2. İKT-nin TƏHSİLƏ TƏTBİQ İSTİQAMƏTLƏRİ
Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün əsasən aşağıdakı istiqamətlərdə müvafiq
vəzifələrin yerinə yetirilməsi vacibdir:
2.1. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi:
- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının
təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin
yaxşılaşdırılması;
- təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin
təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi;
- təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə
infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması;
- intranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışının təmin olunması.
Dostları ilə paylaş: |