Pedaqoji innovasiya - təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə,
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul
və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə
baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada
davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilir.
Nəticəyönümlülük - yeni kurrikulumların hazırlanmasında nəzərə alınmış
əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.
Taksonomiya - yunan sözüdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir),
təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə
botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə
olunmağa başlanmışdır.