Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə1/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
  1   2   3   4   5   6   7   8   9   ...   27
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

ELÇİN EYVAZOV, NƏRMİNƏ BALABƏYOVA

BEYNƏLXALQ
NƏQLİYYAT ƏMƏLİYYATLARI
(Dərs vəsaiti)


"Elm və təhsil"


Bakı - 2019

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Şura iclasının 15 oktyabr 2019-cu il tarixli 02 saylı protokoluna əsasən çap olunur.

Elmi redaktor: A.Ş.Şəkərəliyev


əməkdar elm xadimi, professor
Rəyçilər: Amil Məhərrəmov
i.ü.e.d., professor
İ.H.Vəliyeva
dosent

Elçin Eyvazov, Nərminə Balabəyova. Beynəlxalq nəqliyyat əməliyyatları (dərs vəsaiti) Bakı, "Elm və təhsil," 2019, 336 səh.




4603000000

qrifli nəşr

N-98-2019
© "Elm və təhsil", 2019

Beynəlxalq nəqliyyat əməliyyatları




MÜNDƏRİCAT


I MÖVZU Dünya iqtisadiyyatının inkişafında nəqliyyat amili
(dos. E.T.Eyvazov)
1.1. Beynəlxalq nəqliyyat əməliyyatlarının mahiyyəti, nəqliyyat
xarici iqtisadi fəaliyyət sahəsində. Dünya bazarında
nəqliyyat xidmətləri 8
1.2. Malların çatdırılması prosesinin əsas məzmunu, logistika
konsepsiyası 13
1.3. Beynəlxalq nəqliyyat daşımaları və onların növləri 19


  1. MÖVZU Malların daşınmasının bazis şərtlərinin onların nəql edilməsinin təşkilinə təsiri. İnkoterms. (dos. N.Ş.Balabəyova)

2.1. Daşınmanın bazis şərtinin məqsəd və vəzifələri. “İnkoterms”
alqı-satqı müqaviləsinin əsas hissəsi kimi 30
2.2. “İnkoterms”ə yenidən baxılmasının səbəbləri 34
2.3 “Kontrakt” beynəlxalq yük daşımaları və nəqliyyat
əməliyyatlarının
hüquqi razılaşma sənədi kimi 39


  1. MÖVZU Beynəlxalq dəniz daşımaları . (dos. N.Ş.Balabəyova) 3.1. Beynəlxalq dəniz nəqliyyatının inkişaf tarixi. Müasir beynəlxalq daşımalarda dəniz daşımalarının tutduğu yer,

əsas dəniz nəqliyyatı marşrutları 43
3.2. Beynəlxalq dəniz daşınmalarının əhəmiyyəti 49
3.3. Beynəlxalq dəniz daşımalarının reallaşdırılması formaları
və rəsmiləşdirilməsi qaydaları 52
3.4. Beynəlxalq gəmiçilikdə konosament daşımalarının
hüquqi tənzimlənməsi 54
3.5. Beynəlxalq dəniz daşımalarının hüquqi tənzimlənməsi .. 58
IV MÖVZU Beynəlxalq daşımalarda su (çay) daşımalarının
rolu və əhəmiyyəti . (dos. N.Ş.Balabəyova)
4.1 Beynəlxalq çay nəqliyyatı haqqında məlumat. Su (çay)
nəqliyyatı vasitəsilə xarici ticari daşımalarının növləri 64
4.2. Su (çay) daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 68

3


Elçin Eyvazov, Nərminə Balabəyova

V Mövzu Beynəlxalq aviadaşımaların təşkili (dos. E.T.Eyvazov)


5.1. Beynəlxalq aviadaşımalar anlayışı 72
5.2. Beynəlxalq hava nəqliyyatı vasitələrinin və uçuşlarının
təsnifatı 75
5.3. Beynəlxalq aviasiya tarifləri 80
5.4. Hava gəmilərinin fraxt olunması, çarter aviadaşımaları,
qeyri-müntəzəm daşımalar 87
5.5. Beynəlxalq aviadaşımaların hüququ tənzimlənməsi 92
VI Mövzu Beynəlxalq avtomobil daşımaları . (dos. N.Ş.Balabəyova)
6.1. Beynəlxalq avtomobil daşınmalarının təşkili və
reallaşdırılması xüsusiyyətləri 119
6.2. Beynəlxalq yük daşınması müqaviləsinin komponentləri 126
6.3. Beynəlxalq avtomobil daşımalarında hüquqi tənzimlənmə .. .129
6.4.Beynəlxalq yük daşınması müqavləsi ilə bağlı Konvensiya .. 139
6.5. Avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşıma
yönümündə “Gömrük Konvensiyası”, Beynəlxalq Yol Daşıma
kitabçası 158
VII Mövzu Beynəlxalq dəmiryol daşımaları (dos. E.T.Eyvazov)
7.1.Dəmiryolu ilə beynəlxalq daşımanın məzmunu və onun
xüsusiyyətləri . 166
7.2. Beynəlxalq dəmiryol daşımalarının növləri 170
7.3. Beynəlxalq dəmiryol daşımalarının hüquqi tənzimlənməsi . 173
7.4. Beynəlxalq dəmir yol yükdaşımalarına gömrük nəzarəti 189
VIII MÖVZU Beynəlxalq qarışıq (intermodal) daşımaların
təşkili. . (dos. N.Ş.Balabəyova)
8.1. Beynəlxalq qarışıq daşımalar anlayışı, üstün və
çatışmayan cəhətləri 196
8.2. Beynəlxalq qarışıq daşımanın prinsipləri, xüsusiyyətləri 199
8.3. Beynəlxalq intermodal daşımaların təşkili 201
8.4. Beynəlxalq qarışıq daşımalarda operator və onun rolu 204
8.5. Beynəlxalq qarışıq daşımaların hüquqi tənzimlənməsi 207
IX MÖVZU Beynəlxalq boru kəməri daşımaları. (dos. E.T.Eyvazov)
9.1. Beynəlxal borukəməri nəqliyyatı anlayışı və
onun xüsusiyyətləri 215
9.2. AR-nın nəqliyyat sistemində boru kəməri nəqliyyatının

4


Beynəlxalq nəqliyyat əməliyyatları

tutduğu yer və onun əhəmiyyəti .220


9.3. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) 222
9.4. Trans Adriatik Boru Kəməri (TAP) 225
9.5. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) 227
9.6. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 228
9.7. Beynəlxalq boru kəməri nəqliyyatında hüquqi
tənzimlənmə 230
MÖVZU X Beynəlxalq daşınmalarda nəqliyyat təhlükəsizliyi
(dos. E.T.Eyvazov)
10.1. Nəqliyyat təhlükəsizliyinin mahiyyəti və əsas
xüsusiyyətləri 232
10.2. Nəqliyyat təhlükəsizliyi üzrə beynəlxalq hüquqi təminat .. 235
10.3. Beynəlxalq dəniz daşımaları üzrə nəqliyyat təhlükəsizliyi . 236
10.4. Beynəlxalq aviadaşımalarda nəqliyyat təhlükəsizliyi 246
10.5. Beynəlxalq avtomobil daşımalarınıda nəqliyyat
təhlükəsizliyinin təmin olunması 251
10.6. Beynəlxalq dəmiryolu daşımalarında nəqliyyat
təhlükəsizliyinin təmin edilməsi 256
10.7. Beynəlxalq su (çay) nəqliyyatında təhlükəsizlik məsələləri .259
10.8. Beynəlxalq boru kəməri nəqliyyatında təhlükəsizlik
məsələləri 260
10.9. Nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində
milli nəqliyyat qanunvericiliyi 261
10.10. Nəqliyyat təhlükəsizliyi sahəsində beynəlxalq
əməkdaşlıq 271
MÖVZU XI Beynəlxalq daşımalar zamanı sığorta
əməliyyatları. (dos. N.Ş.Balabəyova)
11.1. Beynəlxalq daşımalarda nəqliyyat sığortası anlayışı,
onun məqsədi və növləri. Beynəlxalq yükdaşımalarda sığorta
istiqamətləri .275
11.2. Beynəlxalq nəqliyyat daşımalarında Sığorta İnstitutu 279
11.3. Beynəlxalq avtomobil daşımalarında sığortanın
xüsusiyyətləri 282
11.4. Beynəlxalq dəniz daşımaları üzrə sığorta 288

5


Elçin Eyvazov, Nərminə Balabəyova

MÖVZU XII Azərbaycan Respublikasında beynəlxalq


yük daşıımaların təşkili. (dos. N.Ş.Balabəyova)
12.1. Azərbaycan Respublikası üzrə nəqliyyat sistemi 294
12.2. Azərbaycan Respublikasında nəqliyyat xidmətləri üzrə
ixrac istiqamətləri, tranzit potensialı, respublika ərazisindən
keçən beynəlxalq nəqliyyat dəhlizlərinin prespektivləri,
respublikanın nəqliyyat sisteminin inkişaf istiqamətləri 308
12.3. Azərbaycanın BMT-nin Avropa Komissiyası
çərçivəsində qoşulduğu sazişlər və konvensiyalar 312
12.4. BMT-nin tranzit nəqliyyatı sahəsində Azərbaycanın
qoşulması nəzərdə tutulan beynəlxalq Konvensiyalar və
Sazişlər 313
12.5. MDB çərçivəsində Azərbaycanın qoşulduğu
sazişlər və konvensiyalar 314
12.6. Müxtəlif Beynəlxalq Təşkilatlar çərçivəsində
Azərbaycanın qoşulduğu sazişlər və konvensiyalar 316
12.7. Müxtəlif nəqliyyat sahələri üzrə Azərbaycanın qoşulduğu
saziş və konvensiyalar 319
12.8. Azərbaycan Hökumətinin nəqliyyat sahəsində əməkdaşlığı
üzrə Beynəlxalq təşkilatlar 322
12.9. Azərbaycan Respublikasının beynəlxalq yük daşınmaları
üzrə dünya dövlətləri ilə Sazişləri 323

6


Beynəlxalq nəqliyyat əməliyyatları

ÖN SOZ
“Beynəlxalq nəqliyyat əməliyyatları” fənninin tədris edilməsində məqsəd bu xidmət sahəsinin rolunun sürətlə artması ilə izah edilir. Belə ki, beynəl-xalq iqtisadi münasibətlərin və xarici-iqtisadi fəaliyyə-tin genişlənməsi, xarici-ticarət əməliyyatlarının həcmi-nin sürətlə artması, bu sahənin əhəmiyyətini şərtlən-dirən əsas amillərdəndir.“Beynəlxalq nəqliyyat əməliy-yatları” fənninin öyrədilməsi prosesində beynəlxalq nəqliyyat əməliyyatları anlayışının mahiyyəti, müxtəlif növ nəqliyyat vasitələri ilə beynəlxalq yük, sərnişin və baqaj daşınması, beynəlxalq nəqliyyat daşımaları za-manı məsuliyyət, sığorta və nəqliyyat təhlükəsizliyinin təmin olunması, habelə beynəlxalq nəqliyyat konven-siya və sazişlərinin, milli (dövlətdaxili) nəqliyyat qa-nunvericilik aktlarının müddəaları barədə müvafiq bilik-lərin tələbələrə öyrədilməsi və bu sahədə yüksək ixti-saslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Dərs vəsaitinə daxil olunmuş mühazirələrdə nəzəri əsaslarla ya-naşı, müxtəlif növ beynəlxalq nəqliyyat daşımaları, onla-rın spesifik xüsusiyyətləri, üstün və mənfi cəhətləri, daşı-maların təşkili və sənədləşdirilməsi, sığorta məsələləri və Azərbaycanda nəqliyyat sisteminin təşkili barədə material-lar yer almışdır. Dərs vəsaiti “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alan tələbələr, magistrlər və bu ixtisas üzrə işləyən müəllimlər və mütəxəssislər üçün faydalı ola bilər.


7


Elçin Eyvazov, Nərminə Balabəyova

I MÖVZU


DÜNYA İQTİSADİYYATININ İNKİŞAFINDA NƏQLİYYAT AMİLİ
1.1. Beynəlxalq nəqliyyat əməliyyatlarının mahiyyə-ti, nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində. Dünya ba-zarında nəqliyyat xidmətləri.
Nəqliyyat əlaqəsi beynəlxalq iqtisadi münasibətin hə-yata keçirilməsinin ən mühüm və fasiləsiz tərkib hissəsi sayı-lır. Dünya ölkələri arasında cərəyan edən inteqrasiya proses-lərinin inkişafında başqa iqtisadi ünsürlərlə birlikdə, nəqliy-yat amili də çox mühüm əhəmiyyətə malikdir. Nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafı zamanı «fəqərə» sütunu rolunu oynaması elmə artıq çoxdan məlumdur. Bununla belə


  1. əsrin sonu və XXI əsrin əvvəllərində dünya ölkələri ara-sında iqtisadi əlaqənin daha da genişlənməsi nəqliyyatın ye-ni promblemlərinin aşkar olunmasına təsir göstərmişdir.

Nəqliyyat vasitələri beynəlxalq bazarda əmtəə və xid-mətin tədarükçüdən istehlakçıya qədər olan hərəkətini təchiz edir. Funksional şəkildə nəqliyyat, tədavül prosesi ilə bütün-lüklə qovuşaraq bilavasitə ona xidmət göstərir. Əmtəə və xidmətlərin tədavülü proseslərini nəqliyyatdan kənarda tə-səvvür etmək mümkün deyil. Hazırda beynəlxalq iqtisadi əlaqələr sisteminin vacib elementi hesab olunan nəqliyyat və beynəlxalq nəqliyyat daşımaları bütün ölkələrin iqtisadi inf-rastrukturunda mühüm yer tutur. Nəqliyyat ölkənin 2 ayrı iqtisadi sektoru olan kənd təsərrüfatı və sənaye arasında əla-


8


Beynəlxalq nəqliyyat əməliyyatları

qə yaradır və ölkə iqtisadiyyatını vahid kompleks olaraq bir araya gətirir.


Xarici ticarətin, beynəlxalq nəqliyyat daşımalarının, sənayenin və başqa xidmət sektorlarının ahəngdar işi yük və sərnişinlərin vaxtlı-vaxtında nəql olunmasından, nəqliyyat müəssisələrinin davamlı olaraq fəaliyyət göstərməsindən funksional şəkildə asılıdır. Nəqliyyatın əsas vəzifəsi və fəa-liyyəti daşınma proseslərini həyata keçirməkdir. Daşınma prosesləri isə istehsal proseslərinin həyata keçirilməsinin mühüm şərtidir. İstehsal olunan və hazırlanan məhsullar da-şınaraq istehlak yerlərinə (istehlakcılara) çatdırılır. Beləliklə, istehsal prosesi dayanır. Daşınma fəaliyyəti istehsal prosesi-nin dövriyyə prosesində davam etməsi deməkdir. Nəqliyyat termininin xüsusiyyəti - latınca trasporto sözün-dən formalaşıb, gətirirəm, aparıram, yerini dəyişdirirəm mə-nasını ifadə edir. Əsas xüsusiyyəti hər hansı bir yük və insa-nı, sərnişini bir məkandan digər məkana çatdırmaqdır. Nəq-liyyat, hansısa bir məhsulu istehsal etmir, lakin təyinatından asılı olaraq vətəndaşa, cəmiyyətə, ümumilikdə isə dövlətə vacib və zəruri xidmət göstərir. Nəqliyyatın maddi istehsal yaratmaq xüsusiyyəti olmasa da belə, o bu prosesdə bir xərc subyekti kimi iştirak edir və bu nöqteyi nəzərdən hansısa bir məhsulun son qiymətinin formalaşması zamanı ciddi faktor kimi çıxış edir.
Nəqliyyat xarici iqtisadi fəaliyyət sektorunda. İEÖ-də hər birində nəqliyyat sahəsinə müstəqilliyin qorunub saxlan-masının vacib bir faktoru kimi baxılır. Yəni, nəqliyyat artıq qloballaşan dünyanın dinamik və ən fəal strukturlarından bi-rinə çevrilmişdir. Təbii ki, Qərb və Şərqin qovuşduğu mə-kanda yerləşən, unikal coğrafi, geosiyasi şəraitli ölkəmiz

9


Elçin Eyvazov, Nərminə Balabəyova

dünya iqtisadiyyatının nəqliyyat sahəsində gedən proseslər-lə əlaqədar olmuşdur.


İqtisadi amillərdən başqa, eyni zamanda nəqliyyat faktoru da vacib əhəmiyyət kəsb edir. Nəqliyyat təkcə yük və sərniçin daşınma əməliyyatlarını yerinə yetirmir, eyni za-manda təbii və əmək resursunun istehsal dövriyyəsinə cəlb edilməsində, məhsuldar qüvvələrinin inkişafında istehsal sa-həsinin ərazi üzrə səmərəli təşkili zamanı, əhalinin məskun-laşması, şəhər və kəndlərin formalaşmasında önəmli faktor rolunu oynayır. Müasir zamanda bütün dünya ölkələri ara-sında yüz milyona yaxın əhali nəqliyyatın bir çox sahələrin-də çalışırlar. Xüsusilə XX əsrin sonlarında dünyanın siyasi xəritəsinə müasir qrup müstəqil ölkələrin daxil olması və bu ölkələrin müstəqil formada dünya iqtisadiyyatına qovuşması hazırkı şəraitdə ölkələrarası yük axınlarının intensivləşməsi-nə təsir etməklə nəqliyyatın iqtisadi səmərəliliyini artırmış-dır. Dövlətlərarası iqtisadi əlaqələrin səmərəliliyinin artırıl-ması və yük axınlarının tənzimlənməsi bütün nəqliyyat sahə-lərində beynəlxalq normaya uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Dövlətlərin yerləşmə məkanından asılı olmayaraq, dövlətlər çalışır ki, özünün istehsal etdiyi sə-naye və kənd təsərrüfatı məhsullarını daha səmərəli yollarla dünya bazarına çıxararaq yüksək gəlir qazansınlar.
Buna baxmayaraq, XXI əsrdə ETT-nin sürətli inkişaf etməsi digər sektorlarda olduğu kimi nəqliyyatın ayrı-ayrı sahələrinə sirayət etmiş, onun elmi-texniki imkanının artırıl-masına təsir göstərmişdir. XXI əsrin iqtisadiyyatı hər bir dünya ölkəsinin dünya bazarının rəqabətə dözümlü, ixtisas-laşdırılmış məhsul istehsalını tələb edirsə, nəqliyyat sahəsin-də isə yük-sək yük tutuma və intensiv hərəkətə malik maşı-nın olmasını tələb edir.

10


Beynəlxalq nəqliyyat əməliyyatları

Nəqliyyatın inkişafı cəmiyyətdə olan inkişafla əlaqəli olaraq, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvə-lərin əmələ gəlməsində təsiredici ünsürlərdən olub, daim təkmilləşərək formalaşmışdır. Nəqliyyatın inkişaf etməsində və onun sahələrinin təşəkkül tapmasında tarixən yer kürəsi-nin müxtəlif regionlarının, dəniz və okeanlarının öyrənilməsi nəticəsində və həmin yerlərə gediş-gəlişin təmin edilməsi zə-rurətindən irəli gələrək nəqliyyatın müxtəlif sahələrinin inki-şaf etdirilməsinə daim diqqət göstərilirdi. Əgər cəmiyyətin inkişafı zamanı maddi nemətlər istehsalı məqsədilə məhsul-dar qüvvələrin inkişafı vacib sayılırdısa, istehsal edilmiş məhsulların daşınması üçün nəqliyyat sahələrinin inkişafı tə-ləb edilirdi. Buna görə də istehsalın primitiv alətlərdən istifa-də edildiyi zamanlarda əsas daşınma vasitəsi kimi at, öküz, araba hesab olunurdusa, istehsal olunmuş məhsulların döv-lətlər arasında daşınma tələbinə cavab verən və dünya iqtisa-diyyatının təşəkkül tapmasında daha aktiv iştirakı olan nəq-liyyatın müasir mütərəqqi sahələri inkişaf etdirilmişdir.


Dünyada nəqliyyat inkişafı təkcə yük və sərnişin da-şınma əməliyyatını yerinə yetirmir, eyni zamanda, yüz mil-yonlarla əhalinin işlə təmin edilməsində, quru və su hövzələ-rində yerləşən zəngin təbii resurslarının istehsal dövriyyəsi-nə cəlb edilməsində, əhalinin məskunlaşmasında, şəhər, qə-səbə, kəndlərin təşəkkül tapmasında, əsas sənaye və nəqliy-yat qovşaqları, limanların inkişafında vacib iqtisadi əhəmiy-yət kəsb edir.
Dünya bazarında nəqliyyat xidmətləri. Beynəlxalq iq-tisadi əməliyyatlar həyata keçirilərkən nəqliyyat xidmətləri iki və daha çox ölkə arasında predmetin yerdəyişməsini tə-min edir. Aşağıdakılardan asılı olaraq bu nəqliyyat xidmətlə-ri fərqlənir:

11


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. Nəqliyyatın növündən: su (dəniz və çay), yerüstü (dəmiryol və avtomobil), hava (aviasiya), boru kəməri, qarı-şıq




  1. Nəqliyyat əməliyyatlarının predmetindən (yük, sər-nişin, baqaj)




  1. Malın nəqliyyat xarakteristikasından; quru (kömür, filiz), səpilə bilən (taxıl, sement, fosfat), süzülə bilən (neft və onun emalı üzrə məhsullar, bitki yağları)




  1. Daşınmanın periodikliyi (daimi və daimi olmayan)




  1. Sərhədi keçmə qaydası (konteyner, parom və.s.)




  1. Ötürülmə növü (birbaşa, birbaşa olmayan və.s.) Beynəlxalq nəqliyyat xidmətləri spesifik əmtəə olaraq,

beynəlxalq nəqliyyat bazarlarında alınır, satılır və nəqliyya-tın növündən, daşınmanın çoğrafiyasından və daşınan yük-lərin növündən asılı olaraq fərqləndirilir.


Daha geniş mənada, beynəlxalq nəqliyyat xidmətləri bilavasitə daşınma fəaliyyətindən əlavə, müxtəlif əməliyyat-ları özündə birləşdirir; yükün malgöndərənin anbarından yaxınlıqda olan yük terminalına qədər daşınması, onun ma-gistral nəqliyyat vasitələrinə yüklənməsi, aralıq məntəqələ-rində nəqliyyatın digər növlərinə yenidən yüklənməsi, təyi-nat məntəqəsində boşaltma, aralıq məntəqəsindən yükün müvəqqəti saxlanılması, daşınma sənədlərinin yenidən sə-nədləşdirilməsi.
Uyğun nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərlə və nəqliyyatın magistral növləri ilə yükün daşınması üzrə məsrəflər yük sahibininin tam nəqliy-yat xərclərini təşkil edir.
Beləliklə, beynəlxalq nəqliyyat prosesində yük sahib-lərindən və daşınma ilə məşğul olanlardan əlavə müxtəlif tə-sərrüfat subyektləri iştirak edirlər (limanlarda və stansiyalar-

12


Beynəlxalq nəqliyyat əməliyyatları

da yük terminalları operatorları da daxil olmaqla). Beynəl-xalq daşınmalar zamanı, xüsusilə hazır məhsulun və yarım-fabrikatların daşınması zamanı yük dəfələrlə daşınma ilə məşğul olanlardan terminal operatorlarına, sonra yenidən daşıyanlara və s. keçir. Eyni zamanda yükə görə məsul sub-yektlər də dəyişir.


Özlərinin kommersiya maraqlarını müdafiə etmək üçün yük sahibləri yüklər ilə əməliyyatların yerinə yetirilmə-sini ekspeditorlara tapşırırlar, məsələn: yük boşaltma, yükün saxlanılması, yük sənədlərinin rəsmiləşdirilməsi və s. Yük sahibi həmçinin daşınmalar üzrə müqaviləni, fraxt üzrə he-sablaşmanı və sairəni ekspeditorlara tapşıra bilər.
Dünyanın bir çox dövlətlərində vasitəçi təşkilatların inkişaf etmiş şəbəkəsi yük sahiblərinə imkan verir ki, ona maraqlı olan hər bir məntəqədə bilavasitə ekspeditor firma-ları ilə müqavilələr bağlasın. Belə müqavilələr bütün daşın-manın tapşırıldığı baş ekspeditorla da bağlana bilər. Baş eks-peditor yük sahibi adından müxtəlif növdən olan nəqliyyat daşıyıcıları ilə də müqavilələr bağlaya bilər.
1.2. Malların çatdırılması prosesinin əsas məzmunu, logistika konsepsiyası.

Malların hesablandığı yerdən istehlak yerinə çatdırıl-ma prosesinin əsas məzmunu əmtəə hərəkəti sistemi çərçivə-sində əməliyyatların geniş spektrinin yerinə yetirilməsini özündə birləşdirir. Bu proses nəqliyyatın bütün növlərinin texniki vasitələrini, kommunikasiya, sənaye firmnalarının, anbarın filiallarının, ticarət vasitəçi və digər şirkətlərin, bro-ker firmalarının, agentliklərin maddi-texniki bazası, kontey-nerləri icarəyə verən lizinq şirkətlərin maddi-texniki bazası,


13


Elçin Eyvazov, Nərminə Balabəyova

informasiya idarəetmə sistemlərinin texniki vasitələri kimi müəyyən olunur.


Bununla yanaşı, bu sistem «Təsərrüfat əlaqələrinin nəqliyyat informasiya və digər təminatı prosesində yaranan texnoloji, təşkilatı, hüquqi, sosial və digər münasibətlərin, boşaltma işlərinə tariflərin, daşınma ilə əlaqədar digər əmə-liyyatlara tariflər məcmusunu əhatə edir. Hər hansı bir döv-lət çərçivəsindən çıxan əmtəə hərəkəti sistemi beynəlxalq sis-tem kimi müəyyənləşdirilə bilər. ”Ümumdünya əmtəə hərə-kəti” sistemi dedikdə beynəlxalq bölgüsü vasitəsilə bir-biri ilə əlaqədar olan müxtəlif milli sistemlərin məcmusu başa düşülür.
Əmtəə hərəkəti anlayışına identik olan «nəqliyyat tə-minatı» anlayışından istifadə olunur. Nəqliyyat təminatı de-dikdə vahid nəqliyyat sisteminin elementləri məcmusu anla-şılır ki, onlar da bir-birilə sıx əlaqədədirlər. «Nəqliyyat təmi-natı» dedikdə - texniki, texnoloji elementlərin məcmusunu təcəssüm etdirən sistem, ictimai təkrar istehsalı və iqtisadiy-yatın səmərəli fəaliyyətini təmin edən istehsal, istehlak və tə-davül sferasının bütün mərhələlərində və səviyyələrində nəqliyyat əməliyyatı və prosesləri ilə idarəetmənin forma və metodları başa düşülür.
Bu anlayışların hər ikisi (əmtəə hərəkəti və nəqliyyat təminatı) texniki istismarın və iqtisadi-təşkilati tədbirlərin bütün kompleksini kifayət qədər və tam əhatə edir. Bunlar-sız daxili və beynəlxalq təsərrüfat əlaqələri mümkün deyil.
İstehsal xarakterli əməliyyatlar (anbarlaşma, yükləmə, boşaltma, daşınma prosesi və onunla bağlı boşaltma, saxlan-ma, komplektləşdirmə) malın istehlak tərkibini heç vaxt yax-şılaşdıra bilməz. Əksinə məhz daşınma prosesində malın tər-kibi və onun keyfiyyəti pisləşə bilər, burada itirilmə, xarab

14


Beynəlxalq nəqliyyat əməliyyatları

olma, malın oğurlanmsı riski də var. Bununla əlaqədar ola-raq əsas vəzifədən biri odur ki, mal vaxtında və itkisiz nəzər-də tutulmuş yerə çatdırılsın.


Daşınma ilə əlaqədar olan əməliyyatların öz qiyməti var, yəni bu proses məhsulun qiymətinin yaranmasına təsir edir. Bir çox mallar çox böyük daşınma xərcləri ucbatından bazarlarda öz rəqabət qabiliyyətini itirirlər. Nəqliyyat tariflə-ri, anbarlaşma, yükləmə məhsulun qiymətinə əlavə olunur və bəzən müxtəlif bazarlarda onun müvəffəqiyyətlə realizə olunmasının üstündən xətt çəkə bilər. Bu malın daşınmasına aşağıdakı tələbi də irəli sürür, onun optimallaşması, yəni qiymət cəhətdən rəqabət qabilliyətinin saxlanılması məqsə-dilə onun maksimal olaraq ucuzlaşması zəruridir.
Bununla əlaqədar daxili və beynəlxalq təsərrüfat əla-qələrində «Əmtənin qiymətində nəqliyyat tərkibi» anlayışı vacib rol oynayır. Nəqliyyat tərkibi malın müqavilə qiyməti-nə daxil edilən, onun daşınması üzrə məsrəflərin faizidir. Malın qiymətinə münasibətdə onun daşınması üzrə məsrəf-lərin faiz münasibəti beynəlxalq təcrübə əsasında formalaşan kəmiyyətdir.
Nəzər almaq lazımdır ki, mal nə qədər bahadırsa satış bazarında onun qiymətində nəqliyyat tərkibi bir o qədər aşa-ğıdır. Belə ki, dünya təcrübəsində hazır məhsulun ticarəti za-manı (məs. elektron sənaye məhsulu) nəqliyyat tərkibi 2-3%-


  • qədər, yeyinti məhsulları və ev texnikasında 5-6%-ə, maşın və avadanlıq daşınarsa 7-12%-ə qədərdir. Əgər söhbət xam-mal və yarımfabrikatlarda ticarətdən gedirsə nəqliyyat tərki-bi çox olur. Belə ki xammal məhsulunun daşınması zamanı nəqliyyat tərkibi 45-60% diapazonunda, mineral-tikinti yük-ləri üçün 80-85%-ə yaxınlaşır. Daşınma, yükləmə, saxlama və s. üçün xüsusi şərtlər tələb olunan xüsusi rejimli yüklərin da-

15


Elçin Eyvazov, Nərminə Balabəyova

şınması zamanı isə nəqliyyat xərcləri əmtəənin dəyərini ötüb keçə bilər.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin