4. Qrafika Şagird: 4.1. Əşyaları qrafik təsvir edir. 4.1.1. Hazırlanacaq məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn
bacarıqları nümayiş etdirir.
V sinif V sinfin sonunda şagird:
əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;
əl alətləri və ondan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, emal texnologiyaları seçir və
məmulat hazırlayır;
tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar
nümayiş etdirir
1
;
elektrik enerjisinin maihiyyətini və onun alınması yollarını izah edir;
sadə elektrik dövrəsi qurur;
ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin
formalaşmasını şərh edir;
yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;
düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik
təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.