MƏHƏMMƏD FÜZULİ
BİBLİOQRAFİYA
AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
MƏHƏMMƏD FÜZULİ
BİBLİOQRAFİYA
Bakı – Nurlan – 2011
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 20 yanvar 2011-ji il tarixli 5 №-li ijlasının qərarı ilə nəşr edilir.
Tərtib edəni: Aydın XƏLİLOV,
tarix üzrə fəlsəfə doktoru
Redaktoru: Arif RAMAZANOV
Kompüter ijraçısı: Nuranə SALMANOVA
Məhəmməd Füzuli. Biblioqrafiya. Bakı: Nurlan, 2011, 392 s.
Məhəmməd Füzulinin əsərləri haqqında
Azərbayjanın böyük söz ustadı Məhəmməd Füzuli dünya ədəbiyyatının dühalarından biridir. O, fars dilində yazdığı qitələrinin birində:
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda bir zövq artıran hər dürlü nemət düzmüşəm.
Süfrəmə hər bir qonaq gəlsə, xəjalət çəkmərəm,
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əjəm,
Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm, -
deməklə bir növ yaradıjılığı haqqında iftixar hissilə söhbət açır. Onun yaradıjılığında türkjə, farsja və ərəbjə divanları xüsusi yer tutur. Şair fars divanının qələmə alınması haqqında əsərin dibaçəsində yazır: «Bir gün bir məktəbə yolum düşdü. Orada fars nəsilli, pəri üzlü bir sərv qamətli gördüm… Mənim yaxınlaşdığımı görünjə şeirlərimdən bir neçə beyt oxumağımı istədi. Mən də ərəbjə və türkjə şeirlərimdən bir neçə beyt oxudum. Qəsidə və müəmmalarımdan da bəzi gözəl beytləri bunlara əlavə etdim. Dedi ki: bunlar mənim dilimdə yazılmayıbdır, mənim karıma gəlməz. Mənə farsja jiyər yandıran aşiqanə qəzəllər oxumalısan… Bu söz məni utandırdı. Könlümə bir atəş düşdü… Bir neçə gejə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim…» (Məhəmməd Füzuli. Əsərləri. 5 jilddə, III jild. Bakı, 1958, s. 22-23).
Onun divanları ilə yanaşı, digər əsərləri də şairə şöhrət qazandırmışdır. Bağdad valisi Üveys paşaya ithaf etdiyi «Leyli və Məjnun» dastanı, Şah İsmayıla ithaf etdiyi və ijtimai-siyasi mövzuda yazılmış «Bəngü Badə», musiqi alətlərinin dili ilə dünya və yaradılış haqqındakı fikirləri aşılayan «Yeddi jam» («Saqinamə»), lovğalığın tənqidinə həsr edilmiş «Söhbətül-əsmar» («Meyvələrin söhbəti») adlı alleqorik poemaları, fars alim və yazıçısı Hüseyn Vaiz Kaşifinin «Rövzətüş-şühəda» əsərinə nəzirə olaraq yazdığı «Hədiqətüs-süəda», tibbə və təbiətə aid fikir və mülahizələrdən söhbət açan «Səhhət və Mərəz», ata ilə oğulun dünya görüşləri və onların ziddiyyətlərindən, elmin, sənətin və mütaliənin əhəmiyyətindən bəhs edən «Rindü Zahid», «Mətləül-etiqad» fəlsəfi traktatı və məktubları kimi nəsr əsərləri, müəmma canrının nəzəri məsələlərindən bəhs edən «Müəmmiyati-farsi», böyük Azərbayjan şairi Xaqaninin «Qəsideyi-şiniyyə»sinə nəzirə olan 138 beytlik «Ənisül qəlb» əsəri, Ə.Jamidən dilimizə tərjümə etdiyi «Hədisi ərbəin» və başqa əsərlərinin əlyazma nüsxələri Bakı ilə yanaşı, Paris, London, Roma, Nyu-York, Upsala, Berlin, Tehran, Təbriz, İstanbul, Ankara, Qahirə, Tiflis, Daşkənd, Düşənbə, Sankt-Peterburq və başqa şəhərlərdə fəaliyyət göstərən kitabxana, muzey və institutların kitab xəzinələrinin bəzəyidir. Dahi şairin zəngin söz sərvəti onu əbədiyyətə qovuşdurmuş və özündən sonra gələn söz ustadları, təskirəçi alim və pedaqoqlar ona mürajiət edib ondan bəhrələnmişlər. Füzuli əsərlərinin yayılmasında orta əsr təzkirəçilərinin xüsusi yeri var. Lətifi, Sam mirzə, Əhdi Bağdadi, Aşıq Çələbi, Həsən Çələbi, Ali, Sadiq bəy Əfşar, Riyazi, Faizi, M.Nəsrabadi, Lütfəli bəy Azər və başqa təzkirəçilər Füzuli əsərlərindən nümunələr vermiş və haqqında fikirlər söyləmişlər. Lətifi «tərzində mübtədi və təriqində müxtəri», Sam mirzə «mövlana Füzuli», Ali «nəzmdə və nəsrdə qüdrət və fəzilət sahibi», Əhdi Bağdadi «bilik və mərifətdə kamil, hünər fənlərində fazil, şux təb, şirin söhbət, … yeni mənada, məzmunda misilsizdir», - deyərək, Füzuli istedadından söz açmışlar. Belə zəngin ədəbi irsi, sözsüz ki, anjaq orta əsr təzkirələri vasitəsilə geniş yaymaq mümkün olmazdı. Ona görə də Füzuli ədəbi irsini tədqiq edib öyrənməklə yanaşı, əsərlərinin mükəmməl nəşrini hazırlamaq füzulişünasları həmişə düşündürmüşdür. Tədqiqatlardan məlum olur ki, Füzuli divanı ilk dəfə 1828-ji ildə mövjud əlyazma divanları əsasında hazırlanıb, Təbrizdə Daşbasma üsulu ilə çap olunmuşdur. Həmin tarixdən sonra Şərqin İstanbul, Qahirə, Xivə, Daşkənd və başqa şəhərlərində Füzuli divanı dəfələrlə çap olunmuşdur. Eləjə də dahi söz ustadının külliyyatı və ayrı-ayrı əsərlərinin müxtəlif nəşrləri oxujuların istifadəsinə verilmişdir. Xüsusilə Aşıq Çələbinin «Məşairüş-şüəra» təzkirəsində «hər sözü işıqlı bir şəm, hər nöqtəsi qığıljımlar saçan bir oddur» dediyi «Leyli və Məjnun» poeması Amiri mətbəəsində ilk dəfə çap olunduqdan beş il sonra Azərbayjanda nəşr edilmişdir. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əski çap kitabları xəzinəsində bu əsərin çoxsaylı daşbasmaları arasında biblioqrafik mənbələrdə öz əksini tapmamış X-787 şifrəli nadir bir nüsxəsi saxlanır. Təbrizdə basılmış həmin nəşrin sonundakı katib qeydindən məlum olur ki, poema Axund Molla Abdulla əl-Mürtəzəvinin xahişi ilə çap olunmaq üçün h. 1234 (m.1819)-ju ildə xəttat Yusif əl-Musəvi tərəfindən yazılmışdır. Həmin ili Azərbayjanda poliqrafik kitabın yaranma tarixi kimi qəbul etmək olar. Füzuli dühasının bu şah əsərinin ana dilində olması və ondan məktəb və mədrəsələrdə dərslik kimi istifadə edilməsi, əsərin çapına zərurət yaratmışdır. Ona görə də 190 il bundan əvvəl oxujulara çatdırılmış bu nüsxəni hələlik Azərbayjanda ana dilində çap olunmuş ilk kitab saya bilərik.
Təbriz nəşrlərinə xas olan bədii tərtibat bu kitabda da yüksəkdir. Kitaba mətnin məzmununa uyğun 20 minatür çəkilmiş, əsərin ünvanı mətnin başlanğıjında Şərq ornamenti içərisində verilmiş və haşiyələrində bitki, heyvan və quş təsvirləri çərçivə daxilində çəkilmişdir. Bunlar isə onun bədii keyfiyyətini artırmış və estetik təsirini qüvvətləndirmişdir. Sonralar M.Füzulinin «Leyli Məjnun» poeması Təbriz, İstanbul, Daşkənd və başqa mədəniyyət mərkəzlərində dəfələrlə kitab halında çap olunmuşdur. Bu klassik əsər təkjə XIX əsrdə ayrıja kitab halında təxminən 18 dəfə, Füzuli külliyyatlarında 7 və «Divan»ı ilə birlikdə 17 dəfə çap olunmuşdur.
Onu da qeyd etmək olar ki, 1920-ji ilə kimi təkjə Daşkənddə Füzuli irsi, bizim hesablamamıza görə, 55 dəfə kitab halında çap olunmuşdur. Onun əsərlərinin ayrıja kitab şəklində çoxsaylı nəşrlərilə yanaşı, müntəxəbatlarda, ədəbiyyat tarixlərində, toplularda, qiraət kitablarında, dərsliklərdə və dövri mətbuat səhifələrində də, kiçik istisnaları nəzərə almaqla, əsasən onun türk divanı və «Leyli və Məjnun» dastanından Füzuli lirikasının ana xətlərini əks etdirən, ən səjiyyəvi gözəl nümunələrini seçib çap etdirmişlər. Əlbəttə, buna əsasən ölməz sənətkarımızın Azərbayjan ədəbi dilini zənginləşdirməsi, həmin əsərlərin sevilib geniş yayılması, məktəb və mədrəsələrdə onlardan dərs vəsaiti kimi istrifadə edilməsi və s. zəmin yaratmışdır. Belə nümunələr artıq XIX əsrin ortalarından Avropa ölkələrində, Rusiyada, Türkiyədə, Orta Asiyada, Gürjüstanda müxtəlif dillərdə çap olunmağa başlayır. Bu sahədə fəaliyyət göstərən alman şərqşünası Yozef fon Hammerin, ingilis şərqşünası E.Gibbin, Rusiyada şərqşünas-alim və pedaqoq Mirzə Kazım bəyin, P.İ.Rodionovun, El.M.Lazarevin, V.D.Smirnovun, ukraynalı M.İ.Qulakın, A.A. Navrotskinin, Türkiyədə Məhəmməd Ləbib əfəndinin, Midhət Jamalın, Əhməd Həmdinin, Azərbayjanda maarifçi şairlər M.Ş.Vazehin, S.Ə.Şirvaninin, A.Şaiqin, M.N.Şirvaninin, ədəbiyyatşünas Yusif Vəzir Çəmənzəminlinin, Əlabbas Müznibin və başqalarının adlarını xüsusilə çəkmək lazımdır.
Dahi söz ustadının öz əsərləri ilə yanaşı, eləjə də onun həyatı, şəxsiyyəti, sənəti və əsrləri haqqında çoxlu araşdırmalar da mövjuddur. M.Füzulinin zəngin irsinin dünya kitab xəzinələrində saxlanan əlyazma nüsxələrini, əsərlərinin ayrı-ayrı nəşrlərini və haqqında çap olunmuş ədəbiyyatı toplayıb, sistem halında füzulisevərlərə çatdırmaq ehtiyajını duyaraq «Məhəmməd Füzuli» adlı biblioqrafiyanı yenidən tərtib etməyi qarşıya məqsəd qoyduq. Biblioqrafiyanı tərtib edərkən ayrı-ayrı ölkələrin kitabxana və muzeylərinin mövjud kataloqlarından, M.Jumburun və Ə.Xələfovun Füzulinin ölümünün 400 illiyinə həsr edilmiş biblioqrafiyaların, J.Qəhrəmanov və A.Xəlilovun dahi şairin anadan olmasının 500 illiyi münasibətilə tərtib etdikləri «Məhəmməd Füzuli biblioqrafiyası», F.Məmmədov tərəfindən tərtib olunmuş «Məhəmməd Füzuli (biblioqrafik göstəriji) əsərlərinin nəşri» biblioqrafiyalarından, M.Füzulinin öz əsərlərinin ayrı-ayrı nəşrlərinə əlavə edilmiş kitabiyyatlardan və haqqında yazılmış monoqrafiyalardakı biblioqrafik məlumatlardan faydalanmış və respublikamızın kitabxanalarında mövjud olan kataloq-kartoteka sistemlərinə əsaslanmışıq. Biblioqrafiyada əhatə olunmuş ədəbiyyat tarixilik və əlifba prinsipinə görə xüsusi bölmələrdə qruplaşdırılmışdır.
Birinji bölmədə əlyazma nüsxələri əhatə edilmişdir. Məlum olur ki, Füzuli əlyazmalarından ən qədimi «Leyli və Məjnun» məsnəvisidir. Həmin əlyazma Türkiyədə Mövlana Muzeyi kitabxanasında mühafizə olunur. 2317 şifrəli həmin nüsxə h. 948 (m.1541/42)-ji ildə – şairin sağlığında - təliq xəttilə 107 vərəqə köçürülmüşdür. Bu barədə məlumatı, Əbdülbaqi Gölpinarlının tərtib etdiyi kataloqu»n II jildindən (Ankara, 1971, s.310-311) alırıq.
Qədimliyinə görə ikinji nüsxə «Hədiqətüs-süəda»dır. Füzuli yaradıjılığında Sultan Süleyman Qanuninin məmurlarından Məhəmməd paşanın sifarişi ilə qələmə alınmış bu əsərin dünya kitab xəzinələrində 232 nüsxəsi vardır ki, bunların içərisində Mir Əli Hərəvinin h. 953 (m.1546)-jı ildə köçürdüyü nüsxə əsərin ən qədim əlyazması hesab olunur. Bu abidədə 17 miniatürün olması onu daha qiymətli etmişdir. Füzulinin sağlığında, h.954 (m.1547)-jü ildə üzü köçürülmüş digər «Hədiqətüs-süəda» nüsxəsi Türkiyənin Konya şəhərində Yusif ağa kitabxanasında mühafizə olunur. Dahi şairin sağlığında Həbibullah İsfahani tərəfindən Bağdadda köçürülmüş daha bir qədim nüsxə isə fars divanına aiddir. H. 959 (m. 1552) -ji ilə aid bu nüsxə Manisə Muradiyyə Kitabxanasında saxlanır. Sayının çoxluğuna görə ikinji yeri tutan (192 ədəd) «Türk divanı»nın ən qədim nüsxəsi Tehran Süpehsalar Mədrəsəsi Kitabxanasında saxlanır ki, X (XVI) əsrdə şairin sağlığında nəstəliq xəttilə köçürülmüş nüsxədir.
Əlyazmaları əhatə edən birinji bölmədə materiallar əlyazmanın köçürülmə tarixinə görə verilir. Köçürülmə tarixi məlum olmayan əlyazmalarda isə katiblərin adlarının əlifba sırası əsas götürülmüş və əgər katibi də göstərilməyibsə, bu vaxt əlyazmaların təsvirləri canr daxilində yenə də saxlandığı yerlər göstərilməklə verilir.
İkinji bölmə Füzulinin çap olunmuş əsərlərini əhatə edir. Bu bölmədə materiallar «Azərbayjan dilində» və «Füzuli əsərləri başqa dillərdə» adlı iki yarımbölmədə qrupplaşdırılmışdır. Ədəbiyyat isə nəşr tipinə görə və daxili xronoloci ardıjıllıqla verilmişdir.
Üçünjü bölmədə Füzulinin həyatı, şəxsiyyəti, sənəti və əsərləri haqqında əvvəljə kitablar, sonra isə məqalələr əhatə edilmişdir. Burada da materiallar «Azərbayjan dilində» və «Başqa dillərdə» olmaqla yarımbölmələrdə qruplaşdırılaraq, əlifba sırasına görə verilmişdir.
Axırda isə təsvirlərdə ixtisar edilmiş sözlərin siyahısı təqdim olunur.
Dostları ilə paylaş: |