Dülgərlik işləri – ağac məmulatların hazırlanması və onların
quraşdırılmasından ibarət inşaat işləridir. Tikintidə görülən dülgərlik işləri ağac
bünövrələrin, divar, arakəsmə, döşəmə və pilləkənlərin qurulmasından,
betonlanacaq yerlərdə qəliblərin, mühəndis qurğularında (körpü, bənd, estakada və
s.) ağac konstruksiyaların hazırlanmasından ibarətdir. Xarratlıq işlərindən fərqli
olaraq, dülgərlik işlərində yüksək dərəcədə dəqiq emal tələb edilmir. Əsas
konstruksiya və məmulatların tədarükü ağac emalı zavodlarında mexaniki üsulla,
kiçik həcmli işlər isə elektrik və ya əl alətləri ilə (mişar, balta, rəngə və s. ilə)
yerinə yetirilir. Dülgərlik məmulatları, əsasən, suyadavamlı yapışqanla, çiv ilə və
yarıb keçirmə (çalaq) üsulu ilə birləşdirilir.
|