1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*. 1.4.1. Ev heyvanlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar
nümayiş etdirir.
2. Texnika elementləri Şagird: 2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 2.1.1. Avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir.
2.1.2. Avtomatik cihaz və qurğuların iş prinsipini izah edir.
2.2. Texnoloji maşın cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir. 2.2.1. Avtomat və yarımavtomat qurğuları idarə edir.
2.2.2. Avtomatik cihaz və qurğuları dövrəyə qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti Şagird: 3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini