Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə9/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

111


Elçin Eyvazov, Nərminə Balabəyova

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablaşma vahidi




  • XBH) daşıyıcının məsuliyyəti limitini müəyyənləşdirmək məqsədilə tətbiq edilir.

Qeyd edilən dəyişiklik ancaq yük daşımalarına aid edilir. Sərnişin daşıyan daşıyıcının məsuliyyəti limitinin val-yuta ilə müəyyənləşdirilməsi məsələsinə isə Monreal Proto-kolu heç bir fikir bildirmir. Bunun üçün 4 xüsusi protokol qə-bul olunmuşdur. Bu xüsusi protokollar aşağıdakılardır:




    1. Nömrəli Monreal Protokolu;




    1. Nömrəli Monreal Protokolu;




    1. Nömrəli Monreal Protokolu;




    1. Nömrəli Monreal Protokolu.

Vurğulamaq lazımdır ki, sadalanan protokollar tətbiq olunmamışdır.


Monreal Protokolunun Varşava Konvensiyasında et-diyi digər bir yenilik yük daşımalarının rəsmiləşdirilməsi ilə bağlıdır. Belə ki, Varşava Konvensiyasına əsasən, hava yolu vasitəsilə beynəlxalq yük daşınması aviayük qaiməsi vasitə-silə rəsmiləşdirilir. Monreal Protokolunda isə, yük daşımala-rının rəsmiləşdirilməsində e- hesablama qurğularından isti-fadə edilməyinə icazə verilir. Bu zaman qaimə hazırlamaq əvəzinə e-qeydindən istifadə edilir. Elektron qeydi özündə növbəti daşıma haqda informasiya saxlayır. Yükgöndərənə isə onun tələbi ilə yükün qəbul olunması barədə qəbz veri-lir.
1999-cu ilin Monreal Konvensiyası. Bəllidir ki, Varşa-va sistemi istər qüvvədə olan, istərsə də qüvvəyə minmə-yən sənədlərdən təşkil edilmişdir. Buraya hava daşımaları sektorunda bəzi sazişlər və bəzi əlavə protokollar daxildir. Bu sənədlərin qarışıq sistem əmələ gətirməsi, 1975-ci il Mon-real Konfransında qəbul olunan qətnamədə qeyd edilirdi.

112


Beynəlxalq nəqliyyat əməliyyatları

Konfrans BHNA-nın Hüquq Komitəsinə tapşırıq verdi ki, Varşava sistemi sənədlərinin ümumi mətninin layihəsini tər-tib etsin. Tərtib olunmuş layihə Qvatemala Protokolunun və 1975-ci il 4 saylı Monreal Protokolunun ümumi məzmununu təkrar edirdi ki, bəzi dövlətlər onların müddəalarına dəstək olmurdular.


Dövlətlər məsələnin həlli yoluna fərqli münasibət bəs-lədiyindən Varşava sistemi sənədlərinin sözügedən ümumi mətni qəbul olunmadı və imzalanmadı. Ancaq Varşava Kon-vensiyasının və Əlavə Protokolların ümumi mətnini vahid bir konvensiya formasında tərtib etmək tələb edilirdi. Bunun üçün 1999- cu ilin mayında Monreal Konvensiyası qəbul olundu. Monreal Konvensiyasının qəbul edilmə səbəbi Var-şava sistemini əvəz etmək idi . Bu konveksiyaya Varşava sis-teminin istər qüvvədə olan, istərsə də qüvvəd olmayan hü-quqi aktları daxildir.
Monreal Konvensiyası bu cür adlanır: «Beynəlxalq ha-va daşımalarına məxsus bir sıra qaydaların unifikasiyası üçün» Konvensiya. Otuz dövlət tərəfindən ratifikasiya olun-duqdan sonra Konvensiya tanınacaqdır.
Burda hava daşımaları üçün tərif verilir, tərəflərin hü-quqları və vəzifələri təsbit edilir, məsuliyyət məsələsi həll edilir, mübahisə və ixtilafların həlli qaydası əks olunur və xüsusi əhəmiyyəti olan sair məsələlər nizamlanır. Konvensi-yanın birinci maddəsinə əsasən, təkrar yükləmə və yaxud daşımada fasilənin yaranıb-yaranmamasından asılı olmadan, yoladüşmə və təyinat yerləri aşağıda göstərilən ərazilərdə ol-duqda hava gəmiləri ilə yerinə yetirilən bütün daşımalar beynəlxalq hava daşımaları hesab edilir:
- 2 iştirakçı dövlətin ərazisində olduqda;

