Elektrik akkumulyatoru – istifadə məqsədilə elektrik enerjisinin yığılması
üçün cihaz.
Elektrik alətləri – elektrik mühərriki ilə hərəkətə gəirilən əl maşınlarıdır.
Əsas növləri: drel, cilalama aləti, mişar, qayçı, qaykabağlayan, naxış açmaq üçün
nazik mişar, iskənə, metal və ağac emalında istifadə edilir. Elektrik alətləri
quraşdırma, bəzək və başqa tikinti işlərində də tətbiq edilir.
Elektrik batareyası – bir dövrəyə qoşulmuş bir neçə halvanik elementlərdən
və ya akkumulyatorlardan ibarətdir.
Elektrik cərəyanı – elektrik yüklərinin nizamlı hərəkətidir. Elektrik
cərəyanının istiqaməti kimi müsbət yüklü hissəciklərin hərəkət istiqaməti qəbul
edilir. Elektrik cərəyanı qiymətcə iki kəmiyyətlə xarakterizə olunur: cərəyan
şiddəti və cərəyan sıxlığı. Hər hansı naqilin en kəsiyindən vahid zamanda keçən
yükün miqdarı ilə ölçülən kəmiyyətə cərəyan şiddəti deyilir. Cərəyanın sıxlığı, ona
perpendikulyar kəsiyin vahid sahəisndən vahid zamanda keçən yükün miqdarı ilə
təyin edilir.