Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə8/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
olar:
-hava nəqliyyatını dövlətlərarası səviyyədə tənzimlə-
mək;
- beynəlxalq hava naviqasiyasına aid prinsiplərin işlə-nib hazırlanması;

97


Elçin Eyvazov, Nərminə Balabəyova

- beynəlxalq hava nəqliyyatının inkişafı və planlaşdı-rılmasına köməklik göstərtmək;


-hava xətləri və limanlarının inkişafınapozitiv təsir et-
mək;
- dünyanın ölkələri və xalqlarının təhlükəsizliyi, mün-təzəmliyi və qənaətcilliyi (əlverişliliyi) istiqamətində hava nəqliyyatına olan tələbləri təmin etmək.
BMAT-ın əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi ifadə etmək olar:
-aeronaviqasiya;
-aeronaviqasiya layihələrini birgə maliyyələşdirmək; -beynəlxalq hava daşınmalarında formal prosedurları
sadələşdirmək;
-müvafiq normalar hazırlamaq və beynəlxalq hava hüququnu təsbit etmək;
-hava limanları və sair aeronaviqasiya obyektlərinin inşasında inkişaf etməkdə olan ölkələr üçün texniki kömək-liklər göstərmək və i.a.
BMAT tərəfindən gündəlik fəaliyyət özünün daimi orqanları vasitəsilə yerinə yetirilir. Həmin orqanlar aşağıda-kılar hesab olunur:
-aeronaviqasiya komissiyası, o, beynəlxalq hava yolla-rı üzrə uçuşun təhlükəsizliyi məsələlərini həll edir;
-hava nəqliyyatı komitəsi, o, beynəlxalq hava daşın-malarının iqtisadi baxımdan səmərəliliyini təmin etmək mə-sələlərinə baxır;
-hüquq komitəsi, o, beynəlxalq xüsusi hava hüquqla-rının unifikasiya olunması məsələləri üzrə tövsiyyələr işləyib hazırlayır;
-maliyyə komitəsi, o, BMAT-da maddi vəsaitlərdən düzgün istifadə üzərində nəzarət aparır;

98


Beynəlxalq nəqliyyat əməliyyatları

-birgə maliyyələşdirmə komitəsi, o, dünyanın marşru-tu çətinlik törədən regionları üzrə uçuşuna təminat verən ye-rüstü obyektlər, qurğu və vasitələr yaratmaq və saxlamaq yönümündə yardım göstərilməsi istiqamətində təkliflər ha-zırlayır;


-mülki aviasiyanın fəaliyyətinə qanundankənar mü-daxilə üzrə komitə, o, hava gəmilərinin tutulmasının, eləcə də ələ keçirilməsinin qarşısının alınması istiqamətində texni-ki aspektlərin tətbiqini həyata keçirir.
Komitələrlə yanaşı, BMAT-ın tərkibində aşağıdakı or-qanlar da mövcuddur:
-Assambleya;
-Katiblik;
-Şura;
-Regional büro.
Assambleyanı BMAT-ın ali orqanı kimi qiymətləndir-mək olar. Bütün üzv-dövlətlər Assambleyaya daxildir. O, üç il ərzində ən azı bir dəfə toplanır. İstənilən dövlət yalnız bir səs hüququna malikdir. Assambleya tərəfindən müvafiq qə-rarlar, adətən, sadə səs çoxluğuna görə qəbul olunur.
Assambleya tərəfindən BMAT-ın prinsipləri müəyyən edilir, Şura üzvləri seçilir (BMAT üzvü olan ölkələrin arasın-dan), Şuranın hesabatına baxılır və bu kontekstdə qərar qə-bul edilir, təşkilatın büdcəsi təsdiq edilir, büdcənin düzgün istifadəsinə nəzarət olunuur və i.a.
Şura BMAT-ın icra orqanı kimi çıxış edir. Onun tərki-binə üç illik müddətə seçilən 33 dövlət daxildir. Şura daimi fəaliyyət göstərən orqan sayılır. Ona üç illik müddətə seçilən şəxs - Prezident başçılıq edir.
Şuranın əsas daimi işçi orqanlarına komitələr daxildir. Regional büronun fəaliyyəti, əsasən, regional avianaviqasiya

99


Elçin Eyvazov, Nərminə Balabəyova

planlarının yerinə yetirilməsi məsələsində dövlətlərə müva-fiq köməkliklər göstərilməsinə yönəlik orqan saymaq olar. Katiblik Assambleyanın, Şuranın, habelə onun orqanlarının işini nizamlayır. Ona rəhbərliyi Baş katib həyata keçirir.


Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA-BHNA) BMAT-ın təsis edildiyi 1944-ci il Çikaqo Konvensiya-sı təsdiq olunduqdan sonra 1945-ci ilin 19 aprelində Kubanın Havana şəhərində yaranmışdır. Asossasiya 1919-cı ildə Haa-qada əsası qoyulan Beynəlxalq Hava Daşımaları Asossasiya-sının faktiki olaraq hüquqi varisi sayılır. O, qeyri-hökumət təşkilatı hesab olunur. Assosiasiyanın dünyanın 130 ölkəsin-dən 230 üzvü vardır. Bunlardan 202-si həqiqi üzvlərdir. BHNA-nın iqamətgahı Monreal şəhərindədir.
BHNA-ya mütəmadi surətdə kommersiya aviadaşı-malarını yerinə yetirən aviaşirkətlər daxildir. İstənilən avia-şirkət BHNA-nın həqiqi üzvliyinə seçilə bilər. Burada əsas şərt ondan ibarətdir ki, həmin şirkət BHNA-ya üzv olan öl-kənin bayrağı altında müntəzəm olaraq beynəlxalq daşıma-lar yerinə yetirsin. Öz ölkəsinin daxili (yerli) mütəmadi xətlə-rində işləyən aviaşirkətlər məşvərətçi səs ilə BHNA-nın üz-vünə çevrilə bilər.
BHNA-nın məqsədləri sırasına aşağıdakılar aiddir:

-aviaşirkətlərin kommersiya fəaliyyəti üzrə iqtisadi nəticələrin yaxşılaşdırılmasına (hava kommersiyasına) yönə-lik tədbirlər işləyib hazırlamaq və bununla bağlı problemləri öyrənmək;




  • aviamüəssisələr arasında əməkdaşlığın tərəqqisinə dair işlərin görülməsi və s.

100


Beynəlxalq nəqliyyat əməliyyatları

BHNA daşımanın həyata keçirilməsi və bu daşımanın şərtləri, tarif məsələlərinə əsaslanan tövsiyələr alır. Qeyd edi-lən tarif məsələləri haqda müəyyən qərar daşımalar üzrə re-gion üzrə olan konfranslarda verilir. Bu konfranslar tarif konfransları yaxud tarif zonaları adlanır. Bütün dünyada BHNA-nın 3 tarif konfransı vardır. Tarif konfranslarından birincisi Cənubi və Şimali Amerikanı, ikincisi bütün Avropa və Afrikanı, üçüncüsü isə bütün Asiyanı özündə birləşdirir. Konfranslar ildə 2 dəfə təşkil edilir. Konfransın yaz mövsü-mündə yükdaşıma, payız mövsümündə isə sərnişin daşıma məsələlərinə nəzər salınır. Konfranslarda yoluna qoyulan va-cib məsələlər aşağıdakılardır:




  • BHNA iştirakçısı olan aviaşirkətlərin istifadə etdiyi xətlərin hamısında tariflərin səviyyəsinin müəyyən edilməsi;




  • tarif güzəştlərinin verilməsi qaydalarının müəyyən edilməsi;




  • zonalar daxilində və zonalararası cədvəlin təsdiq olunması;

-nəqliyyat sənədlərinin formasının unifikasiya olunması;




  • hava daşımaları şərtlərinin hər birinin unifikasiya olunması.

BHNA eyni zamanda, hava nəqliyyatında kommersi-ya işləri üzrə prosedur və normaları unifikasiya edir, vahid aviadaşıma normaları tərtib edir və təsdiq edir, nəqletmə xidmətlərinin məcmu standartlarını müəyyən edir, yükdaşı-ma sənədlərinin necə olacağını müəyyən edir və s.


BHNA-nın verdiyi qərarlar onun bütün üzvləri tərə-findən qəbul olunmalıdır. Qərar icra olunmaqdıqda və on-dan qayanaqlanan öhdəlik pozulduqda təqsirkarlar cərimə formasında məsuliyyət altına alınır. Nəticədə, onlar üçün

101


Elçin Eyvazov, Nərminə Balabəyova

müəyyən cəza tədbirləri görülür. Cərimənin dəyərinin ən yüksək həddi 500 min ABŞ dolları təşkil edir.


BHNA-nın ali orqanı Baş Assambleya hesab olunur. Baş Assambleya, hər il çağırılır. Ancaq fəal üzvlər Baş As-sambleyanın kvorumununda ola bilər. Bu üzvlərin hər biri-nin özünəməxsus səsi vardır. Baş Assambleyanın funksiyası aşağıdakılardır:
-BHNA-nın Prezidentini təyin etmək;
-İcraiyyə Komitəsinin üzvlərini təyin etmək;
-İcraiyyə Komitəsinin hesabatına nəzər salmaq və təs-diq etmək;
-maliyyə hesabatlarını və büdcəni təsdiqləmək və s. İcraiyyə Komitəsi BHNA-nın icra orqanı sayılır. Bu

orqan Baş Assambleyalararası bir il təşkilata başçılıq edir. İc-raiyyə Komitəsinə Baş Assambleya tərəfindən iyirmi bir üzv seçilir. Onun tərkibində beş daimi komitə mövcuddur. Daimi komitələrə aşağıdakılar aiddir:




  1. Hava nəqliyyatı komitəsi,




  1. Maliyyə komitəsi,




  1. Texniki komitə,




  1. Hüquq komitəsi




  1. Daşımalar üzrə məsləhət komitəsi.

Başqa mənbələrdə isə bu qrupa 2 idarənin də daxil ol-duğu qeyd edilir:




  • təyyarələrin ələ keçirilməsinə, malların və baqajın oğurlanmasına qarşı mübarizə idarəsi;

-tibb idarəsi.


BHNA-nın üzvləri 2 kateqoriya üzrə ayrılır:


  • fəal (həqiqi) üzvlər




  • assosiasiya edilmiş üzvlər.

102


Beynəlxalq nəqliyyat əməliyyatları

Həqiqi üzvlər o şəxslərdir ki, onlar BHNA üzvü olan dövlətlər üzrə müntəzəm beynəlxalq uçuşlar təşkil edirlər. Assosiasiya olunmuş üzvlər elə aviaşirkətlərdir ki, onlar da-xili (yerli) xətlərdə müntəzəm hava daşımalarını yerinə yeti-rirlər.


BMAT və BHNA ilə yanaşı, hava nəqliyyatı sektorun-da 30-a yaxın beynəlxalq təşkilat vardır. Bu təşkilatların bey-nəlxalq hava nəqliyyatının tərəqqi etməsində xüsusi rolları vardır. Bu təşkilatların beynəlxalq avianəqliyyatın fəaliyyəti-nin tərəqqisinə təsirləri böyükdür.
Beynəlxalq hava daşımalarının təşkili sahəsində Çika-qo Konvensiyasının rolu. Hava daşınmalarının beynəlxalq tənzimetmə sistemini yaratmaq və təşkil etmək məqsədi-lə 20-ci əsrin ortalarında Çikaqo Konvensiyası qəbul olundu. Onun bütöv adını aşağıdakı kimi ifadə etmək olar: «Beynəl-xalq mülkü aviasiya haqqında» Konvensiya. 1944-cü ilin 7 dekabrında imzalanan və qəbul olunan bu Konvensiya 26 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 1947-ci il aprel ayının 4-dən etibarən qüvvədədir.
Çikaqo Konvensiyası beynəlxalq hava daşınmaları-nın təşkilati əsaslarını müəyyən edir. Bu konvensiya, mülki aviasiyanın və hava daşınmalarının yerinə yetirilməsinin ümumi məsələlərinə həsr olunmuş ən iri çoxtərəfli saziş he-sab olunur. BMAT məhz Çikaqo Konvensiyasının əsasında təsis olunmuşdur. BMAT isə dünya səviyyəsində hava nəq-liyyatının bütün kompleks məsələləri (texniki, naviqasiya, uçuşların təhlükəsizliyini təmin etmək, hava limanları və na-viqasiya vasitələri üzrə işlər, tarifləndirmə, haqsız rəqabət, ayrı-seçkilik, iqtisadi səmərəlilik və hava xətlərini açmaq) ilə məşğul olan qurum kimi fəaliyyət göstərir.
Çikaqo Konvensiyasını dörd hissəyə ayırmaq olar:

103


Elçin Eyvazov, Nərminə Balabəyova

1-ci hissədə uçuşları yerinə yetirmək, hava gəmilərini qeydiyyatdan keçirmək və sənədləşdirmək üzrə qaydalar, eləcə də texniki-uçuş normalarını hazırlamaq üzrə prosedur-lar müəyyənləşdirilir;


2-ci hissədə BMAT-ın vəzifələri və fəaliyyət qaydası təyin edilir;
3-cü hissədə hava limanları, yerüstü aeronaviqasiya vasitələri və xidmətləri üzrə yerinə yetirilən funksiyalar tən-zimlənir;
4-cü hissədə mübahisələrin həll edilməsi qaydaları müəyyən edilir.
Konvensiya beynəlxalq hava daşınmalarının hüquqi rejiminin əsas prinsipini təsbit edir. Bu prinsipə əsasən, döv-lətin öz quru, habelə su ərazisi üzərində (ərazi suları da daxil edilməklə) olan hava məkanına münasibətdə tam, eləcə də müstəsna suveren hüququ tanınır. Bu prinsip hava məkanı üzrə dövlətin suverenliyi prinsipi adlanır. Bu prinsip Kon-vensiyanın 1-ci maddəsi ilə təsbit olunmuşdur. Çikaqo Kon-vensiyası tərəfindən müəyyənləşdirilən digər əsas prinsip hava məkanına məxsusluq prinsipidir. Həmin prinsipə əsa-sən, istənilən ölkənin hava məkanı onun özünə məxsusdur və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq razılıq (xüsusi icazə) olmadan onun üzərindən uçub keçmək olmaz. Bu prinsip Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuş-dur.
Hava məkanının məxsusluğu prinsipinə əsasən icazə-vermə qaydası (sistemi) mövcuddur. Belə ki, Konvensiya mütəmadi hava daşımaları üçün icazəvermə qaydalarını (sis-temini) təsbit edir. Bu qaydalara əsasən, başqa dövlətin hava məkanından istifadə etməklə həyata keçirilən mütəmadi ha-

104


Beynəlxalq nəqliyyat əməliyyatları

va daşımaları yalnız bu dövlətin icazəsinə (razılığına) əsasən yerinə yetirilə bilər. İcazənin iki növü mövcuddur:


-daimi icazə;
-birdəfəlik icazə.
Daimi icazə mütəmadi hava daşımalarına (xətlərinə) verilir. Çarter daşımaları aparıldıqda isə birdəfəlik icazə hə-yata keçirilir.
Konvensiyada hava daşınmalarının təşkilinin digər mühüm prinsipi - hava gəmilərinin hərəkət marşrutuna əməl olunması prinsipindən istifadə edilir. İstənilən ölkə əvvəlcə-dən hava dəhlizini təyin edir və elan verir ki, müvafiq icazə halında hava daşınmaları həyata keçirilir.
Çikaqo Konvensiyasının sadaladıqlarımızdan əlavə əsas prinsipləri aşağıdakılardır:
-mülki aviasiyadan yalnız dövlətlər və xalqlar arasın-da dostluq əlaqələrinin yaradılması və saxlanılması üçün ya-rarlanmaq vəzifəsi;
-ikitərəfli və yaxud çoxtərəfli sazişlər bağlamaq vasi-təsilə müntəzəm hava daşımalarını müəyyən etmək;
-hava daşımalarını yerinə yetirmək üçün lazımi şərait yaratmaq və vəsaitlə təmin olunmaq;
-beynəlxalq uçuşların təhlükəsizliyini təmin etmək;
-dövlətlər arasında mütəmadi hava daşımaları barədə saziş olmadığı təqdirdə, onların bir-birinə müntəzəm olma-yan uçuşların yerinə yetirilməsi üçün hüquq verməsi.
Çikaqo Konvensiyası başqa dövlətlərin aviaşirkətləri tərəfindən konkret bir dövlətin ərazisində beynəlxalq uçuşla-rın (müntəmadi və yaxud qeyri-mütəmadi uçuşların) yerinə yetirilməsi zamanı bu dövlətin hüquq və vəzifələrini müəy-yənləşdirən mühüm beynəlxalq aktdır. Konvensiyaya əsa-

105


Elçin Eyvazov, Nərminə Balabəyova

sən, hər bir dövlət hava uçuşlarını tənzimləmək hüququna malikdir.


Çikaqo Konvensiyası yalnız iştirakçı ölkələrin rəsmi daşıyıcıları tərəfindən istismar edilən mülki hava gəmiləri üzrə uçuş şərtlərini nizamlayır. Konvensiyada sərhəd, hərbi, polis, habelə gömrük xidmətləri tərəfindən istismar olunan dövlət hava gəmilərinin uçuşları nəzərdə tutulmur. Belə ha-va gəmilərinin uçuşlarına xüsusi naviqasiya rejimi müəyyən-ləşdirilir. Deməli, Çikaqo Konvensiyası yalnız mülki hava gəmiləri üçün qüvvədədir. Başqa sözlə, ancaq mülki hava gəmiləri tərəfindən yerinə yetirilən uçuşlar Konvensiyanın tənzimləmə predmetinə aiddir. Çikaqo Konvensiyasında çarter uçuşlarına daxil olan qaydalara rast gəlinmir. Bu Kon-vensiya göstərilən kontekstdə hər hansı göstərişə malik de-yil. Bunun səbəbi odur ki, Konvensiyanın imzalanması, qə-bul edilməsi və qüvvəyə minməsi tarixlərində çarter daşıma-larının inkişafı hələ yeni başlayırdı.
Konvensiyaya əsasən, hava daşımalarının üç növü mövcuddur: mütəmadi daşımalar, qeyri-mütəmadi daşıma-lar, kabotaj daşımaları. Mütəmadi daşımalar üçün icazə siste-mi (qaydaları) təyin olunur. Qeyri-mütəmadi daşımalar özü «kommersiya daşımaları», habelə «qeyri- kommersiya daşı-maları» anlamı ilə iki növə ayrılır. Kommersiya məqsədləri üçün qeyri-mütəmadi daşımalar da yalnız icazə sisteminə əsasən həyata keçirilə bilər. Dövlətin ərazi hüdudlarında ye-rinə yetirilən daşımalar kabotaj daşımaları adlanır.
Konvensiyaya bəzi əlavələr olunmuşdur. Müasir dövrdə bu əlavələr qüvvədə olub, beynəlxalq aviadaşımala-rın həyata keçirilməsində mühüm rola malikdir. Beynəlxalq hava daşımaları nöqteyi-nəzərindən, əlavələrin bir neçəsi da-ha faydalıdır:

106


Beynəlxalq nəqliyyat əməliyyatları

-2 nömrəli Əlavə - uçuş qaydalarını təyin edir;


-6 nömrəli Əlavə - hava gəmisinin istifadəsi ilə əlaqə-li münasibətləri yoluna qoyur;
-8 nömrəli Əlavə - hava gəmilərində uçuşa yararlı ol-ma məsələsini qaydaya salır;
-9 nömrəli Əlavə - hava limanında formal prosedurla-rı (rəsmiləşdirmə prosedurlarını) asanlaşdırır;
-16 nömrəli Əlavə - səslərin normalaşmasına aiddir;
-17 nömrəli Əlavə - qeyri-hüquqi protokollara qarşı təhlükəsizlik işləri həyata keçirir.
Beynəlxalq hava daşımaları sahəsində bağlanan ikitə-rəfli sazişlər. Beynəlxalq uçuşlar, əsasən, beynəlxalq hava da-şınmalarına aid olan ikitərəfli ölkələrarası (beynəlxalq) saziş-lərlə icra edilir. Bu sazişlərdə istər sərnişin daşınmasının, is-tərsə də yük daşınmasının təşkili məsələlərinin əsas müd-dəaları təyin edilir. İkitərəfli sazişlər dövlətlərin arasında ha-va daşımalarının icrası üçün hüquqi baza rolunu yerinə yeti-rir.
Azərbaycan Respublikası dünyanın bəzi ölkələri ilə hava daşınmaları sahəsində ikitərəfli saziş imzalamışdır. Fransa Respublikası, Misir Ərəb Respublikası, Qazaxıstan Respublikası, İran İslam Respublikası, Niderland Krallığı, Rusiya Federasiyası, Polşa Respublikası, İtaliya Respublikası kimi ölkələrlə imzalanan ikitərəfli sazişlər hava daşımaları-nın təşkilində əsas şərtələri təyin edir. Bizə yaxın qonşu olan Rusiya Federasiyası 100-dən artıq ölkələrlə bu tip sazişlər imzalamışdır. Vaxtilə SSRİ dünyanın 80-dən çox dövləti ilə hava daşımaları ilə bağlı ikitərəfli dövlətlərarası saziş bağla-mışdı.
Şübhəsiz ki, hava daşımaları ilə bağlı ikitərəfli dövlət-lərarası sazişlər öz məzmunları etibarilə bir-birlərindən fərq-

107


Elçin Eyvazov, Nərminə Balabəyova

lənir. Lakin bütün bunlara rəğmən, həmin sazişlərin hamısı forma baxımından unifikasiya edilmişdir. Digər tərəfdən, onların hamısı demək olar ki, eyni quruluşa (struktura) ma-likdir. Hazırkı şəraitdə hava daşımaları barədə ikitərəfli öl-kələrarası sazişlərin nümunəvi (vahid) tipi formalaşmışdır. İkitərəfli sazişlərdə, adətən, hava daşınmalarına aid bir sıra vacib, eləcə də mühüm əhəmiyyəti olan məsələlər öz həllini tapır. Həmin məsələlər aşağıdakılardan ibarətdir:


-qarşılıqlı surətdə uçuşları reallaşdırmaq hüququnun verilməsi;
-tərəflər (aviaşirkətlər) üzrə kommersiya hüquqları-nın ölçüsü;
-uçuşlara texniki təminat verilməsi;
-uçuş və daşınmaların inzibati -hüquqi rejiminin təyini. Bununla yanaşı, ikitərəfli sazişlər müqavilə xəttini (ra-zılaşma ilə müəyyən edilən hava xəttini) də müəyyənləşdirir. Razılığa gələn iştirakçı daşıyıcılar müqavilə xətti üzrə uçuş-
lar apara bilirlər.
Beləliklə, ikitərəfli sazişlər üzrə müqavilə xətti müəy-yən etməklə iştirakçı tərəflər qarşılıqlı surətdə bir-birlərinin ərazilərinə müntəzəm uçuşlar aparmaq hüququ verirlər. Mü-qavilə xətti, çox vaxt sazişə qoşma kimi əlavələrdə qeyd olu-nur. Sonrakı dövrlərdən o dəyişdirilə və onda əlavələr aparı-la bilər.
1971-ci ilin Qvatemala Protokolu. Bu Protokol Varşa-va Konvensiyasında dəyişikliklər edən sənədlərdən biridir. Qvatemala Protokolu BMAT tərəfindən 1971-ci ilin 8 mart ta-rixində Qvatemala şəhərində toplanılan beynəlxalq konf-ransda bağlanmışdır. Konfransın 55 iştirakçısından ancaq 21-i həmin Protokolu imzaladı. Qvatemala Protokolu indiyə qə-dər cəmi 5-6 ölkə tərəfindən ratifikasiya edilib. Azərbaycan

108


Beynəlxalq nəqliyyat əməliyyatları

Respublikası 1999-cu ildə bu Protokolu ratifikasiya edərək buna qoşulmuşdur.


Qvatemala Protokolu aviaşirkətlər tərəfindən sərni-şinlər qarşısında daşınan məsuliyyətin yüksəldilməsinə yö-nəldilmişdir. Bunun üçün o, Varşava Konvensiyasında bir çox dəyişikliklərin olunmasını nəzərdə tutur. Qvatemala Protokolu hələ də qüvvəyə minməmişdir.
Qvatemala Protokolunun vasitəsi ilə iki əsas məsələ-nin həlli mümkündür. Birinci problem daşıyıcının məsuliy-yətini artırmaqdır. Belə ki, Protokol sərnişinə ziyan vurulma-sı səbəbindən daşıyıcının məsuliyyətlilik limitini (həddini) 100 min dollara qədər (1,5 milyon franka kimi) artırır. Sonra-kı vaxtlarda hər 5 ildən bir göstərilən limitin təqribən 10% ar-tırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, iştirakçı - dövlətlərə belə bir hüquq verilir ki, bu dövlətlər sərnişinlərin sağlamlığına ziyan vurulmasına görə əlavə əvəzödəniş (kompensasiya) haqqında öz daxili (milli) qanunvericiliklə-rində müvafiq norma təsbit etsinlər.
Qvatemala Protokolunda həll edilə bilən digər prob-lem daşıyıcının obyektiv məsuliyyəti ilə bağlıdır. Obyektiv məsuliyyət dedikdə daşıyıcının təqsirindən asılı olmayan məsuliyyət və ya təqsirsiz məsuliyyət başa düşülür. Bu Pro-tokolla Varşava Konvensiyasına obyektiv məsuliyyət rejimi daxil edilir. Qvatemala rejiminə əsasən, daşıyıcı tərəfindən sərnişinlərin sağlamlığına vurulan ziyana görə təqsirdən asılı olmayaraq məsuliyyətə cəlb oluna bilərlər. Həmin rejimdə yalnız bircə halda istisna ola bilər. Belə ki, əgər zərərin yeti-rilməsinə sərnişinin özünün sağlamlığı və yaxud onun təqsi-ri səbəb olarsa, bu halda obyektiv məsuliyyət rejimi tətbiq olunmur və daşıyıcı məsuliyyətə cəlb edilmir.

109


Elçin Eyvazov, Nərminə Balabəyova

Obyektiv məsuliyyət rejimi bəzən baqaj salamat qal-madığı hallar üçün də tətbiq edilir. Belə ki, daşıyıcı baqajın salamatlığını (olduğu kimi) təmin etməməsi səbəbindən təq-sirdən asılı olmayaraq məsuliyyətə cəlb edilir. Əgər zərər ba-qajın daxili xarakteri nəticəsində və yaxud sərnişinin (zərər-çəkənin) təqsiri səbəbindən vurularsa, onda obyektiv məsu-liyyət rejimini tətbiq etmirlər və odur ki, daşıyıcı məsuliyyət-dən azad olunur. Qvatemala Protokolunda nəzərdə tutulan dəyişikliklərdən biri odur ki, o, qeydiyyatı aparılmış baqajın əl yükündən fərqləndirilməsininin qarşısı alınır, eləcə də ba-qajın salamat qalmamasına, habelə baqajın çatdırılma müd-dəti pozulması səbəbindən daşıyıcıya görə vahid məsuliyyət limiti təyin edir. Məsuliyyət limiti istənilən sərnişinə görə 15 min frank məbləğində təyin edilir.


4 saylı Monreal Protokolu. Varşava Konvensiyasında bəzi dəyişikliklərə səbəb olan beynəlxalq sənədlərdən biri də 4 saylı Monreal Protokoludur. Bu Protokol 1975-ci ilin 25 sentyabr tarixində təsdiq edilmişdir. Protokola görə Varşava Konvensiyasında yalnız yük daşımaları haqqında dəyişiklik edilir ki, bu dəyişikliyin də əsasında BMAT çərçivəsində ha-zırlanan təklif durur. Azərbaycan Respublikası 1999-cu ildən etibarən 4 saylı Monreal Protokolunun iştirakçısıdır. Protokol Varşava Konvensiyasında hansı dəyişiklikləri apa-rır? Bu suala cavab kimi göstərmək olar ki, Protokol, əsas eti-barilə, iki məsələdə dəyişiklik edir və bunları yenilik saymaq olar.
Protokolun Varşava Konvensiyasında etdiyi ilk mü-hüm yenilik daşıyıcının məsuliyyəti ilə bağlıdır. Eyni zaman-da, daşıyıcının məsuliyyəti beynəlxalq hava hüququ baxı-mından mühüm məsələdir.

110


Beynəlxalq nəqliyyat əməliyyatları

Protokolda yükün salamatlığının təmin edilməsində yol verilmiş təqsirlə bağlı məsuliyyət prinsipindən imtina edilərək, obyektiv məsuliyyət (təqsirdən asılılığı olmayan məsuliyyət) rejimi müəyyənləşdirilir. Bununla yanaşı, yük müəyyən hadisələr nəticəsində salamatlığını itirdikdə (məhv olduqda, itdikdə və yaxud zədələndikdə) daşıyıcı məsuliy-yətə cəlb olunmur və vurulmuş ziyanın əvəzi ödənilmir. Hə-min hallar aşağıdakılardan ibarətdir:


-yük qüsurlu və zədəli olduqda;
-yükün keyfiyyətsizliyi;
-düzgün qablaşdırma aparıldıqda;
-hərbi münaqişə olduqda;
-müharibə baş verdikdə;
-dövlət hakimiyyət orqanlarının aktları (yükün daşı-nıb gətirilməsi baş verdikdə, daşınıb aparılma və yaxud tran-zitlə bağlı şəkidikdə qəbul olunan aktlar).
Bununla belə, yükün salamatlığının təmin edilməmə-sinin həmin hadisələrlə bağlı olması, yəni yükün bu hadisə-lər nəticəsində salamat qalmaması sübut edilməlidir. Bu və-zifəni daşıyıcı öz üzərinə götürür.
Yükün təyinat yerinə çatdırılması müddətinin pozul-ması halı üçün daşıyıcının məsuliyyəti məqsədilə obyektiv məsuliyyət rejimi təyin edilmir. Belə pozuntu hadisəsi üçün edilən təqsir müqabilində məsuliyyət prinsipi qorunub sax-lanılır.
Monreal Protokolunda yükə görə daşıyıcının məsuliy-yət limiti dəyişilmir. Lakin bütün hallarda məsuliyyət limiti-nin maksimum hədd kimi müəyyən edilməsi məqbul sayılır.
Monreal Protokoluna əsasən daşıyıcının məsuliyyəti limitinin valyuta ilə təyin və ifadə olunması barədə Varşava Konvensiyasına normalar daxil edilir. Bu normalara görə,

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin