Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə5/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   2   3   4   5   6   7   8   9   ...   27

Beynəlxalq nəqliyyat əməliyyatları

zərər görmüşdür yaxud yükün qablaşdırılması qüsurludur və s.


Yükün gəmiyə yüklənməsi əlamətinə görə konoso-mentin 2 növü vardır:


  • bort konosamenti;




  • göndərmək üçün qəbul olunmuş yüklər barədə ko-nosament.

Gəmiyə yüklənmiş yükə görə tərtib olunan nəqliyyat sənədi Bort konosamenti adlanır. Nəticədə, o, malın faktiki olaraq yüklənməsini və göndərilməsini təsdiqləyir.


Göndərmək məqsədilə qəbul edilmiş yüklər barədə konosament dedikdə hələ gəmiyə qəbul olunmamış və yük-lənməmiş mallara görə yazılan konosament anlaşılır. Bu cür konosament o zaman təqdim edilir ki, mallar daşınmaq məq-sədilə daşıyıcı tərəfindən anbara qəbul olunsun və hələlik gəmiyə yüklənməsi təxirə salınmış olsun. Anbara təhvil veri-lən mal sonradan təyinat yerinə göndərilir. Paylı konosa-ment elə bir sərəncama deyilir ki, bu sərəncam əsasında yük-ləri almaq səlahiyyəti olan şəxs yüklərin təkcə bir hissəsini alır. Yüklərin bir hissəsini yükalana təqdim etmək zərurəti olduqda, onda paylı konosamentdən istifadə olunur. Reys konosamenti konosament növlərindən biri sayılır. Ko-nosomentin bu forması cədvəl üzrə reys edən gəmi ilə daşı-nan yükün rəsmiləşdirilməsində tətbiq edilir. O, nizamlan-mış, müəyyən qaydalara tabe edilmiş daşımaları rəsmiləşdi-rir. Qısaldılmış konosamentlər konosamentin növlərindən biri sayılır. Konosamentin bu növündə daşınma müddəti və şərti nəzərə alınmır.
Konosamen növündən biri də birbaşa konosament sa-yılır. Konosamentin bu növündə yüklər yükvurma limanla-rından təyinat limanlarına iki və ya daha çox daşıyıcı ilə da-

57


Elçin Eyvazov, Nərminə Balabəyova

şınır. Bu zaman birbaşa konosament tərtib edilir ki, bu da yükdaşınmanın hər bir marşrutunu əhatə edir.


3.5. Beynəlxalq dəniz daşımalarının hüquqi tənzim-lənməsi

Beynəlxalq dəniz daşınmaları aşagıdakı qanunlarla tənzimlənir:




  1. Daxili (milli) nəqliyyat hüquqlar;




  1. Nəqliyyat konvensiyası (beynəlxalq saziş)




  1. Dəniz adəti.




  1. Daxili (milli) nəqliyyat hüquqları beynəlxalq dəniz daşınmasının hüquqi tərəfdən tənzimlənməsinin əsas və önəmli növü sayılır. Beynəlxalq dəniz daşınmaları bilavasitə, müxtəlif dövlətlərin daxili (milli) dəniz hüquqları ilə tənzim-lənir. Daxili nəqliyyat (dəniz) hüquqları beynəlxalq dəniz da-şınmasını nizama salmaqda üstün rola malikdir. Bu, dəniz nəqliyyatının xüsusiyyətlərini əhatə edir.

2.Beynəlxalq nəqliyyat konvensiyası (sazişi) beynəl-xalq dəniz daşınmasının hüquqi tənzimzimlənməsinin əsas növlərindən biridir. Nəqliyyat konvensiyası və milli qanun-vericilik birlikdə beynəlxalq dəniz daşınmasının tənzimlən-məsinin mühüm mənbə növləri saylır.




  1. Dəniz adəti beynəlxalq dəniz hüquqlarının üçüncü mənbə növünə aiddir. Bu mənbə növlərindən nisbətən məh-dud çərçivədə istifadə edilir. Dənizlə yük daşınmları sahə-sində ən böyük nəqliyyat konvensiyasına aşağıda göstərilən-lər daxildir:

- «Dəniz hüquqları haqqında» 1982-ci il BMT-nin Konvensiyası;


- «Konosamentlə bağlı bəzi qaydanın unifikasiyası üçün» Brüssel Konvensiyası (25.08.1924- cü il);

58


Beynəlxalq nəqliyyat əməliyyatları

- Brüssel Konvensiyasında yenilik edən Brüssel Proto-kolu (23.02.1968- ci il, 1978-ci ildən qüvvədədir);


- «Dənizlə yük daşınması barədə» BMT-nin Konvensi-yası (30.03.1978- ci il, «Hamburq qaydaları» adlanır, 1992-ci ildən etibarən tətbiq olunub) və s. Dənizlə sərnişin daşıma-larının vacib şərtləri aşağıdakı nəqliyyat konvensiyası vasi-təsilə tənzimlənir:


  • «Dəniz vasitəsilə sərnişinlərin daşınması barədə bir çox qaydanın unifikasiyası üçün» Beynəlxalq Konvensiya (29.04.1961-ci il);




  • «Dəniz vasitəsilə sərnişinlərin baqajının daşınması ilə bağlı bir çox qaydanın unifikasiyası üçün» Beynəlxalq Konvensiya (27.05.1967-ci il);




  • «Dəniz vasitəsilə sərnişinlər və onların baqajlarının daşınması barədə» Afina Konvensiyası (13.12.1974-cü il).

Ticarət gəmiçiliyinin, başlıca olaraq, üç sahəsi ilə bağlı olan beynəlxalq müqavilələr daha vacibdir. Çünki, bu saziş-də çıxış edən dövlətlər olduqca çoxdur, bu o deməkdir ki, qeyd olunan müqalvilələrdə çıxış edən ölkələrin əhatəsi əhə-miyyətli dərəcədə genişdir. Başqa bir tərəfdən, qeyd olunan müqavilə məsələni daha müfəssəl formada tənzimləyərək qaydaya salır. Söhbət aşağıda göstərilən müqavilələrdən ge-dir:


1. Beynəlxalq dəniz daşınmalarının təşkili ilə bağ-lı beynəlxalq müqavilələr. Bu müqavilələrə, birinci növbədə, ticarət gəmiçiliyi inkişafı haqqında olanlar aiddir. Bu müqa-vilələr çoxtərəfli və eyni zamanda ikitərəfli olur. Qeyd olu-nan müqavilələr beynəlxalq dəniz daşınmalarının təşkilinə yönəlir;
2. Dəniz gəmiçiliyi təhlükəsizli ilə bağlı olan beynəl-xalq müqavilələr. Bu cür müqavilələrə ticarət gəmiçiliyinin

59


Elçin Eyvazov, Nərminə Balabəyova

texniki məsələləri ilə bağlı olan, eyni zamanda gəmilərin xi-las olunması və toqquşması haqda müqavilələri misal göstər-mək olar;




  1. Gəmi sahiblərinin məsuliyyətini tənzimləyən bey-nəlxalq müqavilələr. Bu sazişlər gəmi sahiblərinin məsuliy-yət çərçivəsini, həmçinin gəmi istismarı zamanı dənizin neft-lə çirkləndirilməsi zamanında və nüvə materialı daşınan za-man onun məsuliyyət şərtini müəyyənləşdirir.

Brüssel Konvensiyasının (1924-cü il) əsas cəhətləri. Konosament üzrə dənizlə yükünün daşınmaları bir çox nəq-liyyat konvensiyası ilə tənzimlənir. Bu konvensiyalardan Brüssel Konvensiyasının əhəmiyyətli daha çoxdur. Onun tam adı bu cür səslənir: “Konosamentlə əlaqədar bir çox qay-danın unifikasiyası məqsədilə” Beynəlxalq Konvensiya.


Brüssel Konvensiyası 25.08.1924-cü il tarixində qüvvə-yə minmişdir. O qısaldılmış formada “Haaqa qaydaları” ad-landırılır. 1968-ci ildə hazırlanan Brüssel Protokolu ilə bu Konvensiyaya (Haaqa qaydalarına) bir çox dəyişiklik olun-muşdur. Ona Visbi qaydası deyilir. Dəyişikliklə bir yer-də 1924-cü il Brüssel Konvensiyası “Haaqa-Visbi qaydaları” adı verilir. Brüssel Konvensiyası beynəlxalq dəniz daşınma-larının qaydaya salınması və nizamlanmasına öz təsirini gös-tərən sənəddir. Brüssel Konvensiyası 60-a yaxın iştirakçı ölkə üçün hüquqi şərti unifikasiya etməkdədir.
Brüssel Konvensiyası iki haldan əlavə, dəniz nəqliy-yatı ilə hər bir yükdaşınma halına aid edilir. Qeyd olunan iki hala aşağıda göstərilənlər daxildir:
-heyvan daşınması;
-göyərtədəki yüklərin daşınması.
Brüssel Konvensiyası ilə üç əsas məsələ tənzimlənir: -konosamentə aid hüquqi status;

60


Beynəlxalq nəqliyyat əməliyyatları

-vurulmuş ziyana görə daşıyıcı məsuliyyəti; -daşıyıcıya qarşı tələbin irəli sürülməsi.


Brüssel Konvensiyasında daşıyıcıların məsuliyyət da-şımasına əsas ola bilən üç forma göstərilir:
-yüklərin itməsi;
-yüklərə ziyan vurulması;
-yüklərinn itirilməsi və ya yüklərə ziyan vurulması ilə əlaqədar olan hal.

Konvensiyaya əsasən, daşıyıcılar onun günahı üzün-dən baş verməyən aşağıdakı formalara görə məsuliyyətdən azad olunur:


-yanğınlar;
-dəniz riskləri;
-qarşısıalınmaz qüvvələr;
-hərbi münaqişələr;
-yük sahiblərinin hərəkəti və ya səhvləri (xətaları); -tətillər;
-qablaşdırmaların nöqsanlı olması; -markalanmaların qüsurlu olması; -gizli qüsur;
-daşıyıcının təqsir və hərəkəti səbəbindən yaranma-yan hallar və s.
Brüssel Konvensiyasının müəyyən etdiyi 3-cü əsas məsələ daşıyıcılara qarşı tələbin irəli sürülməsi haqqın-da məsələdir. Daşıma zamanı yük sahiblərinə ziyan vurular-sa, yük sahibi bu haqda yazılı şəkildə daşıyıcıya ərizə ilə bil-diriş etməlidir. Ərizəni yükü yük sahibinə verəndə təqdim etmək lazımdır. Əgər yükün verilərkən halında yük sahibi ziyan haqqında daşıyıcılara yazılı ərizə ilə müraciət etməzsə, deməli yük təyinat yerinə konosamentdə təsvir edildiyi kimi təhvil verilmişdir. Bəzi hallarda yük təhvil verilən zaman dəyən

61


Elçin Eyvazov, Nərminə Balabəyova

ziyan o qədər də nəzərə çarpmır. Bu zaman zərər barəsində ya-zılı ərizə yükün verildiyi andan 3 gün içində verilə bilər.


Dəniz adəti «ticarət gəmiçiliyi adəti», «dəniz ticarət adə-ti», «ticarət adəti» və «beynəlxalq dəniz adəti» kimi ad altında nəzərə alına bilər. Dəniz adətinin iki növü səciyyəvidir:
-beynəlxalq -hüquqi adət;
-milli dəniz adəti.
Beynəlxalq-hüquqi adətin əsasınında ölkələrin suve-renlik və bərabərlik prinsipləri iştirak edir. Onlar eyni bir davranış qaydalarının ardıcıl və uzun müddətli tətbiq olun-masına əsaslanır. Beynəlxalq hüquqi adət hər bir dövlət üçün məcburi əhəmiyyət daşıyır.
Beynəlxalq adət dəniz nəqliyyatında fəaliyyətdə olan beynəlxalq təşkilatlar tərəfindən dərc edilir. Buna misal ola-raq, York-Antverpen qaydası (ümumi qəza haqqında) bey-nəlxalq adətə misal göstərilə bilər. Bu qayda BDK tərəfindən qəbul edilmişdir.
Milli dəniz adəti deyildikdə dəniz limanında yaran-mış və limanın özü tərəfindən qeyd olunan davranış qaydası anlaşılır. Dəniz limanında yaranmış adətlər ticarət adəti kimi tanınmışdır. Bu cür adətlər isə milli dəniz adəti adlanır. Dəniz daşımasının hüquqi tənzimlənməsində aşağıda göstə-rilən təşkilatların rolu böyükdür:
-Beynəlxalq Dəniz Komitəsi - MMK (BDK, 1897 il)
-Baltik və Beynəlxalq Dəniz Komitəsi-BİMKO (1905 il);
-Beynəlxalq Gəmiçilik Palatası - MPS (BGP, 1948- il);
-Beynəlxalq Dəniz Təşkilatı İMO (1958 il);
-Beynəlxalq Gəmi Sahibləri Assosiasiyası -1970- il
-Beynəlxalq Dəniz Sığorta İttifaqı- MSOMS (BDSİ 1874 il);
-Gəmiçilik üzrə Komitə - YUNKTAD (1965- il)

62


Beynəlxalq nəqliyyat əməliyyatları

Mövzuya aid sual və tapşırıqlar




  1. Dəniz daşıması anlayışı və onun xüsusiyyəti.




  1. “Yüklərin dəniz daşıması” anlayışı.




  1. “Dəniz daşıması” anlayışı.




  1. Dəniz nəqliyyatının spesifik əlamətləri.




  1. Dəniz daşımasının əsas istiqaməti (reysləri).




  1. Dəniz nəqliyyatı üzrə Beynəlxalq təşkilatlar.




  1. Beynəlxalq Dəniz Təşkilatı.




  1. Beynəlxalq Dəniz Təşkilatının əsas funksiyası.




  1. Dəniz nəqliyyatının dünya dövlətlərinin iqtisadiy-yatında əhəmiyyəti barədə məlumat verin




  1. Dünyanın əsas dəniz nəqliyyatı marşrutu və bö-yük limanları.

  2. Beynəlxalq dəniz kanalları və onların əsas funksi-yası barədə məlumat verin




  1. Süveyş kanalı haqqında məlumat verin




  1. Panama kanalı haqqında məlumat verin




  1. Kil kanalı haqqında məlumat verin




  1. Yüklərin dəniz daşıması müqavilələri. Konosa-ment və Çarter.

  2. Yüklərin dəniz daşıması əməliyyatı tərəflər arasın-da bağlanmış müqavilə.




  1. Yüklərin dəniz daşıması müqaviləsinin bir sıra-əlamətləri.




  1. “Konosament” anlayışı.




  1. Konosamentin mahiyyəti.




  1. Konosamentdə göstərilən məlumatlar barədə mə-lumat verin




  1. Konosamentin çoxməqsədli universal sənəd ki-mi funksiyası haqqında məlumat verin




  1. “Çarter” anlayışı haqqında məlumat verin.

63


Elçin Eyvazov, Nərminə Balabəyova


IV MÖVZU
BEYNƏLXALQ DAŞIMALARDA SU (ÇAY) DAŞIMALARININ ROLU VƏ ƏHƏMİYYƏTİ
4.1. Beynəlxalq çay nəqliyyatı haqqında məlumat. Su (çay) nəqliyyatı vasitəsilə xarici ticari daşımalarının növləri
Nəqliyyat sisteminin tərkib hissəsi kimi su (çay) nəq-liyyatı yük daşımalarında böyük rol oynamasa da, bəzi döv-lətlərdə əhalinin daşımalara olan tələbat və ehtiyaclarının ödənilməsində, eləcə də turizmin inkişafında qədim nəqliy-yat növlərinə aid edilən su (çay) nəqliyyatının əhəmiyyəti son dərəcə böyükdür.
Su (çay) nəqliyyatı vasitəsilə istər beynəlxalq, istərsə də daxili daşımalar aparılır. Su (çay) nəqliyyatı başqa nəqliy-yat növləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir:
-quru nəqliyyat növləri ilə müqayisədə daha çox yük-götürmə qabiliyyətinin mövcudluğu;
-nəqliyyatın digər növlərinə nisbətən daşımanın maya dəyərinin aşağı olması;
-çay yolları ilə daşımanın yüksək daşıma (xidmət et-mə) qabiliyyətinin mövcudluğu;
-dəmir yolları və ya avtostrada qurğularına nisbətən çay yolu qurğularının müəyyən qədər ucuzluğu və i.a.
Su (çay) nəqliyyatı da dəniz nəqliyyatı ilə bərabər üs-tün cəhətlərə malikdir. Lakin bununla belə o, aşağıdakı əla-mətləri ilə dəniz nəqliyyatından xeyli dərəcədə fərqlidir:

64


Beynəlxalq nəqliyyat əməliyyatları



  • işin mövsümi xarakter daşıması;




  • çayda dərinliyin təmin olunmasının vacibliyi;




  • yolların əyriliyi və s.

Su (çay) nəqliyyatı ilə yükün təyinat məntəqəsinə orta çatdırılma sürəti (sutkada 280-300 kilometr) dəmir yolu nəq-liyyatına nisbətən heç də az deyildir. Bəzi istiqamətlər üzrə su (çay) nəqliyyatı ilə daşınmanın maya dəyəri dəmir yolu nəqliyyatı ilə müqayisədə iki dəfə ucuz başa gəlir. Su (çay) nəqliyyatında əmək məhsuldarlığının səviyyəsi dəmir yolu-na nisbətən xeyli yüksəkdir.


Beynəlxalq ticarət dövriyyəsində su (çay) nəqliyyatı-nın əhəmiyyəti heç də az deyildir. Xarici ticarət daşımaların-da nəqliyyatın bu növünün özünə-məxsus şəkildə iştirakı mövcuddur, xarici ticarət yüklərinin daşınmasını və nəqliy-yat xidmətlərinin ixracını həyata keçirən magistral nəqliyyat növləri arasında xüsusi rola malikdir.
Adətən, su (çay) nəqliyyatı ilə meşə materiallarının və taxta-şalban məmulatlarının, taxıl və taxıl məhsullarının, gübrə, metal və avadanlıqların, neft və neft məhsullarının və s. bu kimi ənənəvi xarici ticarət yükləri daşınır. Bu nəqliyyat növü ilə beynəlxalq yük daşımaları zamanı kütləvi qabsız yüklərin və kütləvi yüklərin üstünlüyü nəzərə çarpır.
Son vaxtlarda qarışıq («çay-dəniz») daşınma gəmiləri tərəfindən aparılan beynəlxalq birbaşa su (çay) daşınmala-rında çay nəqliyyatı fəal rola malikdir. Qarışıq «çay-dəniz» daşınma gəmilərindən istifadə edilməsi xarici ticarət yükləri-nin daşınmasının mütərəqqi nəqliyyat-texnoloji sistemidir. Bu cür sistem çay limanlarında yüklərin boşaldılaraq başqa nəqliyyat vasitələrinə yüklənməsini nəzərdə tutmur. Odur ki, həmin sistem yüklərin çay və dəmir yolundan boşaldıla-raq dəniz nəqliyyatına yüklənməsi kimi bahalı və ağır zəh-

65


Elçin Eyvazov, Nərminə Balabəyova

mət tələb edən işləri aradan qaldırmağa və yükləri bilavasitə təyinat yerinə (başqa sözlə «qapıdan qapıya») çatdırmağa imkan yaradır. Nümunə kimi göstərə bilərik ki, yük Rusiya Federasiyasına aid şəhərlərin birindən Volqa çayı vasitəsilə Həştərxana daşınır və burada gəmilərdən boşaldılmadan, həmin gəmilərin özləri ilə (dəniz nəqliyyatı vasitəsinə - də-niz gəmilərinə yüklənmədən) Xəzər dənizi vasitəsilə Bakıya daşınır.


Burada əsas məsələ su nəqliyyatı vasitəsi ilə aparılan «çay-dəniz» birbaşa olaraq su (çay) daşınmasındır ki, bu da-şınmanı qarışıq daşınma gəmisi yerinə yetirir. Qarışıq gəmi daşımasının faydası ondan ibarətdir ki, yük hər hansı nəqliy-yat vasitəsindən başqa birinə verilərkən, nəqliyyat prosesi-nin ayrı-ayrı texniki əməliyyatları həyata keçirilən zaman o, boşdayanma halını yaranmağa qoymur.
Qarışıq gəmi daşımaları həyata keçiriləndə dəniz nəq-liyyatı uzaq məsafələrə xarici ticarət yükləri daşımağa məc-bur olmur. Nəticədə xarici tonnajdan (daşıma vasitəsindən) çox az istifadə olunur, limanda əmək resursları və mexanik-ləşdirmə, o cümlədən dəniz limanına yükü təhvil vermək üçün zəruri olan dəmir yolu vaqonları lazım olmur. Odur ki, belə daşıma bütün ölkə təsərrüfatı üçün çox effektlidir. Yükdaşımanın paket və konteyner metodu beynəlxalq daşı-malarda daha çox tətbiq olunur. Nəqliyyatın bütün növlərin-də bu metodlardan istifadə olunur. Bu metodlar nəqliyyat prosesinin effektliliyini yüksəltməyə və yükü yükgöndərən-dən alıb yükalana təhvil verməyə imkan yaradır.
Hazırda beynəlxalq daşımalarda daha çox terminal sistemindən istifadə edilir. Avadanlıqlarla təchiz edilmiş yükləmə və anbar yeri terminal adlanır. Burda yük hər han-sısa bir nəqliyyat növündən başqa birinə verilir. Terminalla-

66


Beynəlxalq nəqliyyat əməliyyatları

rın fəaliyyəti nəticəsində nəqliyyat təminatı əldə edilir, yük-lərin təyin edilmiş yerə çatdırılması müddəti qısaldılır.


Bundan başqa, su nəqliyyatının da çatışmazlıqları vardır. Sözügedən çatışmazlıqlardan biri işin mövsümi xa-rakterli olmasıdır. Naviqasiya dövründə yükləri ancaq su nəqliyyatı ilə daşımaq olur. Digər dövrlərdə su (çay) nəqliy-yatının fəaliyyətində fasilə meydana gəlir ki, bu, müntəzəm yükdaşıma üçün əngəl törədir və bununla da iqtisadi indeks-lərin azalmasına səbəb olur.
Su (çay) nəqliyyatı vasitəsilə xarici ticari daşımaların növləri. Ölkələrarası xarici ticari daşımaları zamanı su (çay) nəqliyyatı xüsusi effektiv rola malikdir və onun 4 əsas növü-nü fərqləndirirlər:
-ixrac daşınması;
-idxal daşınması;
- tranzit daşınması;
-xarici fraxtedənlərin yüklərinin daşınması.
Hər hansısa bir ölkənin və xarici ölkənin limanları arasında aparılan daşınma ixrac daşınması adlanır. Bu za-man yüklər xarici ölkəyə nəql olunur.
Yük xarici ölkədən başqa bir ölkəyə nəql edilərkən bu ölkənin və xarici ölkənin limanları arasında aparılan daşın-ma idxal daşınması adlanır.
Xarici gəmi sahiblərinin tranzitlə hər hansı bir ölkənin çay vasitəsilə icra etdiyi daşımaya tranzit daşıması deyilir.

Xarici fraxtedənlərin (gəmiləri fraxta götürənlərin) yüklərinin xarici limanların arasında daşınması xarici fraxte-dənlərin yüklərinin daşınması adlanır.



67

Elçin Eyvazov, Nərminə Balabəyova

4.2. Su (çay) daşımalarının beynəlxalq-hüquqi tən-zimlənməsi

Beynəlxalq çaylar, göllər, qeyri-dəniz kanalları və di-gər beynəlxalq əhəmiyyətə malik daxili su yollarının istisma-rı ilə əlaqədar dövlətlərarası münasibətləri yoluna qoyan hü-quq normaları beynəlxalq su (çay) hüquqları adlanır. Beynəlxalq su (çay) hüququnu beynəlxalq su (çay) nəqliyya-tında yüklərin daşınmasına, beynəlxalq su (çay) nəqliyyatın-da sərnişin daşınmasına, habelə burda baqaj daşınması kimi tərkib hissələrə ayırmaq olar.
Beynəlxalq su (çay) hüququnun mənbələrinə beynəl-xalq müqavilələri, milli (daxili) qanunvericiliyi və hüquqi adətləri aid etmək olar. Onun əsas xüsusi prinsiplərinə aşağı-dakılar aiddir:
-beynəlxalq çaydan istifadə prosesində sahil ətrafında yerləşən dövlətlərin bərabərliyi və bir dövlətin o birinə nis-bətən üstünlüyünün olmasına mane olmaq prinsipi;
-beynəlxalq çaydan istifadə zamanı sahil ətrafında yerləşən dövlətlərin bir-birilə əməkdaşlıq etməsi prinsipini;
-sahil ətrafında yerləşən dövlətin beynəlxalq çayın (gölün, kanalın və s.) ona mənsub olan hissəsinə suverenliyi prinsipi;
-beynəlxalq çayların və göllərin ekoloji sisteminin qo-runması və müdafiəsi prinsipi;
- beynəlxalq çaylarda sahilyanı dövlətlərin dinc məq-sədlər üçün müstəqil gəmiçilik prinsipi və s.
Beynəlxalq su nəqliyyatının predmetinə beynəlxalq sulardan və başqa beynəlxalq əhəmiyyətə malik daxili su yollarından fərqli məqsədlərlə istifadə üçün dövlətlərara-sı münasibətləri aid etmək olar.

68


Beynəlxalq nəqliyyat əməliyyatları

Daxili su (çay) nəqliyyatı istənilən dövlətin özünə xas olan milli (daxili) nəqliyyat qanunvericiliyinin (nəqliyyat hü-ququnun) müddəaları ilə tənzimlənir. Beynəlxalq çaylarla daşıma həyata keçirilərkən isə, məlumdur ki, beynəlxalq su (çay) daşıma əlaqələri yaranır və belə münasibətlər, müstəs-na şəkildə, müxtəlif dövlətlərə məxsus milli (daxili) nəqliy-yat hüquqları ilə tənzimlənə bilməz. Eyni zamanda, su (çay) nəqliyyatı vasitəsilə yük daşınmaları, adətən, xarici ölkələr-dəki ayrıca qanunvericiliklə nizamlanmır.


Beynəlxalq su (çay) daşımalarının beynəlxalq çaylar vasitəsilə həyata keçirilməsi hamıya bəllidir. Beynəlxalq çay-lar iki və ya daha çox dövlətlərin ərazisindən keçən və ya on-ların ərazisini bölən (ayıran) dənizlə əlaqələrə malik olan çaylardır. Belə çaylar adətən çayətrafı ölkələrin ticarət gəmi-lərinin naviqasiyasına açıq olur. Onlar həmçinin digər ölkə-lərin hamısının ticarət gəmilərinin naviqasiyasına da açıq ola bilər. Belə çaylar açıq çaylar adlanır. Beynəlxalq çaylar ilə nəqletmə (daşınma) prosesi zamanı yaranan münasibətlər bu çayların hüquqi rejimi ilə müəyyənləşdirilir.
Nisbətən iri həcmli və daşınma üçün daha vacib əhə-miyyətə malik olan beynəlxalq çayların rejimləri isə çoxtərəf-li konvensiyalarla nizamlanır. Qeyd edilən beynəlxalq nor-mativ-hüquqi sənədlər sırasına Reyn və Dunay konvensiya-larını misal olaraq göstərə bilərik. Aydın məsələdir ki, Avro-pa qitəsi beynəlxalq su (çay) daşımalarının daha çox inkişaf etdiyi regiondur.
Reyn çayı üzrə gəmiçilik haqqında Konvensiyanın qə-bulu 1868-ci ildə Manhaym şəhərində olmuşdur. Konvensiya İsveçrə çıxmaq şərti ilə, Reynətrafı ölkələr tərəfindən imzala-nıb.

69


Elçin Eyvazov, Nərminə Balabəyova

Bütövlükdə beynəlxalq su (çay) daşımalarını hüquqi baxımdan tənzimləmək yönümündə aşağıdakı beynəlxalq-hüquqi aktların adlarını çəkmək olar:


-Vyana Konqresi üzrə Baş Akt (8 may / 9 iyun 1815-ci il); -Beynəlxalq əhəmiyyətə malik gəmiçilik su yollarının
rejimi barədə Konvensiya (Barselon, 1921-ci il);
-Beynəlxalq əhəmiyyətə malik gəmiçilik su yollarının
rejimi barədə Status (1921-ci il);
-Beynəlxalq əhəmiyyətə malik gəmiçilik su yollarının rejimi barədə Konvensiya üzrə Əlavə Protokolu ( 1921-ci il);
-Transsərhəd su axını, habelə beynəlxalq göllərdən is-tifadə etmək və onların mühafizəsi üzrə Konvensiya (Helsin-ki, 17 mart 1992-ci il);
-Beynəlxalq su axınlarından qeyri-gəmiçilik növünə əsasən yararlanmaq hüququ barədə Konvensiya (Nyu-York, 1997-ci ilin 21 mayı) və s.
1959-cu ilin 4 dekabrında beynəlxalq səviyyəli birbaşa qarışıq dəmir yolu haqqında, yəni su yüklərinin daşınması barədə müvafiq Saziş imzalanıb.
Beynəlxalq çaylardan istifadə məsələləri çayətrafı öl-kələrin iştirak etdiyi regional sazişlər ilə lokal əsaslarla tən-zimlənir.
Bu cür sazişlərdə digər maraqlı olan dövlətlər də işti-rak edə bilir. Həmin sazişlərdə, adətən, aşağıdakılar nəzərdə tutulur:

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin