2.2. Azərbaycan dili təliminin təşkilində istifadə olunan forma və üsullar
barədə
Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu
sahədə köklü dəyişikliklər, islahatlar gedir. Bu islahatların məqsədi demokratik
cəmiyyət üçün sağlam, düşüncəli, sərbəst fikir söyləmək qabiliyyətinə malik,
ətrafda baş verən hadisələrə tənqidi yanaşmağı, münasibət bildirməyi bacaran
gənclər yetişdirməkdir. Elm və texnikanın inkişafı, informasiya bolluğu
böyüməkdə olan gənc nəslə imkan verir ki, hadisələrin məcrasında bilavasitə özləri
iştirak etsin, baş verən hadisələrdən nəticə çıxarmağı bacarsınlar. Onları bu sahədə
düzgün istiqamətləndirmək isə məktəbin, müəllimlərin öhdəsinə düşür.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və
insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət
formalaşmalıdır. Müasir şəxsiyyəti hafizənin gücləndirilməsinə və yalnız
informasiya toplanılmasına yönəlmiş, real həyatın tələblərini nəzərə almayan təlim
şəraitində tərbiyə etmək mümkün deyildir. Yəni ənənəvi dərsdə təlim yadda
saxlama qabiliyyətinə əsaslanır, şagird materialın təhlilini, təsvirini, nəticələri və
ümumiləşdirmləri hazır şəkildə alır. Həyatın belə bir dinamik inkişafında həmişə
ənənəvi dərs metodlarından istifadə bugünkü məktəbliyə cansıxıcı, darıxdırıcı
görünür, onların dərsə olan marağını azaldır. Bu gün məktəblidə təlimə marağı
artırmaq, onlarda yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, humanist dünyagörüşü,
milli özünüdərk, vətəndaşlıq mövqeyi, milli dəyərlərə hörmət və məhəbbət hissi
formalaşdırmaq günün ən aktual problemlərindəndir. Bu baxımdan əməkdaşlığa,
tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanan yeni təlim metodları
mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, biz bunu deməklə ənənəvi dərs metodlarını
kölgədə qoymaq istəmirik. Böyük bir nəsil məhz bu metodlarla formalaşmış,
cəmiyyətin inkişafında xüsusi rol oynamışdır. Sadəcə həyatın elə məqamları, elə
dövrü var ki, hər bir cəmiyyət özünə lazım olan şəxsin formalaşmasını diktə edir.
Bu gün bazar iqtisadiyyatına keçid, demokratik cəmiyyətin qurulması hadisələri
olduğu kimi qəbul etməyi deyil, ona tənqidi yanaşmağı, öz münasibətini bildirməyi
bacaran sərbəst düşüncəli, azad- fikirli şəxsiyyətlərin yetişdirilməsini tələb edir.
Standartlar
nəticəyönümlü
və şagirdyönümlü olduğundan onların
reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab
edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər
iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəqlərini doldurması,
müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada, kompüterdə qrup və ya
fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim
müasir şəraitdə pedaqoji prosesin qurulmasına
yeni yanaşmadır. Belə yanaşma
tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə (informasiya ilə)
zənginləşdirilməsinə deyil, həm də təfəkkürün inkişaf etdirilməsinə, ən mühüm
bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq sual
vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı
qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt və
hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə
çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər. Beləliklə, uşaqlar həm tədris,
həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif
informasiya mənbələrindən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik
ehtiyatını artırırlar.
Təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və
hadisələrə tənqidi yanaşmağı, müstəqil düşünməyi, müstəqil bilik almağı və fərdi
inkişaf etmək bacarığını tərbiyə etməlidir. Yəni şagirdin məntiqi, tənqidi və
yaradıcı təfəkkürü inkişaf etdirilməlidir. Bu tələbləri nəzərə alaraq elə təlim
metodlarından istifadə olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düşünmə
qabiliyyətini və yeni biliklərə sərbəst yiyələnməyi aşılama yollarını birləşdirmiş
olsun. Bu cəhətdən interaktiv təlim metodları çox səmərəlidir.
İnteraktiv (ingilis dilindən tərcümədə - qarşılıqli fəaliyyətə əsaslanan
deməkdir) təlim metodları, adından göründüyü kimi, şagirdləri fəallaşdırır, ənənəvi
metodda olduğu kimi, şagird biliyi hazır şəkildə deyil, bilavasitə öz subyektiv
mülahizələri əsasında mənimsəyir. Burada müəllimin əsas vəzifəsi şagirdlərə yol
göstərmək, «öyrənməyi öyrətmək»dir.
İnteraktiv (fəal) təlimin ənənəvi təlimə bir sıra üstünlükləri vardır:
Dostları ilə paylaş: |