Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 102,93 Kb.
tarix02.01.2022
ölçüsü102,93 Kb.
#46136
Bağırov Mirhənifə s iş n4


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti



Sərbəst iş: 4

Fənnin adı: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

Kafedra: Hümanitar fənlər

Fakültə: Metallurgiya

Qrup: 471a

Kurs: I

Mövzu: Elektron sənəd dövriyyəsinin tətbiqi

Məllim: Məmmədova Pərvanə

Tələbə: Bağırov Mirhənifə

Bakı-2021

Elektron sənəd dövriyyəsinin tətbiqi

İyirminci əsrin ortalarından başlayaraq İKT-nin inkişafı özünü bütün sahələrdə göstərməyə başladı. Artıq bu texnologiyalar dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən qanunvericilik, icra və məhkəmə - hüquq sistemində tətbiq olunmağa başladı. Dövlət orqanlarında, bütün idarə və müəssisələrdə informasiyaların emalı, yazışmaların aparılması və sənədlərin hazırlanması prossesində bu texnologiyalar sürətlə inkişaf etməyə başladı.1970-ci illərdən başlayan bu texnologiyalar 2000–ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çataraq, müasir şəraitdə “elektron hökümət”, “elektron məhkəmə”, ”elektron cinayət” və s. kimi terminlər cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etməyə başlamışdı. Hazırda Azərbaycan Respublikası prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, habelə digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının hər birinin müstəqil saytları mövcuddur. Qeyd olunan orqanların saytlarında müasir İKT-nin son naliyyətlərindən istifadə edilməklə elektron formada bütün informasiyalar, zəruri təşkilati-sərəncamverici və inzibatitəsərrüfat xarakterli sənədlər müvafiq qaydada şifrələnməklə hazırlanır və saxlanılır.

Hazırlanmış sənədlərin, işgüzar məktubların qarşı lazımi ünvana daha tez və sürətli çatdırılmasında informasiya texnologiyalarının məhsulu olan elektron məktublardan istifadə olunmağa başladı.

Elektron məktublar - məlumatların informasiya texnologiyaları vasitəsi ilə müvafiq ünvanlara ötürülməsidir.

Elektron sənəd - informasiya sahəsində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq olunan sənəd növüdür. Bu tip sənədlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fəaliyyət sahələrində heç br məhdudiyyət qoyulmadan tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ”Elektron imza və elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli fərmanında elektron sənədə dair tələblər, elektron sənədin quruluşu, təqdimat forması, elektron sənədin tətbiq edilmə qaydası, sənəd dövriyyəsinin təşkili, elektron sənədin göndərilməsi qaydası, habelə bu sənədlərin saxlanması və mühafizəsinin konkret hüquqi mexanizmləri müəyyən olunmuşdur. Fərmanda qeyd edildiyi kimi, ”Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Elektron sənədlər hazırlanarkən aşağıdakı göstərilən tələblərə əməl edilməlidir:

- texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir;

- bu qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır;

- identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;

- texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır

Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron sənədin qurluşu etibarı ilə aşağıdakı kimi tərtib olunur və təqdimat formalarına uyğun şəkildə təsnifləşdirilir:

- Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.

- Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir.

- Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.

Elektron sənəd daxili və xarıcı təqdimat formalarına malikdir:

- Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır.

- Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdir.

Fərmanda həmçinin sənədin əsli və surəti, onun təsdiq edilmə qaydaları da öz əksini tapıb:

-Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər.

- Elektron sənədin daxili təqdimat formasında birbiri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir.

- Elektron sənədin elektron formada surəti ola bilməz.

- Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda, kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.

Həmçinin həmin fərmanda Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası müəyyən edilmişdir:



Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.

- Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir.

- Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır.

- Elektron sənədin əsli və bu qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir.”



ƏDƏBİYYAT:

  • Tofiq Əbdülhəsənli, Aybəniz Hüseynova. “İşgüzar Azərbaycan dili”

Bakı-2006.

  • Nəzakət Səlimova. “İşgüzar yazışmalar” Bakı-2017.

Yüklə 102,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin