13.1.ETS-in kompleks alt sistemləri.
Elektron Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 əsas
kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ETS-in tam funksional
fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə (mühümlük dərəcəsinə görə
sıralanmış) aşağıdakılar aid edilir:
13.1.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)
Bu alt sistem əsasən ETS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub,
aşağıdakı məlumatları özündə cəmləyir:
•
Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik informasiyaları,
o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədlərı, təhsil standartlarını və s.
•
Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri;
•
Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlari;
•
Təhsillə bağlı elektron kitabxana resurslarını(dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik
məqalələr və s.);
•
Yeni təhsil texnologiyaları haqqında informasiyaları;
Bu və digər məlumatlar toplanmış Elektron bazalar əsasən aşağıdakı funksional tələblərə cavab
verməlidirlər:
•
Məlumatların saxlanılması, arxivləşdirilməsi, bərpası;
•
Çeşidləmə və axtarış;
•
Analiz və sintez;
•
Kommunikasiya xətləri vasitəsilə ötürülmə.
ÜİBS ETS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer
tutduğu üçün birinci növbədə yaradılmalı və istismara buraxılmalıdır. ÜİBS-in “İstismar”
mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan
dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ETS-lə dövlət qurumları arasındakı
münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik
olmalıdırlar.
Dostları ilə paylaş: |