Çap üçün deyil
Dərs 105. BALACA ƏHMƏD (6 saat)
Motivasiya.
Müəllim: – Vətənin düşmənlərdən müdafiəsi hər kəsin borcudur. Sizcə,
vətənin layiqli müdafiəçisi olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
Fərziyyələr söylənilir. Cəsarət, silah, ağıl, bilik, vətənpərvərlik və bu kimi fikirlər səslənə
bilər. Müəllim yönəldici suallarla şagirdləri “Çox zaman ağıl, tədbir, məntiq gücə üstün gəlir”
fikrinə yönəldir.
Dərsliklə iş. Mətnin I hissəsi oxunur (dərslik, səh.182-183). Həmin hissəyə başlıq verilir:
“Ağbulaq kəndi mühasirədə”
Həmin hissəyə plan tutulur:
1. Ağbulaq kəndinin ad qazanmış cavanları
2. Qonşu ölkənin padşahının hiyləsi
3. Elçilərin təklifi
4. Ağsaqqalların razılığı
Plan üzrə nağılın 1-ci hissəsi nəql olunur. 1-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq şagirdlərdə diqqətli oxu bacarığının inkişafına xidmət edir. Cavab “C”
variantıdır.
2-ci tapşırığa cavab verməklə şagirdlər mətnin məzmununu mənimsədiklərini nümayiş
etdirirlər:
... , ona görə də bir düşmən kəndə yaxın düşə bilmirdi.
... , çünki döyüşdə çoxlu əsgər itirəcəyindən qorxurdu.
... , çünki düşmənin qoşunu çox böyük idi.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast
gəldiyi yeni sözlərin mənasını izah edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndə hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandırır, məzmuna
uyğun plan tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Mətnin hissələrinə başlıqlar verməklə
mətni nəql edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş bir hissəni köçürür.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözləri tələffüz etməklə tərkibindəki səsləri
müəyyənləşdirir.
4.1.7. Tələb olunan məqsəd və in-
tonasiyaya görə cümlə qurur və müvafiq
işarələrlə tamamlayır.
Cümlə qurur və durğu işarələrindən
yerində istifadə edir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
205
Çap üçün deyil
3-cü tapşırıq. Döyüşən tərəflərdən biri ağ bayraq qaldırarsa, həmin tərəf danışıqlar
aparmaq istədiyini bildirir. (“Dəyərlərimiz” bölməsində “Bayraqlar” mətni yada salınır.)
Müəllim şagirdlərin diqqətini nağılın adına yönəldir:
– Oxuduğunuz hissədə bu adda obraza rast gəldinizmi?
– Sizcə, Ağbulaq camaatı düşmənin suallarına cavab verə biləcəkmi?
– Sizcə, düşmən hansı suallar verəcək?
– Hadisələr necə davam edəcək?
Şagirdlər hadisələrin davamı ilə bağlı öz versiyalarını təqdim edirlər.
Müəllim bir neçə məntiqi məsələ səsləndirir. Məsələn:
a) Hərbi qərargahda 4 əsgər 4 saat növbədə durdu. Hər əsgər neçə saat növbədə
durdu? (4)
b) Usta düzbucaqlı masanın bir küncünü kəsdi. Masanın neçə (bucağı) küncü oldu? (5)
c) “Bir qalanın sirri” filmində əsir düşmüş Həkim babanın rebusunu – əşyalarla olan
məktubunu xatırlayın. Sandığın içində sim, nar, qanlı daş, qıfıl var. Bunların mənası nədir?
(Həkim bu əşyalarla bildirmək istəyir ki, Simnar xan onu Qanlı qalada zindana salıb)
Belə məntiqi tapşırıqları daha tez, düzgün yerinə yetirənlər xüsusi qeyd olunurlar.
Sual: – Bəs bizim qəhrəman imtahandan necə çıxdı?
Mətnin oxusu davam etdirilir, qəhrəmanın vəziyyətdən necə çıxması təhlil olunur
(səh.183-185).
II hissəyə başlıq verilir: “Əhməd kəndini xilas edir”. Həmin hissənin planı tutulur:
1. Balaca Əhmədin qərarı
2. Atlarla bağlı sual
3. Əhmədin atları ayırd etməsi
4. Almalarla bağlı sual
5. Əhmədin almaları fərqləndirməsi
6. Daşdan paltar tikmək lazımdır.
7. Qumdan iynə-sap düzəltmək olar?
8. Kənd yadellilərdən xilas oldu.
Plan üzrə nağılın 2-ci hissəsi nəql olunur.
Mətnin sonundakı suallar cavablandırılır.
4-cü tapşırıq. Madyan – dişi at, xoruz – toyuğun erkəyi, təkə – erkək keçi, qoç – qoyunun
erkəyi. 1-ci düzgün cavab: Fərqli olan xoruzdur. Xoruzdan başqa qalanları heyvanlardır. 2-
ci düzgün cavab: Fərqli olan madyandır. Madyandan başqa qalanları erkəkdir.
5-ci tapşırığa əsasən, mətndəki bəzi sözlərin yaxınmənalı qarşılığı müəyyən olunur.
6-cı tapşırıqda qoyulmuş sual ətrafında müzakirə keçirilir.
İş dəftərinin 130-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Danışma. Müəllim: – “Balaca Əhməd” nağılındakı Əhməd obrazını “Xaqani” və “Bəh -
mən yar” mətnlərindəki baş qəhrəmanlarla müqayisə edin. Bu üç obrazı birləşdirən
xüsusiyyət han sıdır? (ağıllı, hazırcavab, fərasətli olmaları)
– Dövlətimiz haqqında bildiklərinizi danışın.
Dil qaydaları. 1. Mətnin 2-ci hissəsinin 1-ci cümləsindəki sözlərdə işlənən saitləri yazın
(Ağ bulaqda Əhməd adında bir oğlan yaşayırdı – a,u,ə,ı,i,o).
– Burada hansı saitlər iştirak etmir?
Mətndən elə cümlə seçib yazın ki, həmin saitlər (a,u,ə,ı,i,o) burada iştirak etsin. (2-ci his -
sənin 3-cü cümləsi: “Əhməd düşmən padşahın şərtini eşidəndə qərara gəldi ki, sabah mey-
dana getsin, görsün nə suallardır”.)
2. Aşağıdakı sözlərdən cümlə düzəldin, cümlələrin sonunda müvafiq gələn durğu işarəsini
qoymaqla dəftərə yazın.
Dərslərin planlaşdırılması
VIII bölmə
206
Çap üçün deyil
1) ağ, elçilər, girdilər, bayraqla, Ağbulağa
2) görək, anadır, bala, hansı, bunlardan, tapın, hansı
3) qabağa, Əhməd, su, bir, istədi, qab, çıxıb
4) düzəltmək, iynə-sap, olar, qumdan da
5) Əhməd, olan, kimi, eşq olsun, oğulları, xalqa
Yazı. Mətndən elçilərin 1-ci sualı və Əhmədin ona cavabı olan hissə seçilib dəftərə
köçürülür.
Nəticə: Ağılla, savadla böyük qəhrəmanlıqlar etmək olar. Dövləti qorumaq üçün onun
sağlam və savadlı vətəndaşları, inkişaf etmiş iqtisadiyyatı və güclü ordusu olmalıdır.
İş dəftərinin 131-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Mətnə uyğun atalar sözləri tapıb yazın. Şagirdlərə bildirilir ki, bu atalar
söz ləri ağıl, bilik, vətənpərvərliklə bağlı olmalıdır.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 106. İKİ AYI BALASI (4 saat)
Motivasiya.
Müəllim: – Qonur olur, ağ olur,
Yatanda bir dağ olur.
Mağaradır yuvası,
Bir ovucdur balası.
Əyripəncədir adı,
Necədir əsl adı?
(Ayı)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrin mahiyyətini anlayaraq
diskussiyada iştirak edir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Qazandığı bilikləri əvvəlki biliklərlə müqa -
yisə edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Rollu oyun zamanı jest və mimikalardan
istifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndə hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu
oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ü” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş bir hissəni köçürür.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözlərin hecalanması ilə sətirdən-sətrə
keçirilməsi arasındakı fərqi izah edir və
yazıda tətbiq edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
207
Çap üçün deyil
Sual: – “Artıq tamah baş yarar”, “Çox istəyən azdan da olar” atalar sözlərini necə başa
düşürsünüz?
Fərziyyələr dinlənilir.
Tədqiqat sualı:
– Tamahkarlıq, acgözlük nə ilə nəticələnir?
Tədqiqatın aparılması.
Mətn hissə-hissə oxunur, təhlil olunur. Rollu oyun tətbiq edilə
bilər. Bu zaman yaxşı olar ki, bir kətəni iki nəfər arasında bölmək təklif olunsun.
Suallar: – Bu nağılda tülkünün hansı xüsusiyyəti ilə tanış oldunuz?
– Tülkü, həqiqətən də, ayı balalarına kömək etmək istəyirdi?
– Onun məqsədi nə idi?
– Nağılın ideyasını necə ifadə edə bilərsiniz? (Çox istəyən azdan da olar.)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliyin 187-ci səhifəsindəki tapşırıqlar
yerinə yetirilir.
1-ci tapşırıq:
1. ..., çünki qorxurdular ki, birinə az, o birinə çox düşər.
2. ..., çünki başa düşdü ki, ayı balaları axmaqdır.
3. ..., çünki tikələrin bərabər olmasını istəyirdilər.
4-cü tapşırıq. Şagirdlər “Qoğal” nağılını, A.Səhhətin “Ayı və şir” təmsilini misal göstərə
bilərlər.
“Nağılı dəyiş” üsulu tətbiq edilir. Müəllim uşaqlara müraciət edir:
– Nağılı elə dəyişin ki, ayı balaları 1-ci bölgüdən sonra tülkünün hiyləsini başa düşsünlər.
Şagirdlər öz versiyalarını söyləyirlər. Ən yaxşı, maraqlı versiya söyləyən şagird “Mahir
nağılbaz” nominasiyasının qalibi seçilir.
Dinləmə materialı
M.Ə.Sabirin tülkünün hiyləgərliyini əks etdirən “Qarğa və tülkü” təmsili oxunur.
Təmsil dinlənilir. Mətndə izaha ehtiyacı olan çətin sözlər lüğətin köməyi ilə araşdırılır.
(çömbəldi – pəncələri üstə oturmaq, marıtdı – gözlərini bir nöqtəyə dikib baxmaq, xoşliqa –
göyçək, siması xoşa gələn, hüma – cənnət quşu, bədnəzər – xətər gətirən pis göz, iraq –
uzaq, fərəhlənmək – sevinmək, hənuz – hələ, hələ ki, indi, indicə, fövrən – dərhal, həmin
saat, tənə – danlaq, məzəmmət, sarsaq – axmaq, səfeh).
Təmsil nəsr formasında səhnələşdirilir. Dərslikdəki mətnlə müqayisə olunur.
Suallar: – “Ağılsız, acgöz, avam, tamahkar” – bu xüsusiyyətlər təmsildəki hansı obrazlara
xasdır?
Pеndir аğzındа bir qаrа qаrğа
Uçаrаq qоndu bir ucа budаğа.
Tülкü görcəк yаvаş-yаvаş gəldi,
Еndirib bаş, ədəblə çömbəldi.
Bir zаmаn həsrət ilə qаrğа sаrı
Аltdаn-аltdаn mаrıtdı bаş yuхаrı;
Dеdi: “Əhsən sənə, а qаrğа аğа!
Nə nəzакətlə qоnmusаn budаğа!
Bəzədin sən bu gün bizim çəməni,
Şаd qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə хоşliqаsən sən!
Yеri vаr söyləsəm – hümаsən sən!
Tüкlərindir ipəк кimi pаrlаq.
Bədnəzərdən vücudun оlsun irаq!
Bu yəqindir кi, vаr səfа nəfəsin!”
Bеlə sözdən fərəhlənib qаrğа,
Аğzını аçdı, tа кi еtsin “qа”.
“Qа” еdərкən hənuz bircə кərə
Pеndiri dimdiyindən еndi yеrə.
Tülкü fövrən hаvаdа qаpdı, yеdi,
Qаrğаyа tənə ilə böylə dеdi:
“Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin кi, yаltаqlаr”.
Mirzə Ələkbər Sabir
Dərslərin planlaşdırılması
VIII bölmə
208
Çap üçün deyil
Nəticə:
İnsanlara qarşı səxavətli, diqqətli olmaq, nəfsi boğmaq, yoldaşların və yaxınlarınla
bölüşməyi bacarmaq lazımdır.
Tətbiqetmə.
İş dəftərinin 132-134-cü səhifələrindəki tapşırıqlar yerinə yetirilir.
Pazlların köməyi ilə şəkillər yapışdırılır, rənglənir.
– Əlifba sırasında hərflərin yerinə görə pazlları yerinə qoymaqla hansı şəkli alırıq?
Pazllar yapışdırılır.
Alınmış şəklin mətnin hansı hissəsinə aid olduğu müəyyənləşdirilir.
Şagirdlərə suallar verilir: – Meşələrdə yaşayan ayı hansı rəngdə olur? Bəs ağ rəngdə
olan ayı harada yaşayır?
Dil qaydaları
A) Nağılın birinci abzasında sətirdən-sətrə keçməyən sözləri seçib yazın.
B) Mətnin 1-ci cümləsində işlənən əlamət bildirən sözləri seçin və bu sözlərə ad bildirən
sözlər əlavə etməklə yazın.
Yazı. “İki ayı balası” mətnində ayı balalarının tülkünün bölgüsündən narazı qaldıqları hissə
tapılır və üzündən köçürülür.
Hüsnxət. “Ü” hərfi. İş dəftəri, səh. 135.
Ev tapşırığı:
– Dərsliyin 187-ci səhifəsindəki 2-3-cü tapşırıqları yerinə yetirin.
Ayı aplikasiyası hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 107. CIĞAL SƏRÇƏ (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandırmaqla mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Plana uyğun olaraq mətnin məzmununu
nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“V” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir.
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını
lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
209
Çap üçün deyil
Motivasiya.
Müəllim sinifdə bir oyun keçirir. Məsələn, 5 stul dairəvi düzülür. 6 uşaq
musiqi sədaları altında stulların ətrafına fırlanır. Musiqi səsi kəsildikdə uşaqlar stullarda
əyləşməlidirlər. Ayaq üstə qalan şagird məğlub hesab olunur.
Köməkçi suallar:
– Oyunun şərtlərinə hamı əməl edirmi?
– Oyunun şərtlərinə əməl etməyən oyunçu necə adlanır?
Fərziyyələr içərisində “cığal” sözü işlədilir.
Tədqiqat sualı:
– Həyatda cığallıq edənlərə münasibət necə olur?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn (dərslik, səh. 188-189) qruplar arasında 4
hissəyə bölünür. Hər qrup oxuduğu hissəyə münasibətini bildirir.
Mətnlə bağlı suallar verilir:
– Cığal sərçənin sazı alanadək cığallıq etdiyi mərhələləri deyin. (tikan – çörək – qoyun –
gəlin)
– Təsəvvür edin ki, qarı nənə sərçənin tikanı əvəzinə yerdən başqa bir tikan tapır və
sərçəyə verir. Sizcə, bu halda nağıl necə davam edərdi?
Şagirdlər öz versiyalarını irəli sürürlər.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırıqdakı cümlələr plan kimi qəbul
edilir, cümlələrin düzgün ardıcıllığı müəyyən olunur və mətnin məzmunu bu plana əsasən
nəql edilir.
Nəticə:
Təkcə oyunda deyil, hər işdə, hər yerdə ədalətli olmağı, düzgün münasibətlər
qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə.
İş dəftərinin 136-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları
1. – Mətnin adındakı sözlərin nə bildirdiyini müəyyənləşdirin (cığal – əşyanın əlamətini,
sərçə isə əşyanın adını bildirir).
2. – Oxuduğunuz daha hansı mətnlərin adları ad və əlamət bildirən sözlərdən yaranıb?
(“Üçrəngli bayraq”, “Əbədi məşəl”, “Qədim xalça”, “Sehrli torba”, “Yaşıl fincan”, “Mehriban
səma”, “Qayğıkeş valideynlər”, “Rəhmli Küçük” və s.)
Yazı. İmla mətni:
ARABA KÖLGƏSİ (38 söz)
Ot yüklənmiş araba yol kənarında dayanmışdı. Arabanı çəkən ulaq dincini alırdı.
Bir it gəlib arabanın kölgəsində uzandı. Birdən it ulağa hürdü. Ulaq qorxdu. Arabanı
çəkib apardı. Kölgə də araba ilə getdi. Ağılsız it başqa bir kölgə axtarmağa başladı.
İş dəftərinin 136-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Hüsnxət. “V” hərfi. İş dəftəri, səh. 137.
Ev tapşırığı:
– Padşahın sarayında baş verən hissəni dəftərə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VIII bölmə
210
Çap üçün deyil
Dərs 108. AZ DANIŞ, ÇOX İŞ GÖR (4 saat)
Motivasiya.
Dinləmə materialı:
Rövşənin balaca bir iti var idi. Amma ona qulluq etməyə heç cür vaxt tapmırdı.
Bir gün səhər duranda fikirləşdi ki, mütləq bu gün iti gəzməyə aparmalı, nənəsinə
kömək etməlidir. Bu vaxt it ona yaxınlaşıb zingildəməyə başladı. Quyruğunu bu-
layaraq sanki nəsə demək istəyirdi. Rövşən onu qovdu:
– Get burdan, fikrimi dağıtma!
Nənə otağa girib narazılıqla başını buladı:
– Rövşən, oğlum, niyə otağını səliqəyə salmırsan?
– Nənə, mənə mane olma, fikrimi dağıdırsan.
Beləcə, bütün günü otaqdan çıxmadı. Nənə də, balaca iti də ondan inci -
mişdilər. Rövşən təəccübləndi: “Mən ki bütün günü onlara yardım haqqında
düşünürdüm. Görəsən, niyə məndən incidilər?!”
Sual: – Sizcə, niyə Rövşəndən incimişdilər?
Dərsliklə iş. Dərslikdən “Az danış, çox iş gör” mətni oxunur. Mətndəki əsas fikir atalar
sözü ilə ifadə olunur (3-cü tapşırıq: ”Əməlsiz sözdə təsir olmaz”). Bu mətnlə dərsin əvvəlində
dinlənilmiş mətn arasındakı ideya-məzmun əlaqəsi, baş qəhrəmanlar arasındakı oxşarlıq
araşdırılır.
Suallar: – Yolla gedən yolçunun səhvi nədə oldu?
– Atlının yolçuya dediklərini izah edin.
– Siz yolçunun yerində olsaydınız, necə hərəkət edərdiniz?
– Atın üstündə gedən adama atlı deyirlər, bəs öz ayağı ilə gedən adamı necə
adlandırırlar?
– Daha hansı minik növlərini tanıyırsınız?
– “Dağdan ağır sözlər” ifadəsini necə başa düşürsünüz?
Şagirdlərin cavablarından sonra bu ifadənin işləndiyi cümlələr deyilir.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsas landırır.
Sualları cavablandırmaqla dinlədiyi fikrə
münasibətini bildirir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir.
Nitqində epitetlərdən (məcazi mənalı
əlamət bildirən sözlərdən) istifadə edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir.
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gələn fikri
ifadə edərək şüurlu oxuduğunu nümayiş
etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikrə uyğun gələn atalar
sözünü seçir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən
köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
211
Çap üçün deyil
1-ci tapşırıq yerinə yetirilir: 1 – B, 2 – Ç, 3 – A, 4 – C.
2-ci tapşırığa əsasən, mətnin məzmununa uyğun gəlməyən 2-ci, 4-cü, 5-ci cümlələr
seçilir. 3-cü cümlə ilə bağlı fikir müxtəlifliyi yarana bilər. Müəllim bu halda vurğulamalıdır ki,
atlı yolçuya kömək etmək üçün deyil, onun boş yerə danışdığını göstərmək üçün daşı kənara
itələyir.
İş dəftərinin 138-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nağılın sonuncu iki cümləsini öz sözlərinizlə izah edin və eşitdiyiniz, rastlaşdığınız elə
hadisələr danışın ki, həmin cümlələri orada yerində işlədə biləsiniz.
Dil qaydaları
4-cü tapşırıq, eləcə də
iş dəftərinin 138-ci səhifəsindəki dil qaydalarına aid tapşırıqlar
yerinə yetirilir.
“Kim daha tez” oyunu
Nə? sualına cavab olan sözlərə şəkilçi artırmaqla kim? sualına cavab verən sözlər yarat-
maq olar. Mətndə yol – yolçu, at – atlı kimi sözlər bu cür verilib. Şagirdlər belə sözlər fikirləşib
söyləyirlər (dəniz – dənizçi, qoruq – qoruqçu, çay – çayçı, kənd – kəndli və s.) və cümlədə
işlədirlər.
Yazı. Mətndən atlının atdan düşdükdən sonra etdikləri dəftərə köçürülür.
Ev tapşırığı:
– Dərsliyin 191-ci səhifəsindəki 5-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 109. ƏKİNÇİ VƏ CANAVAR (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı fikri
aydınlaşdırmaq məqsədi ilə suallar verir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir. Mətnin
ideyasına uyğun gələn atalar sözünü seçir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Y” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Müşahidə etdikləri və oxuduqları əsasında
inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək
məzmununu öz sözləri ilə yazılı ifadə edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və in-
tonasiyaya görə cümlə qurur və müvafiq
işarələrlə tamamlayır.
Cümləni intonasiyaya görə fərqləndirir.
Dərslərin planlaşdırılması
VIII bölmə
212
Çap üçün deyil
Motivasiya.
Müəllim un məmulatları təsvir olunmuş şəkillər nümayiş etdirir.
– Bunlar nədən hazırlanır? (undan)
– Unu nədən alırlar? (buğdadan)
– Un məmulatları içərisində hansı müqəddəs nemətdir ki, insan hər gün onu yeyir, amma
ondan bezmir? (çörək)
Tədqiqat sualı:
– Çörək süfrəmizə gələnə qədər hansı mərhələlərdən keçir?
Tədqiqatın aparılması.
Dərslikdən nağıl oxunur, təhlil olunur. 1-ci tapşırıq yerinə yetiri -
lir. Canavarın xarakterinə uyğun sözlər seçilir: tənbəl, acgöz.
2-ci tapşırıqda mətnin məzmununa uyğun gələn “İstəyirsən bal-çörək, al əlinə bel-kürək”
atalar sözü seçilir.
Auksion oyunu keçirilir. Müəllim qeyd edir ki, hər kəs yalnız bir fikir (cümlə) səsləndirməli,
ardıcıllığa diqqət yetirməlidir.
Sual:– Çörək hazırlanana qədər hansı mərhələlərdən keçir?
Mərhələlər sadalanır:
– Torpağı yumşaltmaq lazımdır.
– Eyni zamanda daş-kəsəkdən təmizləmək lazımdır.
– Yeri şumlamaq lazımdır.
– Payızda toxumu səpmək lazımdır.
– Qışda toxum qarın altında qalacaq.
– Yazda taxıl göyərəcək.
– Onu suvarmaq lazımdır.
– Alaq otlarından təmizləmək lazımdır.
– Yayda taxıl yetişəcək.
– Taxıl yığılacaq.
– Dəyirmana aparılacaq.
– Dəyirmanda buğdadan un alınacaq.
– Undan xəmir hazırlanacaq.
– Xəmirdən çörək bişiriləcək.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
l qrup. Taxıl bitkilərinin adını yazın.
ll qrup. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” atalar sözünə uyğun nağıl
danışın.
lll qrup. Əmək, çörək, zəhmət haqqında atalar sözləri yazın.
lV qrup. Krossvorda un məmulatlarının adlarını yazmaqla yuxarıdan aşağı mavi xa na -
lar da alınan sözü tapın (peçenye, kökə, tort, kətə, şəkərbura sözlərinin izahı və
ya şəkilləri müəllim tərəfindən verilir).
P
K
T
K
Ş
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
213
Çap üçün deyil
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur.
Dinləmə
ÇÖRƏK
– Çörəyin əldə olunması haqqında nə bilirik və nəyi bilmək istərdik?
Şagirdlər çörəyin ərsəyə gəlməsi mərhələləri, çörəyin əhəmiyyəti, onun nə üçün bərəkət
adlandırılması haqqında bir-biriinə suallar verirlər.
Nəticə:
Əziyyətlə görülən işin bəhrəsi şirin olur. Çörək süfrəmizə onlarca insanın zəhməti
hesabına gəlib çatır. Çörək insanları yaşadan başlıca qida məhsuludur. Ona görə də çörək
müqəddəs sayılır.
Tətbiqetmə.
İş dəftərinin 139-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları
Dərslikdən 4-6-cı tapşırıqlar yerinə yetirilir.
5-ci tapşırıq. Cavab “B” variantıdır.
6-cı tapşırıq yerinə yetirilir. Ətirli, dadlı, yumşaq, yumru, isti sözləri çörək sözü ilə uyğun -
laşdırılır.
Sığal çəksən torpağa,
Torpaq çörək yetirər.
O olmasa, süfrəmiz
Görkəmini itirər.
Hər bir nemətdən əziz
Yenə bizə çörəkdir.
Ay uşaqlar, çörəyi
Çox qorumaq gərəkdir.
Alidə Kərimova
ÇÖRƏK HAQQINDA
NƏYİ BİLİRDİM
NƏYİ ÖYRƏNDİM
Taxıl bitkilərindən alınır.
Bütün yer üzündə yayılıb.
Ən geniş yayılmış ərzaq bitkisidir.
Çox əmək tələb edir.
Çörək müqəddəsdir.
Çörəyi bişirmək üçün əvvəl əl əməyindən istifadə
edirdilər, indi bu proses avtomatlaşdırılıb.
Çörək süfrəyə gələnədək bir çox mərhələlərdən
keçir.
Çörək insan ağlının ən böyük kəşfidir.
Onun haqqında şeir, mahnı, rəvayətlər yaranmışdır.
Dərslərin planlaşdırılması
VIII bölmə
214
Çap üçün deyil
Yazı. İfadə mətni:
Hüsnxət. “Y” hərfi. İş dəftəri, səh. 140.
Ev tapşırığı:
– Çörək, əmək, zəhmət haqqında atalar sözləri yazın. Dərsliyin 193-cü
səhifəsindəki 3-cü tapşırıq yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 110. CIRTDAN (6 saat)
Motivasiya.
Müəllim: – Bəzən belə ifadələr eşidirik: cırtdan ölkə, cırtdan planet. Sizcə,
bu nə deməkdir?
Fərziyyələr dinlənilir.
– Bəs hansı adamlara “cırtdan” deyirlər?
Məzmun standartları
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndə rast gəldiyi yeni söz və ifadələrin
mənasını izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin ardıcıllığını bərpa edir.
Mətndə hadisələr arasında səbəb-nəticə
əla qələrini muəyyən etməklə şüurlu oxudu -
ğu nu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir, he -
kayə, təmsil, nağıl) fərqləndirir.
Nağılları digər janrlardan fərqləndirir və xü -
susiyyətlərini sadalayır.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bil -
dirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Verilmiş sözlərdə sait və samitləri fərq
-
ləndirir.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydaları məqamına uyğun istifadə edir.
İnsan adı bildirən sözlərin böyük hərflə ya -
zıldığını bilir və yazısında tətbiq edir.
4.1.5. Sözləri qrammatik mənasına görə qrup -
laşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ƏZİZ DOST
Kitab mənim sevimli
Dostumdur, yoldaşımdır.
O mənə sirlər açan
Ən yaxın sirdaşımdır.
Kitabla dost olandan
Artmış gözümün nuru.
Mən ondan öyrənmişəm
Mətinliyi, qüruru.
Hikmət Ziya
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
215
Çap üçün deyil
Fikirlər ümumiləşdirilir.
– Biri vardı, biri yoxdu. Bir bapbalaca oğlan var idi.
Sual: – Sizcə, bu oğlanın adı nə idi?
Dərsliklə iş: Dərsliyin 194-197-ci səhifələri üzrə iş aparılır. Mətnin ardıcıllığı müəy yən ləş -
di rilir. (1-B, 2-C, 3-A, 4-Ç, 5-E, 6-F, 7-Ə, 8-D)
Müəllim:– Təsəvvür edin ki, “Cırtdan” nağılında meşədə azmış uşaqlar işıq gələn tərəfə
yox, it hürən tərəfə getdilər. Sizcə, onda nə baş verərdi?
İş dəftərinin 141-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllim: – Bəzən hər hansı şəxslə ilk tanışlıqda aldığınız təəssürat yanlış olur. O, xəsis,
qaraqabaq adam təsiri bağışlayır. Sonra görürsən ki, əksinə, çox əliaçıq, şən və gülərüzdür.
Sizcə, adamlar haqqında ilk tanışlıqdan sonra birmənalı fikir yürütmək olarmı?
Şagirdlər həyatda gördüklərinə, eşitdiklərinə əsaslanaraq bu haqda öz fərziyyələrini
söyləyirlər.
Sual: – Cırtdanın xarakteri haqqında nə demək olar?
Divə rast gələnə qədər Cırtdanın davranışı, onun xarakteri haqqında fikir yürüdülür.
Dərsliklə iş. Mətnin son hissəsi oxunur (dərslik, səh.198).
Dərsliyin 198-199-cu səhifələrindəki mətnə aid tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. Cavab:
... , Cırtdandan muğayat olsunlar.
... , çünki fikirləşdi ki, gecə onları yeyib qarnını doyurar.
... , çünki bilirdi ki, div onları yemək istəyir.
... , ona görə ki ağılsız idi.
Dərsliyin 199-cu səhifəsindəki nağıllarla bağlı verilən nəzəri hissə oxunub təhlil olunur.
Şagirdlərdən indiyədək hansı nağılları oxuduqları, eşitdikləri soruşulur. Nağılların hansı
sözlərlə başladığı, hansı sözlərlə qurtardığı deyilir.
5-ci tapşırıq. Cavab:
... biri mənim, biri nağıl deyənin, biri də nağıla qulaq asanın.
... dərə, təpə, düz getdi.
... üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı.
Dil qaydaları
Müəllim: – Cırtdanı xarakterizə edən sözlər yazın. Bu sözlərin ad, əlamət, yoxsa hərəkət
bildirdiyini müəyyən edin. Həmin sözlərdən müsbət keyfiyyət bildirənlərin altından xətt çəkin.
– Oxuduğunuz nağıllarda daha hansı ağıllı qəhrəmanlarla rastlaşmısınız? Onların adlarını
yazın. Bu sözləri nə üçün böyük hərflə yazmaq lazımdır?
6-cı tapşırıq: yekəpər div, ağılsız div, acgöz div və s.
Yazı. Divin evində baş verənlərin qısa məzmununu yazın.
Nəticə:
Cırtdan çox qoçaq, ağıllı, tədbirli və qayğıkeş oğlandır.
İş dəftərinin 142-ci səhifəsində dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Dərsliyin 199-cu səhifəsindəki 7-ci tapşırığı yerinə yetirin.
Nağıla uyğun atalar sözləri yazın və nağılın hansı hissəsinə aid olduğunu müəyyən edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
VIII bölmə
216
Çap üçün deyil
Dərs 111. YALANÇI ÇOBAN (4 saat)
Motivasiya.
Müəllim: – Yalanın və yalançılığın nəticəsi nə ola bilər? (dostu olmaz, heç kəs
ona inanmaz, sözünü sayan və dinləyən olmaz, hörməti olmaz və s.)
Dərsliklə iş. Mətn (dərslik, səh. 200-201) müvafiq jest və mimikalardan istifadə edilməklə
abzas-abzas oxunur.
l abzas:
Ucqar dağ kəndində bir çoban yaşayırdı. O hər gün səhər kənd camaatının qoyun-
quzusunu yığıb otarmağa aparır, bütün gününü qoyunlarla keçirirdi.
Müəllim:
– Çoban harada yaşayırdı?
– O nə işlə məşğul olurdu?
ll abzas:
Bir gün çoban, həmişəki kimi, sürünü otarırdı. Ətrafda kəlmə kəsməyə bir adam yox idi.
Qoyunlar da danışa bilmirdi ki, onlarla söhbət eləsin. Axırda çoban qərara gəldi ki, kənd
camaatı ilə zarafat etsin. Kəndin yaxınlığındakı təpənin üstünə çıxıb var gücü ilə qışqırdı:
– Ay camaat, köməyə gəlin! Sürüyə canavar girib!
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsas landırır.
Mətni öz təxəyyülünə uyğun davam etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Verilmiş variantlardan uyğun olanını seçə -
rək mətni tamamlayır.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandırır və plan tərtib
edir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Verilmiş atalar sözlərindən mətnin ideyası -
na uyğun olanını seçir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Z” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Mətnin seçilmiş hissəsini üzündən köçürür.
4.1.4. Cəm şəkilçisinin düzgün yazılış və
tələffüz variantlarını fərqləndirir.
Cəm şəkilçisini düzgün yazır və tələffüz
edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad bildirən sözləri fərqləndirir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir.
Cümləni söz birləşməsindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intona si ya -
ya görə cümlə qurur və müvafiq işarələrlə
tamamlayır.
Məqsəd və intona si ya ya görə cümlələrin
so nunda müvafiq durğu işarələrindən istifa -
də edir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
217
Çap üçün deyil
Müəllim:
– Bir gün çoban nə qərara gəldi?
– Çobanın kəndliləri aldatmağının səbəbi nə idi?
lll abzas:
Kəndlilər onun səsini eşitdilər. Kimisi əlinə yaba, kimisi də balta alıb otlağa tərəf qaçdı.
Çoban çomağını əlinə alıb “Aldatdım, aldatdım” deyə-deyə oynamağa başladı.
Müəllim:
– Kəndlilər nə etdilər?
– Çoban onlara nə dedi?
lV abzas:
Adamlar başlarını bulayıb narazı halda kəndə qayıtdılar. Aradan bir neçə gün keçdi. Bir
gün ax şam üstü ye nə təpənin ba şın dan çoba nın səsi gəldi:
– Ay aman, imdad! Canavar qoyunu apardı!
Müəllim:
– Çobanın zarafatı kəndlilərə necə təsir etdi?
– Bir neçə gün sonra nə hadisə baş verdi?
V abzas:
Adamlar yenə də əllərinə keçəni götü rüb təpənin o tayına qaçdılar.
Müəllim:
– Kəndlilər nə etdilər?
Şagirdlərin cavablarından sonra dərslikdəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırığa
əsasən, mətndəki boşluqların yerinə uyğun gələn cümlələr müəyyənləşdirilir: 1-ci boşluğa “O,
çox darıxırdı”, 2-ci boşluğa “Gəlib gördülər ki, canavar-zad yoxdur”, 3-cü boşluğa “Çoban
yenə gülə-gülə onları lağa qoydu” cümləsi uyğun gəlir.
2-ci tapşırıq yerinə yetirilir. Şagirdlərin cavab versiyaları dinlənilir.
Vl abzas:
Bir müddət də keçdi. Günlərin bir günü çoban yenə qo yunları otarırdı. Birdən meşədən
üç canavar çı xıb sürüyə hücum etdi. Baş ladılar əllərinə keçən qoyun-quzunu parça la mağa.
Çoban gördü ki, ca navarlarla bacarma ya caq. Kəndə tərəf qaçıb qışqırmağa başladı:
– Ay camaat, qoymayın! Canavar sürünü qırıb qurtardı!
Müəllim: – Bir müddətdən sonra nə hadisə baş verdi? Çoban nə etdi? O, yenə də zarafat
edirdi?
Vll abzas:
Kənd camaatı həyət-bacada öz işi ilə məşğul idi. Adamlar səs gələn tərəfə baxdılar. Ancaq
heç kim yerindən tərpənmədi. Onlar artıq çobana inanmırdılar. Beləcə, canavarlar sürünün
axırına çıxdı.
Müəllim: – Kəndlilər köməyə gəldilərmi? Niyə kəndlilər çobana kömək etmədilər? Onlar
çobana niyə inanmadılar? Çobanın yalan danışmağının nəticəsi nə oldu?
İş dəftərinin 143-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. 3-cü tapşırıq. Cavab “B” variantıdır.
4-cü tapşırıq yerinə yetirilir. Mətnin 1-ci hissəsinə “Çobanın zarafatı”, 2-ci hissəsinə isə
“Çobanın harayı” başlıqları verilə bilər.
Mətnin ümumi planı tutulur:
1. Darıxan çoban
2. Çobanın qərarı
3. Köməyə gələn kəndlilər
Dərslərin planlaşdırılması
VIII bölmə
218
Çap üçün deyil
4. Narazı qalan camaat
5. Yenidən köməyə gələn insanlar
6. Çobanın adamları yenə lağa qoyması
7. Canavarların sürüyə hücumu
8. Köməyə gəlməyən kəndlilər
9. Sürünün axırına çıxan canavarlar
Şagirdlər plan üzrə nağılı danışırlar. Danışıq prosesində müvafiq jest və mimikalardan
istifadəyə diqqət yetirilir.
Suallar: – Yalanınızın üstü açılanda hansı hisləri keçirirsiniz? Yalan danışmaq nə üçün
xoşagəlməz keyfiyyət sayılır?
Qruplarla iş.
l qrup. “Yalançı çoban” nağılının məzmununu ifadə edən atalar sözü hansıdır? Seçi-
minizi izah edin.
1. Yalan ayaq tutar, yeriməz.
2. Yalançını evinə qədər qovarlar.
3. Yalançının evi yandı, heç kəs ona inanmadı.
ll qrup. Əgər çoban kəndlilərlə belə zarafat etməsəydi, yalan danışmasaydı, nağılın sonu
necə olardı?
lll qrup. Yalan danışmaq nələrə səbəb ola bilər?
lV qrup. Siz evdə ehtiyatsızlıq edib qabı sındırsaydınız, nə edərdiniz? Nəzərə alın ki,
otaqda sizdən və hələ danışmayan 1 yaşlı qardaşınızdan başqa heç kəs olmayıb.
A) Ananıza qabı qardaşınızın sındırdığını deyirsiniz. O bunu inkar edə bilmir.
Bala ca olduğu üçün ana onu tənbeh etmir. Beləliklə, siz də cəzadan canınızı
qurtarırsınız, qardaşınıza da heç nə olmur.
B) Günahınızı boynunuza alırsınız. Ana diqqətsizliyinizə görə sizi danlayır,
cəzalandırır.
Seçiminizi əsaslandırın.
6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Müəllim: – Mətndən nida cümlələrini seçib oxuyun. Oxuyarkən intonasiyaya fikir verin.
İş dəftərinin 143-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Yalan danışan adama heç kəs inanmaz. Şirin yalandan acı həqiqət yaxşıdır. Hər
işdə, hər sözdə, hər yerdə düz olmaq lazımdır.
Yazı
1. Mətndən çobanın 2-ci dəfə insanları aldatdığı hissə dəftərə köçürülür.
2. Hüsnxət. “Z” hərfi. İş dəftəri, səh. 144.
Ev tapşırığı:
– 1. Elə bir mətn fikirləşib danışın ki, sonda yalanın üstü açılsın.
2. Mətndən cəm halında işlənən sözləri seçib yazın, tələffüzü və yazılışı fərqli
olanların altından xətt çəkin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
219
Çap üçün deyil
Dərs 112. BABANIN NAĞILI (6 saat)
Motivasiya.
Müəllim uşaqlara məlum nağıllardan bir-iki cümlə, yaxud illüstrasiyalar
nümayiş etdirir. Bu hissələrin hansı nağıllara aid olduğu soruşulur.
Tədqiqat sualı:
– Hər hansı bir məşhur əsərin əsas hissəsindən 2-3 cümlə eşitməklə
onun adını tapmaq olarmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Qruplar kiçik müzakirədən sonra bir-birinə hansısa
nağıldan fraqment söyləyir və növbəti qrup onu taparaq özü o biri qruplara tapşırıq verir. Bu,
şagirdlərin dərslikdən oxuduqları mətnlər və ya məşhur təmsil, hekayə, nağıl da ola bilər.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Daha sonra dərslikdəki mətn hissə-hissə oxunur, babanın hansı nağılları qarışdırdığı
müəyyən olunur (2-ci tapşırıq)
.
1-ci tapşırıq yerinə yetirilir: 1 – B, 2 – C, 3 – A, 4 – E, 5 – Ç, 6 – D.
3-cü tapşırığa əsasən, şagirdlər babanın nəvəsini yoxlamaq məqsədilə nağılları qarış dır -
dığını söyləyirlər.
Nəticə:
Qəhrəmanların adlarına və hərəkətlərinə əsaslanıb nağılın adını tapmaq olar.
Tətbiqetmə.
Kiçik qruplara müxtəlif kiçik nağıl fraqmentləri paylanır. Qruplar bu
hissələrdə buraxılmış səhvləri tapmalı və təhlil etməlidirlər.
İş dəftərinin 145-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Şagirdlər oxuduqları hər hansı nağılın sonluğunu dəyişib yazırlar.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Sualları cavablandırmaqla dinlədiyi fikrə
münasibətini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Oxuduqları və öyrəndiklərinə əsaslanaraq
fikrini izah edir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki obrazlara öz münasibətini
bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Müşahidə etdiklərinə və qazandığı biliklərə
əsaslanaraq kiçikhəcmli inşa yazır.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözdə hecaların sayının saitlərin sayından
asılı olduğunu müəyyənləşdirir.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydaları məqamına uyğun istifadə edir.
Bəzi sözlərin həm böyük, həm də kiçik
hərflə yazıldığını bilir və yazısında tətbiq
edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir.
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını
lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözlərin zamanını
müəyyən edir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir.
Söz birləşməsini və cümləni bir-birindən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VIII bölmə
220
Çap üçün deyil
Dil qaydaları.
4-cü tapşırıq. Birinci və dördüncü cümlələrdə Nərgiz və Arzu sözləri insan adları bildir -
diyindən böyük hərflə, ikinci və üçüncü cümlələrdə isə kiçik hərflə yazılır.
Bu tapşırıqların icrasından sonra müəllim sinifdə uşaqların adları ilə bağlı belə sual verir:
– Kimin adını ifadə edən söz cümlədən asılı olaraq həm də kiçik hərflə yazıla bilər?
5-ci tapşırıq. Dərs, ayaq, ana, oyun, dost sözlərindən söz birləşmələri yaradılır və
cümlədə işlədilir.
İş dəftərinin 145-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Dinləmə mətni
Müəllim “Qırmızıpapaq” nağılını səsləndirməmişdən qabaq sual verir:
– Nəyə görə böyüklərin məsləhətinə həmişə qulaq asmaq lazımdır?
Şagirdlərə tapşırılır ki, həyatda bununla bağlı başlarına gələn, gördükləri,
eşitdikləri hadisələri danışsınlar.
Mətn səhnələşdirilmiş şəkildə sinfə təqdim edilir. Bunun üçün müəllim
şagirdlər arasından 6 “aktyor” (aparıcı, Qırmızıpapaq, onun anası, Canavar,
Qırmızıpapağın nənəsi, ovçu) seçib onları qabaqcadan hazırlaşdırmalıdır.
Şagirdlər evdə xüsusi rekvizitlər (qırmızı papaq, zənbil, canavar maskası və
s.) hazırlamalıdırlar.
QIRMIZIPAPAQ
(I hissə)
Biri vardı, biri yoxdu, bir balaca qız vardı. Bu qız çox ağıllı, həm də qoçaq
idi. Nənəsi ad gü nündə ona qırmızı məxmərdən papaq tikib bağışladı. Bundan
sonra qızın adı Qırmızıpapaq qaldı .
Bir gün anası piroq bişirdi və Qırmızıpapağa dedi:
– Gəl bu piroqdan yığım səbətə, apar nənənə.
Qız çox sevindi. Anasının verdiklərini götürüb nənəsinə baş çəkməyə getdi.
Nənə meşənin o başında yaşayırdı. Anası qızın dalınca səsləndi:
– Tanımadığın heç kimlə danışma! Yoldan çıxma, düz get, düz gəl.
– Arxayın ol, ana, – deyə Qırmızıpapaq yola düşdü.
l (1)
Qırmızıpapaq meşədəki cığırla gedirdi. Meşə, doğrudan da, gözəl idi.
Yarpaqların arasından gün düşürdü. Çiçəklər ətir saçırdı. Kəpənəklər çiçəklərə
qonurdu. Qırmızıpapaq ürəyində dedi: “Nənəmə bir dəstə gül də aparım. Hələ
çox tezdir, çatdıraram”. Beləcə, o, cığırdan çıxıb meşənin dərinliyinə getdi.
l (2)
Qəfildən Qırmızıpapağın qarşısına bir Canavar çıxdı.
– Sabahın xeyir, – Canavar dedi. – Səhər-səhər hara gedirsən belə?
– Nənəmə dəyməyə gedirəm.
– Bəs apardığın nədir?
– Piroq. Nənəm xəstələnib. Piroqu aparıram ki, yeyib cana gəlsin.
– Nənən harda olur, ay Qırmızıpapaq?
– Meşənin o başında, üç palıdın yanında.
l (3)
ULAQ (32 söz)
Qənd yüklü ulaqlar çaydan keçəndə onlardan biri çimmək istədi. Yoldaşları nə
qədər çalışdılarsa, fikrindən dönmədi. Ulaq çayda doyunca çimdi. Yükü əriyib çaya
axdı. Ulaq rahatlıq tapdı. Ancaq ulağın sahibi böyük ziyana düşdü.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
221
Çap üçün deyil
Canavar:
– Onda sənə yaxşı yol, – deyib öz-özünə fikirləşdi: “Ləzzətli qızdır,
nənəsindən dadlı olar. Ancaq gərək elə kələk işlədim ki, ikisini də yeyim”.
Canavar tez özünü nənənin komasına yetirdi. Daxmanın qapısını döydü.
– Kimdir? – qapının dalından soruşdular.
Canavar incə səslə cavab verdi:
– Mənəm, ay nənə, Qırmızıpapaq. Sənə piroq gətirmişəm.
Nənə dedi:
– Xəstəyəm, dura bilmirəm. Qapını itələ, açılacaq.
Canavar qapını itələyib açdı. Nənənin yatağına yaxınlaşıb qarını yedi.
Sonra onun paltarlarını geyinib yerinə uzandı, özünü gizlətdi.
l (4)
– Qırmızı dairələr olan yerlərdə müəllim tamaşaya pauza verib sinfə suallar verir:
1. Anası Qırmızıpapağı yola salanda ona nə tapşırdı?
2. Bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
3. Bəs bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
4. Sizcə, bundan sonra nə baş verəcək?
QIRMIZIPAPAQ
(II hissə)
Qırmızıpapağın qucağı çiçəklə dolmuşdu. Fikirləşdi ki, daha bəsdir, indi
nənəyə dəyməyə gedə bilər.
O, komaya yaxınlaşanda gördü ki, qapı açıqdır. Bir şey başa düşmədi, içəri
girib ucadan dedi:
– Sabahın xeyir!
Ancaq nənədən səs çıxmadı. Onda qız yaxınlaşıb yatağın örtüyünü
qaldırdı. Gördü ki, nənəsi uzanıb, ləçəyini üzünə endirib. Ancaq qarı nə isə
birtəhər görünürdü.
Qırmızıpapaq soruşdu:
– Ay nənə, qulağın niyə belə yekəlib?
Yataqdan səs gəldi:
– Səni yaxşı eşitməkdən ötrü.
– Bəs gözlərin niyə belə böyüyüb?
– Səni yaxşı görüm deyə.
– Qolların necə də uzundur!
– O da səni yaxşı qucaqlamaq üçündür.
– Bəs ağzın niyə belə yekədir, ay nənə?
– Ondan ötrü ki, səni rahat yeyə bilim.
Bunu deyib Canavar Qırmızıpapağı da yedi.
Doyandan sonra Canavarı yuxu basdı. Yatağa uzanıb dərin yuxuya getdi.
Xorultusu hər yanı bürüdü.
Bu zaman komanın yanından bir ovçu keçirdi. Ovçu daxmadan gələn səsi
eşidəndə mat qaldı. Ola bilməzdi ki, qarı belə bərkdən xoruldasın.
O, pəncərəyə yaxınlaşıb içəri boylandı. Gördü qarının taxtında bir Canavar
yatır.
– Yaxşı əlimə düşmüsən, qoca qurd! – ovçu dedi. – Səni çoxdan axtarırdım!
O, yatan Canavarın qarnını qayçı ilə yardı. Qırmızıpapaqla nənəsi qurdun
qarnından sağ-salamat çıxdılar.
Üçü də çox sevinib bu işdən razı qaldı. Ovçu Canavarın dərisini soyub
evinə apardı. Nənə Qırmızıpapağın gətirdiyi piroqu yeyib sağaldı.
Dərslərin planlaşdırılması
VIII bölmə
222
Çap üçün deyil
Qırmızıpapaq isə başa düşdü ki, böyüyün sözünə qulaq asmaq lazımdır.
Ev tapşırığı.
Özünüzdən kiçikhəcmli bir nağıl yazın.
Dərsliyin 203-cü səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 113. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 204
Dərs 114. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 146-147
Dərs 115. YEKUN QİYMƏTLƏNDİRMƏ. Dərslik, səh. 205-207
Dərs 116. YEKUN QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 148-151
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
223
Çap üçün deyil
Gülşən Orucova
Nərminə Qaragözova
Rafiq İsmayılov
Zahid Xəlilov
AZƏRBAYCAN DİLİ
(2-ci sinif)
Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 224 səh.
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A
www.altunkitab.az
E-mail: altunkitab2004@gmail.com
Çapa imzalanıb: 11.06.2014. Kağız formatı 57x82 1/8.
Fiziki çap vərəqi 28,00. Tirajı 8100 nüsxə.
Çap üçün deyil
Document Outline
Dostları ilə paylaş: |