şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır.
Bütün
tədris və təlim işi şagirdlərin ana dilinə olan maraq və tələbatlarının ödənilməsinə,
onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir,
nailiyyətləri təhlil
edilir, Azərbaycan dilində ədəbi dil normalarına əməl etməklə danışıq bacarığı və
vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv
qurulması, şagirdlərin ana dilini yüksək səviyyədə mənimsəməsi və təlimə marağın
artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər
qeyd olunur və
dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə
istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması – pedaqoji
prosesin münasib maddi-
texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi
Azərbaycan dilinin təlimində keyfiyyətin və səmərəliliyin
yüksəldilməsi üçün
əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
Ayrı-ayrı fənlərin təlimində bu prinsiplərlə yanaşı, xüsusi metodik prinsiplərin
də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir.
Dostları ilə paylaş: