A
Ağac – qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitkidir. Dünyada ən
hündür ağaclar: Avstraliya evkalipti və Kaliforniya sekvoyası 140–150 m-ə qədər
ucalır. Ən yoğun gövdəli ağac Afrika baobabıdır, diametri 14 metrə çatır. Yaşama
müddətinə görə də ağaclar müxtəlifdir: Afrika baobabı 4000–5000, sərv 3000,
şabalıd və palıd 2000 və s. ilə qədər yaşayır.
Ağac cinsləri – ağac bitkilərinin cins və növləridir. Təsərrüfat əhəmiyyətinə
görə meşə və meşəmeliorativ, dekorativ və meyvəverən ağac cinsləri var. Əsas
(şam, küknar, qaraşam, palıd), ikinci dərəcəli (ağcaqayın, qarağac, tozağacı, titrək
qovaq) və meşəaltı ağac cinslərinə, meyvəçilikdə isə tumlu (alma, armud),
çəyirdəkli (gavalı, albalı), çəyirdəksiz (püstə, badam, qoz) ağac cinslərinə
ayrılırlar.
Ağac çəkic – dəmir və çilingərlik işlərində tətbiq edilir, dəstəsi və döyəc
hissəsi oduncaqdan ibarətdir.
Dostları ilə paylaş: |