Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS)



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə56/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   52   53   54   55   56   57   58   59   ...   96
muh tehsilde ve elmde IKT

 

13.1.2. Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS) 

 

Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin (şagirdin, tələbənin və s.) 



biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu baxımdan ETS-in həmin 

sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin avtomatlaşdırılması zamanı prioritet mövqe 

tutur. ETS-in əsas funksional kompleks alt sisteminə aid edilən TYQKS-nin əsas üstünlükləri 

aşağıdakılardır: 

1.  Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kəsilməzliyi təmin olunur.  



2.  Çoxballı sistemin tətbiqinə və beləliklə, biliklərin daha dəqiq qiymətləndirilməsi üçün yaxşı 

imkanlar açılır. 

3.  Çoxcavablı, çox düzgün cavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır.  

4.  Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox problemlərin operativ həll 

olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun gəlməyən tədris 

elementlərinin operativ şəkildə təhsil sistemindən çıxarılması və ya redaktə olunması.  

5.  TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının Elektron analizi alt-sisteminin 

olmasıETS-in digər kompleks alt sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri 

müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir:  

-  Təhsil standartları bazasının hazırlanması (TSS) və təhsil standartları minimumlarının 

operativ olaraq dəyişdirilməsi imkanlarının yaradılması:  

Qeyd etmək lazımdır ki, “Əmək haqqlarının pedaqoji nəticələrə görə hesblanması”, “Təhsil 



müəssisələrinin  maliyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil 

strukturlarının  fəaliyyətlərinin analizi” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün 

nəzərdə tutulan bu alt-sistem tədrisin təşkilində və idarə olunmasında mühüm yer tutur. 

-  Ənənəvi və Elektron dərsliklərdəki mövzuların operativ şəkildə korrektəsi və ya 

yenilənməsi. (TTTS)  

-  Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin effektiv həlli(TAİS).  

-  Təhsil sistemində şəffaflığın təminatı.  

və s.  


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin