Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Təlimin məzmunu - şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlimin məzmunu - şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Taksonomiya - yunan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir),
təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə
botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdən psixologiyada istifadə
olunmağa başlanmışdır.
Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq milli və məktəb səviyyələrində
aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə
standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların
müəyyənləşdirlməsini və onların reallaşdırılmasına aid prosedurları özündə
birləşdirir.
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Azərbaycan dili fənn kurikulumu - fənn üzrə fəaliyyətləri istiqamətləndirən
konseptual sənəddir.
Azərbaycan dili fənninin məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Azərbaycan dili fənninin məzmun standartı - dövlətin təhsil alanların bilik və
bacarıq səviyyəsinə qoyduğu dövlət tələbdir.
Resurslar
1. Məktəbli lüğətləri (Məktəblinin orfoepiya lüğəti, Məktəblinin orfoqrafiya
lüğəti, Məktəblinin izahlı lüğəti, Məktəblinin frazeologiya lüğəti, və s.)
2. Əyani vasitələr
3. Əməli yazı nümunələri
4. Dilçiliyə dair sxemlər
5. Audio-vizual vasitələr
6. İfadəli oxu vasitələri (oxu üçün müxtəlif mətnlər)
7. Qiymətləndirmə vasitələri
8. Test
9. Dilçiliyə dair krossvordlar (leksikaya dair krossvord, fonetikaya dair
krossvord və s.)
10. Dilçiliyə dair cədvəllər (kolleqrafik cədvəl, heca cədvəllər, hüsnxətt
cədvəlləri və s.)
11. Şəkilli heca kartoçkaları
|