50
I mərhələ: Motivasiya, problemin qoyuluşu
II mərhələ: Tədqiqatın aparılması
III mərhələ: Məlumatın mübadiləsi
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili
V mərhələ: Nəticə və ümumiləşdirmə
Qiymətləndirmə.
Fəal təlim metodlarının tətbiqi şagirdlərdə yaradıcı və məntiqi təfəkkürü
inkişaf etdirir, onlarda əməkdaşlıq etmək, başqalarının fikrinə hörmətlə yanaşmaq, öz
fikirlərini sərbəst bildirmək bacarıqlarının formalaşmasına şərait yaradır.
Fəal təlimə əsasən dərs motivasiya ilə başlanır. Bu mərhələdə axtarış və
tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan
ilk növbədə sual formalaşdırılır və mülahizələr irəli sürülür. Motivasiya müasir dərsin
ən mürəkkəb və mühüm mərhələsidir. Çünki dərsin sonrakı gedişi motivasiyanın necə
yaradılmasından və keçirilməsindən asılıdır. Motivasiyanın əsas xüsusiyyəti
mülahizələrin yürüdülməsi üçün problemli vəziyyətin yaradılmasıdır.
Tədqiqatın aparılması mərhələsində şagirdlər tərəfindən praktik işin yerinə
yetirilməsi həyata keçirilir. Bu o zaman səmərəli ola bilər ki, görüləcək iş və yerinə
yetirəcək texnoloji əməliyyatlar şagirdə tam surətdə aydın olsun, texnoloji bilik və
bacarıqlar məmulatın hazırlanması prosesində iştirak üçün kifayət etsin.
Məlumatın mübadiləsi mərhələsində qruplar və ya cütlər işlərini təqdim edir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində isə şagirdlərin təqdimatları
müzakirə edilir və dəyərləndirilir.
Nəticə və ümumiləşdirmə mərhələsində müəllim aparılan tədqiqatın
nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar qoyur və bu
suallar əsasında bilik və informasiyaları sistemləşdirilir. Şagirdlərin əldə etdikləri
nəticələr irəli sürülmüş mülahizələrlə , tədqiqat sualı ilə tutuşdurulur. Konkret
nəticəyə gəlmək və ümumiləşdirmə aparmaqla başa çatan mərhələdən sonra şagirdlər
tədqiqatı sona çatdırmağa nail olurlar. Bu zaman yeni bilik şagird tərəfindən dərk
olunur, şəxsiyyətin əldə etdiyi yeni keyfiyyətlər bir daha müəyyənləşdirilir.
Qiymətləndirmə dərsin müxtəlif mərhələlərində aparıla bilər.
Dostları ilə paylaş: