Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4.58 Kb.
PDF просмотр
səhifə1/24
tarix24.04.2017
ölçüsü4.58 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

Gülşən Orucova, Nərminə Qaragözova,
Rafiq İsmayılov, Zahid Xəlilov
AZƏRBAYCAN DİLİ
2
Müəllim üçün
METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
15.07.2009-cu il tarixli, 945 №-li əmri ilə
təsdiq edilmişdir.
Bakı – 2014
Çap üçün deyil

Gülşən Orucova
Nərminə Qaragözova
Rafiq İsmayılov
Zahid Xəlilov
AZƏRBAYCAN DİLİ (2-ci sinif). Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 224 səh.
Redaktorlar:
Solmaz Abdullayeva
Bakı şəhər 23 №-li tam orta məktəbinin müəllimi
Nigar Həbibova
Bakı şəhər 54 №-li tam orta məktəbinin müəllimi
Bədii tərtibat :
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
han sı bir hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informa -
siya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014
Çap üçün deyil

İÇİNDƏKİLƏR
Ön söz............................................................................................5
GİRİŞ .............................................................................................6
1. Ana dili kurikulumu və 2-ci sinifdə Azərbaycan dilinin tədrisi .....6
1.1. I-IV siniflər üçün Ana dili kurikulumu ....................................................6
1.2. Məzmun xətləri.....................................................................................6 
2. Məzmun standartları ..................................................................8
2.1. Dinləmə: fiziki vərdişdən nitq bacarığına doğru ...................................8
2.2. Danışmağı bacarmaq üçün danışmaq lazımdır ...................................10
2.3. Oxu bacarığının inkişaf mərhələləri .....................................................12 
2.4. Yazı bacarığının inkişaf mərhələləri .....................................................14
2.5. Dil qaydaları – nitq bacarıqlarına yiyələnmək üçün vasitə ...................15
3. Fəal təlim ...................................................................................17
3.1. Fəal təlim nədir? ..................................................................................17
3.2. İnteraktiv dərs modeli...........................................................................18
3.3. Dilin tədrisində mətnin rolu...................................................................20 
3.4. İntellektual oyunlar (Xanaqraf. Doqquzdaş. Söz-loto)..........................22
4. Qiymətləndirmə (təhlil + proqnozlaşdırma) ................................26
4.1. Şagird fəallığının müşahidə yolu ilə qiymətləndirilməsi cədvəli ...........28 
4.2. Özünüqiymətləndirmə cədvəli..............................................................29
4.3. Analitik qiymətləndirmə cədvəli (“Oxu” məzmun xətti əsasında)..........30
4.4. Holistik qiymətləndirmə cədvəli (“Yazı” məzmun xətti əsasında) .........30
5. “Azərbaycan dili” dərslik dəsti ....................................................31
(Dərslik, Müəllim üçün metodik vəsait, İş dəftəri )
3
Çap üçün deyil

6. DƏRSLƏRİN PLANLAŞDIRILMASI...........................................33
I bölmə. Dəyərlərimiz ...........................................................................34-54
II bölmə. Ailə .........................................................................................55-78
III bölmə. Sinfimizin uşaqları .............................................................79-102
IV bölmə. Heyvanlar və quşlar.........................................................103-127
V bölmə. Yaxşı nədir, pis nədir ........................................................128-154
VI bölmə. Təbiətin sirləri ..................................................................155-182
VII bölmə. Söz sənətimiz ..................................................................183-203
VIII bölmə. Nağıllar aləmində ...........................................................204-223
4
Çap üçün deyil

Ön söz
Bu gün təhsilin əsas vəzifəsi müstəqil həyata hazırlıqlı insan, fəal vətəndaş
yetişdirməkdir. Bu insanı səciyyələndirən əsas xüsusiyyətlər mənəvi
dəyərlərimizə hörmət, geniş dünyagörüşü, yüksək intellekt, nitq mədə -
niyyəti və ünsiyyət bacarığıdır. Bütün bu xüsusiyyətlərin formalaş masında və
inkişafında ana dili fənninin rolu çox böyükdür. Nitq bacarıqlarının aşılanması
isə birbaşa bu fənnin tədrisi ilə bağlıdır.
Müasir ana dili dərslikləri şagirdlərə ədəbi dilin normaları ilə bağlı linqvistik
biliklər verməklə yanaşı, Milli Kurikulumda təsbit olunmuş əsas nitq
bacarıqlarını (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirməlidir. Eyni zamanda
dərslik şagirdlərdə analitik, məntiqi,
tənqidi, yaradıcı təfəkkürü inkişaf
etdirməklə onların sosial və mənəvi
problemlərə şəxsi münasibətlərini
formalaşdırmalıdır.
Ana dilinin tədrisinin digər fənlər
üçün də böyük əhəmiyyəti var. Dinləmə,
danışma, oxu, yazı bacarıqları başqa
fənlər üçün əsas təlim obyekti olmasa
da, açar rolunu oynayır, çünki bütün fənlər üzrə təlim prosesinin uğuru
şagirdlərin bu bacarıqları mənimsəmə səviyyəsindən xeyli dərəcədə asılı olur. 
Təqdim olunan “Azərbaycan dili” dərslik dəsti (dərslik, iş dəftəri, müəllim
üçün metodik vəsait) Milli Kurikulumdan qaynaqlanan dəqiq konsepsiya və
struktura malikdir. Dəstin tərkib hissəsi olan bu vəsait də həmin konsepsiyanı
açıqlamaq zərurətindən yaranmışdır. Bu, tədris prosesini sözügedən dərslik
komplekti əsasında daha səmərəli qurmağa kömək edə bilər.
Tədris yaradıcı prosesdir. Vəsaitdə təklif olunan təlim üsulları və metodik
tövsiyələr məcburi reseptlər deyil, sadəcə, müəllimə köməkdir. Müəllim
şagirdlərin qəlbinə və şüuruna öz yolunu tapmalıdır. Unutmaq olmaz ki, hər bir
dərslik müəllifinin kimliyindən asılı olmayaraq dərsin müəllifi onu keçən
müəllimdir.
5
Adi müəllim şagirdlərə həqiqəti çatdırır, 
yaxşı müəllim isə həqiqəti tapmağın yolunu öyrədir.
A.Disterveq
Müasir təhsilin əsasını təşkil edən öy rən -
mə (qavrama) və düşünmə prosesinin real -
laş dırılmasında nitq müstəsna əhəmiy yətə
ma likdir. İdraki prosesin bütün mərhə lə -
lərində fəaliyyətlər mənimsənilmiş dil va -
hid lərinə, nitq modellərinə əsasən quru lur. 
(Ana dili kurikulumu, səh.22)
Çap üçün deyil

ANA DİLİ KURİKULUMU VƏ 2-ci SİNİFDƏ
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ
I—IV siniflər üçün Ana dili kurikulumu
Kurikulum təhsilimizdə yeni hadisə olduğundan onunla bağlı müasir pedaqogikada
bir sıra yeni terminlər və təlim texnologiyaları yaranır ki, bütün bu anlayışlara aydınlıq
gətirmək vacibdir. 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu (I–IV
siniflər) bu fənnin tədrisi ilə bağlı bir çox təhsil komponentlərini əhatə edir:
1. Ümumi təlim nəticələri
2. Əsas məzmun xətləri
3. Ayrı-ayrı təhsil pillələri üçün (ibtidai, əsas, orta) hər bir məzmun xətti üzrə təlim
nəticələri
4. Siniflər üzrə məzmun standartları
5. Fənlərarası və fəndaxili inteqrasiya
6. Təlim texnologiyaları: forma və üsullar
7. Qiymətləndirmə məsələləri 
Məzmun standartları tədris olunan əsas bilik və bacarıqları əks etdirdiyindən təh -
silin məzmununu təşkil edir. Odur ki müəlliflər bu vəsaitin giriş hissəsində, ilk
növbədə, 2-ci sinif üçün təsbit olunmuş standartların şərhini verməyə, onların dərs -
likdə və tədris prosesində reallaşdırılması prinsiplərini açıqlamağa çalış mış lar.
Məzmun xətləri 
Məzmun xətləri dedikdə ümumi təhsil -
də hər bir fənn üzrə təlimin büt ün mərhə -
lələrindən keçən “qır 
mızı xətlər” –
leyt   motivlər nəzər də tutulur. Ana dili kuri -
ku lumunda məz 
mun xətləri aşağıdakı
kimi  tə yin  edilmişdir:  
Dinləyib-anlama və danışma
Oxu 
Yazı
Dil qaydaları
Bu məzmun xətlərindən ilk üçünü nitq bacarıqları, dördüncünü (dil qaydaları) isə
bu bacarıqları əldə etmək üçün vasitə kimi qiymətləndirmək olar. Qeyd etmək
lazımdır ki, bu vəsaitdə bir çox hallarda “dinləyib-anlama və danışma” məzmun
xəttinin iki komponenti (dinləmə və danışma) ayrı-ayrı nitq bacarıqları kimi
qiymətləndiriləcək, çünki bu iki bacarıq bir-biri ilə bağlı olmaya da bilər. Şagird
dinləyib-anladığını yalnız danışmaq yolu ilə deyil, həmçinin ifadə yazı yazmaqla, şəkil
çəkməklə və ya verilmiş şəkillər sırasının süjetə uyğun ardıcıllığını müəyyənləş -
n
n
n
n
6
GİRİŞ
İbtidai sinifdən başla yaraq müəl limlər
hər bir məzmun xətti üzrə ümumi təhsilin
son məqsədini özləri üçün aydın təsəvvür
etməlidirlər. Bu, istənilən mər hə lədə tədris
prosesini düzgün qurma 
ğa yardım edə
bilər.
Çap üçün deyil

dirməklə nümayiş etdirə bilər. Eləcə də danışma bacarığı yalnız dinləmə ilə bağlı
deyil. Şagird gördüyü hadisəni nəql edəndə, düşündüyünü ifadə edəndə və ya
şəkillər əsasında şifahi mətn quranda da danışır. 
Anlama sözünə gəldikdə isə demək lazımdır ki, bu anlayış “dinləmə”nin
mahiyyətində var. Əgər insan dinlədiyini anlaya bilərsə, lakin anlamırsa, deməli, o
dinləmir, sadəcə, eşidir. Anlama nailiyyətdir və o, dinləmə və oxu bacarıqları
vasitəsilə əldə edilir. Təsadüfi deyil ki, Ana  dili kurikulumunda “oxu” məzmun xətti
bəzən “oxuyub-anlama” və ya “şüurlu oxu” kimi də təqdim olunur. 
Anlama ilə yanaşı, vacib şagird
nailiyyətlərindən biri də dinlədiyini,
oxuduğunu, gördüyünü, düşündüyünü
anlatmaqdır. Buna danışma və yazı
vasitəsilə nail olmaq mümkündür.
Beləliklə, dinləmə və oxu bacarıqları
öyrənməyə kömək edirsə, danışma və yazı öyrəndiyini nümayiş etdirmək üçün
vacibdir.
Dinləmə və danışmanın əsasında səs dayandığından şifahi nitq bacarıqlarına
aid edilir. Oxu (söhbət yalnız ucadan oxumaqdan deyil, yazılı mətni qavramaqdan
gedir) və yazı mətnləri isə hərf əsaslı nitq sayılır, odur ki yazılı nitq bacarıqlarına
aiddir.
Yuxarıda deyilənləri sxem şəklində aşağıdakı kimi əks etdirmək olar: 
İbtidai təhsilə başlayan uşaq müəyyən qədər dinləmə və danışma bacarıqlarına
malik olur. O bu bacarıqları məişət səviyyəsində böyüklərin köməyi ilə empirik yolla
(təbii şəkildə) əldə etmişdir. Məktəbə qədər uşağın bildikləri, əsasən, dinləmə yolu ilə
əldə edilmişdir və o bu biliklərini danışma yolu ilə nümayiş etdirir. Sözsüz ki,
məktəbdə bu bacarıqların sistemli şəkildə, müəyyən qaydalara söykənərək inkişaf
etdirilməsinə ehtiyac vardır. 
Oxu və yazı bacarıqları isə, adətən, məktəbdə formalaşmağa başlayır. 
Ana dili kurikulumunda hər bir sinif üçün əsas məzmun xətləri üzrə təlimin son
nəticələri əks olunmuşdur. İstənilən mövzunun tədrisi zamanı bu nəticələri nəzərə
almaq lazımdır. Bu, nəticəyönümlü təhsilin əsas tələblərindən biridir.
7
Anlama və  anlatma mühüm şagird nailiy -
yətləridir. Şagird dinləmə və oxu bacarıqlarına
yiyələnməklə anlayır, danış ma və yazı bacarıq -
larına yiyələn məklə anladır.
Dinləmə
Danışma
Oxu
Yazı
Dil qaydaları
Yazılı nitq
Anlatma
(öyrəndiyini nümayiş
etdirir)
Nitq bacarıqlarını inkişaf etdirmək üçün vasitə
Anlama
(öyrənir)
Şifahi nitq
Çap üçün deyil

MƏZMUN STANDARTLARI
(alt-standartlar, məqsədlər, şagird nailiyyətləri)
Hər bir təlim mərhələsi (sinif, kurs) üçün müəyyən edilmiş məzmun standartları –
bilik və bacarıqlar həmin fənn üzrə təhsilin ümumi məzmun xətlərindən doğur və
şagirdlər kursun sonuna kimi bu bacarıqlara yiyələnməlidirlər. 
Beləliklə, fənn kurikulumu məzmun xətlərini və məzmun standartlarını (eləcə də
alt-standartları) təyin edir. Dərslik müəlliflərinin vəzifəsi bu standartlardan çıxış edərək
kursu mərhələlərə, hər bir mərhələni mövzulara bölmək, hər bir mərhələ üçün
məqsədləri və hər bir mövzu üçün şagird nailiyyətlərini müəyyənləşdirməkdir. 
Aşağıda 2-ci sinif mərhələsi üzrə Ana dili kurikulumunda təsbit olunmuş məzmun
standartlarının şərhi verilir. Qeyd etmək lazımdır ki, dərslik müəllifləri kursu 8
mərhələyə bölmüşlər. Hər bir mərhələ üzrə məqsədlər və hər bir mövzu üzrə
gözlənilən şagird nailiyyətləri müəyyən edilmişdir. Həmin məqsədlər və nailiyyətlər
barədə metodik vəsaitin müvafiq bölmələrində məlumat verilir.
Dinləyib-anlama və danışma
Dinləmə
Dinləmə şifahi nitqin (sözün, cüm -
lənin, mətnin) qavranılması, beyində
mənalandırılmasıdır.  
Dinləmə bacarığının inkişafına bu
vəsaitdə verilmiş mətnlərin səsləndiril -
məsi yolu ilə nail olmaq mümkündür.
Bunun üçün bir sıra qaydalara riayət
etmək lazımdır.
8
GİRİŞ
KURİKULUM
DƏRSLİKLƏR
Təhsilin bütün pillələri üçün
Ayrı-ayrı pillələr (siniflər) üzrə
Kursun (sinfin) mərhələləri üzrə
Hər bir mövzu (dərs) üzrə
Məzmun xətləri
Məzmun standartları
və alt-standartlar
Məqsədlər
Şagird nailiyyətləri
Şagird:
1.1.  Dinlədiyi fikri anladığını nümayiş
etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil

Mətnin dinlənilməsinin səmərəli təşkili üçün tətbiq edilən qaydalar:
Mətn üçün uşaqların yaşına və maraq dairəsinə uyğun mövzu seçilməlidir.
Şagird bilməlidir ki, şifahi nitq bitdikdən sonra o, nitqi dinlədiyini sübut
etməlidir.
Nitqə başlamazdan əvvəl çalışmaq lazımdır ki, şagirdlər öz yerlərində rahat
otursunlar, partaların üstündə və ümumiyyətlə, sinifdə onların diqqətini
yayındıracaq heç bir şey olmasın.
Natiq (şagird və ya müəllim) elə yerdə dayanmalıdır ki, bütün uşaqlar onu
görsün. Uşaqlara tapşırmaq lazımdır ki, gözləri natiqdə olsun, onun jestlərini
və sifət hərəkətlərini (mimikasını) izləsinlər. 
Mətn aramla və intonasiya ilə oxunmalı, tez-tez fasilə edilməlidir. Natiqin səsi
sinfin hər bir guşəsində eşidilməldir.
Mətn həcmcə böyük olarsa, o, bitkin hissələrə bölünməli və mərhələlərlə
oxunmalıdır. Hər bir hissənin səsləndirilməsi 5 dəqiqədən çox çəkməməlidir.
Hər bir hissə səsləndirildikdən sonra müəllim oxumağı  dayandırıb uşaqlara
düşündürücü suallar verməlidir. Bu suallar həm də uşaqların diqqətini mətn
üzərində cəmləməli, onları mətnin davamına daha diqqətlə qulaq asmağa
stimullaşdırmalıdır.
Müəllim mətndə səslənən hər hansı bir sözün uşaqlar üçün tanış olmadığını
ehtimal edərsə, fasilə verməli və yeni sözün mənasını kontekstdən çıxış
edərək uşaqlarla birlikdə açıqlamalıdır.  
Dinləmə dərslərində uşaqları daim sual verməyə və fikir bildirməyə sövq etmək
lazımdır. Onlar yalnız öyrənmək üçün deyil, anladıqlarını nümayiş etdirmək üçün də
bir-birinə suallar verə bilərlər. Verilən suallar şagirdlərin dinləmə bacarıqlarını
qiymətləndirmək üçün meyar rolunu oynaya bilər.  
Dinlənilən mətnlə bağlı fikir yürütmək dərs prosesində dinləmə və danışma
bacarıqlarını sintez etməyə imkan verir. Bunun üçün isə uşaqlar danışmağa həvəsli
olmalıdırlar. Başqa sözlə, dinləmə materialı onlar üçün çox maraqlı olmalıdır.
Dərslik müəllifləri təlimin müəyyən mərhələlərində şagirdin dinləmə üzrə başqa
bacarıqlarını da hədəf seçir və qiymətləndirmə zamanı bu bacarıqları meyar kimi
götürürlər. Bunlar aşağıdakılardır:
Dinlədiyi mətn parçasını öz sözləri ilə təkrar edir.
Dinlədiyi şeirin məzmununu nəsrlə ifadə edir.
Dinlədiyi mətnə çəkilmiş şəkillərin süjetə uyğun ardıcıllığını müəyyən edir.
Dinlədiyi mətnlə illüstrasiya arasındakı uyğunsuzluğu müəyyən edir.
Dinlədiyi ifadə mətnlərini qurulmuş plana əsasən öz sözləri ilə yazır.
n
n
n
n
n
n
n
n
n
n
n
n
9
Çap üçün deyil

Danışma
Danışma bildiklərini və
dü şün düklərini şifahi nitq va -
si təsilə ifadə etmək baca rı ğı -
dır. Səlis və gözəl da nış  maq
həyatda insana uğur gətirən
vacib bacarıq 
lardan biridir.
Bəzən hətta yüksək təfək 
-
kürlü insanlar danışma ba -
ca rığına kifayət qədər
yi  yə  lənmədiklərindən bu
uğur dan məhrum olurlar.
Odur ki hər bir insan nitqin
kö məyi ilə cəmiyyətdə özünü
ifa də etməyi bacarmalıdır. 
Bu bacarıq insanın həyatı
boyu təkmilləşdirilməlidir və bu proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır.
Bu prosesdə uğuru təmin edən iki əsas amil  söz ehtiyatının zənginləşdirilməsi və
rabitəli nitq qurmaq bacarığıdır.
Məşhur bir məsəl var: üzməyi öyrənmək üçün üzmək lazımdır. Danışmaq da
belədir, onu yaxşı bacarmaq üçün danışmaq lazımdır. Çalışmaq lazımdır ki, dərs
ərzində hər uşaq, heç olmasa, bir neçə cümlə desin.
Danışmanın üç mərhələsini qeyd etmək lazımdır: 
1. Gördüyünü (şəkli) sözlə təsvir etmək. 
2. Dinlədiyini və ya oxuduğunu öz sözləri ilə nəql etmək. 
3. Düşündüyünü danışmaq.
Azərbaycan dilinin tədrisində şəkli təsvir etmək bacarığı ibtidai təhsil pilləsində –
əlifba mərhələsində formalaşdırılır. 
Dinlədiyini və ya oxuduğunu öz sözləri ilə nəql etmək bacarığının da əsasları 1-ci
sinifdə qoyulur və 2-ci sinifdə  inkişaf etdirilir. 
Üçüncü növ danışma bacarığı (düşündüyünü danışmaq) daha çətin əldə edilən
bacarıqdır və o, nəinki təhsilin bütün pillələrində, eləcə də sosial cəhətdən fəal və
intellektual insanın bütün həyatı boyu inkişaf etdirilir. Təsadüfi deyil ki, bu bacarıq
ayrıca bir elmin – ritorikanın predmetinə çevrilmişdir. 
Düşündüyünü danışmaq ona görə çətindir ki, burada insan beyni iki fəaliyyət
növünə cəlb olunur: düşünmək və danışmaq. Bu fəaliyyət insan üçün o zaman
asanlaşır ki, yaxşı danışmaq mexaniki vərdişə çevrilmiş olsun, yəni insanın zəngin
leksik ehtiyatı olsun və rabitəli nitq qurarkən sözləri yerli-yerində işlətmək üçün beyin
zorlanmasın. Sözsüz ki, 2-ci sinif şagirdi haqqında bunları demək hələ tezdir.
Bununla belə, bu bacarıq ilk günlərdən formalaşdırılmalı və inkişaf etdirilməlidir. 
10
GİRİŞ
Şagird:
1.2.  Şifahi nitq bacarıqlarına malik olduğunu
nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları
haqqında  danışır. 
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərin -
dən istifadə edir. 
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən istifadə
edir. 
1.2.4. Nitq situasiyalarından asılı olaraq danışıq
prosesində müvafiq jest və mimikalardan istifadə edir. 
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil

Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə hər bir şagirdin özünüifadəsi
üçün dəstəkləyici şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılar tövsiyə olunur:
Problemlər fərdiləşdirilməlidir, uşaqlara tez-tez “Sən olsaydın, nə edərdin”
sualı verilməlidir. Belə olduqda problem uşağın şəxsi müstəvisinə keçir və
onda danışmaq həvəsi yaranır.
Uşaqlara daha çox açıq tipli düşündürücü suallar verilməlidir. Bu suallar
“səncə...” sözü ilə başlasa, yaxşı olar. Hər bir uşaq hiss etməlidir ki, onun
fikri ətrafdakılar üçün əhəmiyyətlidir.
Hər bir şagirdin fikrinə, yanlış olsa belə, hörmətlə yanaşılmalıdır. Bu prinsipə
müəllim özü də riayət etməli, şagirdlərə də bunu aşılamalıdır. Yanlış danış -
maq yox, heç danışmamaq pislənməlidir.
Verilən suallar müvafiq yaş qrupunun maraq dairəsinə yaxın olmalıdır. 
Suala cavab vermək üçün şagirdə fürsət, cəsarət və kifayət qədər vaxt
verilməlidir. Nə qədər ki danışmaq istəyir, onun sözü kəsilməməlidir.
İlk günlərdə uşaqların şivə ilə danışmalarına, dialekt sözlərindən istifadə et mə -
lərinə, sözlərin yanlış tələffüzünə göz yummaq olar. Əks halda şagirdlər da nış maq -
dan çəkinərlər. Lakin tədricən çalışmaq lazımdır ki, şagirdlərin şifahi nitqi ədəbi dilin
normalarına uyğunlaşsın.
2-ci sinifdə danışma bacarığı mətn (şeir, atalar sözü, sanama və s.) əzbərlətmə
yolu ilə də inkişaf etdirilə bilər. Uşaqlar valideynlərinin köməyi ilə hər hansı mövzuda
kiçik məruzələr hazırlayıb onu sinifdə təqdim edə bilərlər. Bütün bunlar şifahi nitq
vər dişlərinin inkişafına əhəmiyyətli dərəcədə kömək edir. Dərslik müəlliflərinin məq -
səd kimi seçdikləri bacarıqlardan biri də uşaqların 
əsər qəhrəmanlarının hərə kət -
lərini və xarakterini təhlil etmək və ona münasibət bildirmək bacarığıdır
.
Hər bir sinifdə “danışmayan” uşaqlara rast gəlmək olar. Bunlar,
əsasən, müəyyən sosial-psixoloji problemlərlə üzləşən qapalı uşaq -
lardır. Yaxşı olar ki, müəllim bu problemləri araşdırsın. Həmin uşaq -
ların valideynləri ilə ayrıca iş aparmaq lazımdır. Problemləri aradan
götürmək mümkün olmadıqda müəllim fərdi yanaşma yolu ilə uşağa
həmin problemlərlə daha asan yaşamağa kömək etməlidir. Belə
uşaq müəllimin və sinif yoldaşlarının sevgisini və həssaslığını hiss
etdikdə özünüifadəyə həvəslənir. Bu isə danışmaq üçün ən böyük
stimuldur.
n
n
n
n
n
11
Çap üçün deyil

Oxu
Qeyd olunduğu kimi, şifahi nitq
bacarıqlarından (dinləmə və danışma)
fərqli olaraq yazılı nitq bacarıqları uşaq -
larda məktəb şəraitində dərsliyin və
müəllimin köməyi ilə formalaşdırılır.  
Şagirdlərdə oxu bacarığının inkişa -
fını iki mərhələyə bölmək olar:
1) oxu texnikasının inkişafı (səlis,
sürətli oxu);
2) şüurlu oxu (oxuyub-anlama).
2-ci sinifdə şagirdlərdə oxu texnikası
təkmilləşdirilməklə yanaşı, şüurlu oxu
bacarığı da formalaşdırılır.
Bədii əsərlərin təhlilini apararkən şa -
gird lərlə ünsiyyəti asanlaşdırmaq üçün
onlara bir sıra termin və ifadələri (obraz,
qəhrəman, nəzm, nəsr, abzas, ideya və
s.) an lat maq lazımdır. 
Əsərdəki hadisələr arasındakı sə 
-
bəb-nəticə əlaqələrini müəyyən etmək
şüurlu oxunun əsas göstəricilərindən
biridir. Bu, əsərin məzmununu daha
dərindən qavramağa kömək edir.
Ana dili kurikulumunda təsbit olun -
muş 2.1.2 alt-standartının xüsusi şər -
hə ehtiyacı var. Sözün mənasını dəqiq
və səlis izah etmək bacarığı yük sək nitq
mədəniyyətinə malik olma 
ğın bariz
göstəricisidir. Bunun üçün sözün aid olduğu məna qrupunu və xüsusi əlamətlərini
sadalamaq lazım gəlir. Lakin 2-ci sinif şagirdindən sözlə rin bu cür izahını tələb etmək
tezdir. Bu bacarığın formalaşdırılması prosesi mərhələlərə bölünməlidir. İlkin mərhə -
lədə şagird sözün aid olduğu məna qrupunu müəyyən etməyi və ya sözü yaxınmənalı
sözlə əvəz etməyi bacarmalıdır. Buna görə də vəsaitdə bəzi oxu dərslərinin
planlaşdırılmasında  
“Sözü müvafiq məna qrupuna aid edir və yaxınmənalı sözün
köməyi ilə izah edir”
kimi şagird nailiyyəti əks olunmuşdur ki, bu da 2.1.2 alt-
standartına uyğun gəlir. 
2.2.2 alt-standartında şeir, nağıl, hekayə, təmsil kimi folklor nümunələrinin adı
qeyd olunur. Lakin uşaq folklorundan danışarkən təkcə bu nümunələrlə
məhdudlaşmaq olmaz. Bunları nəzərə alaraq dərsliyin “Söz sənətimiz” bölməsinə
atalar sözləri, tapmacalar, sanamalar, oyunlar, laylalar, yanıltmaclar, bayatılar kimi
kiçikhəcmli folklor nümunələri salınmışdır ki, bunlar müvafiq yaş qrupunun intellektual
səviyyəsinə və maraq dairəsinə tamamilə uyğundur.
İbtidai təhsildə “Oxu” məzmun xəttinin inkişafında ən yüksək nailiyyət zövq üçün
12
GİRİŞ
  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə