MİKROARXİTEKTURA VƏ MİKROARXİTEKTURAYA AİD NÜMUNƏLƏR.
Məlumdur ki, fərdi kompüterlərdə məsələlər həll olunarkən aşağıdakı kimi müəyyən səviyyələr üzrə əməliyyatlar aparılır.
1-ci səviyyə:Problem yönlü dil səviyyəsində qoyulmuş məsələni həll etmək üçün verilmiş məsələyə müvafiq proqram tərtib olunur.
2-ci səviyyə:(Assembler dili) İlkin proqram komplyator köməyi ilə assembler dilinə çevrilir.
3-cü səviyyə:Assembler dilindəki alınmış nəticələr assembler translyatoru vasitəsilə əməliyyat sistemi səviyyəsinə çevrilir.
4-cü səviyyə:Əməliyyat sisteminə aid olan qismən interpretasiya tətbiq etməklə əmrlər yığımının arxitektura səviyyəsinə çevrilir.
5-ci səviyyə:Alınmış nəticələr interpretasiya tətbiq etməklə əmrlər yığımının arxitektura səviyyəsinə çevrilir.
6-cı səviyyə:Mikroarxitektura səviyyəsindəki alınmış nəticələr rəqəmsal məntiqi səviyyə vasitəsilə həyata keçirilir.
Mikroarxitektura səviyyəsini daha da dərindən başa düşmək üçün Java virtual maşının alt çoxluğu olan İJVM mikroarxitekturasına baxaq.Baxılan bu mikroarxitektura daxilində daimi yaddaş qurğusuna malikdir. Bu daimi yaddaş qurğusunda müəyyən mikroproqramlar mövcuddur ki, bu mikroproqramlar İJVM əmrlərini çağırır, dekodlaşdırır və yerinə yetirir.Əmrlər arxitekturası səviyyəsindəki hər bir əmri əsas proqramdan çağırılan funksiya hesab etmək olar.Bu halda əsas proqram çox sadə struktura malik olub, sonsuz dövr kimi təşkil olunur.Əvvəlcə proqram hansı funksiyanın yerinə yetiriləcəyini təyin edir və sonra həmin funksiyanı yaddaşa çağırır, onu icra edir və bu prosesi dövrü olaraq davam etdirir.