Təlim məqsədli proqram təminatının hazırlanmasına
və tətbiqinə qoyulan tələblər.
Ötən mühazirələrdə qeyd olunduğu kimi bütün elektron tədris vasitələri dövlətin aidiyyatı
institutları tərəfindən sertifikatlaşdırılmalı, bu prosesin elmi-metodiki bazası yaradılmalıdır. Lakin,
təəssüf ki, bu gün də TMPT-lərin yaranmasına və tətbiqinə kor-təbii yanaşma hökm sürür, onların
yaradılmasında əsasən tədris prosesini dərindən bilməyən komputer proqramçıları, və bu işə öz
təşəbbüsü ilə girişən müxtəlif muəllim kollektivləri aktivlik göstərirlər. Belə vəziyyət öz növbəsində
TMPT-nin xususiyyətləri, onların təsnifatı, tətbiq sahələri, nəhayət komputer təlim texnologiyasının
ənənəvi təlim texnologiyalarından prinsipial fərqi baxımından muəyyən dağınıqlığın əmələ
gəlməsinə səbəb olur. Odur ki, belə halların aradan qaldırılması, dağınıq təlim proqramlarının tam
komputer təlim proqramlarına uyğunlaşdırılması günün aktual problemlərindən hesab edilir.
Muasir TMPT-lər aşağıdakı xususiyyətlərə malik olmalıdır:
- Aidiyyatı üzrə daha yüksək səviyyəli qurum tərəfindən təsdiqlənmiş təhsil standartlarına
uyğun gəlməlidir;
- komputerləşdirilən təlim metodikalarını dəstəkləməlidir;
- muasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalıdır;
- Bütün proqramlar müvafiq istifadəçi təlimatları və HELP (kömək) sistemi ilə təmin
olunmalıdır.
- TMPT-nin təlim prosesində yeri və tətbiq usulu təyin olunmalıdır.
Təlim proqramlarının tətbiqi zamanı telekommunikasiyanın imkanları və bu sahənin aktiv
inkişafı nəzərə alınmalı və telesistemlər ucun təlim və tədris əlavələri yaradılmalı və ya vardırsa,
reallaşdırılmalıdır. Bununla yanaşı TMPT-yə daxil olan informasiyanın etibarlılığı və onun təhsil
standartlarına uyğun təlim vasitəsi kimi faydalılığı da daimi diqqətdə saxlanılmalıdır. Bütün
bunlarla yanaşı, yaradılan proqram təminatı müvafiq dövlət orqanları tərəfindən qeydiyyata
alınmalı və sertifikatlaşdırılmalıdır. Bu proqramlar elə yaradılmalıdır ki, onlar "ikinci muəllif" – yəni
istifadəçi pedaqoq-müəllimlər tərəfindən dəyişdirilə bilmək imkanlarına da malik olsunlar. TMPT-
lərin istifadəsi zamanı muəllif huququnun qorunmasına da ciddi fikir verilməlidir. Bundan başqa
TMPT-nin istifadə usul və formalarını, həmcinin telekommunikasiyalarda yayılması qaydalarını da
təyin etmək və reallaşdırmaq lazımdır.
Komputer təlim vasitələri movzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji)
məqsədli proqram tiplərini səciyyələndirən cox sayda terminlərdən istifadə edilir. Bu zaman
muxtəlif muəlliflər tez-tez eyni bir terminə əhəmiyyətli dərəcədə fərqli və ya əks məna verirlər.
Belə ki, eyni tipli proqramlar muxtəlif terminlərlə səciyyələndirilir. Muasir dovrdə təlim prosesinin
təkmilləşdirilməsi və inkişaf etdirilməsi ucun hazırlanmış bir cox komputer proqramları movcuddur.
Psixoloqların ayırdıqları iki əsas idrak fəaliyyətlərinə (təlim və tədris) uyğun olaraq təlim vasitələrini
iki boyuk sinfə bolurlər: təlim muhutləri və təlim proqramları. Təlim muhitlərinin qlobal pedaqoji
məqsədi - muvəffəqiyyətli muhitin yaradılması yolu ilə oyrənənin yaradıcılıq qabiliyyətinin inkişaf
etdirilməsidir. Bu muhitdə oyrənən lazımı biliklər əldə edir.
Təlim proqramı novbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: təlim
materialının numayiş etdirilməsi; muəyyən sahədə təlim; təlim prosesi gedişinin idarə edilməsi
ucun testləşdirmə və diaqnostika; xususi təlim.
Yerinə yetirilən metodik funksiya noqteyi-nəzərdən təlim muhiti və təlim proqramları
arasında dəqiq "cəkilmiş sərhədlər" yoxdur. Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə fərq
təlim muhitlərində gedən proseslərə nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin
olmasıdır.
Dostları ilə paylaş: |