Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Dərsliyin 35-ci səhifəsindəki “İki alma”



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Dərsliyin 35-ci səhifəsindəki “İki alma” mətni  oxunub təhlil olu -
nur. Mətnlə bağlı suallar verilir:
– Nə üçün anası Tofiqə məsələnin düzgün həlli yolunu demədi?
– Sevda nə üçün öz almasını da qardaşının çantasına qoymuşdu?
– Nə üçün ana qızını “mehriban, qayğıkeş qızım” adlandırdı? (Sevdanın etdiyi hərəkət
qardaşına qarşı  mehriban olmasının nəticəsi idi. Qayğıkeşliyi isə xoşladığı almanı qardaşının
çantasına qoyması ilə izah oluna bilər. Sevda istəmirdi ki, qardaşı pis qiymət alsın.)
Bu mətndən hansı nəticəni çıxartdınız? (Ailə üzvləri bir-birinə hörmət və kömək etməlidirlər.)
Qruplarla iş. Mətni dəyiş” üsulu.
I qrup. Təsəvvür edin ki, ana səhər Tofiq və Sevdanın hərəsinə bir armud verir. 
II qrup. Təsəvvür edin ki, ana məsələyə baxıb iki manatın çatışmadığını  deyir. 
III qrup. Təsəvvür edin ki, Sevda qardaşının çantasından onun riyaziyyat dəftərini götürür. 
IV qrup. Təsəvvür edin ki, ana məsələyə baxıb iki bulka çatışmadığını deyir. Sevda 
səhər anasından xahiş edir  ki, əvvəl çörək dükanına getsinlər. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
 olunur.
Nəticə:
Ailə üzvləri bir-birinə hörmət və qayğı ilə yanaşmalıdırlar.
Tətbiqetmə. 
1-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıqMətnə çəkilmiş illüstrasiyada Sevda əlindəki yaşıl almanı çantaya qoyur.
Mətndə isə deyilir: “Səhər  ana Tofiqi məktəbə, Sevdanı bağçaya yola salanda hərəsinə bir
qırmızı alma verdi”.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətnlə bağlı fikirlərini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Oxuduğu mətnin süjet xəttini dəyişərək
təxəyyülünə uyğun nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini, mətnlə şəkillər arasındakı uy -
ğun suzluğu müəyyən edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətin köməyi ilə tələffüzü və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını
müəyyən edir.
ЫЫ бюлмя
58
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

2-ci tapşırıq..., çünki elə bilmişdi ki, qardaşında iki alma olsa, pis qiymət almaz (yaxud:
elə bilmişdi ki, məsələni həll etmək üçün iki alma lazımdır).
..., çünki Sevda məsələnin nə yerdə olduğunu başa düşmədən almanı  qardaşının çanta -
sına qoymuşdu.
..., çünki Sevda qardaşının pis qiymət almasını istəmirdi.
3-cü tapşırıq
Basketbol topunun mətnin məzmunu ilə bağlılığı yoxdur. 
İş dəftərinin 26-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 4-cü tapşırıq yerinə yetirilir.  “Bağça” sözündə “ğ” samiti “x” kimi
tələffüz olunur.
Müəllim aşağıdakı mətni yazıldığı kimi oxuyur: 
İki gündən sonra dayım Moskvadan bizə qonaq gələcəkdi. Mən anamla
mağazaya getdim. Anam konfet, şokolad, pomidor və ət aldı. Biz evə gəldik.
Anam konfet və şokoladı qaba qoydu. Pomidor və əti mətbəxə apardı. O, ra-
dionu açıb konsertə qulaq asa-asa yemək bişirməyə başladı.
Köməkçi sual: – Mən mətni düzgünmü oxudum? Mən oxuyanda hansı sözlər sizin üçün
qəribə səsləndi?
Tədqiqat sualı:
– Sözləri yazıldığı kimi oxumalıyıqmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. İmla yazısını yoxlayın (orfoqrafik səhvləri olan mətn verilir). İmladakı səhvləri
tapıb düzəldin.
II qrup. Qarışıq halda verilmiş sözləri (vərəqdə deyilişi və yazılışı fərqlənən sözlər veri -
lir) “Belə yazılır”, “Belə deyilir” başlıqları altında qruplaşdırın.
III qrup. Buraxılmış hərfləri əlavə edin: k…mandir, k…lbasa, k…nfet, k…mpot, sək...iz,
küf...ə. Bu sözlərin düzgün tələffüzünü müəyyənləşdirin.
IV qrup. Yazılışı və tələffüzü arasında fərq olan beş söz yazın və fərqi izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
 olunur. Dərsliklə iş. Dərsliyin 36-cı səhifəsindəki nəzəri hissə oxunur.  
İş dəftərinin 26-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Bütün sözlər yazıldığı kimi oxuna bilməz. Bəzi sözlər bir cür yazılsa da, başqa cür
oxunmalıdır. 
Tətbiqetmə.
Dərslikdən 5-7-ci tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Ev tapşırığı:
– Mətndəki deyilişi və yazılışı fərqlənən sözləri dəftərə yazın.  
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
BALIQLARIN SƏSİ (34 söz)
Atam deyir ki, balıqların səsini eşidə bilərik. O, çimərlikdən gətirdiyi balıqqulağının
birini mənə verir, birini də özü qulağına yaxınlaşdırır. Biz dənizdən uzaqda onun səsini
eşidirik. Amma balıqların nə dediyini başa düşmürük. Dənizin uğultusu qoymur.
АИЛЯ
59
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 15. ŞAM (2 saat)
Motivasiya.
Müəllim aşağıdakı mətni səsləndirir:
Nərgiz stolun arxasında oturub çəmənlik şəkli çəkirdi. Günəşi qızmar, çəmən -
likdəki  açılmış gülləri rəngbərəng təsvir etmək istəyirdi. Bu vaxt qardaşı ona ya -
xın laşıb şəklə baxmaq istədi. Necə oldusa əlindəki stəkandan bir neçə damcı
su kağızın üzərinə düşdü. Nərgiz hirsləndi:
– Sən nə etdin?! Şəkli korladın!
Sonra fikirləşib pozanı götürdü, göydəki günəşi silib əvəzinə buludlar və yağış  dam -
cıları çəkdi və öz-özünə dedi: “Hə, indi düzəldi”.
Tədqiqat sualı:
– Kağızın üzərində çəkilən şəkil kağıza təsir edə bilərmi?
Tədqiqatın aparılması.
Dərsliklə işŞeirlər oxunub müqayisəli təhlil olunur. 
– Niyə Yasəmən yanar şam çəkməkdən qorxdu? 
– Nə üçün o belə düşündü?
– Doğrudanmı, hasarın üstündəki quşlar uçub getdilər?
– Bəs onlar niyə yoxa çıxdılar?
Suallar cavablandırılır. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Dərsliyin 37-ci səhifəsindəki 1-ci tapşırıq
yerinə yetirilir. Hər iki şeirdə əsər qəhrəmanı şəkildəki təsvirləri real, canlı qəbul edir.
Nəticə:
Bəzən kağız üzərində çəkilmiş şəkil canlı kimi qəbul olunur.
Tətbiqetmə.
Yazı. “Hasardakı quşlar” şeiri əzbərdən dəftərə yazılır. Deyilişi və yazılışı
arasında fərq olan sözlərin altından xətt çəkilir (təbaşir, taxta, dəstə-dəstə, üstdən, quşlar).
Dil qaydaları. Dərsliyin 37-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “A” variantıdır. 
Ev tapşırığı:
– “Şam” şeirini əzbərləyib qısa məzmununu öz sözlərinizlə yazın.
Qiymətləndirmə.
Müəyyən edilmiş meyarlara əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Sadə bədii ifadə vasitələrindən istifadə
edərək cümlə qurur.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Oxuduğu şeirlər arasındakı məzmun əlaqə -
sini müəyyən edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Şeiri əzbərdən yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin qı -
sa məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək məzmununu
öz sözləri ilə yazılı ifadə edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətin köməyi ilə tələffüzü və yazılışı fərq -
lənən sözlərin düzgün yazılışını müəyyən
edir.
ЫЫ бюлмя
60
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 16. PARKDA HADİSƏ (4 saat)
Motivasiya.
Müəllim şagirdlərə 1-ci sinifdə keçdikləri “Əvəzini çıxdı” mətnini xatırladır.
– Kənan bacısına qarşı necə idi? Bacısının Kənana münasibəti necə idi? 
Cavablar dinlənilir. 
– Özünüzdən kiçik bacı və ya qardaşlarınız sizinlə oynamaq istəyəndə nə edirsiniz? 
Əgər dərs oxuyursunuzsa, yaxud əlinizdə vacib işiniz varsa,  onda nə edirsiniz?
Dərsliklə iş. Dərslikdən mətn “Bunu görən atası başını buladı” cümləsinə qədər oxunur.
Sual: – Vasifin kiçik qardaşına qarşı kobudluğuna haqq qazandırmaq olarmı
Cavablar dinlənilir. Vasifə haqq qazandırmayan uşaqlar elə arqumentlər gətirməlidirlər ki,
Vasifə haqq qazandıran uşaqlar öz cavablarından imtina etsinlər. Sonda şagirdlər belə bir
nəticəyə gəlirlər: Kiçiklərə və zəiflərə hörmət və qayğı ilə yanaşmaq lazımdır.  
Mətnin davamı oxunur. Oxudan sonra mətn  hissələrə bölünür. 
Hər hissəyə plan tutulur: 
1. Qardaşı ilə oynamaq istəyən Toğrul
2. Vasifin kobudluğu
3. Parkda 
4. Şıltaq balaca it
5. Yekə itin səbri
6. Ata məsləhəti (Böyüklər dözümlü olmalıdırlar)
Şagirdlər plan üzrə mətnin məzmununu  nəql edirlər. 
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrin mahiyyətini anlayaraq diskus-
siyada iştirak edir.
2.1.4. Yaxınmənalı və əksmənalı
sözlərdən nit qində istifadə edir.
Mətndə rast gəldiyi sözlərin mənasını izah
edir. Onların yaxınmənalı və əksmənalı
qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Mətndəki hadisələrin ardıcıllığını müəyyən
edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin məzmununa uyğun plan tərtib edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Həyatda gördüklərindən misal gətirməklə
mətndəki əsas fikrə münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Mətni plan üzrə nəql edir. 
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir. 
“E” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir. 
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Mətndən seçilmiş bir hissəni köçürür. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Verilmiş mövzu üzrə inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
АИЛЯ
61
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Suallar:
– Mətndə hansı cümlə əsas fikri ifadə edir? (“Böyüklər və güclülər kiçiklərə və zəiflərə
qarşı həmişə dözümlü olmalıdırlar”)
– “Ehmalca” sözünə yaxınmənalı söz deyin (yavaşca, ehtiyatla).
– Bu sözlərdən birini tələffüz etdikdə səs artımı baş verir:
A) kiçik 
B) zəif 
C) pəncə
Diskussiya: – Sən dərs oxuyanda sənə özündən kiçik bacı, yaxud qardaşın mane olursa,
nə etməli sən?
Şagirdlər bu sual ətrafında cavablar deyirlər. Müəllim əvvəlcədən cavablarda kiçiklərə
qarşı hörmət nümayiş olunması şərtini qoyur.   
Dərsliklə iş. Tapşırıq 1Bəzən – hərdən – tez-tez; böyüklər – yaşlılar – kiçiklər;  güclülər
– qüvvətlilər – zəiflər; kobud – qaba – mehriban.
Tapşırıq 2
Mətndə bu cür boşluqların buraxılması mətnin oxusuna heç bir xələl gətirmir.
Şagirdlər tapşırığı yerinə yetirərkən müvafiq gələn ifadələri yerinə qoymaqla cümlələri oxu -
yurlar:
1-ci boşluğa “onunla oynamaq istəyirdi”,  2-ci boşluğa “ancaq yerindən tərpənmədi”, 3-cü
boşluğa “o, balacadır”,  4-cü  boşluğa “O, çox utandı” ifadələri qoyulur.
Suallar: – Bəzən insan öz hərəkətləri ilə ətrafdakıları incik salır. Bu zaman siz nə edirsiniz?
– Yaxınlarınızı incik salmamaq üçün nə etməlisiniz?
İş dəftərinin 27-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. Fikirlər
ümumiləşdirilir və nəticə çıxarılır: 
– Özündən kiçiklərlə mehriban davranmaq və onların qayğısına qalmaq lazımdır. Hər kəs
öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. İnsan özünü elə aparmalıdır ki,
yaxınlarını sevindirsin.
Yazı.  Şagirdlər mətndən itin küçüyə qarşı dözümlülüyünü bildirən hissəni dəftərə
köçürürlər.  
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 39-cu səhifəsindəki 3-cü
 tapşırıq motivasiya kimi istifadə olunur.
(“Komandir” sözündə “o” səsi fərqli tələffüz olunur.)
Lövhədə sözlər yazılmış plakat asılır: samovar, pomidor, təbii, tələ, pəncərə, konfet,
vaqon, üzüm, kompot.
Tapşırıq: – Plakatda yazılmış sözləri oxuyun. Yazıldığı kimi deyilməyən saitləri qeyd edin. 
Tədqiqat sualı:
– Sözlərdə saitlərin tələffüzü ilə yazılışı arasında fərq varmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Buraxılmış hərfləri əlavə edin və sözləri tələffüz edin.
…kiz,  p…ncərə, ş...kolad, üm…d
II qrup. “A”, yoxsa “o”?
m…tor, k…mpot, p…midor, k…tlet, p…rtağal, k…lleksiya
III qrup. Aşağıdakı sözlərin düzgün yazılışını müəyyənləşdirin:
mubarək, xöşbəxt, devr, devran, evlad, devlət, müdür, samavar 
IV qrup. “O” saitinin “a” kimi oxunduğu sözləri seçin. Özünüzdən 5 belə söz yazın.
portağal, kompot, konsert, vaqon, komissar, pomidor, orden, motor, kosmos, ko-
mandir, paroxod, komanda.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Dərslikdə verilən nəzəri hissə oxunur və təhlil olunur. 
İş dəftərinin 27-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
ЫЫ бюлмя
62
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

АИЛЯ
63
Дярслярин планлашдырылмасы
Nəticə:
Bir çox sözlərdə saitlər deyildiyi kimi yazılmır.
Tətbiqetmə.
Dərsliyin 39-cu səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
Dil qaydaları. İmla mətni:
Yazı. Hüsnxət. “E” hərfi. İş dəftəri, səh. 28.
Ev tapşırığı.
– “Özümdən kiçik qardaşım, bacım, ya dostumla necə rəftar edirəm” möv -
zu sunda esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 17. SEHRLİ TORBA (6 saat)
Motivasiya.
Şəkillər verilir: 
1) Uşaq sapandla quşa daş atır. 
2) Uşaq quş evciyi düzəldib asır.
SAAT (29 söz)
Atam mənə təzə saat aldı. Səadət dedi ki, bu saatdan kompas düzəltmək
olar. Biz saatı sökdük. Ancaq kompas düzəldə bilmədik. Bundan sonra bizim
nə saatımız oldu, nə də kompasımız.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidə etdiklərinə əsaslanaraq mətni
təxəyyülünə uyğun da vam etdirir. 
2.1.4. Yaxınmənalı və əksmənalı
sözlərdən nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin əksmənalı
qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifa dəli oxu yur.
Mətni oxuyarkən obrazların nitqini onların
xarakterinə uyğun səsləndirir. 
2.2.3. Mətnin hissələrinə başlıqlar vermək -
lə məzmununa aid sadə plan  tutur.
Mətni hissələrə ayıraraq başlıqlar verir,
plan tərtib edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin bir hissəsini üzündən köçürür. 
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Əsərin qəhrəmanına məktub yazaraq öz
arzu və istəklərini bildirir. 
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Hecanın saitlərin sayından asılı olduğunu
bilir və sözləri asanlıqla hecalara ayırır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətdən istifadə edərək yanaşı işlənmiş
saitlərin yazılışını müəyyənləşdirir və bu
qaydanı tapşırıqlarda tətbiq edir.
Çap üçün deyil

3) Uşaq qoca qadına ağır zənbili daşımaqda kömək edir.
4) Uşaq özündən balaca bir uşağı vurur.
5) Uşaq daş atıb evin pəncərəsini sındırır.
6) Uşaq özündən balaca bir uşağa maşın yolunu keçməkdə kömək edir.
Köməkçi sual: – Bu şəkillərə baxın. Hansı şəkildəki uşaqdan xoşunuz gəldi? Niyə? 
– Hansı əməlləri yaxşı, hansıları pis əməllər adlandırırıq?
Tədqiqat sualı:
–  Pis əməllər törədən uşağı necə tərbiyə etmək olar?
Dərsliklə iş. Dərslikdən mətn oxunur. I hissə oxunduqdan sonra 3-cü tapşırığa görə
şagirdlərin hadisənin davamı ilə bağlı versiyaları dinlənilir.  Daha sonra II hissə oxunur,
şagirdlərin versiyaları müqayisə olunur. 4-cü tapşırıq oxunur, şagirdlərin cavabları dinlənilir.
Daha sonra III hissə oxunur, şagirdlərin versiyaları müqayisə olunur. 
Hər hissə oxunduqca həmin hissəyə başlıq verilir:
I hissə: Eldar babanın şərti
II hissə: Dolmuş kisə
III hissə: Pis əməllərdən uzaq olan Səməd
Tədqiqatın aparılması.
Qruplarla iş.
I qrup. Son günlərdə gördüyünüz yaxşı işləri yada salın. Siz də Səməd kimi hərəkət
etsəniz, torba daşla dolar? 
II qrup. Bu əməlləri “yaxşı” və “pis” başlıqları altında qruplaşdırın: uşaqlarla dalaşmaq,
əlaçı olmaq, anaya kömək etmək, pis qiymətlər almaq, böyüklərin sözünə qulaq
asmamaq, tənbəllik etmək, zəhməti sevmək.
III qrup. Bu əməlləri əks əməllərlə adlandırın: tənbəllik etmək, pis oxumaq, evi dağıtmaq,
qab-qacağı sındırmaq, başqa uşaqlarla dalaşmaq, yaşlılara hörmətsizlik etmək,
balaca uşaqları, heyvanları incitmək.
IV qrup. “Yaxşılıq edən yamanlıq görməz” atalar sözünü izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Sual: – Hansı cümlə hekayənin ideyasını daha düzgün əks etdirir?
A) Adamı tərbiyə etmək heç vaxt gec deyil.
B) Hətta pis adam da çox xeyirxahlıq etdikdə axırda xeyirxah insana çevrilir.
C) Adam babasının sözünə qulaq asar.
Nəticə:
Hər bir kəsi tərbiyə etmək olar. Sadəcə, onu xeyirxah işlər görməyə alış dırmaq
la zım dır.
Tətbiqetmə.
Dərsliyin 42-43-cü səhifələrindəki 5-6-cı tapşırıqlar yerinə  yetirilir. 
Şagirdlər cütlərə bölü nürlər və hər cüt növbə ilə bir cümlə demək lə mətni danışır.  
İş dəftərinin 29-31-ci səhifələrindəki mövzu ilə bağl tapşırıqlar yerinə yetirilir. 
Yazı. Şəkil bərpa olunduqdan sonra şagirdlər mətnin bu şəklə aid olan parçasını tapır və
onu üzündən köçürürlər.
“Sehrli torba” əsərinin qəhrəmanına məktub yazın. Onun əvvəlki və sonrakı hərə kətlərinə
qiymət verin.
Müəllimin nəzərinə: Məktub yazmaq üçün əməl edilməli olan aşağıdakı şərtlər şagirdlərə
çatdırılmalıdır: başlıq, məktubu alacaq adama müraciət, salamlar, xəbər veriləcək başlıca
fikir, xahiş, arzular və sonda imza, ayın tarixi. Bundan əlavə, tələbə uyğun olaraq ünvanın
yazıl ma sını da öyrətmək lazımdır.
ЫЫ бюлмя
64
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

DİL QAYDALARI
Motivasiya kimi 7-ci tapşırıqdan istifadə olunur. Mətndə göy rənglə verilmiş sözün “maneə”
kimi yazıldığı lüğətdən istifadə edilməklə müəyyən olunur.  
Tədqiqat sualı:
– Ailə sözünü necə tələffüz edirik?
Tədqiqatın aparılması
. Dərsliyin 43-cü səhifəsindəki nəzəri hissə  
oxu nur. 8-10-cu
tapşırıqlar yerinə yetirilir.
Məlumat mübadiləsi
. Yerinə yetirilmiş tapşırıqlar müzakirə olunur.
Nəticə:
Bəzi sözləri tələffüz edərkən iki sait arasına bir samit əlavə olunur. 
Tətbiqetmə.
Şagirdlərə elə sözlər  tapıb cümlə daxilində işlətmək tapşırılır ki, bu sözlərdə
tələffüz zamanı yanaşı işlənən saitlərin arasına bir samit əlavə olunsun.
Ev tapşırığı.
“Sehrli torba” nağılının təhlilini aşağıdakı plan üzrə danışın:
1. Hadisələr harada baş verir?
2. Nağılın baş qəhrəmanı kimdir?
3. Nağılda başqa hansı obrazlar var?
Qiymətləndirmə.
Müəyyən edilmiş meyarlara və tədqiqata əsasən aparılır.
Dərs 18. YAŞIL FİNCAN (4 saat)
Motivasiya. 
Müəllim: –Təsəvvür edin ki, tənəffüs zamanı sinif otağında qaçarkən pəncərə
qar şı sındakı dibçəyə toxunursunuz və gülün iri bir budağını sındırırsınız. Bunu heç kim gör-
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsas landırır.
Dinlədiyi fikrin mahiyyətini anlayaraq diskus-
siyada iştirak edir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxu -
duqları haqqında  danışır. 
Mətni öz yaradıcı təxəyyülünə uyğun davam
etdirir. 
1.2.4. Nitq situasiyalarından asılı olaraq da -
nışıq prosesində müvafiq jest və mimi kalar-
dan istifadə edir.
Rollu oyun zamanı müvafiq jest və mimi -
kalardan istifadə edir. 
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Mətnin məzmununa uyğun gələn fikri ifadə
edir və mətndəki hadisələr arasındakı
səbəb-nəticə əlaqələrini müəyyən etməklə
mətni şüurlu oxuduğunu nümayiş etdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Oxuduğu mətnin mövzusu ilə bağlı kiçik -
həcmli inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tə ləffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir. 
Bəzi sözlərdə yanaşı işlənmiş saitlərin tələf -
füzü və yazılışı arasındakı fərqi müəy yən
edir.
İmla yazısındakı deyilişi və yazılışı fərqlə nən
sözlərin düzgün yazılışını lüğətin kö məyi ilə
müəyyənləşdirir.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin