1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün
fikir və mülahi-
zələrini dəqiqləşdirir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.
2. Oxu
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh
edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
Dostları ilə paylaş: