ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn
bacarıqları nümayiş etdirir;
təlim-tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar
edir;
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir;
sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir.
4. Qrafika Şagird:
məmulatın texniki spesifikasiyasını şərh edir;
əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji
xəritələrini çəkir və oxuyur;
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojlarını yerinə yetirir.
1.4. Fəaliyyət xətləri “Texnologiya” fənni üzrə məzmün standartları müəyyənləşdirilərkən
aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır: