Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4.58 Kb.
PDF просмотр
səhifə3/24
tarix24.04.2017
ölçüsü4.58 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

19. Mətnin kiçik bir hissəsini üzündən köçürmək tələb olunur.
Yaradıcılıq
20. Mətn adsız verilir. Çalışmada bir neçə başlıq verilir ki, şagird onlardan mətnin
məz mununa uyğun olanını seçməlidir.
21. Mətn kiçik hissələrə (fəsillərə) bölünür. Şagirddən mətnin hissələrini adlan dır -
maq tələb olunur.
Dil qaydaları
22. Mətn üzərində işin sonunda dil qaydalarına keçid məqsədi ilə mətndən müvafiq dil
qaydası ilə bağlı nitq situasiyası seçilir və motivasiya xarakterli tapşırıq qoyulur.
21
Çap üçün deyil

İntellektual oyunlar
Aşağıda təklif edilən intellektual oyunlar sinfin səviyyəsinə uyğun təşkil olunarsa,
nəzərdə tutulan şagird nailiyyətlərinin tez və asan qazanılmasına kömək edə bilər.
“Loto” oyunu sözün məna qrupunu müəyyənləşdirmək bacarığının formalaşdırıl -
masında, “Xanaqraf” və “Doqquzdaş” oyunları isə söz ehtiyatının zənginləş dirilmə -
sində əvəzedilməz vasitələrdir.
“Xanaqraf” oyununun qaydaları iş dəftərində şərh olunur və bu oyunu oynamaq
üçün iş dəftərinin 44-45-ci səhifələrində xanaqraf cədvəlləri verilir. 
DOQQUZDAŞ
Bu oyunu yalnız məktəbdə deyil, evdə, valideynlərin iştirakı ilə də oynamaq olar.
“Doqquzdaş” sinif şəraitində oynanılarkən şagirdlər iki və daha artıq qrupa bölünürlər. 
Oyunda tərəflərinə hərflər yazılmış kiçik kublardan – zərlərdən istifadə olunur.
Kubun altı tərəfi olduğundan burada 54 (9x6) hərf iştirak edir. Azərbaycan dilində 32
hərf olduğundan dilimizdə daha çox işlənən hərflər (əsasən saitlər) bir neçə kubda
təkrarlanır. Müəllim və ya şagirdlərdən biri kubları müəllim masasının üstünə atır.
Üstə düşən hərflər yazı taxtasına yazılır. Bu hərflərin köməyi ilə daha çox söz
düzəldən qrup oyunda qalib gəlir.
Bu kubları şagirdlər özləri müəllimin köməyi ilə karton və ya qalın kağızdan
düzəldə bilərlər. Hərflərin kublar üzrə aşağıdakı şəkildə paylanması tövsiyə olunur.
22
GİRİŞ
1.
B, Ş, D, T, X, I
2.
A, O, E, U, Ə, İ
3.
Ü, H, S, E, K, İ
4.
U, E, Ə, İ, O, A
5.
Ç, P, G, M, N, R
6.
Z, J, E, Ö, Y, Q
7.
A, Ə, E, K, F, İ
8.
D, C, Ğ,  V, X, B
9.
S, Ə, L, N, P, T
Çap üçün deyil

SÖZ-LOTO
Bu oyunu sinifdə cütlərə bölünərək oynamaq daha məqsədəuyğundur. Hər cütlüyə
altıxanalı kart verilir. Hər xanada müəyyən bir məna qrupunun adı yazılır; məsələn:
“quş”, “geyim”, “əmək aləti”, “meyvə”, “tərəvəz” və s. Müəllimin masası üstünə
müxtəlif varlıqlar çəkilmiş şəkillər qoyulur. Şagirdlərdən biri masaya yaxınlaşıb bir
şəkil götürür və orada təsvir olunmuş varlığın adını ucadan deyir; məsələn: “kirpi”. Bu
zaman kartında “Vəhşi heyvan” xanası olan cüt deməlidir: “məndə”. Şəklin adını
deyən şagird ona yaxınlaşıb həmin şəkli verir. Cütlük həmin şəkli kartdakı müvafiq
xanaya qoyur və həmin cütlükdən bir nəfər masaya yaxınlaşıb başqa şəkil götürür.
Beləcə, cütlərdən birinin kartındakı xanalar dolana qədər oyun davam edir.
Qeyd“Vəhşi heyvan” xanası başqasının da kartında ola bilər. Lakin şəkli hamıdan
tez “məndə” qışqıran cütlük əldə edir.
Loto kartlarını şagirdlər özləri müəllimin köməyi ilə karton və ya qalın kağızdan
düzəldə bilərlər.
23
Çap üçün deyil

SÖZ-LOTO
MƏNA QRUPLARINA DAXİL OLAN SÖZLƏR
(LOTO “DAŞLARI” GÖY RƏNGDƏ VERİLİB)
1. Ev heyvanı – 
at, dəvə, qoyun, keçi
2. Vəhşi heyvan –
pələng, ayı, maral, tülkü, meymun
3. Ev quşu –
toyuq, hinduşka, ördək, xoruz
4. Çöl quşu – 
qaranquş, qartal, qarğa
5. Ağac – 
palıd, çinar, küknar, söyüd
6. Meyvə – 
nar, alma, armud, gilas, ərik, üzüm
7. Novruz – 
şəkərbura, paxlava, şorqoğalı, səməni, qoz, fındıq
8. Bədən üzvü – 
göz, burun, qulaq, əl 
9. Rəng –  
sarı, qırmızı, göy, yaşıl
10. Məktəb ləvazimatı – 
qələm, xətkeş
11. Tərəvəz – 
xiyar, pomidor, kələm, kartof, soğan
12. Mebel – 
stol, stul, şifoner, divan
13. Qab-qacaq – 
qazan, qaşıq, çəngəl, stəkan
14. Ərzaq – 
yağ, pendir, yumurta, ət, düyü, qənd
15. Fəsil –
yaz, yay, payız, qış
16. Həndəsi fiqur – 
kvadrat, üçbucaq, dairə
17. Peşə – 
kosmonavt, dülgər, bənna, həkim
18. Şəhər – 
Bakı, Gəncə, Sumqayıt, Təbriz, Moskva
19. Oyun – 
nərd, şahmat, loto, futbol, xokkey, domino
20. Geyim – 
şalvar, pencək, ayaqqabı, papaq, əlcək, palto, corab, şərf
21. Silah – 
tank, top, avtomat, qılınc, qalxan
22. Məişət texnikası – 
televizor, ütü, tozsoran, telefon, soyuducu
23. Ailə üzvü – 
ata, ana, bacı, qardaş, nənə, baba
24. Həşərat – 
arı, kəpənək, qarışqa, hörümçək, əqrəb
25. Kompüter – 
monitor, klaviatura
26. Çalğı aləti – 
saz, tar, kamança, skripka,  nağara, qarmon
27. Əmək aləti – 
bel, çəkic, mişar, rəndə, kəlbətin
28. Çiçək – 
bənövşə, qızılgül, yasəmən, qərənfil, lalə
29. Nəqliyyat vasitəsi – 
avtobus, qatar, təyyarə, gəmi, maşın
30. Dövlət rəmzi – 
bayraq, gerb
24
GİRİŞ
Çap üçün deyil

Məna qruplarının kartlar üzrə 
qruplaşdırılması
KART 1. Dövlət rəmzi (30), Nəqliyyat vasitəsi (29), Ailə üzvü (23), 
Oyun (19), Tərəvəz (11), Meyvə (6).
KART 2. Çiçək (28), Həşərat (24), Məişət texnikası (22), Ərzaq (14),
Məktəb ləvazimatı (10), Ağac (5).
KART 3. Nəqliyyat vasitəsi (29), Silah (21), Geyim (20), Qab-qacaq (13),
Rəng (9), Çöl quşu (4).
KART 4. Çiçək (28), Çalğı aləti (26), Kompüter (25), Mebel (12), 
Bədən üzvü (8), Ev quşu (3).
KART 5. Həşərat (24), Ailə üzvü (23), Şəhər (18), Peşə (17), Novruz (7),
Vəhşi heyvan (2).
KART 6. Nəqliyyat vasitəsi (29), Silah (21), Fəsil (15), Tərəvəz (11),
Meyvə (6), Ev heyvanı (1).
KART 7. Çiçək (28), Həşərat (24), Geyim (20), Ərzaq (14), Rəng (9), 
Çöl quşu (4).
KART 8. Əmək aləti (27), Məişət texnikası (22), Həndəsi fiqur (16),
Bədən üzvü (8),  Ağac (5), Ev quşu (3).
KART 9. Çalğı aləti (26), Oyun (19), Şəhər (18), Qab-qacaq (13), 
Novruz (7), Vəhşi heyvan (2).
KART 10. Dövlət rəmzi (30), Nəqliyyat vasitəsi (29), Fəsil (15)
Meyvə (6), Ağac (5), Ev heyvanı (1).
KART 11. Çiçək (28), Həşərat (24), Silah (21), Peşə (17), Tərəvəz (11),
Çöl quşu (4).
KART 12. Əmək aləti (27). Məişət texnikası (22), Şəhər (18), Mebel (12),
Novruz (7), Ev quşu (3).
KART 13. Çiçək (28), Ailə üzvü (23), Geyim (20), Ərzaq (14), Rəng (9),
Ev heyvanı (1).
25
Çap üçün deyil

Qiymətləndirmə
Qiymətləndirmə müasir təhsilin ayrılmaz komponentlərindən biridir. Kurikulumda
qiymətləndirmənin üç növü qeyd olunur:
Formativ qiymətləndirmə müəllimə imkan verir ki, “əlini daim şagirdin nəbzində
saxlasın”. Hər bir dərsin və mərhələnin qiymətləndirilməsi müəllimə növbəti mərhələ
üçün təlimin strategiyasını müəyyənləşdirməyə kömək edir. Qiymətləndirmənin
meyarları isə mərhələnin əvvəlində qoyulmuş məqsədlərdən asılıdır. 
Müasir təhsildə qiymətləndirməni, sadəcə, şagirdə qiymət qoymaq kimi başa
düşmək olmaz. Qiymətləndirmə təlim və tədrisin əsas tərkib hissəsidir. O həm
müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir.
Qiymətləndirmə elə təşkil olunmalıdır ki, öyrənmənin ilkin mərhələsində son
məqsədə çatmağın yollarını təhlil edərək tədbirlər görmək və sonda hər bir şagirdin
nailiyyətləri haqqında fikir söyləmək mümkün olsun.
Şagird qiymətləndirmənin meyarlarını və məqsədini tam aydınlığı ilə dərk etməlidir,
əks halda onda qorxu və əsəbilik yarana bilər. O bilməlidir ki,  qiymətləndirmə onun
təhsildə növbəti addımlarını planlaşdırmaq üçün məlumat və təlimat rolunu oynayır.
Şagird nəyə doğru getdiyini və bu yolda   qiymətləndirmənin rolunu başa düşdükdə
təhsil  daha səmərəli ola bilər.
Unutmaq olmaz ki, istənilən qiymətləndirmənin emosional təsiri var. Odur ki biliyin
qiymətləndirilməsi həssas və konstruktiv olmalıdır. Müəllim bilməlidir ki, şagirdə ve -
rilən aşağı qiymət onun əhvalına, özünə inamına zərbə vura bilər. Qiymət lən dirmənin
nəticələri ilə bağlı müəllimin şərhləri şagirdin  şəxsi keyfiyyətlərinə deyil, onun işinə
aid olmalıdır. İşdə yol verdiyi səhvi anlamaq gələcəkdə qüsursuz fəaliyyətə stimul
yaradır, bu işi bacarmadığını düşünmək isə şagirddə xoşagəlməz komplekslər
doğura bilər.
Qiymətləndirmənin nəticələri şagirdlər üçün şərh olunmalıdır. Lakin qiy 
mət -
ləndirmə həmişə həvəsləndirici amil rolunu oynamalı, uğursuzluğu deyil, inkişaf və
tərəqqini gücləndirən stimul yaratmalıdır. Daha müvəffəqiyyətli şagirdlə müqayisə
26
GİRİŞ
• İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər
əsas bilik və bacarıqlara  müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris
 olunmuş materialın hansı hissəsini bilirlər?
• İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mə -
nimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
• Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya stan-
dartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?
(
Ana dili kurikulumu
, səh. 28)
Çap üçün deyil

çətin ki digər şagirddə stimul yaratsın. Bu cür müqayisə onu hətta tədris prosesindən
uzaqlaşdıra bilər, çünki o, təbiətən “qabiliyyətli olmadığı” barədə yanlış nəticələrə
gələ bilər.
Qiymətləndirmə müəllim və şagirdlərin birgə fəaliyyəti kimi baş verməlidir. Yəni
dərs prosesində verilən sual və tapşırıqlar şagirdləri öz bilik, bacarıq və vərdişlərini
nümayiş etdirməyə sövq etməlidir. Şagirdlərin bu fəaliyyəti müəllim tərəfindən mü şa -
hidə edilir, biliyin inkişaf tempi haqqında mühakimələr yürüdülür. Bu (cari) qiy -
mətləndirmə gündəlik tədris prosesinin ayrılmaz hissəsidir.
Qiymətləndirmə müəllimdən xüsusi peşəkarlıq tələb edir. Bu peşəkarlığın əsas
göstəriciləri aşağıdakılardır:
– qiymətləndirmənin planlaşdırılması;
– öyrənmə prosesinin müşahidəsi;
– qiymətləndirmənin nəticələrinin təhlili;
– şagirdlərin özünüqiymətləndirməyə həvəsləndirilməsi.
Qiymətləndirmə şagirdin “özünüqiymətləndirmə” bacarığını formalaşdırmalıdır
ki, bu da onlarda dərrakəni və “özünüidarə” xüsusiyyətlərini inkişaf etdirir. Şagirdlərə
aşılanmalıdır ki, qiymətləndirmə müvəffəqiyyətdən başgicəllənmə və ya pessimizmə
qapılma üçün deyil, təhsildə növbəti addımlarını müəyyənləşdirə bilmək üçün aparılır.
Qiymətləndirmə bütün şagirdlərə ən yüksək nəticəyə nail olmaq cəhdlərindən heç
vaxt imtina etməmək üçün stimul verməlidir. O, təhsil fəaliyyətinin bütün sahələrində
şagirdlərin öyrənmə imkanlarının genişləndirilməsi üçün istifadə edilməlidir.
Dərslikdə və iş dəftərində hər bir mövzu, bölmə və ümumi kurs üzrə şagirdlərin
qiymətləndirilməsi üçün kifayət qədər material verilmişdir.
***
Növbəti səhifələrdə müxtəlif qiymətləndirmə cədvəlləri verilmişdir. Nəzərə almaq
lazımdır ki, bu cədvəllər nümunə xarakteri daşıyır. Müəllimlər buradakı meyarları və
qiymətləndirmə şkalalarını dəyişməklə özlərinə uyğun cədvəllər yarada bilərlər.
Bundan əlavə, vəsaitdə hər bölmənin sonunda şagirdlərin qiymətləndirilməsi və
vəsaitin sonunda yekun qiymətləndirmə üçün cədvəllər verilmişdir.
Hər bir dərs üzrə qiymətləndirmə dərslərin icmalında verilir. Bu qiymətləndirmə,
əsasən, şagirdlərin sinifdəki fəallığına, keçilən mövzunu nə dərəcədə mənimsə -
diklərinə görə müşahidə yolu ilə aparılır. Bundan əlavə, dərslik və iş dəftərində
verilmiş tapşırıq və testlərdən də istifadə olunur.
27
Qiymətləndirmə
təhlil
proqnozlaşdırma
=
+
Çap üçün deyil

ŞAGİRD FƏALLIĞININ MÜŞAHİDƏ YOLU İLƏ 
QİYMƏTLƏNDİRİLMƏSİ CƏDVƏLİ
Qeyd.  Bu cədvəl tədris prosesinin müxtəlif mərhələlərində şagirdlərin fəallıq
səviyyəsini müşahidə etmək məqsədi ilə hazırlanmışdır. 
Şagirdin adı, soyadı _______________________________________________
Tarix: _________________
Müəllimin əlavə qeydləri ___________________________________________
___________________________________________________________________
__________________________________________________________________
28
GİRİŞ
Gözlənilən nailiyyətlər
Bəli
Qismən
Xeyr
Sinifdə fəallıq
Məlumat mübadiləsində iştirak edir.
Tədqiqat sualı ilə bağlı nəticə çıxara bilir.
Beyin həmləsində fikirlər söyləyir.
Cütlərlə işdə fəaldır.
Kiçik qrupla işdə fəaldır.
Dinləmə
Diqqətlə dinləyir.
Dinlədiyini anlayır.
Dinlədiyini ifadə edə bilir.
Danışma
Danışmaqdan çəkinmir.
Öz fikrini şifahi şəkildə ifadə edə bilir.
Oxu
Səlis və sürətli oxuyur.
Oxuduğunu anlayır.
Bilmədiyi sözləri qeyd edir və soruşur.
Oxuduğu mətnin əsas ideyasını müəyyən edir.
Yazı
Hüsnxət normalarına uyğun yazır.
Dinlədiyini olduğu kimi yazıya köçürə bilir.
Öz fikrini şifahi şəkildə ifadə edə bilir.
Dil qaydaları
Dil qaydalarını yaxşı mənimsəyir.
Öyrəndiyi qaydaları yazılı və şifahi nitqinə 
tətbiq edə bilir.
Çap üçün deyil

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ
Qeyd. Bu cədvəl şagirdlərin özünüqiymətləndirməsi üçün hazırlanmışdır.
Şagirdin adı, soyadı _______________________________________________
Tarix: _________________
29
Gözlənilən nailiyyətlər
Bəli
Qismən
Xeyr
Dinləmə
Dinləyəndə fikrimi cəmləyə bilirəm.
Dinlədiklərimi fikrimdə canlandırıram.
Dinlədiklərimi həyatda gördüyüm və eşitdiyim hadisələrlə
bağlayıram.
Dinlədiyimi başa düşməyəndə sual verirəm.
Dinlədiyimə öz münasibətimi bildirirəm.
Danışma
Gördüyüm və eşitdiyim hadisələri danışa bilirəm.
Duyğularımı və düşüncələrimi ifadə edə bilirəm.
Danışarkən mənə qulaq asanları müşahidə edirəm.
Danışarkən jestlərdən istifadə edirəm.
Oxu
Çətinlik çəkmədən, səlis və anlaşıqlı oxuyuram.
Sinifdənxaric əsərlər oxuyuram.
Başa düşə-düşə oxuyuram.
Oxuduğum mətnin əsas ideyasını müəyyənləşdirirəm.
Tanış olmayan sözə rast gələndə onun mənasını
soruşuram və ya lüğətdə axtarıram.
Yazı
Sözləri və cümlələri hüsnxət normalarına uyğun yazıram.
Deyilişi və yazılışı fərqlənən sözləri düzgün yazıram.
Hadisələri başvermə sırasına görə yazıram.
Düşündüklərimi yazıda ifadə edirəm.
Dil qaydaları
Dil qaydalarını başa düşürəm və yadda saxlamağa
çalışıram.
Yazanda və danışanda öyrəndiyim dil qaydalarına riayət
etməyə çalışıram.
Çap üçün deyil

Aşağıda dərslərin yekununda şagirdlərin analitik və holistik qiymətləndirilməsi
üçün cədvəl nümunələri verilmişdir. Müəllimlər bu nümunələrdən istifadə edərək
dərsin məzmununa uyğun öz cədvəllərini tərtib edə bilərlər. 
ANALİTİK QİYMƏTLƏNDİRMƏ
1. Nümunə: OXU
HOLİSTİK QİYMƏTLƏNDİRMƏ
2. Nümunə: YAZI
30
GİRİŞ
Aspektlər
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Oxuyur
Düzgün oxuyur.
Səlis oxuyur.
İfadəli oxuyur.
Sürətli və ifadəli
oxuyur.
Oxuyub 
anlayır
Mətndə bura xıl mış
söz və cüm  lə ləri
təyin edir.
Mətnlə illüstra -
siya arasındakı
uy ğunsuzluğu
müəyyən edir.
Qeyri-ardıcıl
verilmiş mətnin
ardıcıllığını
müəyyən edir.
Verilmiş atalar
sözlərindən mət -
nin məzmununa
uyğun olanını
seçir.
Oxuyub
anladı ğını
ifadə edir
Mətnin hissələrini
adlandırır.
Mətnin planını
qurub danışır.
Mətndəki əsas
fikri atalar sözü
ilə ifadə edir.
Mətni müəyyən
məqamdan baş -
layaraq öz təxəy -
yülünə uyğun
da vam etdirir. 
Səviyyələr
Bacarıqlar
I
səviyyə
Sözləri  hüsnxət normalarına uyğun yazır.
II
səviyyə
l
Mətnin verilmiş illüstrasiyaya aid olan hissəsini seçib üzündən köçürür.
l
Qeyri-ardıcıl verilmiş mətnin ardıcıllığını bərpa edib üzündən köçürür.
III
səviyyə
Dinlədiyi mətni və ya əzbərdən bildiyi nəzm nümunəsini orfoqrafik nor-
malara uyğun yazır.
IV
səviyyə
l
Müşahidə və təəssüratları əsasında kiçikhəcmli inşa yazır.
l
Əsər qəhrəmanına məktub yazır.
l
Əsərin qısa məzmununu öz sözləri ilə yazır, obrazlara və hadisələrə öz
münasibətini yazılı şəkildə ifadə edir.
Çap üçün deyil

“Azərbaycan dili” dərslik dəsti
Müasir şəxsiyyətyönümlü təlim bir çox tədris materiallarını və informasiya
mənbələrini nəzərdə tutan mürəkkəb prosesdir. Dünyanın bir çox ölkəsində çoxdan -
dır ki, ənənəvi olaraq “dərslik” adlandırdığımız şagird kitabı tədris materiallarından
yalnız biri kimi istifadə olunur. İnteraktiv təlim üsulları üçün zəmin yaradan müasir
dərslik komplektləri ənənəvi dərsliklərlə müqayisədə tədris prosesinin daha geniş
spektrini əhatə edir və bu prosesə kompleks yanaşmanı təmin edir. Müasir dərslik
komplektlərinə şagirdlərin daha fəal və yaradıcı yanaşması üçün dərslikdən əlavə,
iş dəftəri, müəllimə pedaqoji yardımı nəzərdə tutan metodik vəsait də daxil edilir.
Təqdim olunan dərslik komplekti 2-ci sinifdə Azərbaycan dilinin tədrisinin 8
mərhələdə keçilməsini nəzərdə tutur. Dərslik, iş dəftəri və müəllim üçün metodik
vəsaitdə bu mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunub: 1. Dəyərlərimiz;
2. Ailə; 3. Sinfimizin uşaqları; 4. Heyvanlar və quşlar; 5. Yaxşı nədir, pis nədir; 6. Tə -
biətin sirləri; 7. Söz sənətimiz; 8. Nağıllar aləmində. 
Hər bölmə 38-48 saat üçün nəzərdə tutulub ki, bu da həftədə on saat olmaqla
təqribən bir dərs ayına bərabərdir (cəmi 340 saat).
Dərslikdə müvafiq mövzular üzrə mətnlər, dilçiliklə bağlı sadə nəzəri materiallar
və “Oxu”, “Danışma”, “Dil qaydaları” məzmun xətləri ilə bağlı bacarıqların inkişafı
üçün tapşırıqlar verilir. Qeyd etmək lazımdır ki, müasir metodikada nitq bacarıqlarının
inkişafı üçün uğurlu seçilmiş mətnlərin rolu çox böyükdür. Onlar həm də uşaqların
dünyagörüşünün genişlənməsi üçün əvəzsiz rol oynayır və fənlərarası inteqrasiya
üçün geniş imkanlar yaradır.
Dərslikdəki tapşırıqlar aşağıdakı 
rubrikalar altında verilir.
Şifahi nitq şagirdlərin düzgün, səlis danışıqlarının formalaşmasına, müstəqil
fikirlərinin ifadə edilməsinə, nitqin inkişafına xidmət edir.
Şüurlu oxu rubrikası şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişafına xidmət
edir. Buradakı tapşırıqlar vasitəsilə şagirdin oxu materialını nə dərəcədə mənimsədiyi
yoxlanılır.
Düşün və cavab ver. Bu rubrikadakı tapşırıqlar vasitəsilə şagirdlər mətndə
oxuduqlarını real həyatla bağlayır, düşündürücü suallara cavab tapmağa çalışırlar.
Sözlük. Mətndə rast gəlinən yeni sözlərin izahı verilir.
Söz ehtiyatı. Şagirdlərdən tələb olunur ki, mətnin kontekstindən çıxış edərək bir
sıra sözlərin izahını özləri versinlər, bu sözlərlə yaxınmənalı və ya əksmənalı olan
sözlər tapsınlar.
Araşdırma. Şagirddən mətnin mövzusu ilə bağlı yeni bilik və məlumatların əldə
edilməsi üçün araşdırma aparmaq tələb olunur.
Məntiq. “Dördündən biri fərqlidir” və ya “Ardıcıllığı davam etdir” tipli çalışmalar
verilir. Məzmun etibarilə bu çalışmalar, adətən, dil qaydaları ilə bağlı olur.
Dil qaydaları. Mətndəki nitq materialı əsasında şagirdlərin dil qaydaları üzrə bilik
və bacarıqları yoxlanılır və inkişaf etdirilir.
31
Çap üçün deyil

Dil qaydaları ilə bağlı nəzəri materialdan sonra şagirdlərin həmin qaydaları nə
dərəcədə mənimsədikləri “test”, “doğru, yoxsa yanlış”, “cütləri müəyyən et” tipli
çalışmalar vasitəsilə yoxlanılır. 
Dərslikdə dil qaydaları üzrə nəzəri materiallar “Qaydalar” rubrikasında verilmişdir.
Dil qaydaları üzrə alt-standartlar bölmələr üzrə aşağıdakı şəkildə paylanmışdır. Bu
bölgü nitq vahidlərini sadədən mürəkkəbə doğru öyrənməyə imkan verir: I bölmə –
səs, hərf (fonetika), II bölmə (orfoqrafiya, orfoepiya), III və IV bölmələr – nitq hissələri
(morfologiya), V bölmə – mürəkkəb sözlərin yazılışı (sözün tərkibi, orfoqrafiya), VI
bölmə – söz birləşməsi, cümlə (sintaksis), VII bölmə – cümlə (sintaksis). VIII bölmədəki
dil qaydaları əvvəlki bölmələrdə yerinə yetirilən praktik çalışmalar vasitəsilə müvafiq
ardıcıllıqla təkrar olunur.
İş dəftəri dərslikdə verilən biliklərin tətbiqinə, şagirdlər tərəfindən daha dərindən
mə nim sənilməsinə xidmət edir. İş dəftəri problemin həllinə yönəlmiş çalışmalar üçün
geniş imkanlar açır.
Təqdim edilən iş dəftəri dərslikdəki mövzuları əhatə etməklə yanaşı, tapşırıq
modellərinin rəngarəngliyinə və əyləncəliyinə görə seçilir. Krossvordlar, anaqramlar
və bu kimi başqa tapşırıqlar şagirdə öz işinin real nəticəsini müstəqil  yoxlamağa və
bundan zövq almağa imkan verir.
İş dəftəri strukturuna görə müvafiq dərsliyi təkrar edir. Funksional baxımdan isə o,
şagirdin biliyini daha da dərinləşdirməyə, onu qiymətləndirməyə yönəldilmişdir. Bu,
müəllimin işini son dərəcə asanlaşdırır; şagirdi həm sinifdə, həm də evdə müvafiq
möv zu üzərində işlətmək üçün onun əlində kifayət qədər material olur. Bununla ya -
naşı, müəllim tapşırıqlar vasitəsilə istənilən mövzu üzrə şagirdin biliyini qiymət lən -
dirmək imkanı əldə edir.
Bundan əlavə, iş dəftərində müxtəlif dinləmə materialları yerləşdirilmişdir ki, bu
da şagirdin şifahi nitqinin inkişafında əvəzsiz rol oynayır.
İş dəftərində, ilk növbədə“Yazı” məzmun xətti ilə bağlı bacarıqların inkişafı və
qiymətləndirmə üçün materiallar verilir. Hər bölmədə əlifbadakı dörd hərfin hüsnxət
normalarına uyğun yazılışını göstərən və şagirdlərin nümunələri təkrar etmələri üçün
boş sətirlər saxlanmış səhifələr vardır.
Hər bölmənin sonunda oxuyub-anlama və dil qaydaları üzrə test tapşırıqları
verilmişdir.
Müəllim üçün metodik vəsaitdə dərslik və iş dəftərindəki materiallardan istifadə
yolları göstərilir və əlavə materiallar verilir. Burada müvafiq məzmun standartları şərh
olunur, hər bir mövzu üzrə dərsin mərhələləri göstərilir. Mövzuların saatlar üzrə
bölgüsü (dərs planı) müəllimin öhdəsinə buraxılır.
32
GİRİŞ
Çap üçün deyil

DƏRSLƏRİN 
PLANLAŞDIRILMASI
Dərslərin saatlar üzrə bölgüsü zamanı Azərbaycan dili üzrə tədris planı nəzərə
alınmışdır. 2-ci sinif üçün tədris planında Azərbaycan dili fənninə gündə iki saat,
həftədə 10 saat olmaqla ildə 340 saat ayrılmışdır.
Dərslik müəllifləri hər bir dərsin məzmununu planlaşdırarkən çalışmışlar ki, saatlar
üçün nəzərdə tutulan fəaliyyət növləri fərqli olsun. 
Dərslik və iş dəftərində mətnlərin oxunması ilə bağlı dərslər dinləmə və danışma
fəaliyyətləri ilə sıx inteqrasiyanı nəzərdə tutur.
Bir sıra hallarda tədqiqatın aparılması üçün qruplara verilən materiallar (mətnlər,
cümlələr, sözlər) vəsaitdə öz əksini tapmır. Müəllimlər bu materialları öz seçimləri
əsasında hazırlamalıdırlar. Vəsait müəllifləri, ilk növbədə, dərsin sxemini açmağa və
dərs mərhələlərinin ardıcıllığını göstərməyə çalışmışlar.
Hər bir bölmənin əvvəlində təqdim olunan dərslərin saatlar üzrə bölgüsünü dərslik
komplektinin həmin bölmə üzrə ümumi mündəricatı hesab etmək olar. Burada
dərslərin aid olduğu məzmun standartları, hər bir dərs üçün ayrılmış saat sayı, həmin
dərsin dərslikdə, iş dəftərində və müəllim üçün metodik vəsaitdə əksini tapdığı
səhifələr də göstərilmişdir. Bu hər bir bölmədə müxtəlif məzmun xətləri üzrə hansı
standartların daha çox əhatə olunduğunu görməyə imkan verir.
33
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə