Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə27/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   23   24   25   26   27   28   29   30   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
 


“Azərbaycan dili” fənni üzrə: 
İbtidai təhsil səviyyəsində: 
 
Şagird: 

danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə 
edir; 

düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir; 

kiçikhəcmli rabitəli mətnlər qurur; 

lüğətlərdən, məlumat kitablarından istifadə edir; 

Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-
ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir; 

ilkin yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələn-
diyini nümayiş etdirir.
Ümumi orta təhsil səviyyəsində:
Şagird: 

dinlədiyi mətnlərə münasibət bildirməklə mövqeyini əsaslandırır;

mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;

dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və 
formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir; 

müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; 

şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
Tam orta təhsil səviyyəsində: 
Şagird: 

müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və münasibət bildirir; 

mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir; 

mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; 

müzakirə, görüş, diskussiya və s. tədbirlər üçün məruzə, təqdimat və 
ssenarilər hazırlayır; 

nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi 
və yazılı nitqində tətbiq edir.
Təhlil göstərir ki, bacarıqlar şəklində verilmiş bu nəticələr 5 bloka ayrılır və 
hər təhsil pilləsinin sonunda gözlənilməsi nəzərdə tutulan bu nəticələr bir-birini 
məntiqi və məzmun baxımından tamamlayır, aşağı səviyyədə sonrakı səviyyə üçün 
zəmin yaradılır.


Odur ki, təhsil səviyyələri üzrə ümumi nəticələrin inteqrasiya modelini 
aşağıdakı kimi çəkmək olar. 
İbtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi nəticələrin 
inteqrasiyanı əks etdirən bu sxem standartlar şəklində verilmiş bacarıqların daxili 
mahiyyətindən irəli gəlir və təlim prosesində biri digərinə əsaslanmaqla onu 
məntiqi baxımından tamamlayır. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin