Qiymətləndirmə standartı - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Texnologiya dərsliyi - dövlət təhsil standartları əsasında hazırlanmış
kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq
vərdişlərinin aşılanmasına, demokratik dünyagörüşünün formalaşmasına imkan
yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkkürü inkişaf etdirən, tətbiqi
xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
Dostları ilə paylaş: |