Ağac emalı alətləri – ağacın mexaniki emalında işlədilən alətlərdir. Maşın və
əl alətləri olur. Əl alətləri (mişar, rəngə, balta, iskənə və s.), əsasən, kiçik
emalatxanalarda və s. işlədilir. Mexanikləşdirilmiş pnevmatik və elektron əl
alətlərindən istehsalatda daha çox istifadə edilir.
Ağac emalı dəzgahları – ağac mexaniki emal edən maşınlardır. Bu
maşınlarla ağac materiallarından tir, faner və s. taxta məmulatı, mebel, gəmi,
dəmiryol vaqonları, kənd təsərrüfatı maşınları, musiqi alətləri və s. üçün hissələr
hazırlanır. Kəsmə, əymə, yapışdırma, yığma və tamamlama növləri var.
Dostları ilə paylaş: |