Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə16/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
Qeyri-dövriyyə qarışıq daşıma sənədi odur ki, bu sə-nəddə yük sahibinin adı qeyd edilir. Belə sənəd əsasında yü-kə sərəncam vermək qeyri-mümkündür. Deməli, o, yükə sə-rəncamverici sənəd hesab olunmur.

208


Beynəlxalq nəqliyyat əməliyyatları

Dövriyyə intermodal daşıma sənədi isə, yükə sərən-camverici sənəd hesab olunur. Bu sənəd ya orderli sənəd, ya da adsız (təqdimedənə) sənəd şəklində tərtib olunur. Kon-vensiya intermodal daşıma sənədinin məzmununu müəyyən edir. Onda aşağıdakı məlumatlar qeyd edilməlidir:


-yükün əsas nişanı;
-yükün zahiri vəziyyəti;
-yükün adı və xarakteri;
- intermodal daşıma operatoru olan kommersiya mü-əssisəsinin adı və olduğu məkan; -yükgöndərənin və yükalanın adı;
-qarışıq daşıma sənədinin verildiyi məkan və tarix; -razılaşdırılmış valyuta ilə daşıma haqqı; -operatorun imzası;
-operator tərəfindən yükün qəbul edildiyi yer və ta-rix;
-daşıma marşrutu, nəqliyyatın növü, təkrar yükvur-ma yeri.
Qarışıq daşıma sənədi bəzi funksiyaları icra edir. Onun əsas funksiyası müqavilə sənədi olmasından ibarətdir. Qarışıq daşıma sənədi eyni zamanda təsdiqləyici funksiyası-nı icra edir. Bu funksiyaya əsasən, qarışıq daşıma sənədi:


  1. Intermodal daşıma müqaviləsinin imzalanma faktını,




  1. Intermodal daşıma operatoru tərəfindən yükün qə-bul edilməsini təsdiqləyir.

Beynəlxalq qarışıq daşımalarda operatorun məsuliy-yəti. İntermodal daşıma operatorunun məsuliyyəti Konven-siya ilə tənzimlənən mühim məsələdir. Konvensiya, ilk növ-bədə, intermodal daşıma operatoru üçün yükə görə məsuliy-yət dövrü təyinedir. Yükün daşınma üçün operator tərəfin-dən qəbul edildiyi andan yükün çatdırıldığı anadək olan

209


Elçin Eyvazov, Nərminə Balabəyova

vaxt dövrünü məsuliyyət dövrü əhatə edir. Bu dövrdə inter-modal daşıma operatoru öhdəlik daşıyır.


Konvensiya bəzi vaxt dövrlərini operatorun məsuliy-yət dövrünə daxil etmir. Yük göndərilmə, təyinat və ya tran-zit ölkələrində müəyyən müddətə fiskal yaxud inzibati or-qanların (sərhəd, gömrük, vergi və. s.) müvəqqəti sahibliyin-də ola bilər. Bu müddət ərzində qarışıq daşıma operatoru yükə görə heç bir məsuliyyət daşımır.
İntermodal daşıma operatoru öz işçilərinin və agent-lərinin hərəkət və səhvlərinə görə öz hərəkəti kimi məsuliy-yət daşıyır. Bununla yanaşı, nəqliyyat əməliyyatlarını və in-termodal daşıma müqaviləsini operator özü icra edir. Bəzi hallarda o, bu işə üçüncü şəxsləri də cəlb edə bilər. Operator cəlb edilmiş belə şəxslərin hərəkət və səhvlərinə görə də ca-vabdehdir.
Daşıyıcı Konvensiyaya uyğun olaraq, 2 hala görə ca-vabdehdir. Yükün zərər görməsi bu hallardan biridir. Əgər yük təyinat yerinə nəzərdə tutulmuş çatdırılma müddətin-dən sonrakı 90 təqvim günü ərzində təhvil verilməzsə, itmiş hesab olunur.
İntermodal daşıma operatorunun məsuliyyət daşıma-sına əsas ola bilən digər hal isə yükün məntəqəyə çatdırılma müddətinə əməl edilməməsidir. Qarışıq daşıma sənədində həmin müddət qeyd edilə bilər. Yük məntəqəyə həmin müd-dət içində təhvil verilməlidir. Yox əgər yük nəzərdə tutulan müddətdə məntəqəyə çatdırılmazsa, bu, müqavilə öhdəliyi-nin pozulduğunu göstərir. Nəticədə ziyan dəyərsə, intermo-dal daşıma operatoru həmin zərərin əvəzini ödəməlidir. İn-termodal daşıma operatoru yükün məntəqəyə gec çatdırıl-masına görə zərərin əvəzini ödəmə formasında cavabdehdir. Qarışıq daşıma operatoru o vaxt dəyən zərərin əvəzini ödə-

210


Beynəlxalq nəqliyyat əməliyyatları

məlidir ki, yükün ziyan görməsinə, o cümlədən yükün mən-təqəyə çatdırılma müddətinə əməl edilməməsinə səbəb olan əsas onun məsuliyyət dövründə yaranmış olsun.


Konvensiya təqsirə görə məsuliyyət prinsipindən çı-xış edir. Bu prinsipə əsasən operator ancaq təqsirli olan za-man məsuliyyət daşıyır. Konvensiya eyni zamanda təqsir prezumpsiyası təyin edir. Yəni, əksi sübut olunana kimi in-termodal daşıma operatoru ziyan dəyməsinə səbəb olan hal-ların yaranmasında təqsirli kimi bilinir. Əgər o, ziyanın qar-şısını almaq üçün zəruri olan tədbirləri (tələb edilən ağlaba-tan hərəkətləri) gördüyünü yaxud bu cür tədbirlər görməyin qeyri-mümkün olduğunu sübut edərsə, onda yükün itirilmə-si, həmçinin yükün çatdırılma müddətinə əməl edilməməsi-nə görə təqsirli hesab olunmur.
Konvensiya məhdud məsuliyyət prinsipindən də çıxış edir. Bu prinsipə görə qarışıq daşıma operatorunun məsuliy-yəti məhdudlaşır. Yükün məntəqəyə çatdırılma müddəti po-zulduğu zaman qarışıq daşıma operatorunun məsuliyyəti məhdudlaşır. Çatdırılma müddətinin ötürülməsi nəticəsində dəyən ziyana görə intermodal daşıma operatorunun məsu-liyyəti 2,5 qat daşıma haqqı məbləğində məhdudlaşır.
Konvensiya yaranmış mübahisələrin məhkəmədənkə-nar qaydada həlli üçün pretenziya proseduru müəyyən edir. İntermodal daşıma müqaviləsindən meydana gələn mübahi-sələr haqda intermodal daşıma operatoruna iddia verilməz-dən öncə ona pretenziya göndərilməlidir.
Konvensiya yalnız pretenziya müddətini tənzimlə-məklə kifayətlənmir. Bununla yanaşı konvensiya iddia müd-dəti haqda göstəriş ifadə edir. Tərəflər arasında (yük sahibi və intermodal daşıma operatoru arasında) beynəlxalq inter-modal daşıma müqaviləsi üzrə məsuliyyətlərin lazımınca ye-

211


Elçin Eyvazov, Nərminə Balabəyova

rinə yetirilməməsi yaxud ümumiyyətlə yerinə yetirilməsi ilə əlaqədar olaraq mübahisə yarana bilər. Bu mübahisələr bə-zən könüllü surətdə, məhkəmədənkənar həll edilmir. Bu sə-bəbdən də müvafiq tərəf mübahisəni yatırmaq üçün iddia ilə məhkəməyə müraciət etməlidir. Konvensiya bunun üçün 2 illik iddia müddəti təyin edir. Bu müddət bütün iddialara aid olunur. Beynəlxalq intermodal daşıma müqaviləsi ilə əla-qədar istənilən iddia üçün 2 illik iddia müddəti təyin edilir. Əgər məhkəmə yaxud da arbitraj məhkəmə araşdırması iki il ərzində başlamazsa, iddia müddəti ötürülmüş sayılır.


Beynəlxalq intermodal daşıma sənədlərinin tipləri. İn-termodal daşıma operatoru yükü təhvil alan vaxt yükgöndə-rənə intermodal daşıma sənədi verir. İntermodal daşıma sə-nədləri adlı 2 cürdür:


  1. «Dövriyyə sənədi»




  1. «Qeyri-dövriyyə sənədi»

Dövriyyə sənədi də iki cür tərtib oluna bilər:




  1. Adsız formada (təqdim edənə),




  1. Order formasında.

Bu sənəd adsız formada tərtib olunanda operator yü-kü məntəqədə belə formalı sənədin əslini təqdim edən istəni-lən şəxsə təhvil verir. Sənəd order formasında hazırlanar-sa, operator yükü məntəqədə yükgöndərənin «əmri» ilə mü-əyyən olunan şəxsə təhvil verir. Belə sənəd onun arxa tərə-fində «həvalə etmə» qeydinin (indossament) vasitəsilə bütün şəxslərə verilə bilər. Həmin şəxs də, sənədi başqa şəxsə verə bilər və s.


Qeyri-dövriyyə sənədləri «həvalə etmə» qeydi (indos-sament) yolu ilə başqa şəxslərə verilmir. Bu cür sənədlərdə yükalanın adı qeyd edilir. Operator yükü təyinat yerində an-caq ona təhvil verə bilər.

212


Beynəlxalq nəqliyyat əməliyyatları

Sənədlərin unifikasiya olunmasında dövlətlərarası nəqliyyat təşkilatları, əsasən, Baltik və Beynəlxalq Dəniz Konfransı (BBDK-BİMKO) və BEAF (FİATA) xüsusi rol oy-namış və bu sahədə böyük iş görmüşdür.


BBDK 1977-ci ildə «COMBIDOC» («Kombidok») adlı intermodal daşıma sənədi tərtib etmişdir. Bu sənəd gəmiləri istismar edən və öz fəaliyyətini dəniz daşımaları əsasında quran operatorlar üçün nəzərdə tutulur.
Konosament əsasında qarışıq daşımaların həyata keçi-rilməsi. Konosament dənizlə yük daşımalarında istifadə edi-lən nəqliyyat (daşıma) sənədidir və Brüssel Konvensiyası ilə tənzimlənir. Konosamentin sahib olduğu özəlliklərdən biri odur ki, o, universal xarakterli nəqliyyat sənədidir.
Konosament çarter daşımaları zamanı tətbiq edilir. Bundan başqa, ondan qarışıq daşımaların rəsmiləşdirilməsi zamanı istifadə olunur. Qarışıq daşımalar üçün tətbiq olunan konosamentə birbaşa və ya intermodal konosament deyilir.
BEAF-ın (Beynəlxalq Ekspeditorlar Assossasiyaları Federasiyası) kombinə olunmuş (multimodal) daşıma kono-samenti (FBL) ən çox yayılmış qarışıq daşıma sənədi olub, bütün dünya miqyasında tanınır.
AR bu sahədə əksər dövlətlərlə hökumətlərarası sa-zişlər imzalamış və onun vacib müqavilə praktikası meyda-na gəlmişdir. Aşağıdakı sazişləri misal göstərmək olar:
-«AR Hökuməti və Rumıniya Hökuməti arasında dövlətlərarası qarışıq daşımalar haqqında» Saziş;
-«AR Hökuməti və Belarus Respublikası Hökuməti arasında dövlətlərarası kombinə edilmiş yük daşımaları haq-qında» Saziş;

213


Elçin Eyvazov, Nərminə Balabəyova

-«AR Hökuməti və Ukraynanın Nazirlər Kabineti ara-sında dövlətlərarası kombinə olunmuş yük daşımaları haq-qında» Saziş;


-«AR Hökuməti və Litva Respublikası Hökuməti ara-sında dövlətlərarası kombinə olunmuş daşımalara dair» Sa-ziş və b.
Mövzuya aid sual və tapşırıqlar
1.Beynəlxalq qarışıq daşımalar anlayışı haqqında mə-lumat verin


  1. Beynəlxalq qarışıq daşımaların üstün və xarakterik

cəhətləri




  1. İntermodal daşımaların əhəmiyyəti




  1. Beynəlxalq qarışıq daşımanın prinsipləri barəsində məlumat verin




  1. İntermodal daşımaların xüsusiyyətləri haqqında

danışın



  1. Beynəlxalq intermodal daşımaların təşkili




  1. Qarışıq daşımaların həyata keçirilməsində ekspedi-torların rolu

  2. Beynəlxalq qarışıq daşımalarda operator və onun

rolu



  1. İntermodal daşımaların rəsmiləşdirilməsi qaydaları




  1. Beynəlxalq qarışıq daşıma sənədlərinin tipləri




  1. Beynəlxalq qarışıq daşımaların hüquqi tənzimlən-

məsi.


214

Beynəlxalq nəqliyyat əməliyyatları


IX MÖVZU


BEYNƏLXALQ BORU
KƏMƏRİ DAŞIMALARI

9.1. Beynəlxalq boru kəməri nəqliyyatı anlayışı və onun xüsusiyyətləri

Boru kəməri nəqliyyat vasitələrinin xüsusi növüdür. Magistral boru kəmər nəqliyyat vasitəsi ilə neft və onun məhsulları, karbohidrogen qazları və bir çox başqa məhsul-lar nəql olunur. Magistral boru kəmərləri maye və qaz halın-da kütləvi yüklərin nəql olunmasında ən ucuz və münasib nəqliyyat növüdür. Hətta 1907-ci ildə Batumi - Bakı neft kə-məri inşa olunmuşdur. Bu kəmərin diametri 100 mm. təşkil etmişdir.
Boru kəməri nəqliyyatının əsası 20-ci əsrin başlanğıcı-na qədər qoyulmuş, onun intensiv tərəqqi dövrü isə keçən əsrin 70-ci illərinə təsadüf edir. Yer üzündə baş verən sosial-iqtisadi, ictimai-siyasi, hüquqi-demokratik proseslərin pozi-tiv nəticələri əsasında 3-cü minilliyin başlanğıcında bu nəq-liyyat növü özünün daha intensiv müasir tərəqqi tempini tapmışdır.
Boru kəməri nəqliyyatının beynəlxalq olaraq faydası ölkələr və region dövlətləri arasında qarşılıqlı etimadı yük-səldir, beynəlxalq əməkdaşlığa stimullar verir, iqtisadi əlaqə-ləri gücləndirir, yer üzünün bərabər ərazi prinsipi şəklində təbii resurslarından xammal ehtiyatlarından bütün ölkələ-rin birlikdə səmərəli istifadəsinə şərait yaradır. Nəqletmə

215


Elçin Eyvazov, Nərminə Balabəyova

prosesi bir çox dövlətlər arasında olduqda bu daşımalar bey-nəlxalq xarakter daşıyır, nəqletmə vasitəsi isə beynəlxalq bo-ru kəmər nəqliyyat vasitəsi adlanır.


Boru kəməri nəqliyyatının üstünlüyü:


  • nəqletmənin maya dəyərinə görə ucuz olması,




  • etibarlılıq,




  • məhsulları tez və böyük həcmdə uzaq məsafələ-rə göndərmək imkanına sahib olması,

  • təbiətə mənfi təsirin çox az olması (misal üçün, avto-nəqliyyat vasitələri ilə müqayisədə -səs, yollarda tıxaclar, tul-lantı qazlar və s.) səciyyəvidir.




  • boru kəmərləri ilə neft və qaz kəmərin inşa edilmə-si müəyyən ərazidən, həmçinin su manelərindən də keçmək imkanlarına sahibdir;




  • boru kəməri nəqliyyatının infrastukturunun yaradıl-masına sərf edilən xərclər, dəniz və avtomobil yolu ilə müqa-yisədə 2 dəfə ucuz olur;




  • boru kəməri nəqliyyatından iqlimdən və hava şərai-tindən asılı olmayaraq, mütəmadi olaraq istifadə edilir;




  • boru kəmərlərinin germetikliyi bu nəqliyyat növü üzrə daşınan yüklərin itkisini aradan qaldırır;




  • boru kəməri nəqliyyatının maya dəyəri dəmir yolu nəqliyyatına nisbətən 3 dəfə azdır.

Boru kəməri nəqliyyatı nəqletmə prosesinin yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi ilə müəyyən-edilir və bəzi xüsusiyyətləri ilə başqa nəqliyyat növlərindən fərqlənir:


Bu nəqliyyatda daşıma vasitələrindən istifadə edil-mir, iş rejimi iqlim şəraitindən asılı deyildir, daşımanın ida-rəolunma rejimi sadədir, məhsulun nəql olunma prosesi av-tomatlaşdırılmış şəkildə yerinə yetirilir, boru kəmərinin isti-

216


Beynəlxalq nəqliyyat əməliyyatları

fadə qaydası çox sadədir, nəqletmə və yükvurma-yükboşalt-ma prosedurları vahid proses halında birləşir və s.


O cümlədən, boru kəməri nəqliyyat sisteminin çatış-mazlıqlarına aşağıdakılar aiddir:


  • boru kəmərinin inşasında layihələndirmə işlərinin çətinliyi və uzun müddətliliyi,




  • infrastrukturun yaradılmasının maddi olaraq baha

olması,



  • ekoloji problemlər,




  • boru kəmərinin xarici səthinin zədə alması, korrozi-yaya məruz qalması və texniki xidmətin tələblərinə əməl edilməməsi. Bu isə, ciddi nəticələr yaradan qəzaların törən-məsinə səbəb olur.

Dövlətlərarası boru kəmər nəqliyyat-hüquq əlaqələri-nin obyekti aşağıdakılardır:




  • texnoloji obyektlər, magistral boru kəmərləri və on-lardan necə istifadə etmək qaydaları;

-magistral boru kəmər nəqliyyat sistemi;


-magistral boru kəmərlərinin inşası və istifadəsi za-manı təbii ehtiyatlardan istifadə qaydaları və s.

Dövlətlərarası boru kəmər nəqliyyat hüququnun sub-yektlərinə aşağıdakılar aiddir:




  • magistral boru kəməri nəqliyyatının sahibləri ya-xud bu cür nəqliyyatı qanuni yollarla idarə edən şəxslər;

-dövlətlər;


-magistral boru kəməri nəqliyyatının sahibi ilə imza-lanmış müqavilə əsasında magistral boru kəmərinin istifadə-sini həyata keçirən, məhsulların nəql olunması üzrə xidmət-lər göstərən və boru kəmərinin texnoloji saz vəziyyətdə sax-lanılmasını və onların təmirini təmin edən hüquqi şəxslər;

217


Elçin Eyvazov, Nərminə Balabəyova

- magistral boru kəmər nəqliyyat sisteminin operator-


ları;
-magistral neft kəmərlərinin yaradılması, təhlükəsiz-olaraq fəaliyyət göstərməsi və ləğv olunması üzrə fəaliyyəti göstərən başqa təşkilatlar;
-məhsulları yollayan və alan şəxslər.
Dövlətlərarası boru kəməri nəqliyyatının xüsusiyyət-ləri. Beynəlxalq boru kəmər nəqliyyatı dövlətlərarası müqa-vilələr və milli qanunvericiliklə tənzimlənir. Bu nəqliyyat va-sitəsinin istismarı boru kəməri xətlərinin inşası, istifadəyə verilməsi və təmiri prosesində onların təhlükəsizliyinin qo-runmasını nəzərdə tutan qaydalara ciddi əməl olunmasını şərtləndirir. Bu qaydaların pozulması, insanların sağlamlığı-na, təbiətə və s. ciddi ziyan vura bilər.
Neft, qaz və neft məhsulları beynəlxalq ticarət dövriy-yəsinə nəqliyyatın məhz bu növünün yardımı ilə daxil olur.
Təsərrüfat fəaliyyəti nöqteyi-nəzərindən nəqliyyat va-sitələri 2 yerə ayrılır:


  1. Ümumi istifadədə olan - dövriyyə sferasında texni-ki bir vasitə kimi çeşitli məhsulları istehsalçılardan istehlak-çılara çatdırır. Bura dəmir yolu, avtomobil, dəniz, su və hava nəqliyyatı aiddir.




  1. Ümumi istifadədə olmayan.

Bununla yanaşı, işçi funksiya nöqteyi-nəzərindən


nəqliyyat 2 yerə ayrılır:
-universal;
-qeyri-universal.
Su (çay), avtomobil, dəmir yolu və hava nəqliyyatı universal nəqliyyat növünə aid edilir. Boru kəməri nəqliyyatı isə, vurğulamalıyıq ki, o, qeyri-universal nəqliyyat növünə daxil olunur və ona ixtisaslaşmış nəqliyyat adı da verilir.

218


Beynəlxalq nəqliyyat əməliyyatları

Nəqliyyat vasitələrinin əlavə olaraq 2 növü də fərq-ləndirilir:




  1. «Magistral nəqliyyat»




  1. «Qeyri magistral nəqliyyat».

Magistral nəqliyyata, ümumi istifadədə olan nəqliy-yat vasitələri aid olunduğuna görə boru kəməri nəqliyyatı magistral nəqliyyat növünə daxildir.


Magistral boru kəməri, yüksək təhlükə mənbəyi kate-qoriyasına aiddir. Bu səbəbdən də onun inşası, istifadəyə ve-rilməsi və təmiri zamanı müəyyən edilmiş normativlərə ria-yət olunması çox vacibdir.
Magistral boru kəmərinin inşası dedikdə boru kəməri sisteminin əsas və əlavə hissələrinin inşaası və quraşdırılma-sı üzrə işlərin görülməsi başa düşülür. Magistral boru kəmə-rinin istifadəsi dedikdə onun yüksək təhlükə mənbəyinə aid olması nəzərə alınmaqla təyinatına müvafiq doğru və təhlü-kəsiz fəaliyyət göstərməsi başa düşülür.
Magistral boru kəmərinin təmiri isə boru kəmərin-də yaranan zədələnmələrin ləğv edilməsi, onun müvafiq komponent və hissələrinin dəyişdirilməsi üzrə cari və ciddi təmir işlərinin görülməsindən ibarətdir.
Vurğulamalıyıq ki, magistral boru kəməri texniki xa-rakteristikasına görə daşınmaz əmlak novünə aid deyil, o da-şınar əmlak növünə aiddir. Boru kəməri nəqliyyatının bəzi üstünlükləri vardır. O, bu üstünlükləri ilə başqa nəqliyyat növlərindən fərqlənir. Sözügedən spesifik xüsusiyyətlər aşa-ğıdakılardır:
- bu nəqliyyatda daşıma vasitələrindən istifadə edil-mir (nəqliyyatın başqa növləri isə daşımanı belə vasitə-lər, misal üçün, konteyner, sistern və s. olmadan həyata keçi-rə bilməz):

219


Elçin Eyvazov, Nərminə Balabəyova





  • boru kəməri ilə daşımanın idarə edilmə rejimi sadə və asandır;

-boru kəmərinin iş rejimi hava və iqlimin necə olma-sından asılı deyildir;


-boru kəməri ilə məhsulu nəql olunma prosesi yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi ilə seçilir;
-boru kəmərinin istifadəsi çox sadədir;
-boru kəməri nəqliyyatında daşıma və yükləmə - yük-boşaltma prosedurları vahid proses kimi birləşir.
Nəqliyyatın bu növü nəqletmə prosesi əməliyyatları-nın yüksək avtomatlaşdırma və mexanikləşdirmə dərəcəsi ilə xarakterizə edilir. Bu səbəbdən də nəqliyyatın bu növündə əmək məhsuldarlığı ən yüksəkdir.
Bu nəqliyyat növünün 2 mühüm növü vardır: -qaz kəməri;
-neft kəməri.
9.2. AR-nın nəqliyyat sistemində boru kəməri nəq-liyyatının tutduğu yer və onun əhəmiyyəti.

Azərbaycan Respublikasında boru kəməri nəqliyyatı-nın meydana gəlməsi neft sənayesinin tərəqqisi dövründə ol-muşdur. 1878-ci ildə Balaxanı mədənlərindən “Qara şəhərdə-ki” neftayırmə zavoduna 12 km uzunluğunda ilk neft kəməri inşa edilmişdir. Bakı nefti 1903-1905-ci illərdə Batumi -Bakı neft kəmərinin çəkilməsi nəticəsində dünya bazarına çıxarıl-mışdır. 860 km uzunluqlu bu kəmər vasitəsilə 1930- cı ildən xam neft daşınır.


İlk neft kəməri 1865-ci ildə ABŞ-da (6 km) inşa edil-mişdir. RF-da ilk neft məhsulları kəməri 1907-ci ildə Batumi-Bakı arasında inşa olunmuşdur. Ümumilikdə neft kəmərləri-

220


Beynəlxalq nəqliyyat əməliyyatları

nin çəkilişi I dünya savaşından sonra, qaz kəmərlərinin inşa edilməsi isə II dünya müharibəsindən sonra genişlənmişdir.


Boru kəməri nəqliyyatı bütün ölkələrin nəqliyyat sis-temində xüsusi yer tutur. Onun nəqliyyat sistemində olduğu yer ölkədə neft və qaz çıxarılması, o cümlədən neft məhsulla-rının emalı ilə təyin olunur . Neft kəməri ilə neft və neft məh-sulları daşınır. Məsələn, buna « Supsa- Bakı» (aprel 1999-cu il), « Tbilisi-Ceyhan- Baku» (BTC, iyul 2006-cı il), “Novoros-siysk- Bakı» (oktyabr 1997-ci il) neft kəmərlərini göstərmək olar.
Qaz kəməri ilə təbii qazın nəql olunması həyata keçi-rilir. Tbilisi-Bakı- Ərzurum marşrutu üzrə «Cənubi Qafqaz Boru Kəməri» (2006-cı il) buna nümunədir. Bundan başqa, vurğulamalıyıq ki, su kəməri də boru kəməri nəqliyyatının bir növüdür. Su kəməri ilə su tələbat yerinə çatdırılır. Bu nəqliyyat növünün fəaliyyət dairəsi, bir ölkə ərazisini əhatə edir. Şollar su kəməri, Kür çayından Bakı şəhərinə çəkilmiş-iki su kəməri, Qəbələ-Bakı- Oğuz su kəməri layihəsi buna misal ola bilər.
AR boru kəmər nəqliyyat vasitəsi ilə neft-qaz məhsul-larının nəql edilməsi sahəsində bəzi beynəlxalq hüquqi aktla-ra daxil olmuş və bir sıra dövlətlərlə bu sahədə əməkdaşlıq haqqında sazişlər imzalamışdır:
- “Boru kəmərləri vasitəsi ilə neft və onun məhsulları-nın tranziti sahəsində razılaşdırılmış siyasətin həyata keçiril-məsi haqqında” Saziş


  • “AR ilə Gürcüstan arasında neft-qaz sənayesində əməkdaşlıq haqqında” saziş;




  • “Energetika Xartiyasına Müqavilə”




  • “Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yara-dılması üçün təşkilati prinsiplərə dair” Çərçivə Sazişi;

221


Elçin Eyvazov, Nərminə Balabəyova

- “AR ilə Qazaxıstan arasında neftin beynəlxalq bazar-lara daşınmasında əməkdaşlıq haqqında ”Memorandum ;


- “AR və Yunanıstan arasında təbii qaz və neft sahə-sində əməkdaşlıq haqqında” Memorandum;


  • “AR ilə Moldava arasında yanacaq-energetika kompleksi sahəsində əməkdaşlıq haqqında” Saziş.

Neft və qaz kəməri ilə neft, qaz və neft məhsulları-nın nəql olunması xüsusi formada nəqliyyat xidməti göstəril-məsi deməkdir. Bu cür xidmətin ölkə iqtisadiyyatını strate-ji baxımdan mühüm olan enerji daşıyıcıları ilə təmin et-mək nöqteyi-nəzərindən böyük əhəmiyyəti vardır. O,


həm xüsusi beynəlxalq ticarət əlaqələri sahəsində, həm də beynəlxalq siyasi-iqtisadi əlaqələr sferasında xüsusi rol oynayır.
9.3. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC). Azərbaycan Respublikası müstəqillik qazandıq-

dan sonra özünün karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə olunması yönündə milli maraqları nəzərdə tutan konseptual yanaşmanı həyata keçirmək üçün 1990-cı il-lərin başlanğıcından etibarən tarixi işləri görmüşdür. Bu nöq-teyi-nəzərdən 1994-cü ildə sentyabr ayının 20-də bağlan-mış “Əsrin kontraktı” xüsusi əhəmiyyət daşıyır. Bu kontrak-ta görə AR-da iri neft yataqlarının hazırlanması və hasilatı nəzərdə tutulmuşdur. Nefti istehsal etməkdən başqa, onun dünya bazarlarına nəqli də əhəmiyyət daşıyırdı.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin