Bundan əlavə, İKT-nin təhsilə tətbiqi:
- təhsil müəssisələrinin İKT avadanlığı ilə təminat göstəricilərinin köklü şəkildə
yaxşılaşdırılmasına və bütün təhsil müəssisələrində hər bir şagirdə düşən kompüter nisbətinin ən azı
20:1-ə çatdırılmasına;
- bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılmasına;
- bütün fənlər üzrə tədris planlarında və kurrikulumlarda İKT-dən geniş istifadəyə;
- ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından istifadə imkanlarının
artmasına və beləliklə, proqram resurslarından səmərəli istifadə olunmasına;
- yeni təlim formalarının (distant təhsil daxil olmaqla) tətbiqi və istifadəsinə;
- bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və yüksək sürətli İnternet
şəbəkəsinə çıxışın əldə olunmasına;
- cəmiyyətin təhsil sistemində gedən proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün
vahid təhsil portalının yaradılmasına;
- İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyasının təmin edilməsinə, təhsilin idarə
olunmasının və monitorinqinin daha səmərəli aparılmasına;
- təhsil prosesinin idarə edilməsi üçün təhsil müəssisələri Elektron sistemlərlə təchiz
olunmasına;
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə kadrlarının İKT üzrə bilik və bacarıqları
yüksəlməsinə, yerli ekspert potensialının gücləndirilməsinə;
- bütün təhsil pillələri üzrə məzunların sosial, peşə və mədəni həyatında İKT üzrə uzun illər
istifadə edəcəyi bilik və bacarıqlara yiyələnmələrinə;
- innovativ və yaradıcı müəllimlərin dəstəklənməsinə;
- əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq
imkanlarının yaranmasına;
-İKT vasitələrinin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və
digər sahələri əhatə edəcək sənədlər bazasının formalaşmasına
və s. gətirib çıxaracaqdır.
Dostları ilə paylaş: |