Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Təhsilin informasiyalaşdırılması üçün tədris-metodiki bazanın yaradılması



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə12/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   8   9   10   11   12   13   14   15   ...   96
muh tehsilde ve elmde IKT

2.6. Təhsilin informasiyalaşdırılması üçün tədris-metodiki bazanın yaradılması   

  Təhsilin informasiyalaşdırılması üşün tədris-metodiki baza dedikdə əsasən elektron tədris 

materialları və elektron metodiki vəsaitləri özündə saxlayan elektron baza başa düşülür. Bu 

vəsaitlərin hazırlanmasında baza təhsil planlarının tələbləri ciddi nəzərə alınmalı yeni 

texnologiyaların üstünlüklərindən, müəllimlərin, proqramçı-dizaynerlərin, psixoloqların, 

təhsil ekspertlərinin bu prosesdə iştirakına nail olunmalıdır. Hazırlanmış bütün elektron tədris 

vəsaitləri bu məqsədlə xüsusi yaradılmış və müasir maddi-texniki baza ilə təchiz olunmuş 

təcrübə mərkəzlərində yoxlanılmalı və sertifikatlaşdırılmalıdır. Setrifikatlaşma əsasən tədris 

resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətlərini dərindən bilən, təhsildə 

İKT-nin tətbiqi üzrə beynəlxalq və qabaqcıl təcrübəyə yiyələnmiş ekspert rəyləri əsasında 

aparılmalı, materialların keyfiyyəti xüsusi hazırlanmış metodika üzrə qiymətləndirilməlidir. 

Təhsil müəssisələrində Elektron kitabxana və elektron kataloqların, mediatekaların 

yaradılması və virtual kitabxana texnologiyalarının tətbiqinə nail olunmalıdır. Elektron dərs 

vəsaitlərindən düzgün və səmərəli istifadənin təşkili məqsədi ilə metodiki tövsiyələrin və 

elektron metodiki-tədris materiallarının hazırlanıb tədris müəssisələrinin istifadəsinə 

verilməsinə nail olunmalıdır. 

-  Bunlardan əlavə təhsilin informasiyalaşdırılması üçün tədris-metodiki bazanın yaradılması 

və ondan səmərəli istifadənin təşkilinin təmin olunması məqsədilə müəssisənin təhsil 

portalının yaradılması vacib sahələrdəndir. Təhsil portalında elektron formada 

olan  bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər,  məlumat-sorğu sistemləri, 

inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilə, fənnlər  üzrə metodiki 

dəstəklə  bağlı bölmələr yaradıla bilər. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin