Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


АИЛЯ 65 Дярслярин планлашдырылмасы Çap üçün deyil



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə8/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

АИЛЯ
65
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

mür. Dərs zamanı müəllim sınmış budağı görür. Nə üçün belə olduğunu soruşur. Heç kim bir
söz demir. Belə vəziyyətdə siz nə edərsiniz?
Fərziyyələr dinlənilir. Diskussiya aparılır. 
Tədqiqat sualı:
– Hansı yaxşıdır: şirin yalan, yoxsa acı həqiqət? 
Tədqiqatın aparılması. 
Qruplarla iş.
Hər qrupa təqdim olunmuş mətni davam etdirmək tapşırılır. 
I qrup. Tural riyaziyyatdan evə verilən məsələni həll etməmişdi. Tənəffüsdə Mədinənin
dəftərini aldı və köçürməyə başladı. Yaza-yaza anasının qoyduğu şirəni də içirdi.
Birdən şirə Mədinənin dəftərinə töküldü...
II qrup. Nicat tənəffüsdə sinif otağında qaçarkən kompüter stoluna  toxunur. Stolun
üstündəki “siçan” yerə düşüb sınır. Bunu heç kim görmür. O, “siçan”ı səliqə ilə
gö türüb stolun üstünə elə qoyur ki, sanki sınmayıb. Dərs zamanı müəllim kom -
püterdə işləmək  istəyəndə “siçan”ın sındığını görür... 
III qrup. Kamran Gülarə ilə eyni partada oturur.  Tənəffüsdə Gülarə çantasından anasının
qoyduğu buterbrodu çıxartdı. Elə bu zaman qapının ağzında qardaşı onu çağırdı.
Kamran tez  Gülarənin buterbrodunu pəncərənin aşağısında oturan pişiyə atdı...
IV qrup. Fəridin anası işə gedəndə mobil telefonunu evdə unutmuşdu. Fərid məktəbdən
evə gələndən sonra telefonu götürüb sinif yoldaşlarına zəng etməyə başlayır.
Sonra telefonda oyunlar oynamağa başlayır. Anası işdən gəlir...
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Təqdimatlar dinlənilir və müzakirə olunur. 
Dərslikdən mətn rollarla oxunur. Şagirdlər jest və mimikalardan istifadə etməklə hər ob -
razın sözlərini səsləndirirlər. Oxudan sonra müəllim şagirdlərə mətni cütlərdə davam et -
dirməyi tapşırır (tapşırıq 1). 
Tapşırıq 2. Cavab “A” variantıdır.
Şagirdlər mətnin məzmununa uyğun gələn başqa atalar sözləri də deyə bilərlər: 
– Yalan üz qaraldır.
– Yalan cücərər, amma bitməz.
Tapşırıq 3.
1. Murad anasından həqiqəti gizlətdi, çünki qorxdu ki, anası onu danlayar.
2. Ana elə bildi ki, fincanı Məstan sındırıb, ona görə də pişiyi çölə qovdu.
3. Vicdanı yol vermədi ki, Məstan günahsız yerə cəzalansın, ona görə də Murad özünü
cəzalandırdı.
Sual: – Siz müəllifin yerinə olsa idiniz, mətnə başqa hansı adı qoyardınız?  (Muradın etirafı)
İş dəftərinin 32-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Həqiqət nə qədər acı olsa da, onu söyləmək lazımdır.
Tətbiqetmə.
“Kim daha çox?” oyunu
Müəllim: – “Etiraf etmək” insanlara məxsus yaxşı keyfiyyətlərdən biridir. Gəlin indiyədək
etdiyiniz və ya etmədiyiniz etirafları söyləyək. Əvvəlcə fikirləşmək üçün sizə bir dəqiqə vaxt
verilir. Vaxt bitdikdən sonra əlimdəki topu kimə atacağamsa, birinci olaraq həmin adam eti-
raf edəcək. 
Oyunun sonunda müəllim uşaqlara müraciət edir:
– Etiraf etdiniz. İndi özünüzü necə hiss edirsiniz? 
Şagirdlərin cavablarından sonra müəllim şagirdlərə müraciət edir:
– Gəlin çalışaq ki, səhv hərəkət etməyək. Səhv hərəkət etməriksə, etiraf etməyə ehtiyac
qalmaz. 
ЫЫ бюлмя
66
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dinləmə
(Mətn pauzalarla oxunur və dinləmə prosesi mətn üzrə sual-cavabla müşayiət olunur.)
Nəsib və Fuad dost idilər. Onlar bir sinifdə oxuyurdular. Fuadın anası bərk
xəstələnmişdi. Atası da ezamiyyətdə idi. Neçə gün idi ki, Fuad anasına qulluq
edir, yatağının yanından çəkilmirdi. Dəfələrlə müəllimin verdiyi ev tapşırıqlarını
yerinə yetirməmişdi. Buna görə də müəllim ona demişdi ki, valideyni məktəbə
gəlməlidir. Fuad isə bütün bunları xəstə anasına deməmişdi. Nəhayət, müəllim
Fuada dedi ki, əgər valideyni məktəbə gəlməsə, o özü evə gələcək. 
Fuad bilirdi ki, müəllim anasına şikayət edəcək. Bu isə onsuz da ürəyi ağrıyan
anaya pis təsir edə bilərdi. Odur ki Fuad dərdini dostu Nəsibə açdı. Nəsib də öz
anasından xahiş etdi ki, Fuadın anasının adından müəllimlə danışsın, amma
Fuadın anasına heç nə deməsin.
Diskussiya– Bu yalan “Yaşıl fincan” hekayəsindəki yalandan nə ilə fərqlənir? Sizcə,
hekayə nə ilə nəticələnir?
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DİL QAYDALARI
4-cü tapşırığın icrasından sonra (müəssisə, müasir) dərsliyin 45-ci səhifəsindəki nəzəri
hissə  oxu nur.  Şagirdlər tərkibində yanaşı gələn saitlər olan sözlər söyləyir və onların
tələffüzü və yazılışı arasında fərqlərin olub-olmadığını araşdırırlar. 
5-ci tapşırıq yerinə yetirilir (təəccüb, səadət, bədii, müəllif). 
Tapşırıq 6.
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı.
“Yalan danışmaq qorxaqlıq əlamətidir” mövzusunda inşa yazın.
Qiymətləndirmə.
Tapşırıqların nəticələri əsasında aparılır.
Sözlər
Hərflərin sayı
Səslərin sayı
təbii
5
4
radio
5
6
müavin
6
5
xain
4
5
müdafiə
7
8
məişət
6
7
təqaüd
6
7
TÜLKÜ VƏ ÇAQQAL (34 söz)
Tülkü ilə çaqqal söz verdilər ki, daha toyuqlara dəyməyəcəklər. Onlar bir-birindən
xəbərsiz eyni hinə oğurluğa gəldilər. Özünü itirməyən tülkü dedi ki, mən sənin
sözünü sınamağa gəlmişəm. Çaqqal isə dedi ki, mən bura qonaq gəlmişəm.
АИЛЯ
67
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 19. DOSTUM LƏTİF (4 saat)
Motivasiya.
Müəllim– Kim öz dostu haqqında bizə məlumat verə bilər?
Şagirdlərdən bir neçəsi dostları haqqında məlumat verir. Onlar danışdıqca müəllim
aşağıdakı sualları verir:
– Dostunun  ad günü nə vaxtdır?
– Onun adının mənası nədir?
– Sən öz adının mənasını bilirsən?
– Kimə babasının və yaxud nənəsinin adı qoyulub? 
– Nə üçün uşaqlara babasının, yaxud nənəsinin adı qoyulur?  
Şagirdlərin mülahizələri dinlənilir. 
Dərsliklə iş. Dərsliyin 46-cı səhifəsindəki mətn oxunur və təhlil olunur. Şagirdlər 1-ci
tapşırığı yerinə yetirməklə mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər.
Suallar:
– Siz böyüyəndə kim olmaq istərdiniz? 
– Bunun üçün nə etmək lazımdır? (oxumaq)
Yazı.
1. Sinifdə ad günü bayram günlərinə təsadüf edən uşaqların adları, soyadları və hansı
bayrama düşdüyü yazılır. Sözlərin böyük hərflə yazılmasına diqqət yetirilir.
2. Mətnin sonuncu abzası dəftərə köçürülür.
İş dəftərinin 34-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
3-cü tapşırıq yerinə yetirilir. Sonra lövhədə iki sütunda sözlər yazılır:
Köməkçi sual: – Hansı sırada sözlər deyildiyi kimi yazılıb?
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Suallara cavab verməklə mətndəki məlu 
-
matları mənimsədiyini nümayiş etdirir. 
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Oxuduğu mətndəki əsas fikri müəyyən edir
və diskussiyada iştirak edərək fikrə münasi -
bət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ə” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni dəftərinə köçürür.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydaları məqamına uyğun istifadə edir. 
İnsan adlarının, soyadlarının, bayram adla -
rının böyük hərflə yazılmasına yazıda əməl
edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətdən istifadə edərək sözün sonunda
işlənən samitlərin tələffüzünü müəyyənləş -
dirir. 
armud
armut
qənd
qənt
süd
süt
bənd
bənt
ЫЫ бюлмя
68
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Tədqiqat sualı:
– Düzgün yazılışı və tələffüzü necə təyin etmək olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. 
I qrupŞəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin.
Şəkillər: pələng, çərpələng, çələng
II qrupŞəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin.
Şəkillər: papaq, bayraq, daraq, qayıq, balıq
III qrupŞəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin. 
Şəkillər: ağac, kərpic, çəkic, qılınc, balınc
IV qrupŞəkildə gördüyünüz əşyaların adlarını deyin və yazın. Fərqi deyin.
Şəkillər: dörd rəqəmi, bulud, qanad, armud
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərslikdən nəzəri hissə oxunur,  4-cü tapşırıq yerinə yetirilir. 
Nəticə:
Sözlərdə bəzən d-t, g-k, c-ç, b-p hərfləri səhv salınır. Düzgün yazılışı bilmək üçün
onların sonuna sait artırılır.
Tətbiqetmə.
İntellektual oyun. “Doqquzdaş” oyunu oynanılır. Düzələn sözlər arasından
deyilişi və yazılışı fərqlənənlər seçilir və sadə fonetik təhlil olunur.
Yazı.
Hüsnxət. “Ə” hərfi. İş dəftəri, səh. 33.
Ev tapşırığı.
Dərsliyin 47-ci səhifəsindəki 2-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 20. NƏ DAHA YAXŞIDIR (2 saat)
Motivasiya.
“Hörümçək toru” üsulu.  Bu üsul hər bir şagirdə öz fikrini bildirmək və
əsaslandırmaq imkanı verir. Müəllim şagirdlərə böyük dövrə vurub oturmağı tapşırır.  Şagird -
Məzmun standartları 
Təlim məqsədləri
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Danışarkən nitqini daha təsirli etmək üçün
jest və mimikalardan istifadə edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi sözlərin aid olduğu məna qrupunu
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni tələffüz normalarına uyğun ifadəli oxu -
yur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Oxuduğu mətndəki əsas fikirlə bağlı
müzakirələrdə fəal iştirak edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Verilmiş mövzu əsasında inşa yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətdən istifadə edərək sözlərdə yanaşı
işlənən samitlərin yazılışını və tələffüzünü
müəy yənləş dirir.
АИЛЯ
69
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

70
ЫЫ бюлмя
lərdən  birinə ip yumağı verir, o  isə yaxşı saydığı varlığın adını söyləyir və bu varlığı nə üçün
daha yaxşı saydığını danışır. Məsələn: “Mənim fikrimcə, daha yaxşı olan qızılgüldür, çünki
onun gözəl ətri var”.  Həmin şagird  ipin bir ucundan yapışır və yumağı dairədə kiminsə  qar -
şı sına atır. Dairədə hamı danışıb qurtaranadək və döşəmədə yumağın ipindən “hörümçək
toru” alınana qədər bu proses davam edir. 
Müəllim: – Bəzi uşaqlar valideynlərini suallarla yorurlar. Siz necə, böyüklərə suallar verir -
siniz? Onlardan nə soruşursunuz?
Dərslikdən “Nə daha yaxşıdır” mətni tələffüz normalarına uyğun ifadəli oxunur. 
Suallar:
– Nə üçün qız anasının sualından sonra çox düşündü? 
– Nə üçün bundan sonra qız sualı başqa cür verməyə başladı?
– Mətnin sonuncu abzasındakı suallara necə cavab verərdin? 
Cavablardan sonra aşağıdakı nəticəyə gəlinir: Hər bir varlığın pis və yaxşı cəhətləri ola
bilər, ona görə də varlıq haqqında birinin fikrini soruşarkən sualı düzgün ifadə etmək lazımdır.
Danışma. Qruplarla iş. 
Hər qrupa şəkil təqdim olunur. Qruplar şəkillərlə bağlı fikirlərini söyləyir.
I qrup. Günəşin xeyri
II qrup. Günəşin zərəri
III qrup. Çayın xeyri
IV qrup. Çayın zərəri
Şagirdlərə tapşırılır ki, öz fikirlərini daha inandırıcı təqdim etmək üçün danışarkən jest və
mimikalardan istifadə etsinlər.
Sinifdə “Nə daha yaxşıdır?” mövzusunda sorğu keçirilir. Ən çox yaxşı saydıqları bir neçə
varlığın adı cədvəldə qeyd edilir.  Sorğunun nəticələri cədvəldə yerləşdirilir. Nəticə çıxarılır. 
3-cü tapşırıq cütlərlə iş şəklində yerinə yetirilə bilər. Cütlükdəki şagirdlərdən biri “Sehrli
torba”, digəri “Yaşıl fincan” əsərinin qəhrəmanı haqda obraz xəritəsi tərtib edir:
1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər şifahi olaraq sol tərəfdəki sözlər olan sütuna bir deyil,
bir neçə söz əlavə edirlər. Amma dəftərə  bir söz yazmaq da kifayət edər. Məsələn: qızılgül,
çobanyastığı, qərənfil, bənövşə, lalə – gül; su, şirə, süd, kokteyl – içki (maye); top, gəlincik,
maşın, fırfıra – oyuncaq. 

Şagirdlərin adı
Nə daha yaxşıdır?
Əsaslandırma
Əsər____________________________
Obraz__________________________
Yaxşı xüsusiyyəti
______________________
Əsaslandırma
______________________
______________________
Pis xüsusiyyəti
______________________
Əsaslandırma
______________________
______________________
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

71
АИЛЯ
2-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır. 
Yazı. Dostumun yaxşı və pis xüsusiyyətləri” mövzusunda esse yazılır. Şagirdlərə bildirilir
ki, onlar essedə dostun adını çəkməyə də bilərlər. 
İş dəftərinin 35-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
4-cü tapşırıq yerinə yetirildikdən sonra nəzəri hissə oxunur və izah olunur. 5-6-cı
tapşırıqlar lüğətdən istifadə edilməklə yerinə yetirilir.
Ev tapşırığı.
Sinifdə müzakirə etmək üçün sizi həyatda ən çox maraqlandıran məsələlərlə
bağlı suallar hazırlayın. 
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır. 
Dərs 21. BAĞBAN VƏ OĞULLARI (4 saat)
Motivasiya.
Müəllim: – “Yaxşı oğul neylər ata malını, yaman oğul neylər ata malını” ata-
lar sözünü izah etməyə çalışın.
Tədqiqat sualı:
– İnsanı zəhmətə necə alışdırmaq olar?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətnin I hissəsi oxunur və dərsliyin 50-ci səhifə -
sində ki 1-ci tapşırıq yerinə yetirilir: alışdıra bilmirdi – öyrəşdirə bilmirdi, dəfinə – xəzinə,
dünyadan köçdü – vəfat etdi.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Mətni öz yaradıcı təxəyyülünə uyğun davam
etdirir. 
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir. 
Mətndəki ifadələrin mənasını başa düşür və
onları yaxınmənalı ifadələrlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətni hissələrə ayırır və plan tutur. 
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətni nəql edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin bir hissəsini üzündən köçürür. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Verilmiş mövzu əsasında inşa yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü fərq lənən
sözlərin düzgün yazılışını lüğətin köməyi ilə
müəyyənləşdirir.
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Sizcə, doğrudanmı, bağban bağda dəfinə basdırmışdı?
II qrup. Niyə ata dəfinənin yerini oğullarına demədi?
III qrup. Bağbanın oğulları haqqında nə deyə bilərsiniz?
IV qrup. Sizcə, oğullar bundan sonra nə edəcəklər?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliyin 51-ci səhifəsindən mətnin II hissəsi oxunur və qrupların gəldiyi nəticələrlə
müqayisə olunur. 
– Bağbanın dediyi dəfinə nə idi? 
– Bağbanın oğlanlarına dəfinə basdırdığını söyləməsini yalan adlandırmaq olar?
– Bağbanın vəsiyyətinə əməl edən oğulların həyatda qazandıqları nə oldu?
Dərsliyin 51-ci səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir. 2-ci tapşırıqda verilən sözlər
arasındakı uyğunluq müəyyən olunur:
1 – C, 
2 – A,
3 – Ç,
4 – B 
3-cü tapşırıqdakı atalar sözlərində sözlərin ardıcıllığı bərpa olunur:
1. Atalar nə əkiblər, oğullar onu biçiblər.
2. İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
3. Yağmadı yağış, bitmədi qamış.
Oxunan atalar sözlərindən 2-cisinin mətnin məzmununa daha çox uyğun gəldiyi qeyd 
 olu nur. 
“Bağban və oğulları” mətninin hissələrinə başlıqlar verilir. Mətnin planı tutulur və plana
uyğun nəql olunur.
I hissə. Bağbanın vəsiyyəti
1. Bağa baxmayan (yaxın düşməyən) oğullar
2. Atanın vəsiyyəti
II hissə. Varlanan oğullar
3. Kor-peşman evə dönən oğullar
4. Var-dövlət sahibi olan oğullar
Nəticə:
İnsan uşaqlıqdan zəhmətə alışmalıdır. Əsl var-dövlət zəhmətlə əldə edilir.
Tətbiqetmə.
Müəllim şagirdlərin yaradıcı təxəyyülünü genişləndirmək məqsədilə aşağı -
dakı sualı verməklə onları danışmağa yönəldir: 
– Təsəvvür edin ki, bağban, doğrudan da, bağda dəfinə basdırıb və oğulları yeri qazarkən
bu dəfinəni tapıblar. Belə olsa idi, sizcə, hekayə necə davam edərdi? (5-ci tapşırıq. Bu
tapşırığın icrası cütlərlə və ya qruplarla iş kimi də verilə bilər.)
Şagirdlər öz fərziyyələrini irəli sürürlər.
İş dəftərinin 36-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Dərslikdəki mətnin sonuncu abzasını üzündən köçürmək tapşırılır.
Dil qaydaları. Tapşırıq 6. Bu tapşırıqda şagirdlər lüğətdən istifadə etməklə nöqtələrin
yerinə “n” və “m” hərflərindən uyğun gələnini yazırlar. 
İş dəftərinin 36-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
ЫЫ бюлмя
72
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

İmla mətni:
Ev tapşırığı.
– “Torpaq deyər: “öldür məni, dirildim səni” mövzusun da inşa yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 22. İSTİ ANA QUCAĞINDA (4 saat)
Motivasiya.
Müəllim yazı taxtasında iri hərflərlə “ANA” sözünü yazır. Şagirdlər ana  ilə
bağlı fikirlər deyirlər (atalar sözləri, şeir də deyilə bilər).  
Sual: – Anadan başqa daha kimləri özünüzə yaxın hesab edirsiniz? 
Yaxud: Müəllim əvvəlki gün uşaqlara ailə şəkli gətirməyi tapşırır. Yaxşı olar ki, şəkildə
xala, bibi, nənə və başqa qohumlar da olsun. Uşaqlar ailələri və qohumları haqda danışırlar. 
Müəllim:
– Sözünüzü, sirrinizi ən çox kimə deyirsiniz?
– İstədiyiniz bir şeyi almaq lazım olduqda ən çox kimə müraciət edirsiniz?
MƏŞQ (36 söz)
Şənbə günü məktəbimizdə idman yarışları oldu. Velosiped yarışında məktəb
üzrə birinci yerə çıxdım. Amma tirin üstündə gəzə bilmədim. Atam deyir ki,
idman məşq eləməyi sevir. İdman məşqi sevir, mən də idmanı. Deməli, mən
məşqi də sevməliyəm.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrə münasibətini bildirərək sualları
cavablandırır.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi sözlərin aid olduğu məna qrupunu
müəyyən edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi müəyyən sözləri yaxın -
mənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandırmaqla mətni şüurlu oxu -
du ğunu nümayiş etdirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Oxuduğu şeirin məzmununu plan üzrə nəql
edir. 
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“F” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeiri nəsrə çevirib yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
“K” samitinin iki səs ifadə etdiyini bilir və bu
samiti sözdən asılı olaraq tələffüz edir.
АИЛЯ
73
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

– Özünüzü yaxşı hiss etmədikdə, xəstələndikdə kimin yanında olmaq istəyirsiniz?
Şeirin hər bəndi şagirdlər tərəfindən oxunur.  Onlar “Mən bibimi (xalamı, bacımı, nənəmi)
nə üçün sevirəm?” sualına cavab verərək oxuduqlarını nəsrə çevirib danışırlar.
Suallar: – Şeir kimin dilindən deyilir? (qızın)
– Bunu hansı misralar təsdiq edir? 
– Şeirdə qız kimləri sevdiyini söyləyir?
– Onları bir sözlə necə adlandırmaq olar? (qohumlar)
– Bu qrupa daha hansı sözləri əlavə etmək olar? (dayı, əmi, baba və s.)
1-ci tapşırıq genişləndirilərək yerinə yetirilir. Sinifdə hər hansı əşya 
şərti mikrofon seçilir
və mikrofonu alan şagird qohumluq bildirən sözlərdən birini  izah edir. Məsələn, əlində mikro-
fon olan şagird “Dayı – ananın qardaşıdır” – deyir və mikrofonu başqa şagirdə ötürür. Həmin
şagird, məsələn, “Əmi – atanın qardaşıdır” – deyir və s. Müəllim diqqət yetirir ki, təkrar söz
deyilməsin və mümkün qədər çox şagird danışsın (daha çox uşaq  danışsın deyə onlar
xalaoğlu, əminəvəsi və s. bu kimi sözlər də deyə bilərlər). 
Bəs sən öz doğmalarını hansı cəhətlərinə görə sevirsən? – sualı  bir neçə şagird
tərəfindən cavablandırılır. 
2-ci tapşırıq yerinə yetirilir:
2. Xalam mənə həmişə “can” deyir.
4. Nənəm gecələr mənə nağıl söyləyir.
5. Anamın isti qucağında göz yaşım quruyur. 
Hər cümlə plan kimi seçilərək şeirin məzmunu nəql olunur.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin