İnteqrasiya: H-b.1.1.1.; T-i. 2.2.4. Dərsin tipi: İnduktiv. İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş İş üsulu: Müzakirə, əqli hücüm
Resurslar: Böyük olmayan konfet qutusu, plastik banka qapaqları, plastilin dəsti,
göy qurşağı şəkli, sap, hekəltəraş bıçağı
Dərsin gedişi I mərhələ: Motivasiya, problemin qoyuluşu Müəllim şagirdlərə müraciət edir: “Tapmaca tapın”.
Uzanıb göydə dincəldi.
Zolağının rəngi yeddi,
Göy üzündən nə tez getdi.
Şagirdlərin “göy qurşağı” cavabı alındıqdan sonra göy qurşağını əks etdirən şəkil yazı
taxtasından asılır.
Tətqiqat sualı: Göy qurşağı plastilindən necə hazırlanır? Müəllim göy qurşağının hazırlanması planı və ya texnoloji xəritəsi barədə şagirdlərə
məlumat verir.
Plastilindən müəyyən ardıcıllıqla göy qurşağı hazırlamaq üçün onun planı və
texnoloji xəritəsi tərtib edilir.
1) Sapla plastilindən 7 hissə kəsmək ( göy qurşağı rənglərində).
2) Plastilinin hissələrindən uzunluğu və qalınlığı eyni olan bağlar yaymaq
(müəllim yayma üsulunu göstərir).
3) Bağları yapma üsulu ilə təməli (kartona) banka qapağı boyunca bərkitmək
Rənglərin ardıcıllığını ifadə etdikdə çaşmamaq üçün müəllim şagirdlərə aşağıdakı
ifadəni söyləyir:
“Qara nənə səksən yaşında məxməri gülə bənzər”
Bu ifadədə hər sözün baş hərfi göy qurşağının rənginin adını göstərir. Q-qırmızı, N-
narıncı, S- sarı, Y- yaşıl, M- mavi, G- göy, B- bənövşəyi.