Kompüterin quruluşu və arxitekturası
Kompüterin arxitekturası və strukturu anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Kompüterin strukturu müəyyən səviyyədə onun konkret tərkibini (qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı əlaqələri təyin edir.Arxitektura isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir.Arxitektura kompüterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi problemlərini əks etdirir.
V nəsilin bəzi nümayəndələrin çıxmaqla bütün nəsil kompüterlərin arxitekturasında məşhur amerika alimi Con fon Neyman tərəfindən 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür. Başqa sözlə desək indiki kompüterlər hələ ki, Neyman arxitekturası ilə qurulur. Neyman arxitektirasının əsas prinsipləri aşağıdakılardır:
Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir.
Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərlə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox,proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirilir.
Kompüter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir.
Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu
Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu aşağıda verilmişdir.
Neyman arxitekturalı hər bir kompüter iki hissədən – mərkəzi və periferiya (xarici) – ibarət olur.
|