Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə15/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   11   12   13   14   15   16   17   18   ...   96
muh tehsilde ve elmde IKT

3. TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI 

VƏ PROQRAM TƏMINATININ XÜSUSIYYƏTLƏRI 

 

3.1. Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat, 

həm də proqram təminatı başa düşülür.  

Aydındır ki, İKT-ailəsinin ən əsas qurğusu  komputerdir. Kompüter dedikdə, sistem bloku və ona 

əlavə edilən giriş-çıxış qurğuları – klaviatura, monitor və mouze kimi vacib qurğular dəsti başa 

düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. Lakin, 

bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğulardan 

(periferiya qurğularından) da istifadə olunur: 



Ağıllı lövhə — 

informasiyanın

 eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi 

üçün hazırlanmış interaktiv ağ 

lövhələrdir

.

 



 

 

 



 

 

 



Bütün sistem dörd elementdən ibarətdir:  

 

1. İntellektual lövhə  



 

2. Proyektor  

 

3. Lövhəni idarəetmə pultu  



 

4. Kompyuter üçün çıxış  

 

 

 



İnteraktiv  lövhə  (Interactive  whiteboard)  ölçüləri  və  forması  ilə  adi  məktəb  lövhəsinə 

bənzəyən  sensorlu  ekranı  özündə  kəsb  edir.  Ekran  kompyuterə  qoşulur  və  proyektor  vasitəsilə 

kompyuterin monitorunda baş verən hər şeyi əks etdirir. Kompyuterlə interaktiv lövhənin əlaqəsi 

ikitərəflidir,  yəni  kompyuterin  monitorunda  (və  müvafiq  olaraq,  lövhədə)  açılmış  faylları  həm 

kompyuterin alətləri (klaviatura, siçan, taçpad), həm də bilavasitə ekranın ozündən redaktə etmək 

olar. Xüsusi markerdən, teleskopik göstəricidən və ya barmaqdan istifadə etməklə lövhədə işləmək 

olar.  Kompyuterdə  saxlanan  faylları  birbaşa  ekrandan  açmaq,  yenisini  yaratmaq  onlarda  şəkil 

çəkmək, yazı yazmaq, fotoşəkillərin yerini dəyişmək, videofaylları qoşmaq və s. mümkündür. Burada 

edilən bütün dəyişikliklər komppyuterin yaddaşında saxlanılır və zərurət olduqda dəyişilmiş faylları 

laptopun  dəstəklədiyi  çıxarılabilən  daşıyıcılara  köçürmək  mümkün  olur.  İnteraktiv  lövhənin  və 




proyektorun söndürülməsi, səsin tənzimlənməsi və s. kimi parametrləri idarə etmə müəllimdə olan 

idarəetmə  pultu  vasitəsilə  həyata  keçirilir  İnteraktiv  lövhənin  köməyi  ilə  müəllimlər  öz  dərslərini 

daha maraqlı və əyani təqdim edə bilərlər. Bundan əlavə, dərsin gedişatı zamanı yaradılmış faylları 

özünəməxsus konspektəşagirdlər üçün köməkçi vasitəyə çevirmək və onu evdə əlavə işləmək üçün 

dinləyicilərə paylamaq olar.  

-  Proyektor:  Kompyuterdə  saxlanılan  informasiyanın 

 geniş 

istifadəçi 

kütləsinə 

çatdırılmasından ötrü istifadə edilən və müasir təlim tədris texnologiyaları arasında ən geniş 

yayılmış optik qurğudur. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin