Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə216/222
tarix30.12.2021
ölçüsü1,2 Mb.
#49264
1   ...   212   213   214   215   216   217   218   219   ...   222
17 Texnologiya-kurikulum

İnşaat  maşınları  –  inşaat  işlərini  yerinə  yetirmək  üçün  mexanikləşdirmə 
vasitələridir.  İşin  növünə  görə  inşaat  materialları  qruplara  ayrılır:  hazırlıq  işləri 
görən,  torpaqqazan,  sıxlaşdırıcı,  payabastıran  avdanlıq,  qaldırıcı-nəqliyyat,  yol 
inşaat,  qarışdırıcılar  və  s.  maşınlar.  bunlarla  yanaşı,  bir  sıra  mexanikləşdirmə 
vasitələri (yükləmə  və boşaltma  maşınları, yük  maşınları, konveyer, traktor  və s.) 
və əl maşınları da mövcuddur. 
İntensiv  (fr.  intensif;  lat.  intensio  –  gərginləşmə,  güclənmə)  –  gərgin, 
gücləndirilmiş, kəsərli, məhsuldar. 
İnteryer (fr. interieur – daxili) – 
1)  memarlıqda  –  binanın  daxili  quruluşu  və  tərtibatıdır.  İnteryerin  xarakteri 
binanın nə məqsədlə (saray, yaşayış evi və s.) tikilməsindən asılı olub, daxili plan 
quruluşu  (ölçüsü,  işıqlandırılma  dərəcəsi,  qapı  və  pencərə  yerlərinin,  dayaqların 
ritmik yerləşdirilməsi) və avadanlığı (mebel) ilə müəyyən olunur. 
2)  təsviri  sənətdə  –  XVII  əsr  holland  və  flamand  boykarlığında  janr. 
Azərbaycanda  Usta  Qəmbər  Qarabağı,  Mirzə  Qədim  İrəvani  və  s.  interyer 
janrlarında  əsərlər  yaratmışlar.  İnteryerdə,  əsasən,  məişət  səhnələri  və  tarixi 
süjetlər təsvir olunur. 
3)  heyvanların  interyeri  –  məhsuldarlıq  və  nəsilvermə  keyfiyyətləri  ilə 
əlaqədar  kənd  təsərrüfatı  heyvanları  orqanizminin  biokmiyəvi  və  fizioloji 
xüsusiyyətləri,  orqan  və  toxumalarının  daxili  quruluşudur.  İnteryer  təlimi  kənd 
təsərrüfatı  heyvanlarının  konstitusiyası  təliminin  əsasıdır.  Müxtəlif  konstitusiya 
tipinə  və  məhsuldarlıq  istiqamətinə  (ətlik,  südlük  və  s.)  malik  heyvanlar  interyer 
göstəricilərinə  görə  bir-birindən  fərqlənir.  Heyvanlarda  interyer  göstəriciləri 
onların cinsiyyətindən və yaşından asılı olaraq dəyişir. 
İntiqal  –  maşın  və  ya  mexanizmləri  hərəkətə  gətirmək  üçün  quruluşdur. 
İntiqal  vasitəsilə  hərəkətin  sürətini,  istiqamətini  və  xarakterini  dəyişmək  olar. 
İntiqal  enerji  mənbəyindən,  ötürücü  mexanizmdən  və  idarəetmə  aparatlarından 
ibarətdir.  Enerji  mənbəyi  kimi  müxtəlif  mühərriklərdən  və  ya  yaylı,  ətalətli 
mexanizmlərdən  və  s.-dən  istifadə  edilir.  Bəzi  hallarda  intiqal  əzələ  qüvvəsi 
hesabına  həyata  keçirilir  (məs.,  əl  bucurqadlarında,  tikiş  maşınlarında, 


 
 
124 
 
velosipedlərdə).  Enerjinin  paylanmasına  görə  qrup,  fərdi  və  çoxmühərrikli 
intiqallar olur. 
İpək  –  təbii  toxuculuq  lifləridir.  İpəkqurdu  tırtıllarının  ipək  vəzlərinin  ifraz 
etdiyi məhsuldur. Tut ipəkqurdundan alınan ipək sənaye əhəmiyyətlidir. İpəkqurdu 
tırtılı iki elementar sap şəklində ipək hazırlayır. Tırtılın barama sapından düzəltdiyi 
sıx  ipək  qabıq  (barama)  ipək  almaq  üçün  xammalıdır.  İpək  nazikliyi, 
hiqroskopikliyi,  asan  boyanması,  xoş  parıltısı  ilə  fərqlənir.  Onun  mexaniki 
xassələri  də  yaxşıdır  (qırılmada  gərginliyi  40  kq/mm
2
,  qırılmada  uzanması  14–
18%).  İpək  qələvi  təsirinə az,  mineral turşuların  təsirinə  nisbətən çox davamlıdır, 
üzvi həlledicilərdə həll olmur, işığın təsirinə çox davamlı deyil. 
İplik  –  burulmaqla  (bəzən  yapışdırılmaqla)  birləşdirilmiş  liflərdən  ibarət 
sapdır. İpliklər liflərin növünə, işlədilmə yerinə, hazırlanma üsuluna, xassələrinə və 
struktur xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. İplik pambıqdan, kətandan, 
yundan,  ipək  tulantılarından,  kiməyvi  liflərdən  və  s.  alınır.  Qarışıq  liflərdən 
hazırlanmış ipliklər də olur. 
İskənə  –  çarxlarda  və  tamasalarda  müxtəlif  konstruksiyalı  diş  açan  alətdir. 
İskənə  dişləri kəsici  vəzifəsini  yerinə  yetirən  dişli  çarx  şəklində  olur  və  tezkəsən 
poladdan  hazırlanır.  İskənələr  5  tipdə  olur:  dairəvi  düzdişli,  dairəvi  çəpdişli, 
kasavarı  düzdişli,  quyruqlu  düzdişli,  quyruqlu  çəpdişli.  İskənə  dəzgahının  işlək 
hissəsinə də iskənə deyilir. 
İstehsal –  
1)  ehtiyaclarımızı  ödəyəcək  mal  və  xidmətlərin  miqdarını  və  ya  faydasını 
artırmağa  yönəldilən  bütün  fəaliyyətlərin  məcmusudur. İstehsal ona  görə  lazımdır 
ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və xidmətlər kifayət qədər 
deyildir.  Bunların  miqdarını  və  faydasını  artırmaq  məqsədilə  insan  hökmən  hər 
hansı bir müəssisənin gücünə arxalanaraq, onları çoxaltmalı və istifadəsinə ən çox 
ehtiyac  duyulan  yerlərə  göndərməlidir.  Hər  hansı  bir  malın  miqdarını  artırmaq 
istehsaldır 
2) maddi – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri maddi nemətlər 
yaradılması  prosesidir.  İstehsal  insan  həyatının  təbii  şərti  olub,  digər  fəaliyyət 
növlərinin də maddi əsasıdır. İstehsalın məzmununu əmək prosesi müəyyən edir və 
aşağıdakı 3 şərti nəzərdə tutur: məqsədəuyğun fəaliyyət, yaxud əməyin özü; əmək 
predmeti.  İnsanın  məqsədəuyğun  fəaliyyətinin  yönəldiyi  hər  şey,  əmək  vasitələri 
(ən  əvvəl  əmək  alətləri).  İstehsal  insanların  təbiətə  münasibətidir.  İstehsalın  iki 
tərfəi  var:  məhsuldar  qüvvələr  və  istehsal  münasibətləri.  Bunların  vəhdəti  olan 
istehsal  maddi  nemətlərin  istehsal  üsulunu  təşkil  edir  və  mövcud  cəmiyyətin 
xarakterini müəyyənləşdirir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin