiləsi intiqam almağa and içərdilər.
Qarşı tərəfdən birini öldürərdilər, qarşı tərəf də onun qanını almağa and
içərdi. Və beləliklə qan davası zəncir kimi intiqam qonusunda nəsilləri bir-
birinə bağlayardı. Başqa tür qəzəvə də var idi ki, orada qarşı tərəflər bir-
birinə qəti şəkildə güzəştə getməzdilər. Məkkənin əsas gəlir qaynağı ticarət,
Mədinənin əsas gəlir qaynağı isə tarım idi. Bunların ötəsində bir başqa gəlir
qaynağı qənimət idi. Məhəmməd peyqəmbər də qəzəvələrə qatılırdı, lakin
onun hədəfi tamam başqa idi. Bir çox hallarda öz ordusunun qarşısını ala
bilmirdi və müsəlmanlar da daha öncədən yayqın olan qəzəvə qaydaları
əsasında yağmaçılıqla məşğul olurdular. Peyqəmbərin isə hədəfi daha böyük
idi. Zatən əgər belə böyük bir hədəf olmasaydı, O da qəzəvələrdə iştirak
etmiş və sonra da tarixdə adı qalmamış qəbilə başçıları kimi tarixin
unudulmuş savaşçılarına çevrilərdi. Savaş yolu ilə iqtisadi fəaliyətlərin əksik
və ziddiyətli yönlərini peyqəmbər çox yaxşı bilirdi. Qəzəvələrin qanunları
çox sərt idi. Yayqın gələnək üzrə qalib olan dəstə məğlublar qarşısında iki
qeyri-insani metoda əl atırdılar: 1. Bütün kişiləri qətl edib qadınları əsir
alırdılar. 2. Aristokrat kişiləri və qadınları yüksək fədiyə (əsiri azad
buraxmaq üçün alınan para) qarşısında azad buraxırdılar. Bu savaşlar
sürərkən müsəlmanlar belə bir sualla qarşılaşdılar: islamı qəbul edən
savaşçılarla necə davranmaq gərəkir? Əsirlərin islamı qəbul etməsi ilə
müsəlmanların miqdarı çoxalırdı, ancaq savaşlardakı əsas məqsədi qənimət
qazanmaq olan müsəlman savaşçıların əlləri boş qalır və para qazana
bilmirdilər. Çünkü onlar əsirləri satıb para qazanmaq fürsətini qaçırmış
olurdular.
Qadınlar ortaya atılmış yeni sorulardan öz mənfəətləri üçün
yararlanmağa çalışdılar. Onlar dedilər: “Cahillik dönəmində erkəklər
101
qadınları və çocuqları irsdən məhrum etmişdilər. Çünkü onlar savaşa
qatılmır, savaşda əldə edilən zənginliklərdən faydalana bilmirdilər.”
45
Hər
zaman olduğu kimi, Ümm-Səlmə aydın və dəqiq metodla qadınların əsas
istəklərini bu şəkildə bəyan etdi: “Ey Tanrı elçisi, erkəklər savaşa qatılırlar,
ancaq irs aparma haqqımız olsa da, bizim savaşa qatılma haqqımız yoxdur.”
Başqa bir rəvayətdə bu sual bu biçimdə sorulmuşdur: “Ey Tanrı elçisi, nədən
kişilər kimi bizim də savaşlara qatılma haqqımız yoxdur?”
46
Bu istək əslində
qəzəvənin gələnəksəl təməllərini uçururdu. Bu gələnəkdə qaliblərin məğlub
tərəfin kişilərini öldürmə haqları var idi. Aristokrat kişilər isə fədiyə
ödəyərək özgürlüklərini qazanırdılar. Qadınlar və çocuqlar isə əsir alınırdı.
Əsir qadınlar savaş qəniməti olan əşya kimi qaliblər tərəfindən satılırdı. Eyni
zamanda əsir qadınları öz çocuqlarının baxıcıları kimi saxlaya bilir, həm də
onlarla siğə şəklində seksual ilişkiyə də girə bilirdilər. Kölə qadınlar seksual
alət və qulluqçu kimi qullanılırdılar.”
47
Qadınlar bu istəklərini ortaya ataraq
həm savaşlarda əldə edilən qənimətlərdən faydalanıb zənginləşmək istəyir,
həm də aşağıdakı öykünün (hekayənin) anlatdığı kimi, fəlakətli
durumlarından qurtulmağı umurdular. Bu öykünü cahillik dövrünün
savaşçısı Əmro ibni Yəkrub ikinci xəlifə Ömərə anlatmışdır: Ey Ömər, sənə
bir macəranı anladacağam ki, bu günə qədər kimsəyə söyləməmişəm. Bir
gün biz Bənuzübeyd yağmacı qrupu olaraq Bənikənanə məntəqəsinə getdik.
Gecə dışarıda dolaşan bir dəstə ilə rastlandıq. Orada bir neçə at, yeməklə
dolu bir neçə xurcun, bir neçə dəri çadır, bir neçə də keçi var idi. Biz bütün
bunların hamısını yağmaladıq. Sonra digər çadırlardan bir az uzaqda
nisbətən böyük bir çadıra girdim. Çadırın içində xalçanın üstündə oturmuş
çox gözəl bir qadın gördüm. Bu gözəl qadın məni və atlılarımı gördüyündə
ağlamağa başladı. Niyə ağladığını sorduğumda dedi: “Ona görə ağlayıram ki,
əmim qızları bu müsibətdən qaçmışdılar, indi isə mən özüm eyni müsibəti
yaşamalı oldum.” Mən onun söylədiklərinə inandım və əmisi qızlarının
harda olduqlarını sordum. Qadın dedi: “O aşağıda, dərədədirlər.” Atlılarıma
dedim ki, siz məni burda bəkləyin dönəcəyəm. Atımı sürətlə sürüb dərənin
dibi görünən təpəyə vardım. Təpəyə çatdığımda aldandığımı anladım.
Təpədə uzun və qıvrım saçlı gənc bir kişi oturmuş ayaqqabılarını yamayırdı.
Qılıncı önündə, atı da bir kənarda idi. Məni gördüyündə ayaqqabısı ilə
məşğul olmaqdan əl çəkib qılıncını əlinə alıb atına mindi. Epik bir şeir
söyləyə-söyləyə atını mənə tərəf sürətlə çapmağa başladı.”
48
Bu gözəl
qadının əri ilə Əmrunun arasında savaş başlayır və Əmro məğlub olub qaçır.
45
Təbəri, Təfsir, IX kitab, s. 256.
46
Eyni qaynaq, VIII kitab, s. 261.
47
Maurice Lombard, L`islam dans sa premiere grandeur, lammarion, Paris. 1971, PP. 212ff.
48
Mas´udi, Les prairies d´or, p. 612.
102
Ancaq daha sonrakı hücumlarında bir çox qənimətlə birlikdə bu qadını da
qaçırmağı başarır. Bu gənc adam hadisədən xəbərdar olduğunda bir lüt ata
minib, bir əl ağacı ilə onları təqib edir. O bir daha Əmronu yenib qadınını
geri almağı başarır.
49
Beləliklə, Rabia adlanan bu gənc adam bir daha öz
qadınını və yağmalanmış sərvətini öz qəbiləsinə qaytarır.
50
O zaman
savunucusu olmayan gözəl qadının başına nələrin gəldiyini bu öyküdən
anlamış oluruq. Ancaq hər kəs bu qadının əri kimi qəhrəman deyildi. Adi
kişilərlə evlənmiş olan qadınlar belə durumlarda əsir alınır, kölə olaraq
satılırdılar.
Yoxsulluq və ibtidai iqtisadi münasibətlər ortamında yaşayan ərəblər
ipək paltar gördüklərində heyrətdən gözləri kəlləyə çıxırdı. Bir müsəlman
peyqəmbərdən soruşdu: “Əynimizdəki paltarla namaz qılmalıyıq, yoxsa
namaz qılarkən başqa paltar geyməliyik?” Peyqəmbər dedi: “Hər kəsin
ikinci paltarının olduğunumu sanırsan?”
51
Ərəblər işğal etdikləri xristian
yurdlarında onların bəzəkli paltarları qarşısında şaşıb qalırdılar. “Ərəblər
heyrətlə onlara baxırdılar. Çünkü ömürlərində belə bəzəkli paltar
görməmişdilər.”
52
Heç bir zaman əldə edə bilməyəcəkləri zənginlikləri savaş
yolu ilə qazandıqları üçün islamın cəhad əmrinə daha çox ehtiyac duyurdular.
Dış dünyada yaşayan millətlərin zənginliklərini əldə etmə ehtirası ərəblərin
daha sıx şəkildə islama sarılmasını sağlayırdı. Lakin onların bir çoxunun heç
yazıb-oxuması da yox idi. Hətta Qurandan bir ayəni belə doğru-dürüst əzbər
bilmirdilər. Onlara lazım olan zənginlik idi. Ac ərəblər ən qısa yolla və ən
qısa zamanda müsəlman olmayanların var-dövlətini ələ keçirməklə
zənginləşirdilər. Hələ də islamın missionunun nə olduğunu anlamayan
zənginləşmiş saysız ərəb peyda olmuşdu. İslamın savaş yolu ilə başqalarının
sərvətini əldə etmə əmri ərəbləri qısa bir zamanda birləşdirə bildi. Bir çox
düşmən qəbilələr daha uzaq hədəflərdəki zənginlikləri ələ keçirmək üçün
birləşdilər. Bu üzdən də ərəb milləti və ərəb kimliyinin biçimlənməsində
islamın savaş yolu ilə zənginləşmə metodu çox etkili oldu. Vəziyət elə
olmuşdu ki, bir çox müsəlmanlaşmış ərəbin zənginlikləri Ərəbistanın 10 illik
büdcəsinə bərabər olmuşdu. Bu üzdən də belə müsəlmanların iqtisadi
mənafeyi qadınların bərabərlik istəyini zorlayırdı. Toplumun öz həyatını,
özəlliklə iqtisadi planda sürdürə bilməsi üçün bir çox qadınlar öz
dirənişlərindən vaz keçdilər. Ancaq peyqəmbərin qadını Ümm-Səlmə öz
dirənişinə davam edən bircə qadın idi. O, “Tanrı yolunda fədakarlıq” və
peyqəmbərin amaclarını gerçəkləşdirmə adı altında qadınların da savaşa
49
Eyni qaynaq, s. 614.
50
Eyni qaynaq.
51
Təbəri, Muhammed, Sceaudes prophetes, p. 309.
52
Eyni qaynaq.
103
qatılma haqlarını savunurdu. Qadınların bir çoxu dedi: “Yazıqlar olsun ki,
biz kişi yaranmamışıq. Kişi olsaydıq, biz də savaşa qatılıb zəngin olardıq.”
53
Peyqəmbər mümkün və qeyri-mümkün, təhlükə və uğurlar arasında incə bir
tarazlıq bərqərar edən şəxs idi. Ayrıca, o, tərəfdarlarına yaxşı və varlı
yaşayış müjdələyirdi. Tanrı da Məhəmməd kimi bilirdi ki, dünya nemətləri
önəmsiz maraqlar deyildir. İslamın müjdələdiyi zənginlik, ancaq savaş yolu
ilə mümkün idi. Qısa müddətdə müsəlmanların zənginləşməsini sağlayacaq
başqa iqtisadi yol yox idi. Bircə yol ancaq, başqaların əlində olanları zorla
almaq idi. İlk müsəlmanların əsas amacı yağmalama idi. Yağmalama onları
çox qısa müddətdə zəngin insanlara çevirirdi. İslamın müsəlman
olmayanların mallarını halal sayması qarət və yağmalama arzusu ilə
müsəlmanlaşanların sayını get-gedə artırırdı. Bu hadisə islamın sürətlə
yayqınlaşmasına səbəb olurdu. Islamın dərinliyindən xəbəri olmayan ac ərəb
qəbilələri üçün var-dövlət qazanma fürsəti ələ keçmişdi. Bir çox yazıb-
oxuması olmayan ərəb qəbilələri üçün islam, sadəcə şəhadət kəlməsindən və
bir də ki, namazdakı ayələrdən ibarət idi. Bunlar da cümə namazları kimi
ümumi toplantılarda əzbərlənmişdi. Məğlubiyətlərini hiss edən ölkələr və
qəbilələr də əllərindəkilərini qapdırmamaq üçün yenə də islamı qəbul etmək
zorunda qalırdılar. Ən qısa zamanda zənginləşmənin bircə yolu var idi:
müsəlman olmayanların var-dövlətini ələ keçirmək. Çünkü müsəlmanların
heç bir iqtisadi, ticari təcrübələri yox idi. Ayrıca, islama ilk iman gətirənlərin
tam əksəriyəti yoxsullar idi. Bu yoxsullar daha sonra qənimətlər və
yağmalama yolu ilə ən zəngin insanlara dönüşəcəkdilər. Bu yoxsullar
zənginləşmək üçün savaşa hazır idilər. Çünkü onların itirəcəkləri heç bir şey
yox idi. Ölsəydilər, bədbəxt həyatdan qurtulur, qalsaydılar məğlubların malı
hesabına zənginləşirdilər. Onlar yalnız qazanırdılar. Cəhad adı ilə başladılan
savaşlar heç bir ticari və istehsal təcrübələri olmayan müsəlmanların
varlanmaları üçün böyük ümidlər və´d edirdi. Həm bu dünyada
zənginləşirdilər həm də o dünyada islam savaşçıları olaraq cənnətlə
müjdələnirdilər. Yəni qumsal çöllərin aqressiv ərəbləri üçün tam keçərli olan
savaş və yağmalama sistemi islam tərəfindən ortaya qoyulmuşdu. Bu
ümidlər tədricən gerçəkləşdikcə müsəlmanların savaş və yağmalama
duyğuları inkişaf edir, qabarırdı. Müsəlman olmayan zənginləri öldürüb
onların var-dövlətinə sahib çıxma ehtirası get-gedə artırdı. Tarixin heç bir
dönəmində savaş duyğuları ərəblər içində VII əsrdə olduğu kimi
dalğalanmamışdı. Bu üzdən də bir çox səhabilər öldüklərində onların
yüzlərcə kölələri, kəndləri, bağları, uzaq diyarlarda tarlaları qalmışdı. “Tanrı
53
Təbəri, Təfsir, s. 261.
104
sizlərə qovuşacağınız bolluca savaş qənimətləri vəd etmişdir ki, buna çox
erkən qovuşdunuz.”
54
Savaşlar yolu ilə varlanmaq və cənnətdə yaşamaq arzuları
müsəlmanların, hətta qətl törədərək inanclarını yaymağa məşruiyət
qazandırırdı. Peyqəmbər hərbi rəhbər kimi yalnız barmaqsayı tərəfdarlarının
savaş qənimətlərindən imtina etdiklərini anladı. 8-ci hicrət ilində baş verən
Taif hadisəsi müsəlmanların zənginlik düşgünü olduqlarını ifşa etdi. Savaş
gedərkən məğlubların düşdüyü ağır vəziyət peyqəmbəri narahat edirdi.
Peyqəmbər məğlubların mallarını ələ keçirmə və əsir alma qaydalarını
yüngülləşdirmək istəyirdi. Ancaq müsəlmanlar peyqəmbərə qarşı üsyan
etdilər. Eləcə də “Hənin” savaşında biri şəxsi duyğusallıq, digəri məzhəbsəl
olmaq üzrə iki hadisə peyqəmbəri narahat etdi və əldə edilən savaş
qənimətlərini paylamaqdan imtina etməsinə səbəb oldu. “Hənin” savaşı
Məkkənin müsəlmanlar tərəfindən ələ keçirilməsindən sonra VII hicrət
ilində baş vermişdi. İslama qarşı dirənən qəbilələr üçün Məkkənin düşüşü
(süqutu) təhlükə siqnalı çalmışdı. Çünkü Məkkəni ələ keçirən müsəlmanların
gec-tez Taifə də həmlə edəcəkləri bəlli idi. Taifi ələ keçirmədən Məkkəyə
sahib olmaq mümkün deyildi. Məkkə ilə Taifin arası üç günlük piyada yol
idi. Bir neçə kənddən ibarət olan Taif Məkkə ilə Yəmənin arasında yerləşirdi.
Taifdə bolluca meyvə bağları, əkin yerləri və üzüm tarlaları var idi. Ayrıca,
yetərincə də su mövcud idi. Məkkə sakinləri iqtisadi cəhətdən daima Taiflə
irtibatda olmaq zorunda idilər. Çünkü Məkkədə nə bir bitki, nə bir tarla, nə
bir ağac, nə də meyvə var idi. Məkkənin meyvələrini Taif təmin edirdi.
Məkkə əhalisinin Taifdə bağları, xurma tarlaları var idi. Üç ay yay fəsli
boyunca yoxsullardan başqa kimsə Məkkədə qalmaz, Taifə gedərdi.
55
Şübhəsiz ki, Məkkənin nəzarətini ələ keçirən müsəlmanlar Taifi də almağa
meylli idilər. Səqif qəbiləsinin başçısı Malik ibni Ovf Taif əhalisini
müsəlmanlara qarşı dirənmək üçün təşkilatlandırdı. O, Havzən qəbiləsindən
başqa bütün qəbilələrdən əsgər yığa bildi. Havzən qəbiləsinin rəhbəri Sə´d
ibni Bəkr idi. Peyqəmbərin çocuqluğu bu qəbiləyə tapşırılmışdı. Bu qəbilə
yetim Məhəmmədə sahib çıxmışdi. O zaman şəhərlər arasında belə bir
gələnək mövcud idi ki, çocuqlarını şəhərdən kənarda daha sağlıqlı mühitdə
bir baxıcıya tapşırırdılar. Bu qəbilə Malik ibni Ovfa yardım etmədi. Onlar
dedilər: “Məhəmmədin çocuqluğu bizim qəbilədə keçmişdir. Biz böyütdük.
İndi ona qarşı savaşa bilmərik.” Lakin Malik onlara çox basqı yapdı və
sonunda bir dəstə də bu qəbilədən savaşçı ala bildi.
56
Malik ibni Ovf 30000
savaşçı ilə Taifi tərk edib Məkkədən iki günlük məsafəsi olan Hənin çölündə
54
Quran, 48-ci surə, 30-cu ayə.
55
Təbəri, Muhammed, Sceaudes prophetes, p. 97.
56
Eyni qaynaq.
105
pusquda durdu. Onun savaşçıları son nəfəslərinə qədər Məhəmmədlə
savaşsın deyə, əmr verdi ki, bütün əsgərlər ailələrini və mal-davarlarını
özləri ilə Həninə, savaş bölgəsinə gətirsinlər.
57
Peyqəmbər Hənin çölündə
düşmənin pusquda olduğu xəbərini aldı. 2000 nəfəri məkkəlilərdən ibarət
olmaq üzrə Həninə 12000 savaşçı göndərdi. Məkkənin idari işlərini
səhabilərdən birinə tapşırıb özü də savaş meydanına yollandı. Çox çətin bir
savaş başladı. Bu savaşda az qala peyqəmbər öldürüləcəkdi. Düşmən
əsgərlərinin daha çox olmasına baxmayaraq, müsəlmanlar qalib gəldilər.
Malik Taifə tərəf geri çəkildi, çünkü ətrafı qalalarla sarılmış olan şəhəri daha
rahat müdafiə edəcəyini düşünürdü. Onunla bir yerdə savaşan bir neçə qəbilə
savaşçıları ailələrini və mallarını buraxıb qaçdılar. Peyqəmbər o zamanın
gələnəyi üzrə əmr verdi: “Fərar edən düşmən adamlarını üç gün müddətincə
təqib edin və hər kəsə çatsanız öldürün. Üç günlük məsafədən sonra işiniz
olmasın.”
58 *
Bir çox qənimət müsəlmanların əlinə keçdi. Düşmən ailələri və
mal-davarları, dəvələri müsəlmanların qəniməti oldu. “İslam ordusu
düşmənin bütün mal və əşyalarını topladı. Bir çox dəvə, 6000 qadın və xeyli
əsir əsgər ələ keçirilmişdi.”
59
Əsir qadınlardan biri Həlimənin bacılığı Əsma
adında bir qadın idi. Həlimə peyqəmbərin dayəsi olmuş, ona süd vermişdi.
“Peyqəmbər onu tanıdı və gözlərindən yaş axmağa başladı. Məhəmməd
peyqəmbər əynindəki əbasını çıxarıb yerə sərdi və Əsmanın əlindən tutub
Əbanın üstündə oturtdu. Bir gün sonra ondan soruşdu: “Bizimlə qalmaq,
yoxsa öz qəbilənə dönmək mi istərsən?”
60
Əsma qəbiləsinə dönməyi tərcih
etdi. Peyqəmbər onu yola salarkən, "qənimətlərdən bir dəvə, bir qoyun verdi.
Bir qadınla bir kişi olmaq üzrə iki də kölə hədiyə etdi.”
61
Peyqəmbərin bu
şəkildə davranışını müsəlman savaşçılar böyük xəta hesab etdilər. Əsma da
savaş qəniməti sayılırdı. Bu üzdən müsəlman savaşçılar hesab edirdilər ki,
peyqəmbər savaş qənimətinin bir parçası olan Əsmanı yalnız bağışlamamış,
həm də ona savaş qənimətindən hədiyələr də vermişdi. Müsəlman əsgərlərə
görə, savaşda mərhəmətin bir anlamı yoxdur. Ancaq daha ciddi bir xəta hələ
qarşıda idi. Düşmən ordusunun rəhbəri olan Malik xəbər göndərdi ki,
tərəfdarları ilə bir yerdə müsəlman olmaq istəyir. Bu, o anlamda idi ki,
Malik müsəlman olduqdan sonra bütün mal-davarlarını və qadınlarını,
dəvələrini geri ala bilər. Malikin bu mesajı müsəlmanları rahatsız etməyə
başlamışdı. Onlar Malikin müsəlman olmasını istəmirdilər. Çünkü
57
İbni Hişam, Səyərə, IV kitab, s. 80-141.
58
Təbəri, Muhammed, Sceaudes prophetes, p.296.
*
Çingiz xanın düzənlədiyi yasada da belə bir qanun var idi. Lakin Çingiz yasasına görə qaçanı vurmaq suç
sayılırdı. Qaçan əsgəri vuran moğul edam edilirdi.(G.G)
59
Eyni qaynaq.
60
Eyni qaynaq.
61
Eyni qaynaq.
106
mənafeləri təhlükəyə girir, savaş qənimətlərindən məhrum olurdular.
Malikin verdiyi qərar şəraiti tamamı ilə dəyişdirdi. Artıq nə peyqəmbər, nə
də müsəlmanlar əldə edilən savaş qənimətlərindən faydalana
bilməyəcəkdilər. “Peyqəmbər bütün əsirləri və mal-davarları bir yerə topladı.
Özü Məkkəyə getməyə hazırlaşdığı üçün mal-davarın və 10000 əsirin
məsuliyətini Məsud ibni Əmroya tapşırdı.”
62
Ancaq savaş qanunlarına görə,
peyqəmbər ordu ilə məsələhətləşmədən qərar verə bilməzdi. Bu üzdən
Bənisə´d qəbiləsinə təklif etdi ki, bu məsələ cümə namazında dartışılsın.
Müsəlmanlar üçün bu, həyati bir aşama idi. Qənimətlər, yoxsa Tanrı
seçənəyi ilə qarşı-qarşıya qalmışdılar. Müsəlmanlar üçün bunlardan hansı
önəmli idi? Tanrı, yoxsa var-dövlət? “Bir gün sonra cümə namazı
peyqəmbərin imamlığı ilə başladı. Peyqəmbər cümə namazından çıxdığında
Havazən, Səqif və Bənisəd qəbilələri onun ayağına qapanıb əfv dilədilər. Bu
qəbilələrin təmsilçiləri qadınlarını, var-dövlətlərini geri almaq üçün
peyqəmbərə yalvardılar.”
63
Mövzuyla bağlı cümə namazında qərar
veriləcəyini bildirən peyqəmbər dedi: “Bu əsirlər və qənimətlər sadəcə mənə
aid deyil, bütün savaşçı müsəlmanlara aiddir.”
64
Və artırdı: “ mən öz payımı
bağışlamağa hazıram. “Ancaq qalanları ilə bağlı islam ordusunun üzvləri
qərar verməlidir.”
65
Camidə həyəcanlı bir mübahisə başladı. Sadəcə
heyvanlar deyil, dəyəri bir neçə dəvəyə bərabər olan qadınlar, çocuqlar və
əsir əsgərlər də geri verilməli idi. Qənimətləri geri vermək istəməyən
müsəlmanlara xitabən peyqəmbər dedi: “Siz öz haqqınızı saxlaya bilərsiniz.
Ancaq hər kəs öz haqqından keçsə, məndən altı qoyun ala bilər.”
66
630-cu
ildə cəhad fəlsəfəsi savaşda qazanılan zənginlik üçün alver vasitəsinə
dönüşmüşdü. Belə bir durumda peyqəmbər öz missionunun gələcəyini
qurtarmaq zorunda idi. Peyqəmbərin missionu sadəcə savaşda qənimət əldə
etməkdən ibarət deyildi. Bu dartışmalarda Məhəmmədin peyqəmbərlik
missionu təhlükəyə girmişdi. Peyqəmbər öz savaşçılarına necə anladacaqdı
ki, savaşlarda yaxalanan əsirlərlə heyvanlar (dəvə, at, eşşək, qoyun, keçi)
arasında fərq var. Qəzəvə qanununa görə, əsirlə heyvan arasında fərq yoxdur.
Peyqəmbər bu törəni dəyişdirməyə hələ müvəffəq ola bilməmişdi. Bir
tərəfdən, yeni müsəlman olmuş, digər tərəfdən, əski həyat tərzindən və
fəlsəfəsindən hələ ayrıla bilməmiş müsəlmanların bu qədər qənimət
qarşısında nəfsləri baş qaldırmış, hətta peyqəmbərə qarşı da sərt şəkildə çıxa
62
Eyni qaynaq.
63
Eyni qaynaq, s.299.
64
Eyni qaynaq, s. 300.
65
Eyni qaynaq.
66
Eyni qaynaq.
107
bilirdilər. Ən önəmli mövzu bu idi: islamı qəbul edən bir əsiri mömin olaraq
qəbul etmək olar, yoxsa yox?
Toplantı bir sonuca varmadan sona çatdı. Peyqəmbər bu prosesdə
psikoloji bir yöntəmdən faydalandı. Məğlub tərəfləri camiyə dəvət edib
müsəlmanlarla ünsiyət qurmalarını, müsəlman olduqlarını isbatlamalarını
istədi. Ancaq caminin dışında müsəlman əsgərlər peyqəmbərə qızqın idilər
və dərhal qənimətlərin paylanmasını tələb edirdilər. “Savaşçı müsəlmanlar
peyqəmbərə yaxınlaşıb dərhal qənimətlərin ordaca bölüşdürülməsini
istədilər. Peyqəmbər onlara qənimətlərin bölüşdürüləcəyinə söz verdi.
Müsəlmanlar isə peyqəmbəri itələyib dedilər: “Əgər qənimətləri paylamasan,
burdan getmənə izin verməyəcəyik. Müsəlmanlar peyqəmbərin əbasını
dartıb üstünə bağırdılar. Çox çirkin bir səhnə ortaya çıxmışdı.”
67
“Peyqəmbər öz payı istisna olmaqla bütün qənimətləri əski törələr əsasında
paylamaq zorunda qaldı.”
68
Anlaşıldığı kimi, bir çox islam mücahidləri
mömin olaraq öz vəzifələrinin, missionlarının fərqində olmamış, yalnız
zənginləşmək amacı ilə savaşdıqları üçün əsir qadınları zənginləşmənin aracı
olaraq görürdülər. Onlar üçün insan və qadın haqlarının anlamı yox idi.
Anlamlı olan necə olursa-olsun varlanmaq idi. Bu amac üçün də islam
onlara çox uyqun ideoloji şərait yaratmışdı. Bu səbəbdən peyqəmbərin
bayraqdarlığını etdiyini toplumsal bərabərlik çıxmaza girmişdi. Müsəlmanlar,
Tanrı, yoxsa zənginlik seçənəkləri qarşısında Tanrını buraxıb, zənginliyi
tərcih etdilər. Burada hadisələrin ardıcıllığını unutmamalıyıq. Hənin savaşı
başlarkən, islam öz qələbələrinin zirvəsində idi. Qadınlar savaş və
qənimətlər məsələsini daha öncə irəli sürmüşdülər. Hərbi şəraiti nəzərə
almazsaq, peyqəmbərin qadınlara qarşı davranışnı anlaya bilməyəcəyik.
Hənin savaşında fateh olan peyqəmbərin öz ordusunun istəyi ilə
hesablaşmaq zorunda qaldığına şahid olduq. Ordu üzvləri qənimətlərlə bağlı
peyqəmbərə sərbəst davranmağa izin vermirdilərsə, onda o, necə peyqəmbər
imiş? İqtisadi bazasını savaşın təşkil etdiyi bir şəhərdə peyqəmbərin manevr
yapması mümkün deyildi. Gəlir qaynaqları yalnız savaşlarda qazanılan
qənimət olan müsəlmanlar üçün peyqəmbərin Tanrısal missionu anlaşılmaz
idi.
69
Ictimai bərabərliyi tətbiq etmək böyük problemlər doğurmağa
başlamışdı. Qadınlara cənnət haqqı tanımaq da problem yaradırdı. Çünkü
yalnız Tanrı yolunda cəhad edib savaşanlar cənnətlə müjdələnirdi. Bunun
üçün isə erkəklərin savaşçılıqları gərəkirdi. Erkəklərin Tanrıya ehtiyacları
var idisə, eyni şəkildə Tanrının da erkəklərə ehtiyacı var idi.
67
Eyni qaynaq, s. 301.
68
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
4
ص ،
130
69
William Montgomery Watt, Muhammad at Medina, Oxford university press, Oxford 1956.
108
Peyqəmbərin dühası və Tanrının böyüklüyü bu sualla qarşı-qarşıya
idi: cinsi bərabərlik önəmlidir, yoxsa islamın davamı? Çünkü cinsi
bərabərlik müsəlmanlar tərəfindən anlaşılmırdı. 15 əsr keçdikdən sonra hələ
də cinsi məsələyə VII əsrin meyarları ilə yanaşırlar. Tarixçilərin yazdıqlarına
görə, Məhəmmədin zamanında Ərəbistan yarımadasında saxta peyqəmbər
ortaya çıxdı. “Yəməndə Ənsa və Yəmamədə Müslimə onların ən məşhurları
idi. Müslimə çox cazibəli və yaraşıqlı idi və çox estetik və şairanə
danışırdı.”
70
Müslimə özünü Məhəmmədin rəqibi sanırdı. Məhəmmədə
əməkdaşlıq təklifi etmişdi. O, günlərin birində Yəmamədə bir qrup insan
önündə dedi: “Mən də Məhəmməd kimi peyqəmbərəm. Yer kürəsinin yarısı
mənə, digər yarısı isə Məhəmmədə aiddir.”
71
O, daha çox milli duyğuları öz
müxatiblərində oyatmağa çalışırdı: “Siz mənim kimi bir peyqəmbər bula
bilməyəcəksiniz. Niyə yabancı bir peyqəmbərə tapınırsınız?”
72
Qadınlar da öz peyqəmbərliklərini duyururdular. Onlardan biri Haris
ibni Süveydin qızı Səccah idi. Ərəb şairlər onunla bağlı olaraq deyirdilər:
“Qadın soyundandır peyqəmbərimiz
Erkək peyqəmbərə tapındınız siz.”
73 *
Ancaq Səccah peyqəmbərə yaraşmayan ölçüsüz işlər gördü. O, öz
hissini cilovlaya bilməyib Müsliməyə aşıq oldu. Bu ilişki evliliyə qədər
sürdü:
Peyqəmbərliyinin başlanqıcında Səccah hiyləgər Müslimənin
peyqəmbərlik iddiasını rədd etdi. Ancaq daha sonra onun peyqəmbərliyini
qəbul etdi. Bu qadın peyqəmbərlik iddiası etmədən öncə qeybdən xəbərlər
verirdi. "Bir gün o, Müslimənin yanına gedib onunla evləndi.”
74
İslam açısından saxta peyqəmbərlər olaraq tanınan bütün bu
peyqəmbərlər məğlub oldular. Çünkü Tanrı və insan arasındakı hərəkət və
ünsiyət sənətinə sahib deyildilər. Bu saxta peyqəmbərlərin təlimatlarının tam
tərsinə olaraq Məhəmmədin peyqəmbərlik məktəbi insanları sonsuzluğa və
toplumu ülküçülüyə doğru yönləndirirdi. İslamda, ancaq cinsi məsələ həll
olunmamış qalmışdı.
70
Təbəri, Muhammed, Sceaudes prophetes, p. 320.
71
Eyni qaynaq.
72
Eyni qaynaq, p. 321.
73
Masudi, les prairies d´or, vol, 3. p. 321.
*
Şeirsəl tərcümə tərcüməçiyə aiddir.
74
Təbəri, Muhammed, Sceaudes prophetes, p. 321.
109
|