113


Elçin Eyvazov, Nərminə Balabəyova

-eyni iştirakçı ölkənin ərazisində, lakin başqa ölkənin-ərazisində dayanmaq nəzərdə tutulduqda.


Konvensiya hava gəmisi ilə haqq əsasında yerinə yeti-rilən istənilən beynəlxalq sərnişin, yük və yaxud baqaj daşı-malarına tətbiq olunur. Bunlarla yanaşı konvensiya avianəq-liyyat müəssisəsinin hava gəmisi tərəfindən həyata keçirilən ödənişsiz uçuşlara da tətbiq edilir.
Bu konvensiyaya əsasən, yükdaşıma aviayük qaiməsi ilə rəsmiləşdirilir. Qaimənin əvəzinə başqa vasitədən də (mi-sal üçün, yük qəbzindən və s.) istifadə edilə bilər, o şərt daxi-lində ki, həmin vasitədə qarşıdakı yükdaşıma haqda qeyd mütləq olsun.
Konvensiya ilə həll edilən mühüm məsələlərdən biri daşıyıcının məsuliyyətidir. Daşıyıcı, adətən 2 hala görə mə-suliyyətə cəlb oluna bilər:
I yükün ziyan görməsindən (itməsindən, məhv olma-sından) ibarətdir. Konvensiyanın 18-ci maddəsinə əsasən, daşıyıcı bu hala əsasən məsuliyyət daşıyır, o şərtlə ki, zərər vurulmasına gətirib çıxaran hadisə hava daşıması zamanı ol-sun.


  1. təyinat yerinə təhvil verilmə müddətinin ötürülmə-sidir. Əgər hava yolu vasitəsilə sərnişin, yük və yaxud baqaj daşınması zamanı sözügedən müddət pozularsa, daşıyıcı bu-nun üçün mütləq şəkildə məsuliyyət daşıyır.

Konvensiya məhdud məsuliyyətlilik prinsipindən çı-xış etməklə daşıyıcının məsuliyyətini bu cür təyin edir:


-sərnişinin təyinat yerinə çatdırılma müddəti pozul-duqda - bütün sərnişinlər üçün 4150 SDR (XBH) vahidi dəyə-rində;

114


Beynəlxalq nəqliyyat əməliyyatları

-baqaj ziyan gördükdə və yaxud baqajın təyinat yeri-nə çatdırılma müddəti pozulduqda - bütün sərnişinlər üçün 1000 SDR (XBH) vahidi dəyərində;


-yük ziyan gördükdə və yaxud yükün çatdırılma müddəti pozulduqda - hər bir kiloqram yük üçün 17 SDR (XBH) vahidi dəyərində.
Konvensiya daşıyıcı üçün obyektiv məsuliyyəti mü-əyyən edir, daşıyıcı təqsirkar olduqda isə qeyri-məhdud mə-suliyyətliliyi prinsipindən çıxış edir. Qvadalaxara Konvensi-yası. Qdvadalaxara Konvensiyası belə adlanır: ”Müqavilə daşıyıcısı olmayan şəxslərin apardıqları beynəlxalq hava da-şımalarına məxsus bəzi qaydaların unifikasiyası məqsədilə Varşava Konvensiyasına” Əlavə Konvensiya. Konvensiyanı təxminən 60 dövlət imzalamışdır. SSRİ bu Konvensiyaya qo-şulmamışdı. AR 1999-cu ildən Konvensiyaya daxil olmuş və eyni zamanda onu ratifikasiya etmişdir (AR 9.11.1999-cu il tarixli 749-I Q nömrəli Qanunu). Konvensiya Varşava siste-minin müqaviləsidir.
Qvadalaxara Konvensiyasının özəlliyi odur ki, o, Var-şava Konvensiyasındakı və bu Konvensiyadakı əlavələrdəki bütün boşluqları doldurdu. Onlar çarter nəqletməsi və hava gəmisinin kirayələnməsi ilə əlaqəli münasibətləri tənzimlə-mirdi.
Qvadalaxara Konvensiyası Varşava Konvensiyasının mühüm prinsiplərini həmin kirayə hava gəmisi ilə yerinə ye-tirilən daşımalara aid edir. O, çarter aviadaşımalarının hüqu-qi rejimini təyin edir. Bununla belə, Qvadalaxara Konvensi-yasının mühüm məqsədi çarter aviadaşımaları və hava gəmi-lərinin kirayələnməsi ilə əlaqədar münasibətləri yoluna qoy-maqdan ibarətdir. O, kirayələnmə reyslərini və çarter reyslə-

115


Elçin Eyvazov, Nərminə Balabəyova

rini Varşava Konvensiyasının nizamlama predmetinə, hüqu-qi təsir sahəsinə daxil edir.


Qeyri-müntəzəm çarter aviadaşımalarının tərəqqisi daşımaların kirayələnmiş hava gəmiləri vasitəsilə həyata ke-çirilməsinə səbəb oldu. Daşıma müqaviləsi adətən hava gə-misini icarəyə verən aviaşirkəti ilə imzalanırdı. Daşımanın özü isə daşıyıcı - kirayəçi tərəfindən həyata keçirilirdi. Bu cür daşımanın hüquqi prosedurunu nizamlamaq, o cümlə-dən hava gəmisini icarəyə verənin və icarəçinin məsuliyyəti-ni müəyyən etmək üçün Qvadalaxara Konvensiyası beynəl-xalq hava hüququna «faktiki daşıyıcı» terminini daxil edir.
Konvensiyanın ilk maddəsi faktiki daşıyıcıya bu cür izah verir: müqavilə üzrə daşıyıcı olmayan, ancaq Varşava Konvensiyası və Haaqa Protokolu ilə mövcud daşımanı yeri-nə yetirməyə hüququ olan şəxslər faktiki daşıyıcı adlanır. Hava gəmisini çarter yaxud kirayə üzrə yük sahibinə verən aviaşirkət fraktiki daşıyıcı hesab edilir.
Qvadalaxara Konvensiyası müəyyənləşdirir ki, müqa-vilə üzrə daşıyıcı ilə fraktiki daşıyıcı Varşava Konvensiyası-nın təsir sahəsinə daxildir. Faktiki daşıyıcının hərəkəti saziş üzrə daşıyıcının hərəkəti kimi tanınır və bunun əksinə (3-cü maddə). Digər yandan, əgər faktiki daşıyıcı Varşava Konven-siyasının şərtləri əsasında daşıma edirsə, o, müqavilə imzala-yan və eyni zamanda da faktiki daşıyıcı olaraq Varşava Kon-vensiyasının təsir sahəsinə aid olur (2-ci maddə). Bu səbəb-dən də o, Varşava Konvensiyasının məhdud məsuliyyət prinsipinə aid olan və aviaşirkət üçün əlverişli sayılan başqa müddəalarına istinad edə bilər. Bu Qvadalaxara Konvensiya-sının da əsas mahiyyətidir.
Yük sahibinin sərəncam və pretenziyaları müqavilə əsasında daşıyıcıya və faktiki daşıyıcıya verilə bilər (4-cü

116


Beynəlxalq nəqliyyat əməliyyatları

maddə). Qvadalaxara Konvensiyasına əsasən, daşıyıcı və faktiki daşıyıcı arasında qarşılıqlı münasibətlər onların daxili məsələsidir və daşıma müqaviləsinin bağlanmasına heç bir təsir etmir.


Bu Konvensiya zərərgörən şəxslərə iddia verilməsi üçün qayda təyin edir. Bu qaydaya əsasən, zərərgörən 3 al-ternativ variantdan yalnız birini seçə bilər. Beləki, zərərgörən şəxs iddianı müqavilə imzalayan daşıyıcıya, faktiki daşıyıcı-ya və eyni zamanda hər ikisinə də verə bilər. Belə xüsusi va-riantlar Konvensiyanın 7-ci maddəsində qeyd edilir. Variant-lardan birini seçə bilmək zərərgörənin mülahizəsindən asılı-dır.
Əgər iddia daşıyıcılardan birinə verilərsə, bu zaman o, başqa bir daşıyıcını məhkəmənin olduğu yerin qanununa müvafiq olaraq, məhkəmə prosesinə cəlb edə bilər. Faktiki daşıyıcıya iddia baş idarəsinin olduğu yerin məhkəməsinə və ya onun yaşadığı yerin məhkəməsinə verilə bilər. Müqa-viləyə əsasən daşıyıcıya qarşı münasibətdə məhkəmə aidiy-yəti Varşava Konvensiyası ilə təsbit olunur. Daşıma müqa-viləsi imzalayan daşıyıcının və faktiki daşıyıcının hüquqları-nı və vəzifələrini Qvadalaxara Konvensiyası təsbit etmir. Konvensiyada bu məsələyə aid heç bir norma yoxdur. Odur ki, onlar arasındakı qarşılıqlı əlaqələr bağladıqları çarter ya-xud kirayə müqaviləsi əsasında müəyyən olunmalıdır.
Mövzuya aid sual və tapşırıqlar


  1. Beynəlxalq aviadaşımalar haqqında məlumat verin




  1. Hava gəmilərində üstün və çatışmayan cəhətləri sa-

dalayın



  1. Hava nəqliyyatı hansı texniki-iqtisadi xüsusiyyətlə-rə malikdir.

117


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. Hava nəqliyyatı vasitələrinin təsnifatı haqqında məlumat verin




  1. Aviaçarter daşımalar təşkilat metoduna görə necə təsnifatlandırılır?




  1. Beynəlxalq aviasiya tariflərinin təsnifatını sadala-

yın



  1. Hava gəmilərinin fraxt edilməsi, çarter aviadaşıma-ları və qeyri-müntəzəm daşımalar haqqında məlumat verin

  2. Beynəlxalq aviadaşımaların hüququ tənzimlənməsi barədə məlumat verin

118


Beynəlxalq nəqliyyat əməliyyatları


MÖVZU VI

BEYNƏLXALQ


AVTOMOBİL DAŞIMALARI

6.1. Beynəlxalq avtomobil daşınmalarının təşkili və reallaşdırılması xüsusiyyətləri

Avtomobil nəqliyyatı beynəlxalq ticarətdə yüklərin daşınmasında çox əhəmiyyətlidir. Bildiyimiz kimi, ilk avto-mobillər hələ 19-cu əsrin axırında yaransa da, 20-ci əsr avto-mobil nəqliyyatının fəal tərəqqisi ilə əlamətdar oldu. Bu əsr-də bir çox onilliklər boyu avtomobil sənayesinin daim artımı müşahidə olunur ki, bu nəqliyyat növünün gündəlik həyata tətbiqi də iqtisadiyyat sahəsində, sosial sahədə, ekologiyada və i. a. keyfiyyət dəyişiklikləri doğurdu. Avtomobilin yaran-ması quru yol vasitəsilə sərnişin və yük daşınmasındakı və-ziyyəti xeyli dəyişdi: at-araba nəqliyyatı artıq istifadə edil-mirdi, həm də dəmir yolu nəqliyyatının tərəqqi proqramla-rında yeniliklər olundu.
Daşınan yüklərin miqdarına əsasən avtomobil nəqliy-yatı dünya üzrə ilk yerdədir. Buna baxmayaraq, nəqliyyatın bu növü vasitəsilə daşınma məsafələri, ortahesabla dəniz və dəmir yolu nəqliyyatlarında olanlardan kifayət qədər az ol-duğuna görə, o, yük dövriyyəsinə əsasən bu sonuncu yerdə olanlardan geri qalır. Daşınan yükün xüsusiyyətlərinə əsa-sən, beynəlxalq avtomobil daşınmaları aşağıdakı kateqoriya-lara bölünür:

119


Elçin Eyvazov, Nərminə Balabəyova





  • İri qabaritli, yəni nəqliyyat vasitələrinin ölçüsü nə-zərdə tutulmaqla, ölçüsü həmin dövlətin ərazisində nəqliy-yat vasitəsinin onun avtomobil yolu ilə hərəkəti məqsədilə müəyyənləşdirilən ölçüdən çox olan yükün beynəlxalq avto-mobil daşınması;

1. Ağır çəkili, yəni nəqliyyat vasitələrinin kütlələləri nəzərdə tutulmaqla, çəkiləri nəqliyyat vasitələrinin həmin dövlətdə müəyyənləşdirilən çəkisi və ya nəqliyyat vasitələri-nin oxuna düşən ağırlıq qeyd olunan dövlətdə müəyyənləşdiri-ləndən artıq olan yükün beynəlxalq avtomobil daşınması;


2. Təhlükəli yükün beynəlxalq avtomobil daşınmaları, yəni onlara xarakterik olan əlamətlərə əsasən daşınma vaxtı cəmiyyətin sağlamlığına və həyatına təhlükə yaradan, ətraf mühitə ziyan vura bilən, maddi dəyərləri zədələyən və ya məhvinə səbəb olan maddələr və onlardan hazırlanan məh-sulların daşınması.
Son dövrlər dünya təsərrüfat əlaqələrində beynəlxalq avtomobil daşınmaları xeyli artmışdır. Hazırda AR ilə MDB ölkələri arasında, o cümlədən İran İslam Respublikası, Türki-yə Respublikası arasında beynəlxalq avtomobil əlaqəsi yetəri qədər inkişaf etmişdir. Avtomobil nəqliyyatı beynəlxalq sər-nişin daşınmalarında da mühüm əhəmiyyətə malikdir. Av-ropa ölkələrində müntəzəm beynəlxalq avtomobil xətləri təş-kil olunur. Müntəzəm sərnişin xətləri, ilk növbədə, mövsüm-dən-mövsümə açılır və turistlərin daşınmasında xüsusi əhə-miyyətə malikdir.
Daşıyıcılar, yükgöndərənlər, yükalanlar, sərnişin, sı-ğortaçı və başqa şəxslər beynəlxalq avtonəqliyyat prosesinin iştirakçılarıdır.
Avtomobil nəqliyyatı 20-ci əsrin başlanğıcından tərəq-qi etməyə başlamışdır. Avtomobil sənayesi təkmilləşdikcə

120


Beynəlxalq nəqliyyat əməliyyatları

dövlətlərarası avtomobil əlaqələri regional miqyasda kon-vensiya və sazişlərlə tənzimlənirdi. Avtonəqliyyatın tərəqqi tempi və təşkmilləşdirilməsi dövlətlərin xarici iqtisadi fəaliy-yətinin aktivləşməsinə zəmin yaratdı və beynəlxalq avtodaşı-maların tənzimlənməsi istiqamətində beynəlxalq iqtisadi münasibət səviyyəsində nəqliyyat konvensiyalarının qəbul-edilməsini şərtləndirdi.


Avtomobil nəqliyyatı hər bir dövlətin nəqliyyat siste-minin zəruri tərkibidir. Nəqliyyatın bu növü hər bir ölkənin-iqtisadi-təsərrüfat həyatında, o cümlədən sərnişin daşımala-rında əhəmiyyətli rol oynayır.
Avtomobil daşınmaları nəqliyyatın başqa növləri ilə daşımalarından elastiklik xarakterli olması ilə fərqlənir. Bu növ daşınma ilə əmtəələrin (sənaye məhsulları, kənd təsərrü-fatı məhsulu və s.) «qapıdan qapıya» təhvil verilməsi müm-kündür. Bu xüsusiyyətlərinə görə ölkələr arasında xarici tica-rət yükləri və sərnişin daşınmasında avtomobil nəqliyyatın-dan daha çox istifadə olunur. Son illər avtomobil nəqliyyatı daha da tərəqqi etməkdədir.
Beynəlxalq ticarət yüklərinin nəqlində avtomobil nəq-liyyatının rolu və xidməti vacibdir. Onun reallaşdırdığı fəa-liyyətin vacib sahəsini dövlətlər arası xarici iqtisadi əlaqələ-rin təminatı məsələsi təşkil edir. Misal üçün, Avropa İttifaqı dövlətləri arasında xarici ticarət yük daşımalarının yarısı av-tomobil nəqliyyatı payına düşür. Nəqliyyatın bu növündə yük sahibləri ilə daşıyıcılar bir-birləri ilə əlaqədə olurlar. Bu səbəbdən, beynəlxalq avtomobil daşımalarına maraq artır. Xarici ticarət daşımalarının reallaşdırılması zamanı avtomo-bil nəqliyyatı başqa nəqliyyat növlərinə qarşı münasibətdə üstünlüyə sahibdir. Yəni, avtomobil nəqliyyatı beynəlxalq iq-tisadi sahədə xüsusi əhəmiyyətə malikdir.

121


Elçin Eyvazov, Nərminə Balabəyova

Beynəlxalq avtomobil daşımalarının reallaşdırılması xüsusiyyətləri. Dövlətlərarası avtomobil nəqliyyatı və daşı-malarının mühüm xüsusiyyətlərindən biri, beynəlxalq daşın-malar reallaşdırılan zaman avtonəqliyyat vasitələri ölkə sər-hədlərini keçərək digər ölkənin yolları ilə hərəkət edir. Bu, beynəlxalq yol hərəkəti adlandırılır. Dövlətlərarası yol hərə-kəti, bir ölkənin hüquqi və ya fiziki şəxslərinə aid olan və di-gər ölkənin ərazisinə müvəqqəti gətirilib, orada qeydiyyat-dan keçməyən nəqliyyat vasitələrinin iştirak etdiyi yol hərə-kətidir.


Dövlətlərarası avtomobil nəqliyyatının başqa bir xü-susiyyəti odur ki, o, gömrük məsələsi və vergi məsələsi ilə-əlaqədardır. Dövlətlərarası avtomobil əlaqələrinin təşkil edilməsində beynəlxalq daşımaların gömrük tənzimlənməsi ən mühüm prosedurlardandır. Bu cür daşımalar gömrük qaydaları vasitəsilə tənzimlənir. Beynəlxalq avtomobil daşın-maları vaxtı yük dövlət ərazisini keçdikdə gömrük orqanları özlərinin milli yoxlama sistemi və prosedurundan istifadə edirlər. Bu səbəbdən də dövlətlər gömrük tranzit sistemi ər-səyə gətirmişlər.
Dövlətlərarası avtomobil daşınmaları, qeyd olundu-ğu kimi, həm də vergi məsələsi ilə əlaqəlidir. Belə ki, beynəl-xalq yük daşınmalarını yerinə yetirmək üçün istifadə olunan avtoyol nəqliyyat vasitəsi, həm də ölkələrarası gediş-gəliş üçün istifadə edilən özəl avtonəqliyyat vasitələri vergitutma-obyekti sayılır.
Dövlətlərarası avtomobil nəqliyyatının başqa bir üs-tünlüyü odur ki, icazə sistemi təşkil edir. Demək olar ki, ica-zə sistemi dövlətlərarası avtomobil daşımalarının əsas prinsi-pidir. Bu prinsipə əsasən, xarici ölkə ərazisində yük daşın-

122


Beynəlxalq nəqliyyat əməliyyatları

ması ancaq həmin ölkənin səlahiyyətli orqanının icazəsi ilə reallaşdırıla bilər.


Dövlətlərarası avtomobil nəqliyyatının dördüncü xü-susiyyəti onun sığorta proseduru ilə əlaqəli olmasıdır. Belə ki, beynəlxalq avtomobil daşımansı daşıyıcının üçüncü şəxs qarşısında mülki məsuliyyətinin icbari sığortası şəraitində reallaşdırılır. Sığorta beynəlxalq daşınmanı reallaşdıran bü-tün avtonəqliyyat vasitələri üçün səciyyəvidir. Belə ki, avto-nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi sayılır. Yüksək təhlükə mənbəyinin sahibi verdiyi ziyanın qarşılığını ödəmə-lidir və o, bununla zərərgörən şəxslər qarşısında mülki mə-suliyyət daşıyır. Belə məsuliyyət sığortalanır. Sığorta avto-nəqliyyatla üçüncü şəxslərə dəyəcək bütün zərər hallarına (nəqliyyat vasitələrinin zədələnməsinə, fiziki şəxslərin həya-tını itirməsinə və xəsarət almasına, şəxslərin əmlakına ziyan dəyməsinə və s.) aid olunur.
Dövlətlərarası avtomobil nəqliyyatında beşinci xüsu-siyyət odur ki, o, xarici avtonəqliyyat vasitəsinə texniki xid-mət göstərilməsi mühitində fəaliyyət göstərir. Xarici avto-nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi üçün xüsusi, ixtisaslaşdırılmış təşkilatların yaradılması lazım olur.
Kontinentaldaxili yollarla böyük olmayan partiya yüklərin, hazır məhsulların, xalq istehlakı məhsullarının, ər-zaqların, dəstləşdirici məmulatların, təhlükəli yüklərin və s. yola salınması, əsasən, avtomobil nəqliyyatının köməkliyi ilə reallaşdırılır. Ölkəmizdə də müasir şəraitdə beynəlxalq avto-mobil daşınmaları yüksək templə tərəqqi edir. AR-da bu cür daşımaların yerinə yetirilməsi ilə məşğul olan bir çox firma-lar, şirkətlər vardır.
Xarici ticarət daşınmalarının reallaşdırılması vaxtı av-tomobil nəqliyyatı digər növlərlə müqayisədə müəyyən üs-

123


Elçin Eyvazov, Nərminə Balabəyova

tünlüyə malikdir: əsasən də, manevretmə qabiliyyəti, çatdır-manın operativliyi və müntəzəmliyi, yüklərin həcminin az olması və ya qablaşdırmanın olmaması, daşınmaların yüksək valyuta faydalılığının təmin olunması. Ölkələrarası avtomo-bil daşınmalarına gəldikdə isə, təkcə Rusiya Federasiyasında on il bundan qabaqkı məlumata əsasən, qeyd olunan daşın-maları bu məqsədlə on iki mindən çox avtomobil vasitəsin-dən istifadə edən 2500-dən artıq müəssisə həyata keçirirdi.


Ölkələrarası avtomobil hüququnun özünəməxsus xü-susiyyətli prinsipləri də olduqca böyük rol oynayır. Onlara aşağıdakı göstərilənləri vurğulamaq olar:
- dövlətlərarası avtonəqliyyat-hüquq əlaqələri sub-yektlərinin hüquq bərabərliyi;

- dövlətlərarası avtonəqliyyat xidmətləri istehlakçıla-rının daşıyıcını müstəqil seçməsi;


- dövlətlərarası avtomobil nəqliyyat sahəsində fəaliy-yətin təhlükəsizliyinin vahid normalar, standartlar və qayda-lar əsasında təmin edilməsi;
-avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşınma-lar həyata keçirilərkən icbari yaxud könüllü sığorta tətbiq edilməsi və s.
Hazırda qısa və orta məsafələrə daşımalarda özünü sübut edən avtomobil nəqliyyatı dövlətdaxili daşımalar-da başlıca rol oynayır. Avropada dövlətdaxili daşımalarda yük dövriyyəsinin 60 faizdən çoxu avtonəqliyyatın payına düşür. Daşınan yüklərin miqdarına əsasən avtomobil nəqliy-yatı dünya üzrə ilk yeri tutur. Ancaq nəqliyyatın bu növü va-sitəsilə daşıma məsafələri, təxminən, dəniz və dəmir yolu nəqliyyatındakından olduqca aşağı olduğundan, o, yük döv-riyyəsinə əsasən bu sonuncu olanlardan geridədir.

124


Beynəlxalq nəqliyyat əməliyyatları

Avtonəqliyyatın ciddi üstünlükləri vahid daşınma prosesində onun digər nəqliyyat növlərilə - su (bərə və b.), dəmir yolu (platforma, treyler), aviasiya (böyük yük təyyarə-si) vasitəsilə inteqrasiyasında adaptasiya imkanıdır. Bu halka həm təkərli texnika, konteyner, həm də başqa növ-yunitizasi-ya olunmuş yük yeri daşınmalarından da istifadə olunur. Be-ləliklə, avtomobil nəqliyyatının vahid dünya nəqliyyat siste-minin formalaşılmasına yetəri qədər əhəmiyyətli töhfə verdi-yinin şahidi oluruq.


Avropa ölkələri üçün avtomobil daşınmasının çox funksiyalı olması səciyyəvidir ki, bunlardan ən önəmlisi qə-buletmə- paylaşdırma funksiyasının tək yükün adi və təcili çatdırılması üzrə yox, həm də sərnişin daşınması üzrə də xidmətin təqdim olunmasından ibarət olduğunu qeyd etmək lazımdır. Bundan əlavə, müasir Avropa nəqliyyat daşınması-nın fərqləndirici xüsusiyyəti odur ki, onlarda nəqliyyat axın-ları istiqaməti və yükün konsentrasiyasının məhsuldarlığının artırılmasına şərait yaradır, ona görə ki bu daşımanın sub-yektləri olan bir çox sifarişçilərin yükün nəql edilməsi və emalı potensialından istifadə etmək imkanı vardır. Bununla birlikə, qəbuletmə-paylaşdırma funksiyasının faydalılığı, de-mək olar ki, qeyri-mümkün görünür, bu əməliyyatın reallaş-dırılmasına sərf olunan vaxt müddəti isə müəyyən mərkəz və məntəqələrdən daşınma planına uyğun olmalıdır. Həmçi-nin, daşınma müddətlərinin azaldılması məqsədilə mütəhər-rik qəbuletmə-paylaşma sistemi onunla əlaqədar hazırlanır ki, müəyyən ölkənin sərhədləri ərazisində xidmətlər çərçivə-sində (təcili çatdırılma), əsasən, yükün maksimum tez bir za-manda çatdırılması tələbi qüvvədədir.
Hazırkı beynəlxalq avtomobil daşınmaları həm bu sa-hədə nəqliyyat münasibətləri tənzimlənməsi məsələsində,

125


Elçin Eyvazov, Nərminə Balabəyova

həm də ümumilikdə ölkələrarası nəqliyyat hüququnun inki-şaf və təşəkkülünün əhəmiyyətə malik olan konkret xüsusiy-yətlə xarakterizə olunur. Onu qeyd etmək vacibdir ki, avto-mobil daşınmalarının uçotu və onlara nəzarətin müasir ölkə-lərin hər biri tərəfindən qəbul olunan sistemi, demək olar ki, yox səviyyəsindədir.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin