Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
muh tehsilde ve elmde IKT

 

-  Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. 

İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür. Simvollu və qrafiki. 

Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki 

printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür.  

Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu 

printerlərin keyfiyyət göstəriciləri daha yüksək olur. 

Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli təsvirlərin 

kagız üzərinə köçürülməsi üçün daha əlverişlidirlər.   

-  Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər bu 

tipli məlumatları kompüterə daxil etmək üçündür

-  Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur. Mikrofonun 

köməyi ilə audio məlumat kompütə daxil edilir. 

-  Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur. 

-  Multimedia qurğuları: Kompüterdə mətnin, səsin, şəkilin və dinamik dəyişən görüntülərin 

birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə mikrofonu, veb 

kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı 

ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək məqsədilə istifadə 

olunur. Bu qurğulardan ilə komputer şəbəkələrində və avtonom olaraq audio-video 

konfransların təşkili üçün istifadə olunur. 

-  Modem (modulyator, demodulyator):  Məlumatları əlaqə kanallarının (telefon xətləri, 

radio kanalları və s.) köməyi ilə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. 

Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər kompüterin 

ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB portlarla system 

blokuna goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər Beynəlxalq komputer 

şəbəkəsinə - İNTERNETə qoşulur.  

-  Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil 

edən giriş qurğusudur.  

-  TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib kompüterin 

monitorunda göstərilməsini təmin edən giriş qurğusudur. Bu qurğu analog formatlı 

televiziya siqnallarını rəqəmsal computer siqnallarına çevirir. 

-  Səs kolonkası (dinamiklər): Audio məlumatları dinləmək üçün istifadə olunur.  

-  Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və 

təsvirləri kağız üzərinə köçürən qurğudur.  

-  Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur 

 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin