Mikrokomandalar və Mikroproqramlar. İdarəetmə prinsipi
Piriyev Məftun
Mikrokomandalar və mikroproqramlar
Prosessor verilənlər üzərində müəyyən əməliyyatlar apararkən idarəedici siqnallar ardıcıllığı təşkil edir.Bu idarəedici siqnallar ardıcıllığı komanda registirinin 1-ci baytına müvafiq olaraq təşkil olunur.Hər hansı 1 prosessor tərəfindən əmri icra edərkən idarəedici siqnallar ardıcıllığı təşkil etmək üçün müəyyən zaman kvantları təşkil olunur.Yəni sabit vaxt ərzində bu vaxtlar = götürülüb müvafiq bölgülər aparılır.Bu bölgüləri = aparmaq üçün takt generatorlarından istifadə olunur ki,onlarda takt siqnalları emal edirlər. Ona görə də hər takt siqnalı müddətində müvafiq dərəcələrdən ibarət(verilənlərə müvafiq idarəedici siqnalların sayı qədər) sözlər təşkil olunur.Bu cür yaradılmış söz mikrokamanda adlanır.Hər 1 əmrə müvafiq olaraq mikrokomandalar ardıcıllığı uyğun olur ki, ona da mikrokproqram deyilir.Hər bir mikrokomanda operativ yaddaşda növbəti yerinə yetiriləcək əmri seçib, onu komanda registirinə yazmaqla qurtarır.Bundan sonra növbəti əmr mikroproqrama yerinə yetirilir.Hər 1 mikrokomanda idarəedici sözdən təşkil olunmaqla icradan qabaq yadda saxlanılır.Bu idarəedici sözün oxunması üçün müəyyən qədər vaxt sərf olunur. Əgər mikrokomanda 1 takt siqnalı dövrü ərzində yerinə yetirilməlidirsə, onda bu halda , takt siqnalı daha kiçik vaxt aralıqlarına bölünməlidir.Onda bu halda 1 ci vaxt aralığında mikrokomandaların oxunması, 2 ci vaxt aralığında isə onun yerinə yetirilməsi baş verir. Aydındır ki mikrokomandaların yerinə yetirilməsi üçün sərf olunan vaxt onun oxunması üçün sərf olunan vaxtdan daha çox olacaq.Çünki əmrin icrası zamanı 1 neçə müxtəlif sayda arqumentlərin oxunması, əməliyyatların yerinə yetirilməsi və nəticənin yadda saxlanılması baş verir.1 takt siqnalı üçün ayrılmış vaxt ərzində 1 neçə mikrokomandanı icra etmək mümkün olduğu halda bu komandalar birləşə bilir.
Mikroproqramla idarəetmə prinsipi ilk dəfə Uelks tərəfindən 1951-ci ildə təklif olunmağına baxmayaraq indiki vaxta qədər aktual olaraq heç 1 dəyişikliyə uğramadan indiyədək saxlanmaqdadır. Bu prinsipə əsasən istənilən elektron qurğu (müasir mikroprossessordan başlayaraq elektron saatlara qədər) 2: idarəedici qurğu və əməliyyat qurğusundan təşkil oluna bilər.